Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

(2) Liderlik  haqqında  danışarkən  onun  qeyri-siyasi 
sahələrə  də  aid  edilə  bilməsinə  baxmayaraq,  çox  vaxt  bu 
termin  siyasi  mənada  işlənilir.  Lakin  elita  anlayışı  praktiki 
olaraq  bütövlükdə  cəmiyyətin  özünə  və  ya  onun  ayrı-ayrı 
seqmentlərinə  şamil  edilə  bilər.  Məsələn,  siyasət,  iqtisadiy­
yat,  elm,  təhsil,  mədəniuuət,  din,  incəsənət,  musiqi  və  s.  sa­
hələrdə  elitalar  haqqmda  danışmaq  mümkündür.  Bunu  elə 
liderlər  haqqında  da  demək  olar.  Lakin  müəyyən  sahələrdə 
liderlik anlayışından daha münasib termin kimi elita işlənilir. 
Deməli,  elita və  lider terminləri  bir-birinə  bağlı  terminlərdir. 
Lakin  onlar  xüsusi  hallarda  və  həyatın  müxtəlif sahələrində 
tətbiq olunurlar.
2.1.  K.Marksın elitalara baxışı
Elitalar  haqqında  bir  çox  mütəfəkkirlər  fikir  söylə­
mişlər.  Onlar  arasında  K.Marks  (1818-1883)  istisna  deyil. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  o  cəmiyyətdə  iqtisadi  amil­
lərin  üstünlüyünə daha  çox diqqət yetirirdi.  Marksa görə,  hər 
bir  cəmiyyətin  tarixi  onun  hakim  sinif  və  ya  elitalarının 
tarixidir. 
Çünki  onlar  istehsal 
vasitələrinə,  əmtəənin 
paylanılmasına  və  istehlaka  nəzarəti  həyata  keçirirlər.  Lakin 
Marks  bunu  da  istisna  etmir  ki,  hər  hansı  nazir  və  ya rəisin 
işi  iqtisadi  göstəricilərlə  xarakteizə  olunmaya  da  bilər.  Bu 
halda onlar istehsal vasitələrinə, bölgüyə və istehlaka nəzarət 
edən  adamlar  tərəfindən  nəzarət  olunurlar.  Alimə  görə, 
hökumət buıjua  komitəsi tərəfindən  idarə  olunur ki,  o  da öz 
növbəsində  bütünlüklə  iqtisadi  sinifdən  asılı  vəziyyətdədir. 
Marks  hesab  edirdi  ki,  cəmiyyətdə  qeyri-iqtisadi  elitalar 
elitaların  ən  möhtəşəmidir  və  bu  bütün  cəmiyyətlərə  aiddir. 
Daha  sonra,  bütün  cəmiyyətlərdə  iki  sinif  mövcuddur.
24
istismarçılar  və  istismar  olunanlar.  Birinci  sinif  iqtisadi 
cəhətdən  güclü  sinif  olaraq  istehsal  vasitələri,  əmtəənin 
bölüşdürülməsi  və  istehlak  üzərində  nəzarəti  həyata  keçirir. 
Lakin  istismar  artdıqca  və  vaxt  keçdikcə  iki  sinif arasındakı 
münasibətlər  kəskinləşir  və  nəticədə  bu,  istismarçıların 
devrilməsi  və onların yerinin istismar olunan sinif tərəfindən 
tutulması  ilə  nəticələnir.  Marksa  görə,  belə  hal  bütün  sinifli 
cəmiyyətlər üçün səciyyəvidir.
Texnika  və  texnologiyanın  inkişafı  da  istismarçılarla 
istismar  olunanlar  arasında  hakimiyyət  münasibətlərinin 
dəyişilməsinə  gətirib  çıxarır.  Marks  bunu  bəşər  tarixi  və 
xüsusən  Avropa dövlətlərinin  tarixi  timsalında izləyir  (bura­
da  o,  İngiltərəyə  xüsusi  diqqət  yetirir).  Alimin  fikrincə,  bu 
proses  tarixi  zərurət  və  qarşısıalınmaz  iqtisadi  qanunlar 
üzündən  baş  verir.  Yəni,  o  tarixi  və  iqtisadi  determinizm 
tərəfdarı kimi çıxış edir.
Marksın  elitalara  baxışı  müəyyən  çatışmazlıqlardan 
azad deyildir:
(1)  Marks öz mövqeyini  “dialektik prinsiplə” əsaslan­
dırır.  Bu  prinsipə  görə,  hər  hansı  bir  sosial  situasiya  tezis 
(verilən  hadisə),  antitezis  (verilən  hadisəyə  müxalifət)  və 
sintezdən  (tezis  və  antitezisin  ən  yaxşı  xüsusiyyətlərinin 
birləşməsindən)  ibarətdir.  Lakin  onun  əsaslandığı  dialektik 
prinsip  (Marksın  iqtisadi  elita  nəzəriyyəsi  buna  əsaslanır) 
sinifsiz  cəmiyyət  qurulduğu  halda  öz  əhəmiyyətini  itirmiş 
olur.  Onun  fikrincə,  kapitalizm  süquta  yetdukdən  və 
proletariatın  hakimiyyəti  bərqərar  olduqdan  sonra  sinfi 
mübarizə  sona  yetir  və  tədricən  istismardan  azad  sinifsiz 
cəmiyyət  yaranır  ki,  burada nə  xüsusi  mülkiyyət,  nə  dövlət, 
nə də ki  hakimiyyət mövcud olacaqdır.  Lakin tarixin sonrakı
25


inkişafı  Marksın  bu  fikirlərinin  utopiyadan  başqa  bir  şey 
olmadığını  göstərdi.  Yəni  Marks  elitalar haqqında  fəlsəfi  və 
məntiqi  səhvə  yol  vermiş  olur  və  burada  dialektik  prinsip 
özünü heç də doğrultmur.
(2) İstismar  olunan  sinif haqqında  onun  məhdud  və 
səhv fikirləri. Ona görə, istismar edən elitalar mütləq istismar 
olunan  məzlum  xalq  tərəfindən devriləcək.  Belə halda o,  (a) 
iqtisadi  və  tarixi  faktorların  rolunu xeyli  şişirdir və  (b)  istis­
mar olunan sinifdən yaranacaq elitaların rolunu kifayət qədər 
qiymətləndirməmiş olur. Marks həmçinin göstərir ki, bu sinif 
istismarçı  elitanı  devirdikdən  sonra tarixi  və iqtisadi  məcbu­
riyyət  qarşısında  qalaraq  öz  sinfi  şüurunu  inkişaf etdirməli 
olacaq  və əvvəlki elitanın devrilməsi  işini başa çatdıracaqdır. 
Lakin  burada yaranmış  boşluğu  V.Lenin doldurmağa çalışır. 
O,  göstərir ki,  sinif öz-özlüyündə  çox  böyük və  qeyri-mütə­
şəkkildir  və  bunun  üçün  də  istismarçı  elitaya  qarşı  mübarizə 
aparmaq  iqtidarında  deyildir.  Buna  görə  də  istismarçı  elita­
lardan  heç  də  pis  hazırlıqlı  olmayan  başqa  tipli  elitaya  ehti­
yac  vardır.  Buradan  da  Lenin  özünün  partiya  elitası  haqqın­
dakı  fikrini  inkişaf etdirir.  O,  göstərir  ki,  partiya  kimi  güclü 
və etibarlı instrumentə malik olmadan (bura təşkilatçılar, fəh­
lələr  və  peşəkar  inqilabçılar  daxildirlər)  bu  mübarizədən  qa­
lib  çıxmaq  olmaz.  Lenin  öz  təlimini  təkcə  nəzəriyyədə  inki­
şaf  etdirmədi,  onu  praktikada  da  həyata  keçirdi.  Rusiyanın 
misalında  o  partiyanın  “istismarçı  elitalara  qarşı  mübarizə 
apararaq qalib gəlmək” iqtidarında olduğunu göstərdi.
26
2.2.  V.Paretonun ümumi sosioloji konsepsiyası haqqında.
Paretonun elita nəzəriyyəsi
Vilffedo Pareto (1848-1923) görkəmli  italyan iqtisad­
çısı  və sosioloqudur.  Özünün  sosioloji  konsepsiyasını  Pareto 
“Ümumi  sosiologiya  traktatı”  adlı  əsərində  izah  etmişdir. 
Pareto öz fikirlərini izah edərkən pozitivist metodologiyasına 
əsaslanmışdır.
Paretoya  görə,  insanın  davranışı  xarakter  etibari  ilə 
irrasional və qeyri-məntiqidir.  Anadangəlmə psixi  keyfiyyət­
lər  fərdi  müəyyən  bir  şəkildə  hərəkət  etməyə  vadar  edir. 
Lakin bu vaxt o davranışının həqiqi  səbəblərini yalançı arqu­
mentlərin vasitəsilə  ört-basdır edir.  Bu arqumentlər istisnasız 
olaraq  bütün  ictimai  nəzəriyyələrin  mahiyyətini  təşkil  edir. 
Paretoya görə,  istənilən nəzəri  mühakimə,  istənilən  ideologi­
ya  fəaliyyətə  bəraət  qazandırmaq  üçündür.  Burada  məqsəd 
sonuncuya  xaricən  məntiqi  xarakter verərək  onun  həqiqi  sə­
bəblərini  gizlətməkdən  ibarətdir.  Yalançı  məzmuna  malik 
ideoloji  sistemləri  Pareto  “derivasiya”  (bu  söz  “törəmə” 
mənasını  verir),  yəni  hisslərdən  törəyən  adlandırır,  onlann 
insan  psixologiyasının  irrasional  qatlarında  kök  saldığını 
göstərirdi. Paretoya görə, onlar daxili bioloji  impulslar olaraq 
insanın sosial davranışım determine edirlər.
Öz  növbəsində  bir  sıra  yarımqruplara  bölünən  altı 
əsas  “qalıq”  sinfini  müəyyənləşdirərək,  Pareto  insan 
davranışının  müxtəlifliyini  izah  etməyə  çalışırdı.  “Qalıqlar” 
sinfinə Pareto aşağıdakıları aid edirdi:
1)  bütün  sosial  dəyişikliklərin  kökündə  duran  kombi­
nasiyalar (birləşdirmə, uyğunlaşdırma) instinkti;
2)  bir  dəfə  formalaşmış  əlaqələrin  saxlanılması  və  qo­
runması meylini  ifadə  edən aqreqatların sabitliyi, də-
27


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə