Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

namizədlərin  üstünlüyünü  məhdudlaşdırmaqdan  ötrü  b ə z i 
dairələrin  sərhədlərində  dəyişikliklər  edirlər.  Bu  proses  o n ­
ların  rəğbət  bəslədikləri  namizədləri  dəstəkləmək  üçün  d ə  
aparıla  bilər.  Bu  hal,  məsələn,  ABŞ-da  seçkiqabağı 
fırıldaqlıq və ya qəsdən təhrifetmə adlanır.
8.  Nam izədliyin irəli sürülm əsi
Seçkilərdə  mübarizə  aparmaq  üçün  m üxtəlif  şəxslər 
müvafiq  prosedurlara  uyğun  olaraq  öz  namizədliklərini  irəli 
sürməlidirlər.  Bəzən  namizədlərin  vaxtında  qeydiyyatı  m ü ­
rəkkəb və ya çox  çətin bir işə çevrilə bilər.  Bu, namizədlərin 
qətiyyətsizliyi,  partiya  dəstəyinə  inamsızlığı,  tərəfdarlarının 
qeyri-müəyyənliyi,  partiyaların  öz  namizədlərini  müəyyən­
ləşdirə bilməməsi və digər səbəblərlə bağlı ola bilər.
Namizədliyi iki tipə bölmək olar:
1)  Müstəqil namizədlik;
2)  Partiya tərəfindən dəstəklənən namizədlik.
Birinci  halda  namizədi  heç  bir  partiya  dəstəkləmir.
Lakin  müstəqil  namizəd  seçkilərə  müxtəlif  partiyalar  və 
təzyiq  qüvvələrinin  dəstəyinə  də  arxalanaraq  gedə  bilər. 
Ancaq, düzünü desək, belə namizəd əslində asılı namizəddir.
İkinci  tip  namizədlik  asılı  və  ya  partiya  tərəfindən 
dəstəklənən namizəddir.  Bu halda namizəd nəinki partiyanın, 
yaxud  partiyaların  dəstəyini  qazanır,  o,  bunu  həm  də  rəsmi 
edir.  Partiyalar namizədlərə  sponsorluq  edir ki,  bu  da böyük 
fərqə  səbəb  olur.  Partiyalar  (eləcə  də  təzyiq  qrupları)  seçki 
strategiyası  və  taktikasını  həyata  keçirən  öz  qərargahını, 
seçki  maşınını,  fondları  və  işçi qrupunu namizədlərin dəstək­
lənməsinə  yönəldir.  Partiyalar  verilən  namizədi  müdafiə 
etmək  üçün  seçicilərlə  əlaqə  yaratmaq,  önları  səs  verməyə 
j
к
84
inandırmaq,  mitinqlərin  və  yığıncaqların  keçirilməsi,  vərə­
qələrin  paylanması,  dövrü  mətbuatda,  radio  və  televiziyada 
çıxışlar 
təşkil 
etmək 
və 
digər 
xidmətlərin 
bütün 
məsuliyyətini öz üzərlərinə götürürlər.
Bəzi  hallarda  partiya hər  hansı  bir  namizədlə  əlaqəni 
kəsməkdən  ötrü də onun namizədliyi ilə məşğul ola bilər.  Bu 
halda  partiya  maşım  və  işçiləri  həmin  namizədi  çaşdırmaq­
dan  ötrü  gizlicə  onun  ziddinə  işləyə  bilərlər.  Hətta  kampa­
niya başlayanadək namizədin hər hansı bir çətin və ya nümu­
nəvi  dairədən  namizədliyinin  irəli  sürülməsinə,  onun  seçici­
lərinin sayının müxtəlif hiylələrlə azaldılmasına səy göstərilə 
bilər.  Onlar  namizədi  ona  sadiq  seçicilərindən  və  digər  işlə­
rindən  ayrı  sala  bilər  və  o,  seçkilərdə  kifayət  qədər  səs  yığ­
maya bilər. Nəticədə namizəd məqlubiyyət uğraya bilər.
9.  Seçkiqabağı səslərin toplanılması
Bu,  seçkilərdə  çüx  mühüm  bir  prosesdir.  Səslərin 
toplanılması  namizədlər  üçün  lazımi  qədər  səslərin  toplanıl­
ması  deməkdir.  Başqa  sözlə,  bu,  bir-biri  ilə  rəqabət  aparan 
namizədlər  üçün  səslərin  sayının  azalmasım  bildirə  bilər. 
Səslərin  toplanılması  prosesi  sadə  və  ya  birbaşa,  mürəkkəb 
və  ya  vasitəli,  qısa  və  ya  uzun  müddətli  ola  bilər.  Səslərin 
toplanılmasının  intensivliyi  və  ya  effektivliyi,  sahələr  və 
xərclər kontekstindən asılı  olaraq,  fərqlənə  bilər.  Bu prosesə 
cəlb  olunan  vasitələr  də  fərqlənə bilər.  Səslərin  toplanılması 
işi  ya namizədin özü,  ya da ki,  yaxınları  və  ya müvəkkilləri 
tərəfindən  həyata  keçirilə  bilər.  Bu  prosesdə  müxtəlif 
metodlar  tətbiq  oluna  bilər.  Məs,  hər  hansı  bir  evə  baş 
çəkmək,  əhali  ilə  telefon  danışıqları,  məktub  və  teleqram 
kampaniyası,  kitabçalardan,  reklam  çarxlarından  və  vərəqə-
85


lərdən,  divar qəzetlərindən,  afişa və  plakatlardan,  döş n işan ­
larından,  emblemlərdən,  KİV-dən,  iclaslardan  və  s.  istifadə. 
Səslərin  toplanılması  yaxşı  təşkilatlan,  loyal  tərəfdarları, 
nüfuzu,  dostluq  əlaqələri,  işçiləri,  maliyyə  imkanları, 
təsisatlan,  tanınmış  adamları  olan namizədlər üçün  daha çox 
imkanlar yaradır.
10.  Səsvermə
Bu,  seçkilərdə  sonuncu  mərhələsi  toplanmış  səslərin 
hesablanması  və  nəticələrin  elan  olunmasından  ibarət  olan 
prosesin  axırıncıdan  əvvəlki  mərhələsidir.  Səsverməni  kon­
tekstinə  görə  fərqləndirmək olar.  Əgər namizədlərin sayı   
ya  iddia  olunan  yerlərin  sayı azdırsa,  onda səsvermədə  fəal­
lıq  da aşağı  olacaqdır.  Əksinə,  əgər namizədlərin və ya iddia 
olunan  yerlərin  sayı  çoxdursa,  onda  səsvermədə  fəallıq  da 
yüksək olacaqdır.  Ümumi  seçkilər vaxtı bu sahədə məmurlar 
tərəfindən  müntəzəm  tədbirlər  həyata  keçirilir.  Ümumi  seç­
kilər  üçün  Konstitusiyada  nəzərdə  tutulmuş  daimi  seçki  ko­
missiyası  fəaliyyət  göstərir.  Səsvermə  ciddi  hadisələrlə  mü­
şahidə  oluna bilər.  Bir  çox  hallarda bu məqsədlə təhlükəsiz­
lik  tədbirləri  görülə  bilər.  Namizədlərin  özləri  və ya onların 
müvəkkilləri, nümayəndələri pozuntuların olmamasına əmin­
lik üçün seçkidə iştirak edə bilərlər.
Səsvermənin  mənəvi  cəhəti  namizədin  daha  çox  səs 
yığmalı  olmasından  ibarətdir.  Elektoratı  səfərbər  etmək  və 
onu  seçki  bülletenlərini  qutulara  salmaqdan  ötrü  gətirmək 
üçün  bütün  mümkün  vasitələrdən  istifadə  oluna bilər.  Bunu 
m üxtəlif cür həyata  keçirmək mümkündür.  Məs.,  seçicilərin 
siyahısına  uyğun  olaraq  kimin  səs  verib  verməməsini 
yoxlamaq;  bəzi  seçiciləri  evdən,  məktəb,  universitet,  fabrik,
ferma və digər yerlərdən səsvermə qutularına gətirmək və s.
11.  Serçkilərdə qeyri-qanuni hərəkətlər
Bunlar 
seçkilərlə 
bağlı 
müxtəlif 
qanunların, 
kodekslərin, qayda və prosedurların pozulduğu vaxt baş verə 
bilər.  Məs.,  seçicilərin  siyahısında məlum  yerdə çoxdan bəri 
yaşamayanların  adının  olması,  yaxud  yeni  seçicilərin  adının 
siyahıda olmaması,  siyahıda bəzi  qeyri-dəqiqiliklərin olması. 
Serçkilərdə  qeyri-qanuni  hərəkətlər  seçkilərin  başa  çatması 
ilə bitməyərək, sonra da davam edir.
12.  Nəticələrin hesablanması və elan olunması
Bu  seçkilərin  son  mərhələsidir.  Nəticələrin  hesablan­
ması müxtəlif cür həyata keçirilir.  Seçicilərin sayı az olduqda 
səslər  əl  hesabı  ilə  də  aparıla  bilər.  Lakin  say  çox  olarsa, 
onda başqa  üsullar tətbiq  olunur.  Məs., bir çox  ölkələrdə  se­
çicilərin  sayı  kompyuter  və  ya  səsvermə  maşınlarının  kö­
məkliyi  ilə  aparılır.  Səsvermənin  nəticələrinin  teleks,  radio, 
televiziya  və  internet  vasitəsilə elan  olunması  onların nəticə­
lərinin bildirilməsinin standart vasitəsi kimi  çıxış edir.
13.  Qabaqcadan xəbər vermə
Bu,  demək  olar  ki,  ən  ziddiyyətli  və  mübahisəli 
məsələlərdəndir.
M üxtəlif namizədlərin,  onların tərəfdarlarının və b.  öz 
münasibətlərini,  bəyanatlarını,  büdcələrini,  səylərini  və 
hərəkətlərini  müəyyənləşdirə  bilmələri  üçün  nəticələrin 
əvvəlcədən  (mümkün  qədər  dəqiq)  bilinməsi  lazım  gəlir. 
Məs.,  qalib  gələcəyinə  əmin  olan  və  bu  əsasda  nazir  təyin 
olunacağım  bilən  namizəd  danışığında  məxfiliyi  gözləməyə
87


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə