özünün elmi fəaliyyətini inqilabi fəaliyyəti ilə, n ə z ə riy y ə n i
praktika ilə birləşdirməyə çalışırdı.
Əgər Marksın tələbatlar və onları hərəkətə g ə t i r ə n
qüvvələr arasında sintezə nail ola bildiyini başa d ü şə rik sə ,
onda onun fikirlərinin bir çox paradoksal elementləri b i z ə
məlum olar. Belə ki, bəzi alimlərin fikrincə, M a r k s ın
determinizmi, yəni onun tarixi dəyişikliyin zəruriliyi fikri i l ə
fəhlə sinfinin adından inqilabı müdafiə etməsi ziddiyət t ə ş k i l
edir. Onlar belə hesab edirlər ki,1 əgər dəyişikliklər və e lə c ə
də fəhlə sinfinin hakimiyyətə gəlməsi ideyası labüddürsə,
onda azad iradə - volyunatrist inqilabçı mövcud ola b ilm əz.
Marks isə əksinə, bu iki şeyi birləşdirir.
Marksı ömrü boyu düşündürən ən vacib m övzulardan
biri də özgələşmə olmuşdur. Onun fikrincə, in san lar
yadlaşıblar, yəni sosial bir varlıq kimi bir-birini n ə zə rə
çarpdırmaq üçün özlərinin nadir yaradıcılıq imkanlarından
uzaq düşüblər. Özgələşmənin əsas səbəbi, onun fikrincə,
cəmiyyətdəki mövcud institutlar, xüsusən sosial siniflər v ə
əmək bölgüsüdür. Özgələşmənin əsas göstəricisi insanın
sosial institutların möhkəmliyinə, yəni bu institutların onların
həyatlarını nəzarətdə saxlamasına inamıdır.
Marksın özünün mövqeyində də xüsusi bir dönüş var.
Onun fikrincə, əslində sosial institutlar dəyişməz deyillər.
Onlar daim insan tərəfindən yaradılır: bu həmişə belə
olmuşdur və belə də olacaqdır. Marks daha sonra bir qədər
də irəli gedərək qeyd edir ki, bütün tarix və xüsusən də sosial
institutlar tək bir məqsədə - insanlar arasında özgələşməni
məhdudlaşdırmağa doğru hərəkət edirlər və bununla da
1
Bax: Lewis Fewer, ed. Marx & Engels. Basic Writings on Politics &
Philolosophy. Garden city, N.Y. Doubleday & Co., 1959, p. XI.
108
onlara nümayiş etdinmək istəyirlər ki, insanlar özləri öz
sosial dünyalarının yaradıcısı və sahibirdirlər.
Marksın sosial qayda haqqında düşüncələri
Cəmiyyətin təbiəti və ya sosial qayda haqqında
sosioloqlar müxtəlif fikirlər söyləyirlər. Burada biz Marks,
Veber və Parsonsun üç mühüm konseptə - sosial strati fı-
kasiya, sosial təşkil və sosial sistemə baxışlarını təhlil
edəcəyik.
Sosial stratifıkasiya - cəmiyyətdə sosial iyerarxiyanın
təbiətini və tərkibini bildirir. Xüsusən də Marksda o, sosial
sinif konsepsiaysına tətbiq olunur.
Sosial təşkil - bir qədər ümumi termin olsa da,
sosioloqlar hal-hazırda onu sosial aləmdə mövcud olan
müxtəlif tip qruplara və ya kollektivlərə aid edirlər.
Sosial sistem
ümumilikdə sosial aləmin məntiqi və
mahiyyət strukturudur ki, onun da əsas elementini insanlar
və onların qarşılıqlı münasibətləri təşkil edir.
İndi isə Marksın sosial aləm haqqında baxışlarının
təhlilinə keçək.
Sosial statifikasiya
Marksa görə, insanın ilkin rolu onun istehsalçı ol
masıdır: yaşamaq üçün o, ərzaq əldə etməli və təbiət qüvvə
lərindən özünü qorumağı bacarmalıdır. İstehsal prosesində
onun işlətdiyi alətlər, daxilində fəaliyyət göstərdiyi sosial
formalar (məs., fabrik, zavod və ya plantasiya) hər bir cəmiy
yətdə müəyyən stratifıkasiya sistemi yaradır.1 Stratifıkasiya
1 Bax: Lewis Fewer, cd/ Marx& Engels: Basic Writings on Politics &
Philosophy (Garden City, N .Y .: Doubleday & Со.,, 1959), p.Xl.
109
sisteminin özünü təşkil edən qrup və ya təbəqələr sosial s in fə
aiddirlər. Yetkin kapitalist cəmiyyətində iki əsas s in if
mövcuddur: əhalinin cüzi bir hissəsini təşkil edən kapitalist
lər və çoxluq - proletariat. Bu siniflər istehsal prosesinin
məhsulu olsalar da, iki mühüm fakta görə bir-birindən
fərqlənirlər: 1) kapitlaistlər istehsal vasitələri, yəni texnoloji
və elmi aparat üzərində mülkiyyətə malik olduqlan halda,
proletariat yalnız öz əmək qüvvəsinə güvənə bilər; 2 )
mülkiyyətə sahib olmaq mülkiyyət sahiblərinə bu prosesin
məhsulunun - gəlirin və izafi dəyərin vahid xeyir götürəni
olmalarına imkan yaradır.
Marksm sosial sinif konsepsiyasında bəzi birmənalı
olamayan cəhətləri də qeyd etmək lazımdır. F. Engelslə birgə
1848-ci ildə çap etdirdiyi “Kommunist Partiyasının Mani-
festi” adlı əsərində Marks kapitalistlər və y a sənaye burjua
ziyası və proleteriat, yaxud fəlilə sinfindən əlavə “aşaığr və
orta sinif, xırda manufakturaçılar, dükan sahibləri, sənət
karlar, kəndlilər...” və b. haqqında danışır. “Fransada sinfi
mübarizə” əsərində isə o, maliyyə aristokratiyası, maliyyə
burjuaziyası, xırda burjuaziya və kəndlilər haqqında yazır.
Marksm bu əlavə siniflər haqqında yazdığı digər misalları da
gətirmək olar. Buradan sual meydana çıxır: Marks sosial
sinif haqqında yazarkən əslində nəyi nəzərdə tuturdu?
Marks özünün sosial sinif nəzəriyyəsini kapitalizmin
iqtisadi
təhlilinə
tətbiq
edir.
Məsələn,
“Kommunist
Partiyasının Manifesti”ndə Marks və Engels bir tərəfdən
sənaye burjuaziyası və ya kapitalistlər, digər tərəfdən isə
proleteriatın timsalında iki əsas düşərgəni təsvir edirlər.
Onlar göstərirlər ki, gec və ya tez bütün digər siniflər bu iki
qrupdan birinin tərkibinə qatılacaqdır. Nəhayət, sosial sinfm
110
və kapitalizmin əsaslarının müəyyənləşdirilməsi Marks üçün
eyni vaxt çərçivəsində kapitalizmin və kapitalist sinfinin
süqutunu qabaqcadan söyləmək üçün bir vasitəyə çevrilir.
Sosial təşkil
Marksa görə, sosial təşkil sosial qaydanın mühüm ele
mentidir. İstehsal prosesinin iki nəticəsindən biri insanların
çalışdığı sosial müəssisə, digəri isə stratifikasiyasıdır. Məs.,
“Kapitaf’da istehsal üsulunun inkişafında üç mərhələdən -
sənətkarlıq, manufaktura və fabrik istehsalından söhbət gedir.
Onlardan sonuncusu XIX əsr kapitalist dövlətləri üçün
səciyyəvidir.
Ümumən, sosial təşkil Marksı az maraqlandıran prob
lemlərdəndir. Sənaye təşkilinin inzibati iyerarxiyası cəmiy
yətin stratifikasiya iyerarxiyasına identik sosial qrupları -
kapitalistləri və proleteriatı yaradır. Sosial strati fikasiyasının
sosial təşkil ilə bu cür qarışdırılması qarşısıalınmaz analtik
problemlərə gətirib çıxarır (məs., tez-tez mücərrəd sosial
siniflə mülkiyyətçilərin qarışdınlmasına). Görünür Marks
kapitalist və proleteriat sinifləri haqqında yazarkən onların
nəyi təmsil etmələrini qarışdırır, onlara real qrupların varlığı
kimi yanaşırdı ki, bunun əsasında da təhlil aparmaq və ya
gələcəyi göstərmək faydalı idi.1 Daha sonra Marks kapita
lizim cəmiyyətinin daha bir sinfi - torpağa sahib olan
aristokratiyadan bəhs edir. Buradan belə çıxır ki, kapita
lizmdə üç əsas sinif - istehsalın texniki və elmi aparatına
malik olan kapitalistlər, torpaq üzərində xüsusi mülkiyyətə
malik torpaq sahibələri olan aristokratiya və, nəhayət,
1 Stanislaw Ossowski, Class, Structures in the Social Consciousness. New
York: Free Press, 1963.
I l l
Dostları ilə paylaş: |