Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

ona təsirini də tədqiq edir.
Siyasi  sosioloq iqtisadi  prinsipləri,  motivləri,  institut­
ları,  prosesləri  və  s.  nəzərə almadan keçinə bilməz.  Məsələn, 
pulun  seçkilərdə  oynadığı  rolu  nəzərə  almadan  siyasi 
sosioloq  seçkiləri  düzgün  öyrənə  bilməz.  Əksinə,  iqtisadçı 
siyasi  sosioloq  tərəfindən  öyrənilən  prinsiplər,  motivlər, 
institutlar,  proseslər  və  s.  nəzərə  almadan  istehsal  məhsu­
lunun paylanması,  əhalinin alıcılıq qabiliyyətini  və s.  düzgün 
tədqiq  edə  bilməz.  Bu  misal  iki  elmin  bir-birinə  yaxınlığını 
yaxşı nümayiş etdirir.
Hər iki  elm,  demək olar ki,  eyni metod və texnikalar­
dan istifadə edir.  Eyni zamanda iqtisadiyyat statistik və ya ri­
yazi  metodlar  və  texnikadan  daha  çox  istifadə  edir.  Bunun 
nəticəsidir  ki,  iqtisadiyyatın  ekonometriya  və  ya  riyazi  iq­
tisadiyyat və s. kim i sahələri  inkişaf etmişdir.
5.4. Siyasi sosiologiya və fəlsəfə
Elmlərin  əksəriyyəti  fəlsəfədən  doğmuşdur.  Siyasi 
sosiologiya da belə elmlərdəndir.
Siyasi  sosiologiya  çox  xüsusiləşdirilmiş  bir  sahə 
olduğundan  geniş  əhatəli  fəlsəfə  üçün  əhəmiyyət  kəsb  edir. 
Eyni  zamanda  siyasi  sosiologiya  fəlsəfi  baxışdan,  metodlar­
dan və s. istifadə edir.
5.5. Siyasi sosiologiya və psixologiya
Hər  iki  elm  yenidir  və  oxşar  metod  və  texnikalardan 
istifadə  edirlər.  Lakin  psixologiya  daha  çox  laboratoriyada 
aparılan  eksperimental  metodlardan  istifadə  edir.  Məsələn, 
hər hansı  bir  dini  problemə  dair ictimai  rəyi  öyrənərkən psi­
xoloq  sosial psixilogiyanı  başa düşməlidir.  Əgər psixologiya
16
siyasi  sosiologiyadan  bəhrələnmirsə  onda  onun  mövqeyi  yə­
qin ki,  zəifləmiş  olur.  Hər hansı  bir sosial  qrupun  dini  baxış­
larını,  münasibət  və  hərəkətlərini  öyrənərkən psixoloq  siyasi 
sosioloqun axtarış və nəticələrini hökmən nəzərə almalıdır.
5.6.  Siyasi sosiologiya və statistika
Bu  iki  elm  arasında müəyyən yaxınlıq vardır.  Hər iki 
elm  tədqiqat  prosesində  əhəmiyyətli  dərəcədə  məlumat  və 
faktlardan  istifadə  edir.  Məsələn,  səsvermə  zamanı  seçi­
cilərin  davranışı,  liderlik  məsələləri,  müxtəlif  növ  statistik 
analizlər və proqnozlar,  modernləşmə  və  inkişaf problemləri 
və  s.  siyasi  sosiologiya  və  statistika  üçün  ümumi  dərəcədə 
maraq doğurur.  Tutaq ki, siyasi sosioloq hakimiyyət fenome­
nini  dövlət,  hökumət,  cəmiyyət,  sosial  idarəetmə  kontekstlə­
rində öyrənmək  istəyir.  Tədqiqat məqsədləri üçün digər vasi­
tələrdən  başqa  çoxlu  statistik  faktlardan  da  istifadə  etmək 
olar.  Statistikanın  bir  elm  kimi  yaranması  alman  filosofu 
Q.V.Leybnitsin adı ilə bağlıdır.
Statistika siyasi  sosiologiyadan daha qədim elmdir.
Hər  iki  elm  bir-birini  zənginləşdirir.  Belə  ki,  siyasi 
sosiologiyanın  hakimiyyət,  siniflər,  təzyiq  qrupları,  liderlik, 
seçkilər,  sosial-siyasi  inkişaf və  s.  haqqındakı  ümumiləşdir- 
mələri statistika üçün çox gərəkli ola bilər.  Eləcə də statistika 
da  riyaziyyat  və  ya  məntiq  elmləri  kimi  siyasi  sosiologiya 
üçün metodoloji və prosedur əhəmiyyət kəsb edir.
5.7.  Siyasi sosiologiya və tarix
Siyasi və  sosial  sistemlərin, dinin və dini institutların, 
müxtəlif mədəniyyətlərin,  liderliyin və  s.  yaranması,  inkişafı 
və  süqutu  həm  sivasi  sosiologiya,  həm  də  tarix  üçün ümumi


maraq kəsb edir.
Tarix  daha  qədim  elmdir.  Onun  banisi  qədim  yunan 
filosofu və tarixçisi Herodot sayılır.  Tarix siyasi  sosiologiya­
ya nisbətən daha geniş və əhatəli  elmdir. Bütün elmlər - riya­
ziyyat,  iqtisadiyyat,  siyasi  elm və  eləcə  də siyasi  sosiologiya 
tarix tərəfindən öyrənilir (belə ki, bu elmlərin yaranma və in­
kişafı tarixi vardır). Bu iki elmin metod və texnikaları da bir- 
birinə  çox  yaxındır.  Lakin  müəyyən  fərqlər  də  mövcuddur. 
Belə  ki,  siyasi  sosiologiya iştiraklı  müşahidə  və  çöl  tədqiqat 
metodlarından  çox  istifadə  edir.  Tarix  isə  sənədlərlə  (daha 
çox arxiv sənədləri ilə) işləməyə daha çox yer ayırır.
18
f ə s i l
 
2

m ü a s i r
 
s i y a s i
 
s o s i o l o g i y a n i n
NƏZƏRİ ƏSASLARI
Müasir  siyasi  sosiologiyanın  nəzəri  əsasını  bir  sıra 
fundamental nəzəriyyələr təşkil  edir.  Hakimiyyət,  elitalar,  li­
derlik,  nüfuz,  sinif,  status,  legitimlik,  bürokratiya və  s.  haq­
qındakı  nəzəriyyələr  buna  misal  ola  bilər.  Bu  nəzəriyyələri 
K.Marks,  V.Pareto,  T.Veblen,  R.Mills,  H.Lassuel,  S.Lipset, 
D.Bell,  M.Veber və  b.  yaratmış  və  inkişaf etdirmişlər.  Gəlin 
müxtəlif  mütəfəkkirlər  tərəfindən  irəli  sürülmüş  bir  sıra 
nəzəriyyələr haqqında mülahizələrə diqqət yetirək.
1.  Hakimiyyət
Əvvəlcə,  “hakimiyyət”  nəzəriyyəsini  götürək.  Siyasi 
sosiologiyanın  mərkəzində  hakimiyyət  problemi  durur.  Bir 
çox  mütəfəkkirlər  buna  dair  öz  nəzəriyyələrini,  fikirlərini 
irəli sürüb inkişaf etdirmişlər.  Məsələn,  K.Marks hakimiyyə­
tin  m üxtəlif  növlərindən  söhbət  açır.  Lakin  onun  üçün  ən 
əsas hakimiyyət növü iqtisadi hakimiyyətdir.  Çünki əmtəənin 
istehsalı,  bölüşdürülməsi  və  istehlakı  ilə  bağlı  olan  hakimiy­
yət həlledici  hakimiyyətdir və  hakimiyyətin digər növlərinin 
də  təbiətini  və  mahiyyətini  müəyyən  edir.  M.Veberin  də  öz 
hakimiyyət  nəzəriyyəsi  mövcuddur.  Ona  görə,  hakimiyyət  - 
fərdin cəmiyyətin strukturunda rolunu ifa etməsi üçün formal 
və  ya  qeyri-formal  bacarığı  və  eləcə  də  fərdin  öz  iradəsini 
digərlərinə  qəbul  etdirə  bilməsidir.  Lakin,  fikrimizcə,  bütün 
hakimiyyət  nəzəriyyələri  içərisində  K.Marks  hakimiyyət 
haqqında daha mükəmməl nəzəriyyə irəli sürə bilmişdir.
Bertran  Rassel  özünün  “Hakimiyyət:  sosial  təhlil” 
adlı  əsərində  hakimiyyətin  çox  sadə,  lakin  müfəssəl  tərifini
19


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə