Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə20/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

Təsadüf öncədən görünəsi mümkün olmayan və digər 
amillərin  rolunu  də  nəzərdən  qaçırmaq  olmaz.  Təbii  fəla­
kətlərin  (məs.,  daşqm,  aclıq,  yanğın  və  s.) böyük bir  ərazini 
viran  qoyması  və  hansısa  dövlət  rəhbərinin  hakimiyyətinə 
son  qoyması  tamamilə  mümkün  sayılan  bir  haldır.  Məs., 
İkinci  Dünya  müharibəsi  zamanı  danimarkalı  müstəm­
ləkəçilər  İndoneziyadakı  hakimiyyətlərindən  əl  çəkməli 
olmuşdular  və  bu  ölkədəki  tam  hakimiyyət  öz-özünə 
Suxartonun əlinə keçmiş və İndoneziya azadlıq əldə etmişdi.
Seçkilər -  hakimiyyətin  dövri  olaraq sabit, permanent 
və  konstruktiv  əsasda  sülh  və  qanuni  yolla  ələ  alınması  və 
ötürülməsi yoludur.
2.Səsvermənin  müxtəlif yolları
Səsvermə  səs verənlərin  seçimini,  kiməsə üstünlük və 
razılıq  verməsini,  fəaliyyət  proqramını,  qayğısını  və  s.  Gös­
tərən bir davranışdır.  Səs verənlərin səsini müəyyənləşdirmək 
üçün müxtəlif yollar mövcud olmuş və indi də mövcuddur:
1.  Səsvermədə  iştirakdan  şüurlu,  təsadüfi  və  b.  yolla 
yayınma;
2.  Susmaq;
3.  Başı ilə razılıq bildirmək;
4.  Çiyinlərini çəkməklə səsvermə;
5.  Öz yerinə səs vermə;
6.  Başqasının yerinə səsvennə;
7.  Düyməni basmaqla səsvermə;
8.  Poçtla səsvermə;
9.  Əllə səsvermə;
10. Gizli və ya açıq səsvermə;
11. Ayrı-ayrılıqda səsvermə;
80
12.  Ali sısvermə və s.
3.  Seçkilərin tip və v arian tları
Bura aşağıdakılar daxildir:
1.  Ümumi  seçkilər;
2.  Əlavə seçkilər;
3.  Aralıq seçkilər;
4.  Plebisit;
5.  Referendum;
6.  Qanunvericilik təşəbbüsü hüququ;
7.  M üxtəlif tipli tədqiqatlar.
Seçkilərin  geniş  yayılmış  formalarından  biri  ümumi 
seçkilərdir.  Onlar Ölkədən asılı  olaraq hər üç  və ya beş  ildən 
bir təkrarlanırlar.
Əlavə  seçkilər seçkilərin ayrıca və ya məhdud forma­
sıdır.  Onlar  köməkçi  seçkilər  kimi  keçirilir,  əsas  seçkiləri 
dəstəkləyir və ya onlarda düzəlişlər aparırlar.  Onlar, məsələn, 
parlamentdə istefa və ya geri çağırılma,  ölüm və digər səbəb­
lər üzündən hər hansı bir yer boş qaldıqda keçirilir.
Aralıq seçkilər ümumi seçkilərin ortasında keçirilir və 
hər  hansı  bir  orqanın  yenisi  ilə  əvəzlənməsi  ilə  başa  çatmır. 
Bu  seçkilər  növbəti  seçkilərdən  əvvəl  və  ya  sonra  keçirilə 
bilər.  Adından  göründüyü  kimi,  aralıq  seçkilər  bir  seçki 
qurtardıqdan və digər seçki keçirilənə qədər aparılır.
Seçkinin  digər  növləri  plebisit,  referendum  və  ya 
qanunvericilik təşəbbüsü hüququdur.  Onlar xüsusən  Kanada, 
ABŞ  və  İsveçrə  kimi  ölkələr  üçün  səciyyəvidir.  Plebisit 
xüsusi  şərait, problem və ya işə dair ictimai rəyi müəyyənləş­
dirməkdən  ötrü dövlətin  özü tərəfindən  sponsorluq  edilən  və 
ya keçirilən seçki növüdür.
81


Referendum  müəyyən  bir  problemə  dair  ictimai  rə y i 
müəyyənləşdirməkdən  ötrü  dövlət  tərəfindən  keçirilən 
tədbirdir.
Təşəbbüsə (və ya qanunvericilik təşəbbüsü hüququna) 
xalq  tərəfindən  dəstək  verilir.  O,  məhdud  əhəmiyyətə m alik ­
dir.  Lakin  bəzən  o,  məsələn,  xalqın  hisləri  və  ya  dəstəyində 
irəliləyiş kimi çox mühüm nəticə ifadə edə bilər.
Son  vaxtlar  əhalinin  seçkilərə  dair  rəyini  qiymətlən­
dirmək,  nəyəsə  üstünlük  verməsini  və  başqa  m əsələləri 
öyrənmək  üçün  bir  sıra  qrup  və  ya  agentliklər  tərəfindən 
vaxtaşın  tədqiqatlar  aparılır.  Onlar  tərəfindən  hazırlıqlı 
kadrlar,  yüksək  səviyyəli  statistik  texnika,  proqramlar, 
kompyuter  və  şairədən  istifadə  olunur.  Məsələn,  A m erika 
mütəxəssisi Gellap bu  sahədə tanınmış liderdir.  Yaxud başqa 
bir  misal.  Bir  sıra  xidmətlər  hər  ay,  hər həftə  prezidentlərin 
və ya baş nazirlərin populyarlıq reytinqini izləyirlər.
4.  M üxtəlif səhələrdə seçkilər
Seçkilərin  bir  qayda  olaraq  siyasi  termin  kimi  qəbul 
edilməsinə  baxmayaraq, 
onlara  qeyri-siyasi  sahələrdə, 
məsələn,  sosial,  iqtisadi,  sənaye,  təhsil,  dini,  mədəni,  ədəbi 
və s.  də rast gəlinir.
Bu  m üxtəlif  qeyri-siyasi  sahələrdə  çoxlu  təşkilati, 
inzibati,  əlaqələndirmə  və  ya  digər  tip  orqanlar  vardır  ki, 
onlar  da  assosiasiya,  təşkilat,  konqres,  dairə,  klub,  büro, 
ittifaq, federasiya və s.  adı altında tanınırlar. 5
5.  Seçkilərin səviyyələri
Şaquli  şəkildə,  demək  olar  ki,  seçkilər  bütün 
səviyyələrdə  keçirilir.  Seçkiləri  ən  yuxan  səviyyədən  ən
82
aşağı  səviyyəyədək  fərqləndirmək  olar.  Seçkilərin  aşağıdakı 
səviyyələrini fərqləndirmək mümkündür:
1.  Beynəlxalq (məsələn, BMT-yə keçirilən seçkilər),
2.  Dövlət  (məsələn,  Azərbaycan  Respublikasının  Milli 
məclisinə keçirilən seçkilər),
3.  Rayon  (məsələn,  respublikanın  rayonlarında  keçirilən 
seçkilər),
4.  Şəhər  (məsələn,  Bakıda və ya digər  şəhərələrdə  keçirilən 
seçkilər),
5.  Kənd (məsələn, ayrı-ayn kəndlərdə keçirilən seçkilər).
6.  Seçkilərin mərhələləri və fazaları
Bura daxildir:
1.  Seçki dairəsinin müəyyənləşdirilməsi;
2.  Namizədliyin irəli sürülməsi və ya qəbul edilməsi;
3.  Seçki ərəfəsində səslərin toplanılması;
4.  Səsvermə;
5.  Seçkilərdə qanuna zidd hərəkətlərin aşkarlanması;
6.  Nəticələrin hesablanması və elan olunması;
7.  Seçkilərin  və  səsvermənin  nəticələrinin  qabaqcadan 
bildirilməsi, proqnozlaşdırılması.
7.  Seçki dairəsinin müəyyənləşdirilməsi
Seçki  dairələri  Azərbaycan  Respublikasının  Mərkəzi 
Seçki  Komissiyasi  tərəfindən  müəyyənləşdirilir.  Dairələr 
əhalinin sayına uyğun olaraq yaradılır.
Dairələr  vaxtaşırı  yenidən  təşkil  olunaraq  dəyişirlər. 
Dairələrin  yenidən  təşkili  bəzi  namizədlərin  seçkilərdə 
müvəffəqiyyət  qazanması  üçün  böyük  əhəmiyyət  kəsb  edə 
bilər.  Bəzən  hiyləgər  siyasətçilər,  rəğbət  bəsləmədikləri
83


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə