Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574


  Harold Lassuelin  psixoloji yanaşması



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

2.4.  Harold Lassuelin  psixoloji yanaşması
Professor  Harold  Lassuel  (1902-1978)  elita  prob­
leminə  psixoloji  mövqedən  yanaşma  nümayiş  etdirmişdir. 
Onun  fikrincə,  hakimiyyət probleminə psixoloji  yanaşma  və 
müəyyən  bir  cəmiyyətdə  elitalar  tərəfindən  hakimiyyətdən 
istifadə onların m üxtəlif tiplərinin formalaşması  və fəaliyyəti 
haqqında  qiymətli biliklər verə  bilər.  Lassuel  özünün  “Haki­
miyyət:  kim nə,  nə  vaxt  və  harada  əldə  edir?”  adlı  görkəmli 
əsərində  elitaların  müqayisəsi  də  daxil  olmaqla  bir  sıra 
maraqlı  fikirlər  irəli  sürmüşdür.  Onun  yanaşmasında cəmiy­
yətdə  hakimiyyət  mənbələrini  tutmuş  və  ya  ələ  keçirmiş, 
yaxud  nəzarətdə  saxlayan  m üxtəlif  fərdlərə  münasibət 
bildirilir  və  buna  görə  də  bu  insanların  elita  olmaları 
göstərilir.  Lassuel  aşağıda  verilən  cədvəldəki  müxtəlif  tip 
özül  dəyərlərdən yaranan müxtəlif növ elitalardan bəhs edir.1
Elitanın quruluşuna görə idarəetmə formaları
Cədvəl 1.
Özül
dəyərlər
Elita
İdarəetmə
İdarə edənlər
Hakimiyyət
Məmurlar
Bürokratiya
Bürokratlar
Hörmət
Zadəganlar
Aristokratiya
Aristokratlar
Düzgünlük
Ədalətli
Etokratiya
Etokratlar
Bağlılıq
Tanınmış
Demosokratiya
Demosokratlar
Rifah
Cəsur
Virokratiya
(cəsurların hakimiyyəti)
Virokratlar
Var-dövlət
Varlı
Plutokratiya
Plutokratlar
Bacarıq
Bacarıq
Texnokratiya
Texnokratlar
Maariflənmə
Rəmzlər
İdeokratiya
İdeokratlar
’H.  Lasswell, A. Kaplan. Power and Society:  a Framework for Political 
Inquiry, p.78
40
Lassuelin  tədqiqat  nəticəsində  gəldiyi  əsas  qənaətlər­
dən  biri  ondan  ibarətdir  ki,  elitalar  içərisindən  çaxdıqları 
insan qruplarına həmişə həssas və məsul olurlar. Bu aydın və 
mühümdür,  çünki  onlar  öz  təyinatlarına  görə  törədikləri 
əsasa  hörmət  etməlidirlər  və  onlar  effektiv  fəaliyyət 
göstərmək  və  ya  hakimiyyətdən  yararlanmaq  üçün  aramsız 
olaraq  bu  əsas  qarşısında  məsuliyyət  daşımalı  və  hesabat 
verməlidirlər.
3.  Sinfi münaqişə və konsensus
Sinfi  münaqişə  ideyası  prinsipcə  K.Marksın  cəmiy­
yətin  “maddi  bazası”na  yönəltdiyi  diqqətdən  irəli  gəlir. 
Bizim  üçün  burada  əsas  fikir  aşağıdakılardan  ibarətdir:  hər 
bir cəmiyyətin  iqtisadi  təşkili  fərdlərin maraq  və fəaliyyətini 
təmin  edir;  maraq  müxtəlifliyi  və  mümkün  münaqişə  əsa­
sında qruplar  bir-birilə  müxalifətdə  birləşə  bilərlər.  Marksm 
tarixi materializm nəzəriyyəsinə görə, cəmiyyətin intellektual 
və  siyasi  həyatını  son  nəticədə  istehsalın  təşkili  müəyyən­
ləşdirir.  Lakin  sosiologiya  belə  bir  müvqedən  çaxış  edir: 
kollektiv  fəaliyyət  heç  də  iqtisadi  maraqların  labüd  nəticəsi 
deyildir;  eyni  iqtisadi  mövqeni  tutan  fərdlər  arasında  qar­
şılıqlı  əlaqə  mədəni,  sosio-psixoloji  və  situativ  şərtlərlə 
müəyyənləşir.  Bu  şərtlər  fərdlərin  iqtisadi  mövqeyi  və 
kollektiv  fəaliyyətinə  müdaxilə  edərək  iqtisadi  marağı 
formaca dəyişdirir.
XIX  əsrdən  bəri  sosioloqlar  kollektiv  fəaliyyətin 
təhlilini ya iqtisadi marqlar, ya da ki, mədəni  və institusional 
konsensus  mövqelərindən  vermişlər.  Sosial  davranışa  həsr 
olunmuş  əksər  tədqiqatlarda  sinfi  hərəkat  və  b.  bu  kimi 
problemlərdən bəhs olunur.
41


4.  Bürokratiya və oliqarxiya
Əgər  sinfi  münaqişə və  konsensusla  bağlı  qayğı XIX 
əsr  reallığından  yaranmışdısa,  bürokratiya  və  oliqarxiyaya 
maraq  sırf XX  əsr  fenomenidir.  Bunun  səbəbləri  aydındır: 
əgər  “konsensus”  problemi  Sənaye  İnqilabının  (1760-1830) 
dağıdıcı nəticələrindən və mütləqiyyətdən demokratik rejimə 
keçiddən  meydana  gəlmişdisə,  “sinfi  münaqişə”  problemi 
sənaye  cəmiyyətindəki  dəyişikliklərin  dinamikasını  əks 
etdirirdi.
Bu şəraitdə bürokratiya ona qarşı  mübarizə aparılmalı 
bir  bəla  kimi  ortaya  çıxmışdı.  Mühafizəkarlar  belə  bir 
mövqedən  çıxış  edirdilər:  dövlət  cəmiyyətin  üzvi  şəkildə 
inkişafına mane olur,  liberallar və radikallar isə insan haqları 
və  azadlıqları  ilə  özbaşına  rəftar  edirdilər.  Eyni  zamanda, 
tədqiq  edilməsinə  baxmayaraq  oliqarxiya  problem  kimi 
qəbul  edilmirdi.  Silki  dövlətin  romantik  obrazı  ilə  öyünən 
mühafizəkarlara  görə,  bütün  hökumətlər  özündə  azlığın 
idarəçiliyini  ehtiva  edirdi.  Onlar üçün  ideal  hökumət  silkləri 
təmsil  edən  aristokratiya  idi  ki,  bu da demokratiyadan üstün 
tutulurdu.  Radikallar üçünsə hökümət xalq tərəfindən qarşısı 
alınmalı  olan hakimiyyətin özbaşına qəsb edilməsi  idi.  Qəsb 
olunan  hakimiyyət  ilə  xalqın  hakimiyyəti  arasındakı  bu 
münaqişədə  “oliqarxiya”  hökumət  üçün  ciddi  bir  problem 
kimi çıxış edirdi.
Siyasi  sosiologiyaya  dair  digər  nəzəriyyələri  isə 
sonrakı fəsillərdə daha ətraflı nəzərdən keçirəcəyik.
42
FƏSİL 3. SIYASI  VƏ QEYRI-SIYASI SİSTEM LƏR
1.  Sistem  anlayışı
Sistem  haqqında  danışarkən  aşağıdakılar  nəzərdə
tutulur:
1.  Hər  hansı  bir  kollektiv  varlıq,  təşkilat  və  ya 
birlik;
2.  Hər  hansı  bir  sistemin  kökündə  duran,  onu 
məlumatlandıran, izah edən və hərəkətə gətirən prinsiplər;
3.  Sistemi  təşkil  edən  bir  sıra  institutlar  və  ya 
assosiasiyalar;
4.  Sistemi  fəaliyyətdə  səciyyələndirən  müəyyən 
quruluş, prosedurlar, proses və ya funksiyalar;
5.  Sistemi  hərəkətə gətirən müəyyən operatorlar və 
ya elementlər.
6.  Sistemin  yaradılması,  inkişafı,  funksiyası  və  ya 
işləməsi üçün lazım olan vaxt elementi. Bu element müəyyən 
zaman çərçivəsində mövcud olan tarixi,  ənənələri, adətləri  və 
s. nəzərdə tutur.
Yuxarıda  adları  çəkilən  geniş  sistemlər  şəbəkəsi 
müxtəlif  sistemlərin  (məs.,  siyasi,  iqtisadi,  sənaye,  sosial, 
təhsil,  mədəni,  dini  və  d.  sistemlərin)  fərqli  cəhətlərini 
səciyyələndirir.
2.  Siyasi sistem anlayışı
Siyasi  sistemin  əsas  xüsusiyyətlərini  aşağıdakılar 
təşkil edir:
1) 
Siyasi  sistem  bir  sıra  amillər  və  ya  prinsiplərlə 
səciyyələnən  mürəkkəb  bir  sistemdir.  M üxtəlif  tipli  və  ya 
məzmunlu siyasi  sistemlər mövcuddur:  Qərb,  Şərq,  Şimal və
43


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə