Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

hərbi,  siyasi  və  inzibati  mövqelər  tuta bilər.  Qeyri-oliqarxik 
siyasi  sistemlərdə  o,  siyasətdə  formal  mövqe  tutmaya  bilər, 
lakin  o,  siyasi  sistemin  müxtəlif tərəflərinə  dolayısı  ilə  təsir 
göstərə  bilər.  Bəzi  hallarda  onun  hakimiyyəti  ö  qədər həlle­
dici  ola  bilər  ki,  siyasi  sistemin  həlledici  fiquruna  çevrilə 
bilər.  Əgər  o,  orta  sinfə  mənsubdursa,  o,  siyasi  sistemdə 
sabit,  etibarlı  və  ciddi  rol  oynaya  bilər.  Əgər  o,  aşağı  sinfə 
mənsubdursa  və  ya  şəhərin  kasıblar  yaşayan  məhəlləsində 
doğulubsa,  onda  o,  siyasi  sistemdə  nailiyyət  qazanmaq  v ə 
müəyyən rol oynamaq uğrunda mübarizə aparmalıdır.
Sosial-siyasi 
sistemin 
gələcək 
iştirakçısı 
kimi 
körpənin  həyatında  təhsil,  təlim  və  iş  təcrübəsinin  rolu  çox 
böyük  ola  bilər.  Digərləri  ilə  yanaşı,  təhsil,  ümumiyyətlə, 
aparıcı  sosial  və  siyasi  qüvvəyə  və  təsirə  malikdir.  Müasir 
cəmiyyətlərdə  təhsil  və  hazırlıq  istənilən  vətəndaş  qulluğu 
sahəsində  əsas  meyar kimi  qəbul  edilmişdir.  Başlıca məsələ 
ondan  ibarətdir  ki,  insan  uşaq  ikən  aldığı  təhsildən,  keçdiyi 
hazırlıqdan  və  gələcəkdə  çalışacağı  işdən  fayda  gördükdə 
onun  sosial-siyasi  sistemdə  rolu  xeyli  əhəmiyyət kəsb  etmiş 
olur.  İnsanın  peşəsi  və  məşğuliyyəti  onun  uşaqlıq  illərində 
topladığı  bilik  və  bacarıqlara  əsaslanır  və  sonradan  onun 
m üxtəlif siyasi  partiyalarda,  təzyiq  qruplarında  və  ya  birlik­
lərdə  üzvlüyü  siyasi  sistemdə  roluna  əhəmiyyətli  dərəcədə 
təsir etmək imkanına malik olur. 3
3. Siyasi iştirak
Siyasi  iştirak  dedikdə  müxtəlif  insanların  ölkənin 
siyasi  həyatında  iştirakı  nəzərdə  tutulur.  Siyasi  iştirak  həm 
siyasiləşmiş,  həm  də  siyasiləşmomiş  insanların  siyasətdə 
iştirakını  nəzərdə  tutur.  Siyasətə nə qədər adam  qoşulmuşsa,
68
elə  o  qədər  də  məqsəd  vardır.  M üxtəlif  adamların  siyasi 
iştiraka  qoşulduğu  yollar,  metodlar  və  ya  vasitələr  də 
müxtəlif ola  bilər.  Praktikada  bu,  insanın  siyasətdə  ölkənin 
prezidenti,  naziri,  professoru,  tələbəsi,  mühəndisi,  həkimi,  iş 
adamı və s.  qismində iştirakı deməkdir.
Siyasi  iştirakın  özünü biruzə  verən  şərait və  kanallar, 
əgər  prezidentin  fərmanlarını,  parlamentin  sessiyalarım, 
universitetin  demokratik  orqanım,  seçkilərlə  bağlı  görüşləri, 
təbliğat  kitabçasını,  tələbə  nümayişlərim  və  s.  nəzərə  alsaq, 
müxtəlif və ya çoxsaylı ola bilər.
Siyasi  iştirak xüsusi  prinsip,  fəlsəfə,  iqtisadi nəzəriy­
yə,  qanun,  inzibati  ölçünü  dəstəkləmək  və  ya  ona  müxalif 
olma  ilə  müşayiət  olunduğundan  qütbləşməyə  doğru 
meyillidir.
Siyasi  iştiraka  cəlb  olunmuş  insanların  hakimiyyətə 
tərəf və ya m üxalif olması aşağıdakı formalar ala bilər:
1.  təbliğat və əks-təbliğat kampaniyası;
2.  hədə-qorxu;
3.  bir-birini ittiham etmə və günahlandırma;
4.  fitnə-fəsadlar törədilməsi;
5.  üsyan, kütləvi narazılıqlar;
6.  vətəndaş  müharibəsi,  “soyuq”  müharibə,  “isti”  müharibə 
və s.
Siyasi  iştiraka cəlb  olunmuş insanlar müxtəlif metod­
lara  və  vasitələrə  müraciət  edirlər  ki,  onlar  da  aşağıdakı 
şəkildə təsnifləşdirilə bilər:
1.  siyasi partiya və təzyiq qruplarının fəallaşması;
2.  şəxsi  görüşlər,  danışıqlar,  müzakirələr,  məsləhətləşmələr 
və s.
3.  mətbuat konfransları;
69


4.  aşağıdakı vasitələrlə fəaliyyət:
a)  qəzetlər;
b)  radio;
c)  televiziya; 
ç)telefon;
d)  intemet;
e)  xüsusi  debatlar,  seminarlar,  simpoziumlar,  layihələr 
və s.
5.  m üxtəlif növ etirazlar və tətillər:
a)  oturaq tətillər;
b)  uzun sürən tətillər və s.
6.  kütləvi yürüş, mitinq, nümayiş və s.
4.  Siyasi ünsiyyət
Siyasi  ünsiyyət,  ümumiyyətlə,  dörd  amilin  qarşılıqlı 
münasibətini nəzərdə tutur.  Bura daxildir:
1.  siyasətin ideya hissəsi;
2.  siyasətin biznes hissəsi;
3.  siyasətin nizamlama hissəsi;
4.  siyasətin həyata keçirilmə və ya nailiyyət hissəsi.
Məsələn,  baş nazir iqtisadi inkişaf proqramı barəsində 
nitq  söyləyərkən,  ünsiyyətin birinci  amili,  ölkədə sahibkarlıq 
fəaliyyətinin  yaxşılaşdırılması  məsələləri  barəsində  danışar­
kən  ikinci  amil,  proqramın  çətinliklərinə  toxunursa,  üçüncü 
amil  və  nəhayət,  xalqa  müraciət  edərək  birləşməyə  və 
çətinliklərə  birgə  tab  gətirməyə,  bunun  üçün  də  hökuməti, 
məs.,  ərzaq  qiymətlərinin  artması  probleminin  həllində 
çətinliklərə  üstün  gəlməyə  çağırırsa,  ünsiyyətin  dördüncü 
amili haqqında danışmış olur.
Siyasi  ünsiyyət,  bir  tərəfdən  vətəndaşların  özləri  və
70
siyasi  liderlər  arasında,  digər  tərəfdənsə  siyasi  liderlərlə 
vətəndaşlar  arasında  ünsiyyəti  nəzərdə  tutur.  Siyasətə  təsir 
göstərən bütün ünsiyyət prosesi, demək olar ki, bu iki qrupu - 
ünsiyyətdə  olanları  və  ünsiyyəti  aparanları,  yəni  vətən­
daşlarla  siyasi  liderləri  əhatə  edir.  Praktikada  ünsiyyətin  bu 
iki tipi yanaşı mövcuddur və bir-birini tamamlayır.
Aydındır  ki,  siyasi  ünsiyyət  sözün  geniş  mənasında 
siyasət vasitəsilə həyata keçirilir.  Ünsiyyətin təbiəti,  gücü və 
effektivliyi  müxtəlif  kontekstlərdə  ünsiyyət  məqsədi  üçün 
istifadə  olunan  hakimiyyətdən  asılı  olur.  Bu kontekstdə  başa 
düşülən  siyasi  ünsiyyət demək  olar ki,  siyasi  iştirakın  qüclü 
aspekti  və  ya  instrumenlidir.  Siyasi  iştirakın  təbiəti,  keyfiy­
yəti  və  müvəffəqiyyəti  digər  amillərlə  yanaşı,  ünsiyyətin 
təbiətini,  keyfiyyətini  və  müvəffəqiyyətliliyini  səciyyələn­
dirən aşağıdakı amillərdən də asılıdır:
1.  ideyalar və ya ideologiyalar;
2.  xüsusi  siyasi proqramlar və ya məsələlər;
3.  nizama  salma  prosesi  və  nəzərdə  tutulan  dəyişikliklərə 
diqqət;
4.  fəaliyyətin və ya nailiyyətlərin son məhsulu.
Siyasi  ünsiyyət  siyasi  iştirak  kontekstində  siyasi 
partiyalar  və  ya  təzyiq  qruplarının  müxtəlif ölçülərinə,  me­
todlarına  və  ya  fəaliyyətinə  diqqət  yetirməli  və  aşağıdakıları 
nəzərə almalıdır:
•  şəxsi  görüşlər;
•  məsləhətlər;
•  qəzet, radio və televiziya vasitəsi ilə iş;
•  müxtəlif növ etirazlar, tətillər və s.;
5.  Siyasi səfərbərlik və siyasi mədəniyyət
71


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə