Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

əməkdaşlıq  çərçivəsində  birbaşa  göstərilən  yardım  və  y a   2) 
müəyyən  beynəlxalq  institutlar  və  ya  agentliklər  vasitəsilə 
(məs., BMT) göstərilən yardım.
İnkişafın  özünün  də  müxtəlif  mərhələləri  haqqında 
danışmaq  olar  -  inkişaf  etməmiş,  az  inkişaf  etmiş,  in k işaf 
etməkdə  olan  və  inkişaf etmiş  ölkələr.  Əvvəllər  işlədilən  az 
inkişaf  etmiş  termini  bu  sıraya  aid  ölkələrə  xoş  g əlm ə­
diyindən  sonradan  “inkişaf  etməkdə  olan”  anlayışından 
istifadə olunmağa başlandı.
Hal-hazırda dünya iki hissəyə -  inkişaf etmiş  və  in k i­
şafda olan ölkələrə bölünsə də, üçüncü dünya ölkələri anlayı­
şına da rast gəlinir.  Lakin sonuncular da elə  inkişaf etməkdə 
olan ölkələrin sırasındadırlar. Bu ölkələrdə aşağı həyat səviy­
yəsi hökm sürür.
İnkişaf  fenomeni  dünya  mütəxəssislərinin  diqqətini 
çəkmiş və onlar ehtiyatların  inkişafına rəğmən əhali artımına 
dair bir  çox  müxtəlif proqnozlar vermişlər.  Hal-hazırda qərb 
fikir dünyasında iki  aparıcı məktəb mövcuddur.  Onlardan bi­
rincisi  Roma klubudur ki,  bu  quruma  dünyanın  müxtəlif öl­
kələrindən  müxtəlif  sahələri  (sənayeçiləri,  fabrikantları, 
alimləri, tibb mütəxəssislərini  və b.) təmsil edən yüzdən artıq 
aparıcı  mütəxəssis  daxildir.  Onlar  dünya  resurslarını  öyrə­
nərək bəşəriyyətin gələcəyi haqqında proqnozlar verməyə ça­
lışırlar.  Təəssüf ki,  bu  proqnozlar  ürəkaçan deyildir.  Onların 
fikrincə,  insanlar dünya resusrslarını  çox  sürətlə işlədirlər və 
əhalinin  fantastik  templə  artması  bəşəriyyəti  aclıq  təhlükəsi 
qarşısında  qoya  bilər.  Buradan  onlar  dünya  resurslarından 
daha  ehtiyatlı  istifadə  və  əhali  artımına  nəzarət  etmək 
qənaətinə gəlirlər.
İkinci  məktəb  isə  Vaşinqton  şəhərində  yerləşən
96
Hadson  İnstitutudur.  O  da  tədqiqatlar  aparmaq  və  dünya 
resursları  və  əhali  artımı  haqqında  proqnozlar  verməklə 
məşğuldur. Hadson İnstitutunun əsas  fikri  ondan ibarətdir ki, 
dünyada  nə  ehtiyatlar  tükənmişdir,  nə  də  ki,  dünya  əhalisi 
ehtiyatlara  nisbətən  xeyli  çoxdur;  əhali  artdıqca  mövcud 
olanlardan fərqli m üxtəlif ərzaq və energi  mənbələri axtarılıb 
tapılmalıdır.  Bu  dəyişiklikləri  və  şəraitləri  müzakirə  edərkən 
inkişaf termininindən istifadə vacibdir. Bu səpkidə “modern­
ləşmə” anlayışından istifadə oluna bilsə də, “inkişaf’ anlayışı 
daha yerinə düşür.
Beləliklə,  iki  anlayış  arasında  kəskin  fərq  olmasa  da, 
onlar  hər  halda  bir-birindən  əhəmiyyətli  dərəcədə  fərqlənir­
lər.  Biz  sosial  dəyişikliyin  təbiətini  və  ona  dair müxtəlif nə­
zəriyyələri,  ənənəvi  cəmiyyətin  modernləşməsini və modern­
ləşmənin  inkişafa  münasibətdə  mənasını  nəzərdən  keçirdik. 
Dünyanın  müxtəlif  yerlərində  və  xüsusən  inkişaf  etməkdə 
olan  ölkələrdə  sosial  dəyişiklik  prosesində  bu  işə  cəlb  olun­
muş  vasitəçilərin  təbiəti  və  rolunu  təhlil  etmək  lazım  gəlir. 
Şübhəsiz ki,  sosial  dəyişikliyin aparılmasında dövlət ən  güc­
lü  vasitəçidir.  Dövlətlə  əməkdaşlıq  və  ya  mübarizədə  fəaliy­
yət  göstərən  İkinci  vasitəçi  siyasi  partiyalardır.  Siyasi  parti­
yalarla  əməkdaşlıqda  və  bəzən  münaqişədə  fəaliyyət  göstə­
rən  üçüncü  vasitəçi  müxtəlif təzyiq  qruplarıdır.  Onlar  sosial 
dəyişikliyi  aparan  qüvvələrdən  biri  olsalar  da,  seçicilər  uğ- 
runda mübarizə aparmırlar.
2.2. Dövlət inkişaf etməkdə olan  ölkələrdə sosial 
dəyişikliyin əsas agenti  kimi
Müxtəlif  dövrlərdə  dövlət  bir  çox  ölkələrdə  sosial 
dəyişikliyin  ən  güclü  vasiyəçilərindən  biri  olmuşdur.
9 7


Dövlətləri  olmayan  xalqlar  dövlətin  onları  xarici  m üdaxi­
lədən  və  daxili  qarşıdurmalardan  qorumağının  vacibliyini 
tezliklə  anladılar. 
İnsanlar  müdafiə 
və  təhlükəsizlik 
problemlərindən  azad olduqdan  sonra öz  enerjilərini  iqtisadi, 
sosial, mədəni və digər işlərə sərf etməyə imkan tapdılar.  B u, 
istənilən  sosial  dəyişiklikdən  öncə  dövlətin  ən  mühüm 
funksiyalarından  biridir.  O  da  doğrudur  ki,  dövlət  bəzən 
sosial  dəyişikliyi  ləngidir  və  ya  ona  mane  olur,  yaxud  da 
həvəsləndirir  və  ya  sürətləndirir.  Dövlət  özünün  müdafiə  və 
təhlükəsizlik,  qayda-qanunun  bərpası  kimi  ilkin  və  birbaşa 
funksiyalarından  başqa  müxtəlif tip  sosial  dəyişikliklərə  də 
töhfə  vermişdir.  Dövlətlər  müxtəlif  ölkələrdə  xüsusi 
konstitusiyaların  və  ya  siyasi  addımların  atılmasına  və  ya 
həvəsləndirilməsinə  rəvac  vermişlər.  Siyasi  sahədə  siyasi 
partiyaların,  lobbiçilərin  və  ya  təzyiq  qruplarının,  iqtisadi 
sferada  özəl  və  ictimai  sektorun,  xırda,  orta  və  iri 
sahibkarlığın  və  s.  fəaliyyətinə  məhz  dövlət  tərəfindən  icazə 
verilmiş və ya onların bu fəaliyyəti həvəsləndirilmişdir.  XIX 
əsrdə bəzi  dövlətlər sənaye  inqilabını  sürətləndirməyə  elə də 
həvəs  göstərməsələr  də,  bu  gün  vəziyyət  başqa  cürdür. 
Əməyin  mühafizəsi  və  qadın  bərabərliyi  istiqamətində 
addımlar  XIX  əsrdə  bir  çox  dövlətlərdə  o  qədər  də  həvəslə 
qarşılanmırdı.  Bu gün  isə bu məsələlər həm mühüm,  həm də 
dəbdə olan problemlərdəndir.  İnkişaf etməkdə olan ölkələrdə 
sosial  dəyişiklik  aparmaqda  dövlətin  üzərinə  çox  böyük 
məsuliyyət düşür.  Bu  cəmiyyətlərdəki dövlətlərdən müvəffə­
qiyyətli  xarici  siyasət  aparılmasında,  sabit  və  ədalətli, 
effektiv  idarəetmədə,  həyat şəraitinin  təmin  edilməsində tam 
məsuliyyət  tələb  olunur.  Bu  cəmiyyətlərdə  dövlətlər  bu 
məqsədlər  üçün  müxtəlif proqramlar  işlənilməsi  ilə  məşğul
98
olduğundan  dövlətin  həyatın  qeyri-siyasi  sahələrinə  təsiri 
xeyli  artmışdır.  Bu  gün  bu  tip  cəmiyyətlərin  həyatı  bütün­
lükdə 
əhəmiyyətli 
dərəcədə 
siyasi! əşmişdir. 
İstənilən 
məsələyə  dövlət  təsir  göstərir  və  ya  bu  onunla  bağlı  olur. 
Dövlət insanların həyatında daha çox yer tutur.
2.3.  İnkişaf etməkdə olan ölkələrdə siyasi partiyalar 
sosial dəyişikliyin əsas agenti kimi
İnkişaf  etməkdə  olan  ölkələrin  əksəriyyətində  siyasi 
partiyalar sosial dəyişikliyin əsas vasitəçisi kimi çıxış edirlər. 
Bu  siyasi  partiyalar  keçmiş  metroployilara  qarşı  azadlıq 
uğrunda  mübarizə  aparmış  hərəkatları  ilə  tanınmışlar. 
Bunlara  misal  olaraq  Hindistan  Milli  Konqresini,  Çin 
Kommunist Partiyasını  və  b.  göstərmək  olar.  Onlar müxtəlif 
dövrlərdə  yaradılmış  və  müstəmləkəçiliyə  qarşı  mübarizə 
aparmışlar.  Onlardan  bəziləri  birinci  Dünya  müharibəsindən 
əvvəl,  bir  çoxları  müharibələrarası  dövrdə  və  xüsusin  ikinci 
Dünya müharibəsindən  sonra fəal olmuşlar.
Bu  partiyalar  iki  mühüm  xüsusiyyətə  malik  idilər. 
Birincisi,  onların  xalqı  müstəqillik  üçün  müstəmləkəçilərə 
qarşı  ayağa qaldırması,  onu maarifləndirməsi  və təşkil etməsi 
idi.  Faktiki  olaraq  müstəmləkə  dövründə  bu  partiyaların 
sosial  dəyişiklik  kontekstində  rolu  protestlər  təşkil  etmək, 
təşviqat aparmaq  və  mövcud üsul-idarəyə  müxalif olmaqdan 
ibarət  idi.  İkincisi,  onlar  özlərini,  əgər  belə  demək 
mümkündürsə,  “çətir”  təşkilatlar,  yəni  geniş  əhatəyə  malik, 
koalisiya  və  ya  konqlomerat  tipli  təşkilatlar  kimi  təsdiq 
elmişlər.  Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etməkdə  olan 
ölkələrdə  siyasi  partiyaların  sosial  dəyişikliklərdə  oynadığı 
rolla  Qərb  ölkələrində  siyasi  partiyaların  rolu  fəqlidir.
99


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə