Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574


 Dəyişikliyin tsiklik nəzəriyyələri



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

1.2. Dəyişikliyin tsiklik nəzəriyyələri
J.B.Böri  özünün  “Tərəqqi  ideyası”  kitabında  tsiklik 
dəyişiklikdən  bəhs  edir.  Onun  fikrincə,  bir  sıra  yunan 
filosofları,  məsələn  stoiklər  və  Roma  filosofları,  xüsusən, 
Mark Avreliy sosial dəyişikliyin siklik təbiətmə  inanırdılar.
A.Şpenqler  kimi  sosioloqlar  sivilizasiya  və  cəmiy­
yətlərin  doğuş,  yetkinlik  və  ölüm  kimi  oxşar  mərhələlərdən 
keçməsi  fikrini  müdafiə  edirdilər.  0 ,  öz  nəticələrini  Misir, 
Yunan  və  Roma  kimi  m üxtəlif  sivilizasiyaların  tədqiqi 
üzərində qururdu.
İtalyan  mütəfəkkiri  V.Pareto  müxtəlif tip  dəyişiklik­
lərdən bəhs  edir,  onların təbiətcə tsiklik olduğunu göstəriridi. 
Paretoya görə, istənilən cəmiyyətdə iki  insan sinfi - rantyelər 
(sahibinin  fəaliyyəti  tələb  olunmadan  kapital,  əmlak  və  ya 
torpaqdan  alman  gəlir  hesabına  yaşayanlar)  və  möhtəkirlər 
(alverçilər) tsiklin fəaliyyətini səciyyələndirirlər.
Bəzi  sosioloqların  fikrincə,  sosial  dəyişiklik  təkcə 
tsiklik  deyil,  həm  də  sinxron  siklik  dəyişiklikdir  ki,  bu  da 
cəmiyyətin  müxtəlif  orqanlarında,  məsələn,  ailədə,  kilsədə, 
hökumətdə  eyni  vaxtda  baş  verən  dəyişikliyi  nəzərdə  tutur. 
P.Sorokin  sivilizasiyaların  və  cəmiyyətlərin  üç  tip  tsiklik 
dəyişikliyə  məruz  qalmaları  haqqında  fikir  söyləyir.  Bunlar 
ideasion  (ideyaların  formalaşdırılması  və  qavranılması 
qabiliyyəti),  idealistik  və  hissi  mərhələlərdir.  O,  bu  təhlili 
dünyadakı müxtəlif mədəniyyətlərə tətbiq edir.
Tarixçi  A.Toynbi  sivilizasiyaları  onların  tsiklik 
şəkildə  baş  verən  tərəqqisi  və  enişi,  yüksəlişi  və  tənəzzülü  j 
nöqteyi-nəzərindən təhlil edir, bəşər tarixini dövri şəkildə baş  j 
verən tsiklik dəyişikliklər şəklində təsəvvür edirdi.
92
1.3.Deterministik dəyişiklik nəzəriyyələri
Britaniya  sosioloqu  L.Hobhaus,  alman  sosioloqu 
M.Veber  və  başqaları  sosial  dəyişiklikləri  deterministik 
mövqedən izah  etməyə  çalışırdılar.  Məs.,  Veber hesab  edirdi 
ki,  dini  determinizm  müəyyən  mənada  cəmiyyətin  həyat  və 
taleyinə  təsir  göstərir.  O,  induizmin  və  buddizmin  hind 
xalqının  həyatına  deterministik  təsirini  izləyir.  Məsələn, 
Bhaqavadqitada belə bir fikir yürüdülür ki, Allah yer üzərinə 
yaxşını  qorumaq,  cəmiyyət qürub  etməyə  başladıqda isə pisi 
cəzalandırmaq üçün insan surətində göndərilmişdir.
Sosial  dəyişikliyin  ən  ziddiyyətli  fəlsəfəsi  K.Marksa 
aiddir.  Onun  fəlsəfəsi  XX  əsrdə  ən  mötəbər  fəlsəfə  idi.  0 , 
iqtisadi  determinizm  mövqeyindən  çıxış  edərək  bütün  bəşər 
tarixini  həmin  mövqedən  izah  edir,  onun  mərhələlərinin 
əvvəlcədən bəlli olduğunu bilidirirdi.  Marksa görə, hər hansı 
bir  xalqın  fəlsəfəsi,  siyasəti,  mədəniyyəti,  ədəbiyyatı  və 
sosial  həyatı  istehsal  sistemi,  paylaşdırma  və  istehlakla 
müəyyənləşir. Bu fikirlər “KapitaPın qayəsini təşkil edir.
2.  Ənənəvi cəmiyyət, modernləşmə və sosial dəyişiklik
Ənənəvi  və  müasir  cəmiyyətlərin  təbiəti  və  prob­
lemləri,  modernləşmə  prosesi  və  sosial  dəyişiklik  əsasən 
ənənəvi  cəmiyyətlə  müasir  cəmiyyətin  müqayisəsi  və  sosial 
dəyişikliyin  təbiəti  üzərində  ardıcıl  dayanmaqla  müzakirə 
oluna  bilər.  Aşağıdakı  cədvəldə  hər  iki  cəmiyyət  arasındakı 
fərqlər ardıcıl olaraq göstərilir:
93


C ədvəl
Ənənəvi cəmiyyət_________
1. Zaman nəzərindən ümumən 
köhnə və erkən
2. Kollektivçilik
3. Adamlar, təsisatlar, pro­
sedurlar müqəddəsdirlər
4. Əsasən istinad ənənəyədir
5. Elm və texnologiyaya az 
müraciət olunur
6. Kənd təsərrüfatı sənayeyə 
nisbətən daha çox yer tutur
7. Kənd həyatı üstünlük təşkil 
edir
8. Münasibətlər daha intim, 
yaxın xarakter daşıyır
9. Nisbətən güclü və uzun­
müddətli münasibətlər
10. Əzəli statusa istinad
11. Səfərbərliyin, sürətin, həyat 
ritminin, yaradıcılığın və 
yeniliyin zəif tempdə olması
12. Konformizmin və yamsı- 
lamanın üstünlük təşkil etməsi
13. Dəyişikliklərə az meyillilik
Müasir cəmiyyət________
1. Zaman nəzərindən ümumən 
yeni və gec
2. Fərdiyyətçilik
3. Adamlar, təsisatlar, prosedurla: 
daha az müqəddəs, daha çox  isə  
faydalıdırlar
4. Əsas istinad effektivliyə və 
fıınksionallığadır
5. Elm və texnologiyaya çox 
müraciət olunur
6. Sənaye kənd təsərrüfatına 
nisbətən daha çox yer tutur
7. Şəhər həyatı üstünlük təşkil 
edir
8. Münasibətlər vasitəli xarakter 
daşıyır
9. Nisbətən zəif və müvəqqəti 
münasibətlər
10.  Qazanılmış statusa istinad
11. Səfərbərliyin, sürətin, həyat 
ritminin, yaradıcılığın və 
yeniliyin yüksək tempi
12. Konformizmin vəyamsılama- 
nm zəif olması
13. Dəyişikliklərə daha çox me­
yillilik
2.1. Modernləşmə və inkişaf
“Modernləşmə”  və  “inkişaf’  anlayışlarından  bir  sın 
elmlərdə - iqtisadiyyatda,  siyasi elmdə,  sosiologiyada, psixo­
logiyada və digərlərində  istifadə olunur.  Bu anlayışlar əsasər.
94
ikinci  Dünya  müharibəsindən  sonra  geniş  yayılmağa  başla­
mışdır.  Zamanca  modernləşmə  müəyyən  mənada  inkişaf 
anlayışından  daha  əvvəl  gəlir.  XIX  əsrin  ikinci  yarısında 
Yaponiyanın  modremləşməsi  buna  misal  ola  bilər.  Yeri 
gəlmişkən deyə  bilərik  ki,  modernləşmənin  bu xüsusi  halma 
vestemizasiya və ya qərbləşmə kimi də baxıla bilər.  1918  və 
1938-ci  illər  arasında  Türkiyə  modernləşmə  modelindən 
danışmaq  olar.  Avropada yerləşsə  də,  bundan  əw əl  Türkiyə 
Avropanın  xəstə  adamı  kimi  tanınır  və  geri  qalan  islam 
ölkəsi  olaraq  qeyd  olunurdu.  Türkiyənin  modernləşməsi 
Kamal  paşanın  güclü  iradəsi  ilə  aparıldı.  Burada  qeyd 
etməliyik ki, Türkiyədə modernləşmə hərtərəfli proses olaraq 
həyatın bütün tərəflərini  əhatə  etmişdir:  ölkədə  ordu yenidən 
quruldu, təhsil  islahatı  aparıldı,  siyasət  sekulyarlaşdı  və hətta 
Türkiyənin həyatının müəyyən xarici  aspektləri  belə  dəyişdi. 
Məs.,  türklərin  istifadə  etdiyi  ərəb  əlifbasını  latın  əlifbası, 
“fəs”  papağını  avropa  şlyapası,  çadram  avropasayağı  qadın 
geyimi əvəz etdi.
İnkişaf prosesi  və  ya  fenomeni  ikinci  Dünya  mühari­
bəsindən  sonra  daha  çox  işlənməyə  başlandı.  Bu  vaxt  müx­
təlif imperiyalar  dağıldı,  yerində  isə  yeni  dövlətlər  yarandı. 
Bu  proseslər  inkişaf propbleminin  gündəmə  gəlməsini  şərt­
ləndirdi. Yeni yaranmış bu dövlətlərdə cəmiyyətin heç bir sa­
həsi  - elm, texnologiya, kommunikasiya, təhsil  və həyat stan­
dartları  inkişaf etməmişdi.  İnkişaf anlayışı  daha  çox  elə  bu 
ölkələrin liderləri və xalqları tərəfindən işlədilməyə başlandı.
İnkişaf etmiş  ölkələr  bir  sıra yeni  dövlətlərə  maliyyə, 
kredit,  texniki,  strateji  malların  ixracı  və  s.  ilə  yardım 
göstərməyə  başladılar.  Yardım  əsasən  iki  yolla  göstərilirdi: 
1)  müəyyən  bir  ölkəyə  donor  ölkə  tərəfindən  ikitərəfli
95


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə