Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

Cənub  sistemləri;  demokratik,  diktator  və  ya  kommunist 
sistemləri;  imperiya,  monarxiya  və  ya  konstitusiyalı  monar­
xiya  sistemləri;  konfederativ  və  ya  federativ  və  s.  Bu 
m üxtəlif  hakimiyyət  sistemlərini  səciyyələndirən  prinsiplər 
bir-birindən xeyli fərqlənir;
2)  M üxtəlif  siyasi  sistemləri  təşkil  edən  yuxanda 
təsvir edilən m üxtəlif institut və ya assosiasiyalar da öz növ­
bəsində  ayrı-ayrı  institut  və  ya  assosiasiyalardan  ibarətdir: 
(məs.,  ordu,  polis,  parlament  və  s.).  İnstitut  və  ya  asso­
siasiyalar  inzibati  şəbəkə  və  ya  agentliklərə,  məsələn, 
bürokratiyaya,  məhkəməyə  və  s.  malik  ola  bilərlər.  Siyasi 
sistemin  başqa  əhəmiyyətli  sahələri,  məs.,  siyasi  partiyalar, 
lobbi və ya təsir qrupları haqqında da danışmaq olar.  Burada 
qeyd  etmək  yerinə  düşər  ki,  siyasi  sistemə  sosial,  təhsil, 
mədəni,  dini,  iqtisadi,  sənaye  və  s.  sistemlər təsir göstərir və 
eyni  zamanda  onlar  özləri  də  siyasi  sistemin  təsirinə  məruz 
qalırlar;
3)  Sistemi 
fəaliyyətdə  səciyyələndirən  müxtəlif 
prosedur və proseslər;
4)  Siaysi  sistemi  idarə  edən  və  siyasi  sistemin 
sağlamlığından və nasazlığından təsirlənən insanlar. Müxtəlif 
siyasi  sistemlərdə  onlar  müxtəlif  adlarla  çıxış  edirlər: 
imperator, monarx, kral, prezident,  baş nazir, oliqarx, despot, 
diktator  və  s.  Onlar  eyni  zamanda  qanunverici,  deputat, 
hakim, hərbiçi, polis və s. kimi tanma bilərlər;
5)  Siyasi  sistemi  səciyyələndirən  vaxt  elementi. 
M üxtəlif  vaxtlarda  fəaliyyət  göstərmiş  müxtəlif  siyasi  sis­
temlər  mövcud  olmuşdur.  Məs.,  Britaniya  parlamentinin 
tarixi  700  il  bundan  əvvələ  gedib  çıxır.  Amerika  siyasi 
sistemi  200  ildən  artıqdır  mövcuddur.  İsrail,  Pakistan
44
qanunvericilik  orqanlarının  yaşı  60  ildən  yuxarıdır.  Müstəqil 
Azərbaycan  Respublikasının  siyasi  sistemi  iyirmi  illik  tarixə 
malikdir.
3.  Siyasi sistemlə qeyri-siyasi sistemin  qarşılıqlı 
münasibəti
Siyasi  sistemlə  sosial  sistemin qarşılıqlı münasibətləri 
aşağıdakıları əhatə edir:
a)  ailə sistemi;
b)  sinfi sistem;
c)  kasta sistemi;
d)  dini sistem;
e)  təhsil sistemi;
f)  iqtisadi və ya sənaye sistemi.
Bu münasibətlər çoxtərəfli və rəngarəngdir.
Hər hansı bir cəmiyyət və ya dövlət bütünlükdə çoxlu 
qruplar,  sinif  və  ya  birliklərdən  ibarətdir.  Bunların  hər  bir 
üzvü  digərinin  üzərində  müəyyən  hakimiyyətə  malikdir. 
Məsələn,  qayda-qanunu  pozduğuna görə  hər hansı  bir tələbə 
universitetdən  qovula  bilər;  müəyyən  bir  icmanın  dini 
rəhbəri  hər  hansı  bir  oğlan  və  qızın  evlənməsinə  onların 
icmaya  qarşı  müəyyən  hərəkətlərinə  görə  icazə  verməyə 
bilər.  Beləliklə,  m üxtəlif  qeyri-siyasi  birliklər  öz  təqsirkar 
üzvlərinə  qarşı  m üxtəlif  sanksiyalar  -  narazılıq  bildirmək, 
cəza  vermək,  maneə  olmaq  və  s.  tətbiq  edə  bilərlər.  Lakin 
təqsirkar  üzvlərə  qarşı  nə  qədər  ciddi  və  ya  sərt  cəza 
tədbirinin  işlədilməsinə  baxmayaraq,  onlara  heç  bir  vaxt 
ölüm hökmü kəsilə bilməz.  Deməli,  qeyri-siyasi  sistemlər öz 
üzvləri  üzərində  icbari  hakimiyyətə  malikdirlər.  Onlar  öz 
üzvlərinin  həyatı  və  ölümü  üzərində  mütləq  icbari
45


hakimiyyətə malik deyillər. Bu cür hakimiyyətə siyasi sistem 
malikdir.  Hər  hansı  bir  ciddi  cinayətdə  (məsələn,  terro­
rizmdə)  günahlandırılan müəyyən  şəxs  lazım gəldikdə  siyasi 
sistem tərəfindən ölümə məhkum edilə bilər.  Siyasi sistem və 
ya  dövlət  təqsirkar  olan  və  ya  cinayət  törətmiş  şəxsləri  cə­
zalandırmaqdan ötrü çox baha başa gələn və səylə yaradılmış 
ordu,  polis,  məhkəmə,  həbsxana  və  s.  kimi  institutlara 
malikdir.
4.  Sosial sistem (ailə sistemi) və siyasi sistem
Min  illər  boyu  ailə  sosial  və  siyasi  həyatın  əsas  və 
universal  vahidlərindən biri  kimi  çıxış  etmişdir.  Müxtəlif tip 
ailələr  mövcud  olmuşdur:  geniş  (qədim)  və  ya  nuklear 
(müasir)  ailələr.  Ailə  həmişə  sosial  və  siyasi  sistemin  əsas 
qurucusu  kimi  çıxış  etmişdir.  Bütün  dövrlərdə  ailə müəyyən 
funksiyalar yerinə yetirmişdir:  bioloji,  iqtisadi, təhsil, dini və 
siyasi.  Bu  funksiyalar dövlətin  funksiyasına da çox yaxındır. 
Belə  demək  olar  ki,  ailə  dövlət  makrokosmunun  mikro- 
kosmudur.
İndisə  ailənin  m üxtəlif  funksiyalarım  nəzərdən 
keçirərək:  ailənin  siyasi  sistemə  və  əksinə,  siyasi  sistemin 
ailəyə təsirini araşdıraq.
Bioloji  funksiya.  Hər  bir  ailə  cəmiyyətin  üzvlərinin 
sayının  artmasına  və  bununla  da  sosial  və  siyasi  həyatın 
davam etdirilməsinə yardım göstərmiş olur.
İqtisadi  funksiya.  M üxtəlif  dövrlərdə  ailə  iqtisadi 
vahid və  ya istehsal, bölgü və istehlak vasitəsi kimi  fəaliyyət 
göstərmişdir.  Ənənəvi  və ya aqrar ailələr iqtisadi vahid kimi 
çıxış  etmişlər.  İnkişaf etməkdə olan ölkələrdə ailə indi də bu 
funksiyanın daşıyıcısı kimi çıxış edir.
46
Tərbiyəvi  funksiya.  Valideynlər  uşaqlarına  tərbiyə 
verməklə  və  müəyyən  bacarıqları  öyrətməklə  onlara  sosial 
cəhətdən  əhəmiyyətli  dəyərlər  aşılamağa,  adətlər  başa 
salmağa,  peşə  verməyə  və  s.  çalışırlar.  Yəni  uşaqlar  əvvəlcə 
ata-ana  və  digər  böyüklərin  nəzarəti  altında  olur,  müxtəlif 
cür  tərbiyə,  məlumatlar  alır  və  təsirə  məruz  qalırlar.  Bu, 
tərbiyə  xüsusi  bir  fəaliyyət  sahəsinə  çevrilənə  qədər  belə 
olmuşdur.  Müasir  dövrdə  isə  ailənin  tərbiyəvi  funksiyası 
xeyli  dərəcədə təhsil  sistemi, kütləvi  informasiya və kommu­
nikasiya  vasitələri  tərəfindən  alınmışdır.*  Müasir  ailədə  çox 
vaxt valideynlər uşaqları  evdə tək qoyur və  onlar televizorla 
təklikdə  qalırlar.  Televiziyadan,  internetdən və  s. kiçik uşaq­
lar  lazımlı  şeylərlə  yanaşı  faydasız  olan  çox  şey  öyrənirlər. 
Bütün  bunlar  da  öz  növbəsində  hazırda  tərbiyənin  əhəmiy­
yətli  dərəcədə  ailənin  nəzarəti  altından  çıxdığından  xəbər 
verir.
Dini  funksiya.  Ənənəvi  olaraq ailə geniş  mənada dini 
inamın  yaranması  və  onun  üstünlük  təşkil  etməsi,  dini 
dünyagörüş və ya uşaqların tərbiyəsi üçün həmişə məsuliyyət 
daşımışdır.
Siyasi  funksiya.  Məlumdur  ki,  ailə  həmişə  hər  hansı 
bir  siyasi  birliyin,  cəmiyyət  və  ya  dövlətin  əsas  vahidi 
olmuşdur.  Aristotel  başda  olmaqla  bir  çox  filosoflar  ailəni 
siyasi  sistemin  əsas  elementi  hesab  etmişlər.  Onlar  ailədə 
atanın  rolu  ilə  dövlətdə  hökmdarın  rolu  arasında  paralel
Bu gün azyaşlı  uşaq artıq bütün vaxtını evdə keçirmir: o, əvvəlcə, körpə­
lər evi,  uşaq bağçasına qədəm qoyur, bir az sonra isə ibtidai və orta məktəbə 
gedir.  O,  istəsə  axırıncı  sinfə  qədər  oxuya,  yaxud  təhsilini  texniki-peşə 
məktəbində davam etdirə bilər.  Məktəbi yaxşı  bitirənlər kollec və ya univer­
sitetlərə  daxil  olurlar.  Beləliklə,  uşaq  16-17  yaşma  qədər  ailə  ilə  yanaşı 
kənar tərbiyə və təhsil də alır.
47


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə