Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

5.8.  Təhsil sistemi və siyasi sistem
Təhsilə onun müxtəlif aspekt və tərəflərini əks etdirən 
onlarla  tərif vermək  olar.  Təhsil  dedikdə  əsasən  məlumatın, 
təcrübənin və inamların mənimsənilməsi nəzərdə tutulur.
Müasir 
dövrdə 
təhsil 
xeyli 
təsisatlanmış 
və 
mürəkkəbləşmişdir.  Belə ki,  ibtidai,  orta,  ali  məktəblər və  s. 
mövcuddur.  Lakin  təhsil  təkcə  bununla  məhdudlaşmır.  B ura 
əhalinin  gənc,  orta  yaşlı  və  yaşlı  təbəqələri  də  daxildir. 
Məsələn,  məktəb  müəllimləri  ixtisasartırma  kurslarına 
gedərək  orada  tələbə  kimi  oxuyurlar.  Bura  müxtəlif  peşə 
adamlarını da aid etmək olar.
Təhsil  insanın  bütün  həyatı  boyu  davam  edən 
prosesdir.
Cəmiyyətin  müxtəlif  yaş  qruplan  təhsil  prosesinə 
qoşulmuşdur.  Bu  mənada təhsil  ümumxalq  işidir.  Bunun  da 
izahı  var.  Hələ  qədim  zamanlardan  təhsil  çox  az  adamların 
imtiyazı  idi.  Bu  hamı  üçün  nəzərdə  tutulmamışdı.  Belə  ki, 
təhsilli  azlıq  təhsil  görməyən  çoxluqdan  həmişə  fərqlənirdi. 
Bu  həm  də  ona  görə  belə  idi  ki,  onlar  hələ  indi  də  çətin 
görünən  yunan,  latın,  ərəb  və  b.  əsas  dilləri  bilirdilər.  Eyni 
zamanda elə qruplar da var idi ki,  onların ali təhsil  alması və 
ya  elmi  yaradıcılığa  qoşulması  yolverilməz  sayılırdı  (məs., 
ABŞ-dakı  zəncilər  kimi).  Bu  gün  bu  cür  ehkamlar  artıq  öz 
əhəmiyyətini  itirmişdir.  Hamı  anlayır ki,  təhsil  lazımlıdır və 
burada məhdudiyyət qoyulmamalıdır. Belə ki, əksər dövlətlə­
rin  konstitusiyalarında  hamıya  pulsuz  və  hətta  icbari  təhsil 
almaq təminatı verilir.
Təhsil  sistemi  ilə  sinfi  sistem  bir-birinə  müxtəlif 
şəkildə təsir göstərir.
Təhsil  sistemində  külli  miqdarda  müəllim  və
56
şagird/tələbə çıxış edir.  Onlar kiminsə oğlu,  qızı, atası, anası, 
bacısı  və  digər  qohumlarıdır.  Onlar  təhsil  sistemində  tək 
deyillər.
Təhsil  sistemində  fəaliyyət  göstərən  müəllim  və 
tələbələr  m üxtəlif ideyalar,  ideallar,  fəlsəfə,  ideologiya  və  s. 
yaradıcıları  və  yayıcısıdırlar  ki,  əhalinin  də  qalan  hissəsi 
bunlara  əməl  edir.  Bu  mənada təhsil  sistemi  hakimiyyətə  və 
ya siyasi sistemə müəyyən təsirə malikdir.
Təhsil sistemi  cəmiyyəti  və ya  siyasi  sistemi hərəkətə 
gətirən  m üxtəlif tipli  işçilərlə  təmin  edərək onları yaradır  və 
yayır.  Təhsil  sistemi  cəmiyyət  üçün  lazım  olan  mütəfək­
kirlər,  liderlər,  həkimlər,  müəllimlər,  mühəndislər  və  b. 
yetişdirir. Bu mənada təhsil sistemi dövlət əhəmiyyətli  “fikir 
fabriki”  kimi  fəaliyyət  göstərir.  Təhsil  sisteminin  davamlı 
fəaliyyəti  cəmiyyətin  davamlı  fəaliyyəti  üçün  mühüm 
əhəmiyyət  kəsb  edir.  Siyasi  sistem  də  öz  növbəsində  təhsil 
sisteminin inkişafına qayğı ilə yanaşmalıdır.
Təhsil  sisteminin  işçiləri kimi müəllimlər və tələbələr 
möhtəşəm  hakimiyyətə  və  siyasi  sistemə  təsir  gücünə 
malikdirlər.  Müasir  cəmiyyətdə  müəllim  və  tələbələr  say 
etibarı  ilə  əhəmiyyətli  sinfi  təşkil  edirlər.  Onlar  siyasi 
partiyalara üzv  ola  və  ya  olmaya bilərlər.  Lakin  onlar həyati 
və  çox  vaxt  inkaredilməz  təzyiq  qrupları  təşkil  edirlər. 
Onlardan  bir  çoxu  m üxtəlif  assosiasiyalar,  ittifaqlar  və  ya 
təşkilatlarda  birləşirlər.  Onlar təhsil  sisteminin  fəaliyyətində 
inhisar nəzarətinə malikdirlər.  Əgər onlar siyasi  sistemlə yola 
getmirlərsə,  bu  ciddi  problemlər  yarada  bilər.  Müəllimlər 
məktəbə  və  ya kollecə getməkdən boyun qaçırarlarsa,  böyük 
tələbə  ordusu  bu  minvalla  çox  şey  itirmiş  olar  ki,  bu  da 
cəmiyyətdə  ümumi  sabitlik  üçün  bir  təhlükə  yaradar.
57


Valideynlər  və  dövlət  bu  vəziyyətin  uzun  müddət  davanı 
etməsi  ilə barışa bilməzlər. Daha sonra tələbələr haqsız və ya 
o  qədər də  ağıllı  olmayan tələblərlə küçələrə çıxaraq dərsləri 
boykot  edə  bilərlər.  Bir  çox  hallarda  səbəblər  o  qədər  də 
əsaslı  görünməyə  bilər.  Lakin  bunun  nəticəsində  yaranan 
gərginlik  suyasi  sistem  və  ya  cəmiyyət  üçün  böyük 
əhəmiyyət kəsb edə bilər.
Hərdən tələbələr bir çox ciddi məsələlərə də qarışmalı 
olurlar.  Məsələn,  1960-cı  illərdə  amerikalı  tələbələr ABŞ-m 
Vyetnamda  apardığı  müharibənin  qanuniliyi  və  məqsədə- 
uyğunluğu,  habelə tələbə şəhərciklərində çıxışlar,  ölkəni tərk 
etmək və başqa Ölkədə qalıb yaşamaq və s.  barəsində bir çox 
suallar  ortaya  qoymağa  başladılar.  Daha  sonra  1967-ci  ildə 
Fransada  tələbələr  küçələrə  çıxaraq  təhsil  sistemində  köklü 
dəyişikliklərin  aparılmasını  tələb  edirdilər.  Bu  və  digər 
hadisələr göstərir ki, tələbə hərəkatı inqilaba da gətirib çıxara 
bilər.  Siyasi  sistem  və  ya  dövlət  təhsil  sisteminə  öz  təsirini 
maliyyə,  inzibatçılıq  və  ya  fövqəladə  hakimiyyət  vasitəsilə 
göstərir.
5.9.  İqtisadi sistem və siyasi sistem
İqtisadi  sistem  istehsal,  bölgü  və  istehlakı  əhatə  edir 
ki,  bura  ölkə  iqtisadiyyatının  müxtəlif  sahələri  arasındakı, 
məs.,  kənd təsərrüfatı,  sənaye, xidmət və  s.  münasibətlər aid­
dir.  Dünya  ölkələrinin  misalında  biz  iqtisadiyyatın  müxtəlif 
sahələrində  artmaqda  olan  təşkilatlanmanın,  birləşmənin  və 
s. şahidiyik.
İqtisadi  və  siyasi  sistemlər  qarşılıqlı  təsirə  malikdir. 
Çox  vaxt siyasətçilər və ya nazirlər və ya əksinə sənayeçilər, 
tacirlər və b. güclü təsirə malik olurlar.
58
FƏSİL 4. 
s o s i a l
 
s t a t u s
 
v ə
 
s o s i a l
 
m ə s a f ə
Sosail  status  dedikdə  hər  hansı  bir  fərdin  cəmiy­
yətdəki  statusu  nəzərdə  tutulur.  Sosail  status  sosial  və  ya 
nisbi  anlayış  olaraq  cəmiyyətdən  kənarda  heç  bir  məna 
daşımır.
Tarixi baxımdan  sosail  status  anlayışı  cəmiyyətin özü 
qədər qədimdir.
Sosail  status  cəmiyyətdə  üfüqi  və  şaquli  xətlərin 
kəsişmə nöqtəsinə  aiddir.  Belə  ki,  əgər  “A ”  adlandırdığımız 
bir şəxs  hər hansı  bir cəmiyyətdə  mühəndisdirsə,  onun  veri­
lən  vaxt  ərzində  statusu  bir  sıra  üfüqi  və  şaquli  məsələlərlə 
müəyyənləşir.  Üfüqi  dedikdə  onun peşəsinin digər peşələrlə, 
məs.,  həkimlik,  müəllimlik,  bank  işi,  idarəçilik,  xidmət və  s. 
ilə  müqayisəsi  nəzərdə  tutulur.  Şaquli  dedikdə  isə  onun 
vəzifəsinin  həmin  peşə  iyerarxiyasında  tutduğu  yer  nəzərdə 
tutulur.
Bildiyimiz kimi,  status həm də  qazanılmamış/anadan- 
gəlmə və qazanılmış olur.
İndi  isə  belə  bir  məsələni  araşdıraq ki,  nə  üçün  status 
vacibdir  və  niyə  status  hər  bir  cəmiyyət  üçün  səciyyəvidir. 
Əgər hər kəsin  cəmiyyətdə  rolunu  nəzərdən  keçirsək,  cavab 
kifayət  qədər  asan  olar.  Belə  ki,  istənilən  kəs  yaşamaq  və 
özünü  təsdiq/müəyyən  etməyə  çalışır  (məs.,  cəmiyyət 
tərəfindən  qiymətləndirilmək,  tanınmaq  və  s.).  Bu  qiymətlər 
şəxsə  xüsusi  təsisatlar,  birliklər  və  ya  dövlət  tərəfindən 
verilir.  Hər  bir  adam  öz  statusunun  yaranması  və  artmasına 
çalışır.  Əks  təqdirdə həmin adamın sağlam  düşüncəli  olduğu 
şübhəli görünər.  İnsana  onun haqqında neqativ  fikir və ya bu 
cür tanınmaq o qədər təsir etmir, nəinki ona qarşı diqqətsizlik
59


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə