Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

və  ya  güclü  sözlərdən  istifadə  etməyə  (məs.,  tənqiddən) 
üstünlük verə  bilər;  qələbəsinə  o  qədər  də  inanmayan  b a ş q a  
bir  namizəd  isə  danışığında  fəlsəfi  üslubdan  istifadə  e d ə  
bilər.
Kiçik  miqyaslı  seçkilərdə  seçkilərin  nəticələrini 
qabaqcadan  xəbər  vermə  irimiqyaslı  seçkilərdə  olduğundan 
daha asandır.
Seçkilərdə  digər  tərəfdə  seçicilər  durur  ki,  o n la r 
seçkilərin  nəticələrinin  qabaqcadan  xəbər  verilməsində 
m üxtəlif səhvlərə  yol  verilməsinə  səbəb  olurlar.  Filosofların 
belə  bir  fikri  ilə  razılaşmamaq  olmur:  insanların  fikirlərini 
heç  vaxt  öncədən  bilm ək  olmur.  Əgər bunu  seçkilərə  tətb iq  
etsək,  onda görərik ki,  seçicilərin  fikrini  qabaqcadan bilm ək 
o  qədər  də  asan  iş  deyildir.  Hansısa  seçicilərin  kimə  səs 
verəcəyini  qabaqcadan  təxmini  bildirmək  mümkün  olsa  da, 
irəli  sürülən  proqnozun  dəqiq  olmasına  heç  kim  zəmanət 
verə  bilməz.  Üstəlik  qabaqcadan  xəbər  verilən  proqnozun 
seçicilər  tərəfindən  tamamilə  pozulduğunun  şahidi  olm aq 
mümkündür.  Bu  qəsdən  və ya bilmədən baş verə bilər.  Məs., 
seçicilər əvvəlcədən  kiməsə  səs verəcəklərini bildirə bilərlər. 
Onlar  seçkinin  gedişatı  haqqında  səhv  məlumatları  seçə 
bilərlər ki, bunlar da m üxtəlif səbəblərdən yarana bilər (məs., 
onların  hansısa  partiyanı  bəyənib  bəyənməməsi  məsələsi). 
Digər  səbəb  həqiqəti  deməkdən  yayınmaq  ola  bilər.  Nəha­
yətdə  seçicinin  özü kimə  səs  verəcəyini hamıdan yaxşı bilir. 
Seçkilərə  qədər  və  ya  onlardan  sonra  seçici  müxtəlif vədlər, 
hədiyyələr  və  s.  ala  bilər  (məs.,  pul,  hədiyyələr  və  s.).  Səs­
vermə  prosesində  isə  onun  m üxtəlif partiya  nümayəndələri 
tərəfindən  aldadıla  bilməsi  mümkündür.  Beləliklə də,  rəğbət 
bəslədiyi  namizədin  əvəzinə  seçici  tamamilə  başqa  bir
88
namizədə  və  ya  partiyaya  səs  verə  bilər.  Bunun  kimə  fayda 
verdiyini isə seçici hamıdan yaxşı bilir.
Bütün  bu  çətinliklər  üzündən  seçkilərin  nəticələrinin 
qabaqcadan  xəbər  verilməsi  risqli  bir  işi  xatırladır.  Bəzi 
seçkilər  ümidlərin  boşa  çıxmasına  səbəb  olur.  Belə  ki, 
namizədlərin  sayının  artması  səhvlərin  də  artmasına  səbəb 
olur.  Bunun  üçün  də  seçkilərdə  proqnoz  verərkən  çox 
diqqətli olmalı,  insan təbiətinin gizli  tərəflərini nəzərə  almaq 
vacibdir.
89


FƏSİL 7. 
s o s i a l
 
d ə y i ş i k l i k
 
v ə
 
o n u n
 
t ə m s i l ç i l ə r i
Sosial  dəyişiklik  dedikdə  cəmiyyətin  hər  hansı  bir 
tərəfi  və  ya  cəhətinin  istənilən  modifikasiyası,  şəklini 
dəyişməsi  nəzərdə  tutulur.  İstənilən  artım,  azalma,  dağılma, 
inkişaf,  tərəqqi,  tənəzzül,  inqilab  və  ya  təkamül  sosial 
dəyişiklik adlana bilər.  Sosial dəyişiklik cəmiyyətin istənilən 
sahəsində  -  ideyalarda,  ideologiyalarda,  siyasətdə,  prinsip­
lərdə,  fəlsəfi  və  ya  siyasi  nəzəriyyələrdə,  qanunlarda, 
ənənələrdə,  adətlərdə,  müqavilələrdə,  təsisatlarda,  birliklər­
də, 
rəhbərlikdə, 
liderlikdə, 
dəyərlərdə, 
fəaliyyətdə, 
nailiyyətlərdə və sairə baş verə bilər.
Zaman nöqteyi-nəzərindən sosial dəyişiklik qısa və ya 
uzunmüddətli,  köhnə  və  ya  yeni,  daimi  və  ya  müvəqqəti  və 
s.;  əhəmiyyətinə  görə  kiçikmiqyaslı  və  ya  böyükmiqyaslı, 
səthi  və  ya dərin;  sürətinə görə  ləng və ya  iti,  təkamül  və ya 
inqilabi;  istiqamətinə,  dəyərinə  görə  mütərəqqi  və  ya 
mürtəce,  mühafizəkar  və  ya  modem  ola  bilər.  Müxtəlif 
sferaları  əhatə  etməsinə  və  fəaliyyət  səviyyəsinə  görə  sosial 
dəyişiklik  ideoloji,  siyasi,  konstitusional,  iqtisadi,  sənaye, 
təhsil,  dini,  mədəni  və s.  ola bilər.  Sosial  dəyişiklik müxtəlif 
səviyyələrdə  gedə  bilər.  Məsələn,  inzibati  bölgü  nöqteyi- 
nəzərindən sosial dəyişiklik kənd, rayon, şəhər, dövlət, BMT 
səviyyələrində baş verə bilər.
Sürəkliliyinə  görə  sosial  dəyişiklik  fasiləsiz  və  ya 
növbələnən,  dayandırılmış  və  ya  davam  etdirilən  ola  bilər.  I 
Hiss  olunmasına  və  ya  ölçüyə  gəlməsinə  görə  sosial  i 
dəyişiklik hiss olunan və ya hiss olunmayan, ölçüyə gələn və 
ya ölçüyə gəlməyən ola bilər.
90
Sosioloqlar və ya siyasi sosioloqlar, ümuiyyətlə, müx­
təlif tip  sosial  dəyişikliklərə  müraciət  edirlər.  Sosial  dəyişik­
lik xətti,  dairəvi,  dövri,  mərhələli  və  sinxron  ola bilər.  Xətti 
dəyişiklik düz xətt üzrə,  dairəvi dairə üzrə baş verir və başla­
dığı nöqtəyə  qayıtmam  nəzərdə tutur.  Dövri dəyişiklik dövri 
şəkildə baş verir. Mərhələli dəyişiklik mərhələrlə dəyişikliyi, 
yəni  aşağı  mərhələdən  yuxarı  mərhələyə  və  ya  əksinə  də­
yişikliyi  nəzərdə  tutur.  Sinxron  dəyişiklik  cəmiyyətin  müx­
təlif hissələri  və  ya  institutlarında  dəyişikliyin  eyni  vaxtda 
baş verməsini nəzərdə tutur.
1.  Sosial dəyişiklik nəzəriyyələri 
Dəyişikliyin “tənəzzül nəzəriyyələri”
Elə  sosial  dəyişiklik  nəzəriyyələri  vardır  ki,  onların 
tənəzzül  ideyalarına  əsaslandığını  demək  olar.  Bu  cür 
nəzəriyyələrin  Şumer  və  İran  eposlarından,  Hindistan 
fəlsəfəsindən bəhrələndiyini demək olar.
Fransız  sosioloqu  Oqüst  Kont üçmərhələli  dəyişiklik­
lərdən bəhs edərək onları teoloji, metafizik və pozitiv mərhə­
lələrə  ayırırdı.  İngilis  sosioloqu  Herbert  Spenser orqanizmin 
mərhələlərinə  uyğun  olaraq  cəmiyyətin  müxtəlif mərhələlə­
rindən  danışır.  Onun  fikrincə,  cəmiyyətin  bir orqanizm  kimi 
inkişafında artan  və tənəzzülə uğrayan üç mərhələsindən  da­
nışmaq mümkündür:  bəsit, hərbi və sənaye.  Tanınmış rus so­
sioloqu Nikolay  Mixaylovskinin fikrincə, insan cəmiyyəti  öz 
inkişafında üç  mərhələdən  keçməlidir:  obyektiv  antroposen- 
trik, ekssentrik və subyektiv antroposentrik mərhələlər.
91


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə