Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

aparmış,  ailəyə kiçik  siyasi  sistem kimi  yanaşmışlar.  M üasir 
dövrdə  sistem analizin nümayəndələrindən olan Devid İston, 
Qabriel  Almond,  Binqam  Pauel  ailəni  siyasi  sistemdə  həll­
edici rol oynayan çox mühüm bir subsistem kimi götürürlər.
Müxtəlif dövrlərdə  müxtəlif ölkələri  müxtəlif ailələr 
idarə  etmişlər.  Hətta  bu  günün  özündə  Böyük  Britaniyada, 
Hollandiyada,  İsveçdə,  Yaponiyada,  Nepalda  və  digər  ölkə­
lərdə  vəziyyət  belə  qalmaqdadır.  Bu  da  həqiqətdir  ki,  hər 
hansı  bir ölkənin  siyasi  tarixini  Öyrənməyə  çalışan  tarixçilər 
həmin ölkələrdəki idarə edən (və ya etmiş) ailələrin də siyasi 
tarixini  öyrənməli  olurlar.  Bu  səbəbdən  onların  genealogiya 
cədvəlinə,  ailə  şaxələrinin  və  d.  tipli  diaqramların  yaradıl­
masına niyə diqqət yetirmələri heç də təəccüblü görünmür.
Ailənin təsir dairəsi təkcə krallar və ya imperatorların, 
sultanların  mövcud  olduğu  siyasi  sistemlərlə  məhdudlaşmır. 
Ailələr  demokratik  və  ya  qeyri-avtokratik  sistemlərdə  də 
siyasi  sistemə  güclü  təsir  göstərə  bilərlər.  Məsələn,  Hindis­
tanın  masir  siyasi  tarixində  30  il  ərzində  Nerular  ailəsinin 
təsiri  çox  güclü  olmuşdur.  Bu  ailədən  Cavahərləl  Neru  və 
İndira  Qandi,  sonrasa  onun  oğlu  Raciv  Qandi  baş  nazir 
vəzifəsində  çalışmışlar.  Nerular ailəsindən  təkcə baş  nazirlər 
deyil, həmçinin digər nüfuzlu siyasi  liderlər də çıxmışlar.
ABŞ-da  Kennedilər  ailəsi  siyasi  sistemə  əhəmiyyətli 
təsirə malik olmuşdur (məs.,  Con, Robert və Edvard Kennedi 
qardaşları).  İngiltərə  siyasi  sisteminə  isə  Çörçillər  ailəsi  çox 
ciddi təsir göstərmişdir.  500-ə yaxın amerikalı ailəsi buradakı 
kapitalist  strukturuna  nəzarət  edir.  Fordlar  və  Rokfellerlər 
ailələrinin  Amerika  siyasi  sisteminə  təsiri  buna  misal  ola 
bilər.
Ailə siyasi  sistemə təsir göstərdiyi kimi,  siyasi  sistem
48
də ailəyə təsir göstərir.  Bunu müxtəlif işgüzar sahələr üzərinə 
qoyulan kvotalar,  icazələr,  lisenziyalar və d.  məhdudiyyətlər 
və ya nəzarətlərdə görm ək olar.
Ailə təkcə  siyasi  sistemdə birbaşa rola malik deyildir. 
O, həmçinin  siyasi  sistemə  güclü təsir  göstərən  qeyri-  siyasi 
sistemdə də əhəmiyyətli rol oynayır.
5.  Sosial sistem (sinfi sistem) və siyasi sistem
5.1.  Sinif sisteminin səciyyəsi
Geniş  mənada  sin if  aşağıdakı  kefiyyətlərlə  səciyyə­
lənir:
1.  Say;
2.  Sənət, peşə, mülkiyyət, fəaliyyət və s.;
3.  Gəlir, var-dövlət, əmlak və s.;
4.  Həyat  tərzi,  yaşayış,  qidalanma,  əyləncə,  ziyafət, 
zövq və s.;
5.  Dil, dialekt, nitq,  ləhcə və s.;
6.  Status  və  sinfi  rəmzlər:  geyim,  dəb,  nəqliyyat  və 
rabitə  vasitələri,  evlər,  yaşayış  yerinin  harada  yerləşməsi; 
müvafiq məişət texnikasına (məs.,  televiziyaya,  soyuducuya, 
kompyuterə və s.) malik olması və s.
5.2.  Sinfin təbiəti və rolu
İstənilən cəmiyyət və ya əhali bir neçə qrupa bölünür. 
Bu  qruplar  böyük  və  ya  kiçik,  eləcə  də  müxtəlif  tipli  ola 
bilərlər.  Qrupların  tipologiyası  və  ya  təsnifatı  müxtəlif 
prinsiplər,  əlamətlər  və  ya  fikirlər əsasmda aparıla  bilər.  Bir 
sıra  alimlər  “sinifsiz”  cəmiyyətin  qurulmasına  inanırlar. 
Lakin  təcrübə  göstərir ki,  insanlar  həmişə  müxtəlif qruplara 
bölünürlər  və  əgər  müəyyən  qrupları  ləğv  etsək,  onların
49


yerində  yenisi  yaranacaqdır.  Belə  ki,  sinfi  sistemə  son  q o y ­
maq  olar.  Lakin  bu  vaxt həmin  sinfi  sistemin  yerini  tutacaq 
yeni  qruplar  sistemi  yaranacaqdır.  Belə  ki,  Aristotelə  görə, 
insan  -  sosial  heyvandır.  O,  cəmiyyətdə  qruplar halında  y a­
şayır.  Bu  qruplara  tayfalar,  klanlar,  siniflər,  kastalar  və  s. 
aiddir.  Qrupsuz  və  ya  sinifsiz  cəmiyyətin  özü  elə  ziddiy­
yətlidir.  Deməli,  qrupsuz  və  ya  sinifsiz  cəmiyyət  m ümkün 
deyildir.
İstənilən  cəmiyyət  müəyyən  qruplara bölündüyündən 
və  eyni  zamanda  bölünənlər  də  daha  kiçik  qruplara 
bölündüyündən belə bir  sual  meydana  çıxa bilər:  bu qrup  və 
ya  siniflər  necə  formalaşır  və  ya  yaranır?  Müxtəlif siniflər 
aşağıdakı prinsiplər əsasında yaranır və mövcud olur:
1.  İrqi və ya etnik amillər;
2.  İqtisadi amillər (gəlir, var-dövlət, mülkiyyət);
3.  Sosial,  fəlsəfi,  mədəni,  tərbiyəvi  və  linqvistik 
amillər.
5.3.  İrqi və ya etnik amillər
Hələ  çox-çox  əvvəllərdən  insanlar  irqi  və  milli-etnik 
amillərə  görə  bölünmüşlər.  Məsələn,  Hindistanda  əhali 
ananlara  və  dravidianlara  bölünürdü.  Hazırda  isə  bir  çox 
dövlətlərdə  əhali  irqi  xüsusiyyətlər  və  əsasən  də  dərisinin 
rənginə  görə  qruplara bölünür.  Məsələn,  Amerika  cəmiyyəti 
irqi nöqteyi-nəzərdən aşağıdakılara bölünür:
•  ağlar,
•  qırmızı dərili hindular,
•   zəncilər və ya qaralar,
•  puerto-rikolılar,
•  qarışıq əhali,
50
•  şərqlilər (sarılar, xüsusən çinlilər və yaponlar),
•  qəhvəyi  dərililər  (hindlilər,  pakistanlılar,  banqla- 
deşlilər və s.).
Lakin  bu  ölkədəki  ağların  özləri  də  irqi,  etnik,  milli 
və d. xüsusiyyətlərinə  görə bölünürlər. Ağların özlərini mən­
sub  olduqları  ölkəyə  görə  aşağıdakı  şəkildə  qruplaşdırmaq 
mümkündür:
1.  Birinci  üstünlük  verilən  sinif  -  Britaniya,  Alma­
niya,  Fransa,  Hollandiya  və  mədəni  cəhətdən  digər  oxşar 
Orta Avropa ölkələrindən olan ağlar;
2.  İkinci  üstünlük  verilən  sinif  -  Rusiyadan  və  d. 
Slavyan ölkələrindən olan ağlar;
3.  Üçüncü üstünlük verilən  sinif -  İspaniya,  Portuqa­
liya, İtaliya və d.  Cənubi Avropa ölkələrindən olan ağlar.
Bu  cür  təsnifatın  siyasi  nəticələri  çox  böyük  əhə­
miyyət  kəsb  edə  bilər.  Məsələn,  məlumdur  ki,  Amerikada 
ağlar  qeyri-formal  olaraq  birinci  dərəcəli  vətəndaşlar  kimi 
qəbul  olunurlar.  Bu,  Britaniyada  da belədir.  Bu  və  ya  digər 
ölkələrdən  olan  qəhvəyi  və  ya  qara  dərililər  ikinci  dərəcəli 
vətəndaşlar kimi qəbul olunurlar.
5.4.  İqtisadi amillər (gəlir, var-dövlət, mülkiyyət)
İqtisadi  amillərin  müxtəlif insan  siniflərini  müəyyən­
ləşdirməkdə  rolu  inkaredilməzdir.  Əhalini  onlann  aylıq 
gəlirlərinə,  var-dövlətinin  və  mülkiyyətinin  miqdarına  görə 
bölmək  olar.  Tarix  boyu  insanlar  malik  olduqları  torpağın 
həcminə,  evlərin  sayma,  qaş-daşın  miqdarına,  pulun  və  ya 
kreditin sayma görə təsn if olunmuşlar.
Burada  Marksdan  danışmaq  daha  yerinə  düşərdi.  O, 
sinifləri iqtisadi cəhətdən səciyyələndirir və göstərir ki, bəşər
51


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə