Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

inkişafı  nümayiş  etdirir  ki,  hər  kəs  ağır  və  üzücü  əməkdən 
azad  olmağa  və  eyni  zamanda  istədiyi  şəkildə  yaşayışını 
təmin  etmək  üçün  asudə  vaxtını  artırmağa  qadirdir.  Hazırda 
dünyanın  inkişaf etmiş  ölkələrində  8-saatlıq  iş  günü  əvəzinə 
5-3-saatlıq  iş  günündən  söhbət  gedir.  Unutmamalıyıq  ki, 
XVIII-XIX  əsrlərdə  iş  günü  16  və  ya  daha  çox  saat  idi.
Beləliklə,  bu  gün  asudəlik  kiminsə  imtiyazı  olmaya­
raq, hər bir adam üçün ən mümkün bir vəziyyətdir.  Veblenin 
bölgüsü bu gün üçün o qədər də aktual deyildir.
Nəhayət,  qeyd  etməliyik  ki,  asudə  sinfin  təhlilində 
düzgün  və  faydalı  fikirləri  qəbul  etməklə  yanaşı,  onun 
çatışmazlıqlarına da göz yummaq olmaz.
2.4.  Çarlz Rayt Mills:  hakim elita nəzəriyyəsi
Çarlz  Rayt  Mills  (1916-1962)  Kolumbiya  universi­
tetinin  professoru  olmuşdur.  O,  öz  tədqiqat  işlərində  elita 
probleminin  müxtəlif  aspektlərindən  bəhs  etmişdir.  Onun 
əsərləri  arasında  bu  nöqteyi-nəzərdən  ən  əhəmiyyətlisi  kimi 
“Hakim  elita”nı  göstərmək  olar.  Bu  əsər  Amerika  reallığını 
əks  etdirsə  də  bir  tədqiqat  əsəri  kimi,  ümumiyyətlə,  böyük 
əhəmiyyt kəsb edir.
Milisə  görə,  Amerikanın  hakim  elitası  aşağıdakılar­
dan ibarətdir:
1)  hərbçilər və ya ordunun aparıcı üzvləri;
2)  biznes,  maliyyə  və  bank  sahələrində  yüksək
mövqe tutanlar və nəhayət,
3)  bürokratiya və inzibatçılar.
Milisin  fikrincə,  elitanın  bu  aparıcı  üç  sinfi  arasında 
yüksək  səviyyədə  qarşılıqlı  anlaşma  və  ellik  zəmanət 
mövcuddur.  Bu  cür  münasibət  də  elə  elitanın  bu  günə  kimi
36
mövcudluğunun  əsas  səbəbi  olmuşdur.  Mills  belə  bir  fakta 
müraciət  edir  ki,  silah  istehsalı  ilə  məşğul  olan  biznesmen 
hərbi  elita  ilə  yüksək  səviyyəli  münasibətlərindən  böyük 
miqdarda fayda götürür.
Mills  yazır  ki,  təqaüdə  çıxmış  zabitlər  və  onlar 
arasında  əsasən  strateji  vəzifə  tutanlar  biznes  və  maliyyə 
dünyasında  çox  gəlirli  mövqeyə  malikdirlər.  Bu  o  deməkdir 
ki,  hərbi  elita  ilə  biznes  və  maliyyə  elitası  arasında qarşılıqlı 
anlaşma, müqavilə və sıx ünsiyyət mövcuddur.  Bürokratik və 
inzibati  elita  da  bu  iki  elitar  sinif  ilə  sıx  əlaqə  saxlayaraq 
onlara münasibətdə yardımçı və dayaq rolunu oynayır.
Mills qeyd edir ki, Amerika onun  əhalisinin bütün tə­
bəqələrini  əhatə  edən  həqiqi  elitaya malik  deyildir.  Buradakı 
elitalar ənənəvi  şəkildə  hərbçilər,  biznes  və  maliyyə  dünyası 
və  eləcə  də  bürokratiyam  təmsil  edən  aparıcı  şəxslərdən 
ibarətdir.  Amerika  cəmiyətində  elitalar  ayrı-ayrı  şəxslərin 
nail  olduqları  müvəffəqiyyətlər  hesabına  mövcuddur.  Lakin 
bu  fikir  bir  qədər  şişirdilmiş  kimi  görünür.  Çünki  əslində 
müasir elita ya ənənə, ya ailə mənsubiyyəti, ya varislik, ya da 
ki  hər  hansı  bir  vəzifəyə  təyin  olunma  prinsipi  əsasında 
mövcuddur.  O  bir  neçə  misal  gətirərək  göstərir  ki,  hərbi 
elitanın üzvləri  bura kim tərəfındənsə təyinatla,  orduya əsgər 
çağırılması  ilə  və  ya hərbi  iyerarxiyanın  qeyri-xidməti  pillə­
lərində  irəliləmələrinə  görə  daxil  olurlar.  Biznes,  maliyyə, 
bank  və  müxtəlif kompaniya və korporasiyalar dünyasındakı 
elita  üzvləri  burada  ona  görədirlər  ki,  onlar  ya  bu  elita 
daxilində  doğulmuşlar,  ya  da  ki,  öz  atalarının  ad-sanlarını 
miras almışlar.  Məsələnin daha da aydın olması  üçün biznes, 
maliyyə,  bank  və  s.  sahələrdə  həlledici  qərarlara  görə 
məsuliyyət  daşıyan  texnokratları  və  menecerləri  göstərə
37
к


bilərik.  Lakin  bu  ənənəvi  (sonradan  qazanma  yox)  elitalara 
şamil edilə bilər.  Məsələn, ABŞ-m Harvard, Çikaqo, Kolum­
biya,  Stenford  və  d.  adlı-sanlı  universitetlərinin biznes mək­
təblərini  bitirmiş  və  biznes  idarəetməsi  sahəsində  dərəcəyə 
malik  ağ  dərili  protestant  ailəsindən  olan  gənc  oğlan  və  ya 
qızlar  öz  sahələrində  yüksək  mövqe  tutur,  biznes-maliyyə 
sahəsində  hakim  elita  olurlar.  Bürokratlara  və  ya  inzibatçı­
lara  gəldikdə,  M ills  göstərir ki,  ABŞ-da  onların  təsiri  tarixi 
və  siyasi  faktorlar  ucbatından  xeyli  məhdud  və  zəif olmuş­
dur. Amerikada Avropada olduğu kimi yaxşı inkişaf etmiş və 
müntəzəm  bürokratiya  yoxdur.  Bürokratiyanm  zəif  qalma­
sının  səbəblərindən  elitanın  özünün  zəifliyini  və  onun digər 
iki  növünün  -  hərbi  və  biznes-maliyyə  elitalarının  qeyri- 
müəyyən rollara və işə malik olmalarını göstərmək lazımdır.
Göstərilən  ənənənin  və  inkişafın  nəticəsi  olaraq, 
Amerika  elitası,  yəni  hakim  elita nəinki  qeyri-reprezentativ- 
dir,  o,  həm  də  özünün  formalaşmasında  və  fəaliyyətində 
məsuliyyətsizdir.  Mills  göstərir  ki,  bu  üç  elita  tipi  üçün bir­
ləşmək və ölkəni istənilən səmtdə aparmaq adi bir haldır.
“Hakim  elita”  əsərində  Mills  “Ən  yüksək  mənəviy- 
yatsızlıq”  adlı  fəsli  Amerikanın hakim  elitasının qeyri-repre- 
zentativliyi  və  qeyri-qanuniliyinin təsvirinə həsr etmişdir.  O, 
təkrar  olaraq  qeyd  edir  ki,  elitalar  hakimiyyətə  xüsusi  key­
fiyyətlərinə  görə  deyil,  digər  səbəblərə  -  mənşəyinə,  varisli­
yə,  təyinata  və  s.  görə  malikdirlər.  Kitabının  sonunda  o  bir 
daha  qeyd  edir  ki,  amerikalılar  klassik  mənada  qəbul  edilə­
cək və  doğrudan  da fəxr olunmalı  elitaya və ya liderlərə ma­
lik deyillər.
Mills  öz  analizi  əsnasında  bunun  bir  neçə  səbəbini 
göstərir:
38
1.  Amerikada  tarixən  Avropa  Ölkələrində  olduğu 
kimi  aristokratlar və ya zadəganlar sinfi  olmamışdır.  1777-ci 
il  Amerika  inqilabı  və  müstəqillik  uğrunda  müharibə  nəti­
cəsində bir çox aristokrat ailələr ya İngiltərəyə köçmüş, ya da 
ki,  burada  qalaraq  daha  eqalitar  və  ya  demokratik  münasi­
bətlər,  əhval-ruhiyyə  və  həyat  tərzini  qəbul  etmişlər.  Nəticə 
etibarı  ilə,  müəyyən  vaxt  ərzində  Amerikada  aristokrat  və 
zadəganlardan 
iz-toz 
belə 
qalmamışdır. 
Amerikalılar 
bərabərhüquqlu millət kimi  formalaşıblar.
2.  Z əif inkişaf etmiş bürokratiyanm olmasının səbəbi 
haqqında müəyyən  dərəcədə  söhbət  açmışıq.  Ənənəvi  olaraq 
Amerika bürokratiyası  və xüsusən  də  onun  yuxarı  pilləsi  ha­
kimiyyətə  gələn  yeni  prezidentlə  gəlmiş  və  hakimiyyətdən 
uzaqlaşan  prezidentlə  də  tutduğu vəzifələrdən  uzaqlaşmışdır. 
Bu  -  spoylz  sistemi  (seçkilərdə  qalib  gələn  partiyanın  tərəf­
darları arasında dövlət vəzifələrinin bölüşdürülməsi) adını  al­
mışdır.  Bu  sistem  öz  başlanğıcını  1820-ci  illərdən,  prezident 
Endryu  Ceksonun  vaxtından  götürür.  Mills  göstərir  ki,  zəif 
bürokratiya hakimiyyətdə hərbiçilərin və bankirlərin, biznes­
menlərin köməyi sayəsində qalır və onlardan kömək alır.
3.  Mills elitaya məxsus digər tipləri  -  intellektualları, 
yazıçıları,  kino  ulduzlarını,  moda  qanunvericilərini,  model­
ləri  və  b.  göstərir  və  qeyd  edir  ki,  onlar  cəmiyyətdə  qeyri- 
sabit,  marginal  və  ya  qeyri-effektiv  rol  oynayırlar.  Milisə 
görə,  onlar  Amerikanın  hakimiyyət  sistemində  elə  bir 
əhəmiyyətli  rol  oynamırlar.  Bu  adamlara  sitayiş  olunsa  da, 
onlar  geniş  reklam  olunsalar  da  nəticə  etibarı  ilə  Amerika 
cəmiyyətində  aparıcı  rol  oynaya  bilmirlər.  Bu  məhşur  şəxs­
lərin  təsvirinə  isə  Mills  bütöv  bir  fəsil  həsr  edərək  onların 
cəmiyyətdə nisbətən az olan təsir və rolunu sübut etmişdir.
39
\


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə