Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

verərək  göstərir  ki,  hakimiyyət  -  nəticə  əldə  etmək  bacarı­
ğıdır.  Bu  anlamda  hakimiyyətə,  demək  olar  ki,  hər  bir  fərd 
malikdir.  Belə  ki,  əgər  Azərbaycan  Respublikasında  hal- 
hazırda 9 milyon  fərd varsa,  bu  ölkədə  9  milyon hakimiyyət 
vahidinin  olması  deməkdir.  Vahidlərin  ölçüsü  fərqli  də  ola 
bilər,  yəni  hər  hansı  bir  vaxtda  müxtəlif  fərdlər  müxtəlif 
kəmiyyət  və  keyfiyyətdə  hakimiyyətə  malikdirlər.  Hakimiy­
yətin müxtəlif vahidlərinin kombinasiyası hərdən müxtəlif də 
ola bilir.  Bu  sosial  kontekstdə  hakimiyyət,  tədqiqat məqsədi 
üçün seçdiyimiz müəyyən bir əsas və ya meyarlardan -  dövr­
dən  (məs.,  köhnə  və  ya  yeni  hakimiyyət),  ərazidən  (məs., 
mərkəzi  və  ya regional  hakimiyyət),  kəmiyyətdən  (məs.,  bö­
yük və  ya kiçik),  keyfiyyətdən  (məs.,  orijinal  və  ya yamsıla- 
ma),  sahədən  (məs.,  intellektual,  siyasi,  iqtisadi,  dini  və  s.), 
insani  və  ya  qeyri-insani  (məs.,  insanların,  ideyaların,  texni­
kanın  və  s.  hakimiyyəti),  eləcə  də  partiyaların,  qrupların  və 
ya  siniflərin  hakimityyətindən  (məs.,  parlamentin,  hakim 
partiyanın və  s.  hakimiyyəti)  asılı  olaraq m üxtəlif dərəcələrə 
və ya siniflərə bölünə və ya təsnifləşdirilə bilər.
Yuxarıda  göstərdiyimizdən  aydın  olur ki,  hakimiyyət 
müxtəlif şəraitdə  müxtəlif məqsədlərə  münasibətdə  müxtəlif 
formaları,  kəmiyyəti,  keyfiyyəti  və  s.  nəzərdə  tutur.  Başqa 
sözlə  desək,  istənilən  vaxtda,  istənilən  cəmiyyət  və  ya  döv­
lətdə hakimiyyət m üxtəlif fərdlərə,  təsisatlara,  ideyalara,  fəl­
səfəyə,  prosedur qaydalara və  s.  məxsus  olur.  Müxtəlif fərd­
lərə,  təsisatlara  və  ya  situasiyalara məxsus olan müxtəlif ha­
kimiyyət vahidləri,  demək olar ki,  istənilən vaxtda müəyyən 
məqsədlər  üçün  tələb  olunan  tam  hakimiyyət  cəmini  təşkil 
edir.
Hakimiyyət  də  hər  hansı  bir  əmtəə  kimi,  arta,  azala,
20
bölünə,  ötürülə,  dəyişilə  və  inkişaf  edə  bilər.  Hakimiyyət 
müxtəlif kontekstlərdə  müxtəlif şəkildə  meydana  çıxa  bilər: 
o,  həm  pozitiv,  həm   də  neqativ  ola  bilər,  ondan  həddindən 
artıq çox,  cüzi  və  lazımi  qədər istifadə  etmək olar.  Mexaniki 
tarazlaşdırma  və  ya  sadə  hesab  müxtəlif  şəraitlərdə 
hakimiyyətdən  istifadəni  heç  də  həmişə  düzgün  izah  etməyə 
bilər:  əgər  hesabda  “2+2=4”-dürsə,  hakimiyyt  məsləsində 
müxtəlif cavablar alına bilər.
Hakimiyyət müxtəlif fərdlərə,  ideyalara, təsisatlara və 
situasiyalara məxsus  olduğundan,  demək  olar  ki,  hakimiyyət 
və siyasət digər sahələrdəki hakimiyyətlə yaradılır və nəzarət 
olunur.
Məlumdur  ki,  hakimiyyətə  yiyələnmə,  onu  zəbt  etmə 
və  ondan  istifadə  qeyri-siyasi  sahələrdəki  siyasətlə  nəzarət 
altında  saxlanılır.  Buna  misal  kimi  pulun,  yaxudda  ki,  var- 
dövlətin hakimiyyətini  göstərə bilərik.  Bir çox  situasiyalarda 
namizədlərin pul  vasitəsilə necə  seçilməsi  və ya hakim möv­
qelərə  yiyələnməsi  bizə  məlumdur.  İqtisadi  cəhətdən  təmi­
natlı  sinfin  və  ya  insanlar  qrupunun  ölkənin  siyasətində 
müvafiq  hakimiyyət  və  ya  nüfuza  malik  olmaq  mcylliliyini 
biz də bilirik.  Həmin  sözlər daha yüksək  təhsilə  və  peşəkar­
lığa  malik  sin if və  ya  insanlar  qrupu  üçün  də  səciyyəvidir. 
Daha  sonra  göstərmək  olar  ki,  təhsilli  adamlar  siyasətdə  və 
hökumətdə  təhsili 
olunmayanlara  nisbətən  daha  çox 
imkanlara  malikdirlər.  Dinin  siyasətə  təsiri  haqqında  isə 
danışmağa belə  ehtiyac  yoxdur.  Dünya dinlərinin əksəriyyəti 
siyasətə  və  hökumətə  çox  dərin  və  geniş  təsir  etmişlər. 
Avropada dini  siyasətlə  siyasi hakimiyyət arasında mübarizə 
500 ıl (900-cu ildən  1400-cü ilədək) davam etmişdir.
Qeyd  etmək  lazımdır  ki,  qeyri-siyasi  hakimiyyətin
21


siyasi  hakimiyyətə  təsiri  birtərəfli  deyildir.  Başqa  sözlə, 
qeyri-siyasi  hakimiyyətin  siyasi  hakimiyyətə  təsiri  və  ya 
siyasi  hakimiyyətin  qeyri-siyasi  hakimiyyət  və  ya  mənbə­
lərdən  irəli  gəlməsi  heç  də  zəruri  deyildir.  Başqa  variant  da 
doğrudur:  siyasi  hakimiyyət  iqtisadi  hakimiyyətə  təsir 
göstərir.  Eyni  şəkildə  o,  təhsilə  və  dini  hakimiyyətə  də  təsir 
göstərir.
Eyni  zamanda  siyasi  və  qeyri-siyasi  hakimiyyət 
arasındakı  bu  cür  qarşılıqlı  təsirdə  biz  siyasi  hakimiyyətin 
qeyri-siyasi  hakimiyyət  üzərində  sürəkli  və  ayrılmaz 
üstünlüyünü  tanımalıyıq.  Hər  cür  hakimiyyət  -  istər  siyasi, 
istərsə  də  qeyri-siyasi,  insanın  davranışına  təsir  və  nəzarət 
edir.  Lakin  bütün  hakimiyyət  növlərindən  siyasi  hakimiyyət 
daha əsaslıdır və insanın davranışına daha çox nüfuz edir.
İndi  isə  biz  hakimiyyətdən  istifadə  və  ya  onu  tətbiq 
edən  insan  qrupları  haqda  danışacağıq.  Hakimiyyətdən 
istifadə  edən,  ona malik  olan,  onu həyata keçirənlərlə yanaşı 
hakimiyyətdən  təsirlənən,  ondan  mənfəət  götürən  və  ya 
əziyyət  çəkən  insanlar  da  mövcuddur.  Onlardan  birincisini 
siyasətçilər,  ikincisini  isə  xalq  adlandırmaq  olar.  Bu 
münasibətləri  ifadə  edən  digər  terminlər  arasında  hökumət, 
idarə  edənlər  və  idarə  olunanları  göstərmək  olar.  Aydın 
məsələdir ki, bu münasibətlər daim dəyişəndir.
Siyasətdə  də digər sahələrdə olduğu kimi, hakimiyyət 
müxtəlif prosedurlarda,  təşkilatlarda  və  ya  assosiasiyalarda 
cəmləşir. 
Bunlar 
m üxtəlif 
təşkilatlar, 
assosiasiyalar, 
metodlar,  ənənələr,  adətlər,  anlaşmalar,  vərdişlər,  normalar, 
praktikalar və s. kimi tanına bilər.
22
2.  Elitalar
Nəzərdən  keçirəcəyimiz  digər  nəzəriyyələr  isə 
“elitalar”  və  ya  “liderlik”  nəzəriyyələridir.  Elita  hər  bir 
cəmiyyətin  və  ya  onun  bir  hissəsinin  seçmə  və  ya  ən  yaxşı 
şəxslərindən  ibarətdir.  Ola  bilsin  ki,  elitaya  aid  müəyyən 
şəxslər bunun  üçün  səciyyəvi  olan  nümunəyə  uyğun  gəlmə­
sinlər. Yəni, məsələn, onlar elitar ailələrdə böyüsələr də tələb 
olunan  səviyyədə  kəmiyyət  və  ya  keyfiyyətdən  məhrum  ola 
bilərlər.  Belədə  onların  yalnız  adı  elitadır.  Əslində  isə  onlar 
elita  sayılmırlar.  Liderlik  (“lider”  sözü  mənaca  “rəhbər, 
başçı” deməkdir) qrup  daxilindəki  şəxslərarası  münasibətlər­
də hakimiyyət və ya tabeçilik, təsir və ardınca getmə münasi­
bətlərini  bildirir.  Bu  nəzəriyyə  elita  nəzəriyyəsi  ilə  sıx 
əlaqədardır.  Belə  ki,  liderlər  də  elitalar  kimi  hər  bir  cəmiy­
yətin və ya onun bir hissəsinin aparıcı üzvləridirlər.
Lakin liderlik elitadan iki səbəbə görə fərqlənir:
(1) Liderlər  liderlik  funksiyalarını  yerinə  yetirmək 
üçün  lider  təşəbbüslü  və  fəal  olmalı,  ekstremal  vəziyyətdən 
çıxmaq,  camaatı  öz ardınca apara bilmək, natiqlik qabiliyyə­
tinə,  geniş  təfəkkürə  və  s.  keyfiyyətlərə  malik  olmalıdırlar. 
Liderlər  də  elitalar  kimi  pis  və  ya  nümunəyə  uyğun  olmaya 
bilərlər.  Lakin  burada  fərq  ondan  ibarətdir  ki,  pis  liderlər 
müəyyən  sahələrdən  ya  yeni  liderlər  tərəfindən,  ya  da  ki, 
şəraitin təzyiqi  altında sıxışdırıla bilərlər.  Bütün  bunları elita 
haqqında demək  olmaz.  Belə  ki,  elita üzvünün  hər hansı  bir 
hadisədə  aktiv  iştirakı  heç də vacib deyil.  Elitaya aid  şəxslər 
cəmiyyətin ən yüksək pilləsində dura və ya onun ən hörmətli 
adamları  ola  bilərlər.  Lakin  liderlərlə  müqayisədə  elitalar 
keyfiyyət  nöqteyi-nəzərindən  dinamik,  yaxud  aktivlikdən 
daha çox statik və ya passiv olurlar.
23


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə