Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

FƏ SİL 5. SIYASILƏŞMƏ, SIYASI İŞTİRAK, S I Y A S I
ü n s i y y ə t

s i y a s i
 
s ə f ə r b ə r l i k
 
v ə
 
s i y a s i
 
m ə d ə n i y y ə t
1.  Siyasiləşmənin m ahiyyəti və təbiəti
Siyasiləşmə,  siyasi  iştirak  və  siyasi  ünsiyyət  yaxın 
anlayışlar  olub,  təbiətən  bir-birinə  bağlıdırlar.  Siyasiləşmə 
geniş  mənada  insanların  siyasi  perspektivlərə  və  siyasi  ak si­
yalara  istiqamətlənməsini  bildirir.  O,  insanların  siyasi  aktor 
kimi  fəaliyyətini  nəzərdə  tutur.  Ümumiyyətlə,  siyasətdən 
azad  cəmiyyət  tapmaq  qeyri-mümkündür.  Siyasətçilər  icti­
mai  mənafelər  naminə  siyasətlə  məşğul  olan  şəxslər  kim i 
bütün  cəmiyyətdə  mövcuddurlar.  İnsanların  siyasiləşməsinə 
ehtiyac  yalnız  o  cəmiyyətlərdə  yaranır  ki,  orada  siyasət 
başlıca  rol  oynamır.  Müxtəlif  cəmiyyətlərdə  iqtisadi,  dini, 
etnik,  mədəni  və  s.  kimi  müxtəlif  qeyri-siyasi  am illər 
insanların düşüncəsinə və fəaliyyətinə hakim kəsilə bilər.  B u  
hallarda 
insanları 
siyasiləşdirmək 
üçün 
siyasətçilər 
tərəfindən səylər göstərilə bilər.
Siyasiləşmə  şəxsin siyasi  sistemdə bir vətəndaş  və  ya 
aktor kimi rolunu ifa etməsi üçün müvafiq təhsil, məlumat və 
ya  hazırlıq  almasını  nəzərdə  tutur.  Siyasiləşmiş  şəxs  hər 
hansı  bir  partiyanın  fəal  üzvü  və  ya  yaxşı  bir  məmur  ola 
bilər.  Bu  şəxs  heç  siyasətlə  maraqlanmadığı  vaxt  öz  dün­
yagörüşündə  və  davranışında tipik  olacaqdır.  Geniş  mənada 
bunu  siyasiləşmə  adlandırmaq  olar.  Siyasiləşmə  şəxsin  həm 
özünün,  həm  də  siyasi  sistemin  marağına  uyğun  hazırlan­
masını  nəzərdə  tutur.  Belə  bir  şəxs  təkcə  yaxşı  aktor  deyil, 
həm də ağıllı, cəmiyyət üçün faydalı bir şəxsdir.
İndi  isə  siyasiləşmənin  səciyyəvi  cəhətlərini  aydın­
6 4
laşdıraq.  Hər hansı  bir  şəxs və ya  vətəndaş  siyasiləşərkən nə 
baş  verir?  Qısaca  demək  olar  ki,  onun  dünyagörüşü,  möv­
qeyi,  məlumatlılığı,  biliyi,  resursları,  görkəmi,  bacarığı, 
ləyaqəti  fəqrli  dəyişikliklərə  uğrayır.  O  siyasiləşdiyi  vaxt 
cəmiyyətə,  dövlətə,  siyasətə  və  hökumətə  fərqli  baxış  nü­
mayiş  etdirir.  Onun  siyasətdə  iştirak  üçün  məlumatlılığı, 
arzulan  və  ya  cəhdləri  artdıqca,  o,  ətrafında  baş  verənlər 
haqqında  geniş,  ətraflı  məlumat  və  bilik  əldə  etməyə 
başlayır.  O,  kimin  prezident,  nazir,  icra  başçısı,  deputat  və 
bələdiyyə  üzvü  olması  ilə  maraqlanmağa  başlayır.  O,  məlu­
matı müxtəlif kanallar və ya mənbələrdən,  şəxsi görüşlərdən, 
dövri  mətbuatdan,  radio  və  televiziyadan,  internetdən  və  d. 
kütləvi  informasiya  vasitələrindən  ala  bilər.  Siyasiləşmiş 
şəxs  çoxlu  və  müxtəlif resurslar,  qabiliyyətlər,  bacarıqlar və 
s.  əldə  etməyə  çalışır.  Öz  təcrübəsindən  və  siyasi  prob­
lemlərlə  qarşılaşmasından  o  dərk  etməyə  başlayır  ki, 
siyasiləşmiş şəxs kimi hərəkət etmək müəyyən tip və miqdar 
resurslar, qabiliyyət və  bacarıqlar tələb edir.  Məsələn,  o,  özü 
üçün  müəyyənləşdirə  bilər  ki,  seçkilərdə  qalib  gəlmək  üçün 
bir  qədər  başqa  tip  qohumlara,  dostlara  və  əlaqələrə  malik 
olmaq lazımdır.
2.  Uşağın siyasi sosiallaşması
Uşağın  siyasi  sosiallaşması  siyasi  sosiallaşmanın  elə 
prosesini  nəzərdə tutur  ki,  burada uşaq  sosial-siyasi  sistemin 
tam püxtələşmiş üzvünə çevrilir.  İnsanın cəmiyyətin bir üzvü 
kimi hazırlığı,  ixtisası və xüsusi  keyfiyyətləri  onun həyatının 
müxtəlif mərhələlərində  mənsub  olduğu  müxtəlif yaş  qrup­
ları  mövqeyindən  tədqiq  edilə  bilər.  Bu  müxtəlif mərhələlər 
uşaqlıq,  ilk  gənclik,  gənclik,  orta  yaş  və  qocalıq  dövrlərini
65


əhatə  edir.  İnsan  sosial-siyasi  sistemin üzvü  kimi  aşağıdakı­
lara malikdir:
•   yaxşı inkişaf etmiş bədən;
•   yaxşı inkişaf etmiş ağıl;
•   ad;
•   dil;
•  
din;
•   sinif;
•   təhsil, təlim,  iş təcrübəsi;
•  peşə, məşğuliyyət və s.;
•   ictimai-siyasi  partiyada,  təzyiq  və  ya  maraq  qruplarında 
üzvlük;
•  sosial-siyasi sistemdə həqiqi mövqe, rol, təsir və s.
Uşaq  doğularkən  əlbəttə  ki,  potensial  insan  doğulur. 
Lakin  potensial  insan  hələ  əsil  insan  deyil.  Valideynlər  öz­
lərini  xoşbəxt  hiss  edirlər.  Hökumət  də  buna  sevinməyə 
bilməz.  Uşaq  doğularkən  o,  müvafiq  idarələrdə  müvafiq 
qeydiyyatlardan keçməlidir.  Uşağm doğum faktım iqtisadi və 
siyasi  planlaşdıncılar,  ordu  mütəxəssisləri,  əməyin  təşkilat­
çıları,  sosial  sığorta  və  müxtəlif növ  xidmətlər  və  s.  nəzərə 
almaya  bilməzlər.  Bu  elementar,  potensial  və  gözlənilən 
mənada  uşaq  sosial-siyasi  sistemin  üzvüdir.  Lakin  heç  də 
demək  olmaz  ki,  o,  yaşlı  bir  şəxs  kimi  artıq  sistemin  tam 
vəzifəli üzvüdir.
Sosial-siyasi  sistemin  tam   hüquqlu  üzvü  olmaq  üçün 
uşaq  müxtəlif  təsirlərə  məruz  qalmalı  və  ya  müxtəlif 
qabiliyyətlər,  bacarıqlar  və  s.  əldə  etməlidir.  İlk  əvvəl  isə  o 
sağlam orqanizmə malik olmalıdır.
Daha sonra vacibdir ki, uşaq yaxşı inkişaf etmiş  ağıla 
m alik olsun. Uşağm psixi və emosional yükcəlişi, onun fiziki
66
inkişafı  ilə  bərabər  uzun  müddət  ərzində  baş  verir.  Uşağm 
fiziki  və  əqli  inkişafı,  demək  olar  ki,  siyasi  sosiallaşma 
prosesinin bir hissəsidir.
Körpə doğularkən onun nə  adı, nə  dili, nə  sinfi,  nə də 
ki,  başqa  status  göstəriciləri  olmur.  Bütün  bunlar  həyatının 
sonrakı mərhələlərində ona verilir və ya onun tərəfindən  əldə 
edilir.  Bu  adlar şəxsə  siyasətdə  ən  azı  ilkin hörmət,  üstünlük 
və  ya  əlaqələr  verir.  Dil,  din  və  sinif  amilləri  ona  eyni 
dərəcədə  rahatlıq  verə  bilər.  Tarixə  müraciət  etmiş  olsaq 
görərik  ki,  müxtəlif dövrlərdə  müxtəlif dillər  mühüm  və  ya 
nüfuzlu  olmuşlar.  Məs.,  XX  əsrdə  fransız  və  ingilis  dilləri 
nüfuzlu dillər olmuşlar.
Sosial-siyasi  sistemdə  dini  amil  vaxtaşırı  mühüm  rol 
oynamışdır.  Din  qədim  institut  olaraq  dünyanın  müxtəlif 
hissələrində,  bir  çox  cəmiyyətlərin həyatında üstünlük  təşkil 
etmişdir.  Hər  hansı  bir  cəmiyyətdə  çoxluq  təşkil  edən  dinə 
əzəli mənsub insanlar sosial-siyasi  sistemin  üzvü kimi  müəy­
yən  üstünlüklərə  malik  ola  bilərlər.  Məs.,  Azərbaycanda, 
İranda,  Türkiyədə islam  başlıca dindir.  Bu  əsas dinə mənsub 
insanlar  öz  ölkələrinin  sosial-siyasi  sisteminə  təsirə  malik­
dirlər.  Azlıq  təşkil  edən  dinlərə  və  məzhəblərə  mənsub  in­
sanlar  ən  azı  psixoloji  cəhətdən  müəyyən  əlverişsiz  vəziy­
yətdə qalmış  olurlar.  Buradan da körpənin  dini  mənsubiyyəti 
siyasi  sosiallaşma prosesinin  əhəmiyyətli  tərkib  hissəsi  kimi 
qəbul edilməlidir.
Uşağın hər hansı  bir icma və ya sinifdə üzvlüyü onun 
rolu və  fəaliyyətinə böyük təsir göstərə bilər.  Əgər  uşaq  yu­
xarı  sinfə  və  ya  elitaya  aiddirsə,  onda  o  müəyyən  üstün­
lüklərə  malik  olur.  Oliqarxik  siyasi  sistemlərdə  o  sonradan 
birbaşa  liderlik  və  y a  formal  liderlik  rolları  oynaya  bilər,
6 7


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə