Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

tarixi  sinfi mübarizədən  başqa bir  şey olmamışdır və həmişə 
də  varlılarla  kasıblar,  fəhlələrlə  kapitalistlər  və  b.  arasında 
mübarizə  olmuşdur.  Bu  iqtisadi  təsnifat  o  qədər  mühümdür 
ki, bütün başqa bölgülər, məsələn, təhsilə,  mədəniyyətə, ədə­
biyyata,  fəlsəfəyə,  elmə,  musiqiyə  və  s.  görə  təsnifat  arxa 
plana keçir.  Hətta  hər  hansı  bir xalqın  malik  olduğu  fəlsəfə 
və  ya  musiqi  də  buradakı  mövcud  iqtisadi  siniflərlə  müəy­
yənləşir. Bura mədəniyyəti, ədəbiyyatı və s.  aid etmək olar.
5.5.  Sosial, fəlsəfi,  mədəni, təhsil və linqvistik amillər
Yuxarıda  adları  çəkilən  amillər  də  müxtəlif sinifləri 
müəyyən  edir.  Belə  ki,  sənət,  peşə,  xidmət  və  ya  gördükləri 
işə görə insanlar təsnif edilə bilər.  Məsələn,  biz müxtəlif növ 
həkimlər, bankirlər,  mühəndislər, hüquqşünaslar, müəllimlər, 
ruhanilər  və  d.  haqqında  danışa  bilərik.  İnsanlar  müxtəlif 
siniflərə  həm  də  malik  olduqları  və  olmadıqları  təhsil 
dərəcəsinə görə bölünə bilərlər:
1.  savadsızlar, 
4. magistr dərəcəsi olanlar,
2.  yarı-savadlılar, 
5.  fəlsəfə doktoru dərəcəsi olanlar,
3.  savadlılar, 
6.  müxtəlif peşə dərəcəsi olanlar və s.
4.  bakalavr dərəcəsi olanlar,
Danışdıqları  dil  əsasmda  insanları  müxtəlif siniflərə 
bölmək  olar.  Maraqlıdır  ki,  adamlar  müxtəlif  dillərdə  və 
dialektlərdə  danışdıqlarına  və  eləcə  də  müxtəlif  tələffüzə, 
şivəyə və s. görə də siniflərə bölünə bilərlər.
Adamları  həmçinin  yaşadığı  yerə,  istifadə  etdiyi 
qidaya,  verdiyi  ziyafətlərə  görə  də  təsnifləşdirmək  olar. 
Məs.,  Türkiyə  əhalisini  yaşadığı  yerə  görə  bir  neçə  sinfə 
bölmək  olar:  təmtəraqlı  evlərdə  yaşayanlar,  gecəqondularda 
məskunlaşanlar və s.
52
5.6.  Kasta sistemi və siyasi sistem
Kasta  eyni  xüsusiyyətə  və  növə  malik  və  aşağıdakı 
amillərlə müəyyən olunan insanlar qrupuna deyilir:
1.  irqi və ya etnik amillər,
2.  coğrafi və ya regional amillər,
3.  peşə və ya sənət amilləri,
4.  linqvistik amillər,
5.  mədəni amillər,
6.  tarixi amillər.
Əvvəlcə  kastalara  bölünmə  fərdlərin  bacarığına  və 
burada  da  onların  məşğul  olduqlan  peşəyə  və  ixtisasa  görə 
aparılırdı.  Tarixən  kastalar heç də  anadan  olma prinsipi  əsa­
smda yaranmamışlar.  Bu hal  müəyyən vaxt keçdikdən  sonra 
bu  şəkildə  formalaşmışdır.  Belə  ki,  hindlilərin  əcdadları 
brahmanın  oğlunu  adət  üzrə  brahman  kimi,  kşatriyanın 
oğlunu da kşatriya kim i  qəbul  edirdilər.  Bu gün Hindistanda 
fərdin  doğulması  ilə  onun hər  hansı  kastaya mənsub  olması 
arasında elə bir  asılılıq  yoxdur.  Yəni brahmanın oğlu heç də 
həmişə  olduğu  kimi  oxumuş  adam  olmaya  bilər  və  ya 
kşatriyanın oğlu heç  də vacib deyil ki, mütləq yaxşı  döyüşçü 
olsun.
Coğrafi  və  regional  amillər  Hindistanda  kastaların 
inkişafına  və  fəaliyyətinə  əhəmiyyətli  təsir  göstərmişdir. 
Ölkənin  müxtəlif  hissələrində  müxtəlif  kastalar  müxtəlif 
şəkildə  tanınmışlar.  Onlar  coğrafi  və  regional  təsirə  məruz 
qalırlar.
Sənət  amilləri  də  müxtəlif  kasta  xarakterlərinin 
yaranması  və  inkişafına  kömək  etmişdir.  Belə  ki,  müxtəlif 
sənət amilləri  əsasında müxtəlif kastalar ad-san qazanmışlar. 
Bunlar  arasında  dülgərlər,  dəmirçilər,  çəkməçilər,  dərzilər,
53


yuyucular adı altında tanınan kastaları göstərə bilərik.
Linqvistik amillər də müxtəlif qrupların kasta keyfiy­
yətlərinin  möhkəmlənməsində  əhəmiyyətli  rol  oynamışdır. 
Məsələn,  çəkməçilər müxtəlif ştatlarda -  Maçiqar (Qənnada, 
Karnataka),  Çəmbər  (Marati  və  Maharaştra  ştatlarında), 
Moçi  (Qucaratda)  və  Çamar  (Biharda)  adlan  altında 
tanınmışlar.
Mədəni  amillər  də  Hindistanın  müxtəlif hissələrində 
kasta  keyfiyyətlərinin  formalaşmasına  uzun  müddət  təsir 
göstərmişdir.  Məsələn,  ərzağın  istifadəsinə  dair  adətlər 
müəyyən  kasta  və  ya  sinifləri  müxtəlif  qruplara  bölməyə 
imkan  vermişdir.  Belə  ki, Hindistanın qərb hissələrində yerli 
əhali  arasında  Monqlar  və  Dorlar  toxunulmazlar  kastası 
daxilində  fərqli  bir  subkastam  təşkil  edirlər.  Toxunul­
mazların m üxtəlif subkastaları arasında qidaya yararsız ətdən 
və ya tullantı qidadan istifadə edənlər ən  aşağı təbəqə, bu cür 
qidadan  istifadə  etməyənlər  daha  yüksək  təbəqəyə  mənsub 
kimi  və  vegeterian  qidadan  istifadə  edənlərsə  ən  yüksək 
keyfiyyətli qidaya mənsub təbəqə kimi qəbul edilirlər.
Hindistanın  siyasi  həyatında  kastanın  təsirinin  həm 
təriflənməsi,  həm  də  pislənməsinə  baxmayaraq,  onun  əhə­
miyyətli  rolu  indiyədək  inkaredilməzdir.  Müxtəlif kastaların 
və ya subkastaların rolu və ya təsiri açıq-aşkar özünü seçkilər 
və ya nazir portfellərinin bölündüyü vaxt büruzə verir.
Hindistanda  bələdiyyə,  rayon,  ştat  və  dövlət  səviy­
yəsində  çoxlu  sayda  sosioloji  sorğular  aparılmışdır.  Bu 
tədqiqatlar belə bir qənaətə gəlməyə əsas verir: namizədlər o 
vaxt  irəli  sürülür,  seçkiqabağı  səslər  o  vaxt  toplanılır, 
seçkilərdə  o  vaxt  qələbə  çalmır  və  vəzifələr  o  vaxt 
bölüşdürülür  ki,  m üxtəlif  kastalar  arasında  tarazlıq  olsun.
54
Bəli,  bəzi  istisnalar  da  baş  verə  bilər.  Lakin  bu  Hindistan 
siyasi  həyatında  bir  xətt,  ənənədir.  Kasta  və ya  subkastamn 
təsiri  özünü  hətta  ştat  səviyyəsində  hakimiyyət  dairələrində 
işə  götürülmədə,  hər hansı  bir  korporasiyada  yüksək  maaşlı 
işə düzəlmədə büruzə verə bilər.
5.7.  Dini sistem və siyasi sistem
Dini  sistem  və  ya  din  siyasi  sistemlə  sıx  əlaqədədir. 
Bu  kontekstdə  dinin  təbiəti  və  ya  növlərinə  biz  toxun­
mayacağıq.  Dinin  onlarla  tərifi  var.  Geniş  mənada  din 
aşağıdakı elementlər və ya əlamətlərlə xarakterizə olunur:
1.  fəlsəfə;
2.  simvolizm;
3.  rituallar, mərasimlər, bayramlar;
4.  institutlar şəbəkəsi və ya struktur və təşkilat;
5.  praktika və ya dini fəaliyyət;
6.  pərəstişkarlar və tərəfdaşlar.
Hər  bir  dində  müəyyən  dərəcədə  fəlsəfə,  rəmzilik, 
müxtəlif rituallar, mərasimlər, bayramlar və s.  mövcuddur ki, 
bunlar  da  doğum,  ölüm,  evlənmək,  ilin  fəsilləri,  məhsul 
yığımı  və  s.  ilə  bağlıdır.  Hər  bir  din  təsisata  və  təşkilata 
malikdir.  Hər bir dində  müəyyən dərəcədə praktiki  fəaliyyət 
mövcuddur.  Məs.,  namaz  islamda  müəyyən  praktiki  fəaliy­
yətdir.  Bazar  günləri  kilsəyə  getmək  xristianlarda  müəyyən 
praktikaya  çevrilmişdir.  Oda  sitayiş  zərdüştlükdə  müəyyən 
praktikadır.  Hər  dinin  öz  ardıcılları,  pərəstişkarları  var.  Bu 
nöqteyi-nəzərdən  buddizm  dünyada  ən  çox  ardıcılları  və  ya 
pərəstişkarları olan dindir.  Sonrasa xristianlıq və islam gəlir.
55


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə