Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

çoxluğu və mürəkkəbliyinə misaldır.
Siyasi  sistemdə  liderlər  giriş-çıxış  təhlili  nöqteyi- 
nəzərindən  mühüm  rol  oynaya  bilərlər,  liderlər  siyasi, 
iqtisadi,  təhsil,  dini,  mədəni  və  s.  sahələrdə  fərqlənə bilərlər. 
Onlar  aktyor,  jurnalist,  ideya  lideri  və  s.  ola  bilərlər.  Bu 
liderlər  siyasi  sistemdə  müxtəlif  girişlərin  yaranmasında  və 
eləcə  də  müxtəlif  çıxışların  əldə  olunmasında  böyük  rol 
oynaya  bilərlər.  Məsələn,  əgər  tanınmış  idmançılar  qrupu 
gənclərə  ordu sıralarına qatılmaq çağırışı  ilə müraciət edirsə, 
bu  siyasi  sistemə  giriş  kimi  qiymətləndirilməlidir.  Eyni 
şəkildə  nəticələr  də  liderlər  tərəfindən  tələb  edilə  bilər. 
Məsələn,  neft sənayesi  işçiləri birliyinin  liderləri tətil  edərək 
əmək  haqqının  qaldırılmasını  tələb  edirsə,  demək,  onlar 
siyasi  sistemdən çıxış tələb etmiş olurlar.
Beləliklə,  giriş-çıxış  yanaşmasının  araşdırılmasından 
aşağıdakı nəticələrə gəlmək mümkündür:
1)  Giriş-çıxış  fəlsəfəsi siyasi  sistemi hərəkətə gətirən 
bir qüvvədir. Əgər siyasi sistemdəki girişlər məlumdursa, bu­
nun  əsasında  siyasi  sistemi  də  səciyyələndirmək  mümkün­
dür;
2)  Bu  mənada  giriş-çıxış  təhlili  ənənəvi  səbəb  və 
nəticə təhlilini xatırlada bilər.  Ənənəvi  səbəb və nəticə təhlili 
də  siyasi  sistemin  və  ya  dövlətin  siyasətini  və  rəhbərliyinin 
fəaliyyətini  səbəb-nəticə  nöqteyi-nəzərindən  aydınlaşdırma­
ğa çalışır.  Ənənəvi nəzəriyyəçi hansı  səbəblərin hansı nəticə­
lərə gətirib çıxaracağını  müəyyənləşdirməyə çalışır.  Aristotel 
cəmiyyətdəki  bərabərsizliyin  inqilabların  əsas  səbəbi  oldu­
ğunu  göstərir.  Platon  isə  qeyd  edirdi  ki,  xalqla  hesablaş­
mamaq  və  eyni  zamanda  ona  həddən  artıq  azadlıq  bəxş 
etmək  xaos  və  anarxiyaya  gətirib  çıxarır.  Sokrat  yazırdı  ki,
12
bilikli  olmaq  comərd  olmaq  deməkdir.  Monteskyu  haki­
miyyət  bölgüsünün  insan  azadlığının  zəmanəti  olmasım 
sübut etməyə çalışırdı.
Bütün bu misallardan  gründüyü kimi, böyük mütəfək­
kirlər  səbəblə  nəticə  arasındakı  münasibəti  müəyyənləşdir­
məyə çalışmışlar.
3) 
Nəhayət,  qeyd  etmək  lazımdır  ki,  səbəb  və  nə­
ticə  arasında  olduğu  kimi  girişlə  çıxış  arasındakı  münasibət 
də  həmişə  məntiqəuyğun  olmur.  Belə  ki,  istənilən  bir  siyasi 
sistemdə  giriş  heç  də  həmişə  müvafiq  çıxışla  sona  çatmır. 
Məsələn,  neftçilər  əmək  haqqının  qaldırılmasından  ötrü  tətil 
elan  edə  bilərlər.  Bunu  çıxış  adlandıraq.  Lakin  onların 
gözlədiyi çıxış alınmaya da bilər.  Bu o vaxt baş  verə bilər ki, 
hökumət  onların  tələblərini  ədalətsiz  hesab  etsin.  Beləliklə, 
tətil  baş  tutmaya  da  bilər.  Başqa  sözlə  desək,  verilən  giriş 
lazım  olan  çıxışla  nəticələnməyə  də  bilər.  Lakin  əlbəttə, 
həmişə belə olmur.
Beləliklə,  giriş-çıxış  təhlili  də  universal  olmayaraq, 
müəyyən istisnalara malikdir.
5.  Siyasi sosiologiyanın digər elmlərlə qarşılıqlı 
münasibətləri
5.1.  Siyasi sosiologiya və siyasi elm
Əgər  siyasi  elm   diqqəti  əsasən  siyasi  sferada  cəmləş­
dirirsə,  siyasi  sosiologiya  siyasi  prosesləri  tam  başa  düşmək 
üçün  siyasəti  bütövlükdə  sosial  strukturla  əlaqələndirməyə 
çalışır1.
1 Lewis  A.  Coser,  ed.,  Political  Sociology.  New  York:  Harper  and  Row, 
Publishers,  1967, p.3.
13


Ənənəvi  siyasi  elm  məhdud  mövqedən  çıxış  edərək 
siyasi  aktorlarm  davranışım  müəyyənləşdirən  çoxaspektli 
siyasi  prosesləri  tam   izah  edə  bilmir.  Siyasi  sosiologiya 
siyasi  proses  və  siyasi  fəaliyyətə  daha  geniş  baxış  nümayiş 
etdirməyə  çalışır  və  bu  nöqteyi-nəzərdən  o,  siyasi  elmdən 
fərqlənir.
S.M.Lipsetin  sözləri  ilə  desək,  siyasi  elm siyasi  insti­
tutların  pozitiv  və  aşkar  (manifest)  funksiyaları  ilə  məşğul­
d u r1 2
.  Siyasi  sosiologiya  digər  tərəfdən  “radikal”  bir  fənn 
olaraq  diqqəti  sosial  konflikt  və  sosial  dəyişikliklərdə 
cəmləşdirərək  siyasətin  gizli  (latent)  funksiyalarını,  qeyri- 
formal  aspektlərini  və  disfimksional  aspektlərini  öyrənir. 
Başqa  sözlə,  “əgər  siyasi  elm  fikri  aysberqin  görünən 
hissəsinə  yönəldirsə,  siyasi  sosiologiya  diqqəti  onun 
görünməyən  hissəsində  cəmləşdirir”  (L.  K o zer).  Əlbəttə  ki, 
aysberqin suyun altında qalan hissəsi xeyli çoxdur.
Siyasi  sosiologlar  siyasi  prosesi  formal  siyasi institut­
ların  funksiyası  kimi  göstərməkdənsə üstünlüyü qeyri-siyasi, 
qeyri-rəsmi,  qeyri-formal  iqtisadi  dominantların  demokratik 
prosesə  açıq  şəkildə  təsirini  göstərməyə  verirlər.  Onlar 
göstərirlər  ki,  siyasət  hər  hansı  bir  nəticə  əldə  olunanda 
effektiv olur.
Siyasi  elm  kimi  siyasi  sosiologiya  da  cəmiyyətdə 
hakimiyyətin paylanması və həyata keçirilməsini tədqiq edir. 
Lakin siyasi  elmdən fərqli  olaraq siyasi sosiologiya hakimiy­
yətin  paylanması  və  həyata  keçirilməsinin  institusional
1  “Political Sociology” in  Robert M. King et al., ed., Sociology today, 
N ew  York:  Basic Books,  1959, p.83
2 Lewis A . Coser, ed., Political Sociology. N ew  York: Harper and Row, 
Publishers,  1967, p.5.
14
təminatı  İlə  məşğul  olmur,  onları  olduqları  kimi  qəbul  edir.
Beləliklə,  əgər  siyasət  elmi  dövlətdən  başlayaraq 
onun  cəmiyyətə təsirini  öyrənirsə,  siyasi  sosiologiya,  əksinə, 
cəmiyyətdən  başlayaraq 
onun  dövlətə  (başqa 
sözlə, 
hakimiyyətin paylanması  və  həyata  keçirilməsi  üçün  formal 
institutlara)  təsirini öyrənir.  İki elm arasındakı belə bir bölgü 
bu günlə  müqayisədə  XIX əsrdə  daha  aydın nəzərə  çarpırdı.
5.2. Siyasi sosiologiya və sosiologiya
Siyasi  sosiologiya  siyasi  elmlə  sosiologiyanın  bir- 
birinə yaxınlaşması  nəticəsində fənlərarası  yeni bir elm kimi 
meydana gəlmişdir.  Fikrimizi daha aydın şəkildə ifadə etsək, 
siyasi  sosiologiya  nə  siyasi  elmsiz,  nə  də  ki  sosiologiyasız 
mövcud ola bilməz.
Siyasi  sosiologiya  sosiologiyanın  xüsusi  bir bölməsi­
dir.  Siyasi  sosiologiya  sahəsində  tədqiqatlar  sosiologiyaya 
arxalanaraq  aparılır.  Sosiologiya  siyasi  sosiologiyanın  birtə­
rəfli və  spesifik tədqiqat və  ümumiləşdirmələrindən  faydala­
nır və əksinə.
5.3. Siyasi sosiologiya və iqtisadiyyat
Siyasi  sosiologiya  iqtisadiyyatla  müəyyən  mənada 
bağlı  olan  bir elmdir.  Siyasi  sosiologiyadakı  və  iqtisadiyyat- 
dakı  nəzəriyyələr,  ideya  və  prinsiplər  bir-birilə  əlaqədardır. 
Belə ki,  siyasi  sosioloq  sinifləri,  sosial qrupları, onların məq­
səd  və  istəklərini,  institut  və  assosiasiyaları,  dini  və  iqtisa­
diyyatı  öyrənir.  Əhalinin  rifahını  öyrənən  iqtisadçı  da  öz 
işində bunlardan  istifadə edir, bunları nəzərə alır. Əgər siyasi 
sosioloq  hakimiyyətin  yaranması  və  istifadəsini  öyrənirsə, 
iqtisadçı  öz  növbəsində  iqtisadiyyatı  öyrənərkən  siyasətin
15


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə