Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   49

yişməzliyi;
3)  insanın  öz  hisslərini  ümumi  fəaliyyət  və  əməllərdə 
göstərməyə çalışması;
4)  sosiallıq hissi;
5)  mülkiyyətçilik hissi;
6)  cinsi instinkt.
“Qalıqlar” 
əsasında  baş 
verən 
“qeyri-məntiqi” 
hərəkətləri  Pareto  ictimai  həyatın  əsas  hüceyrəsi  sayır  və 
bunun  öz  növbəsində  dövri  dəyişikliklərin  gedişatını  və 
keçmişə qayıdışı müəyyən etdiyini hesab edirdi.
Paretonun  sosial  fəaliyyət  konsepsiyasının  əsasında 
müəyyən  bir  insan  konsepsiyası  dururdu.  O,  insanın  irrasio- 
nal  təbiətə  malik  olduğunu  qeyd  edərək  göstərirdi  ki,  insa- 
nınkı  spesifik  olaraq  dərrakədə  deyil,  dərrakəni  tamahkar 
məqsədlər  üçün  istifadə  etməkdədir.  Hisslər  və  ağılın  qarşı­
lıqlı  münasibəti  problemində Pareto  hisslərə  daha çox  üstün­
lük verir, onları tarixin həqiqi hərəkətverici qüvvələri sayırdı. 
O,  tarixi  qanunauyğunluqların  ayrı-ayrı  fərdlərin  irrasional 
psixi həyatının irrasional  qanunauyğunluqlarına gətirib çıxar­
dığını  hesab  edir,  ideologiyanı  isə  “hisslərin  dili”  adlan­
dırırdı.  Pareto insan psixikasını,  onun xüsusiyyətlərini sosial- 
iqtisadi  kontekstdən  kənarda  izah  edirdi.  Onun  fikrincə, 
emosiyalar sosial sistemin dinamizminin əsasını təşkil edir.
Derivasiyaları (ideologiyaları) həqiqətə qarşı qoyaraq, 
Pareto  həmçinin  göstərirdi  ki,  onların  məntiqi  yararsızlığı 
heç  də  onların sosial əhəmiyyətini  azaltmır.  Beləliklə,  Pareto 
ideologiyanın cəmiyyətdə  aktiv rolunu,  səfərbəredici gücünü 
xüsusi  olaraq  göstərir,  kütləvi  şüurun  manipulyasiya 
mexanizmlərini açıb göstərirdi.
İnsan  psixikasının  dərk  oluna  bilməyən  elementləri­
28
nin rolunu qeyd edərək o,  Freydin  əsərlərilə tanış  olmaması­
na  baxmayaraq,  təhtəlşüur  psixologiyasının  bəzi  ideyalarını 
formalaşdırmışdı.
Paretoya  görə,  bütün  cəmiyyətlərin  əsas  xüsusiyyəti 
onların  idarəetməyə  qabil  elitaya  və  qeyri-elitaya  bölünmə- 
sindədir.  Elitaların  “dövriyyəsi”ni,  yəni  onların  sabitləşmə­
sini  və  sonrakı  tənəzzülünü  o,  bütün  tarixi  hadisələrin 
kökündə  duran  ictimai  inkişafın  hərəkətverici  qüvvəsi 
sayırdı.
Bu  konsepsiyaya  görə,  anadangəlmə  “qalıqlara” 
malik olanlar,  yəni  kütlələri  hiylə  və  aldatma (“tülkülər”)  və 
ya  güc  tətbiq  etmə  (“şirlər”)  yolu  ilə  manipulyasiya  etməyi 
bacaran fərdlər iki  müxtəlif idarəetmə tipi təşkil edirlər. Bun­
lar da  öz növbəsində bir-birini  uyğun  “qalıqların” tükənməsi 
nəticəsində  əvəz  edərək,  müvafiq  elitanın  sonradan  onun 
məhvinə  gətirən  tənəzzülünə  aparır.  Əgər  hakim  elita  aşağı 
siniflərdən  lazımi  keyfiyyətlərə  malik  yeni  üzvləri  kooptasi- 
ya etməklə buna maneçilik törətmirsə onda sosial  inqilab baş 
verir  ki,  bunun  da,  Paretoya görə,  əsl  mənası  hakim  təbəqə­
nin  -  elitanın  şəxsi  tərkibinin  yeniləşdirilməsidir.  Təsərrüfat 
fəaliyyəti  sahəsində  “şirlər”ə  və  “tülkülər”ə  “alverçilər  ”  və 
“rantye”  (borc  götürənlər)  tipləri  uyğun  gəlir ki,  bunların  da 
prototipi  kimi  biznesmenlər və  onların  əksi  -  qiymətli  kağız­
ların  faiz talonu  ilə dolanan cəsarətsiz əmanətçilər çıxış edir­
lər.  Cəmiyyətdə  “rantye”nin üstünlük təşkil etməsi cəmiyyə­
tin sonradan çürüməyə başlayacaq sabitliyindən xəbər verir.
Elitaların  dövriyyəsi  nəzəriyyəsi  Pareto  yaradıcılığın­
da xüsusi  yer tutur.  Elitaların dövriyyəsi dedikdə o, elitaların 
bir  sinifdən  digərinə  və  ya  bir  səviyyədən  digər  səviyyəyə 
sürətlə  hərəkət etmə qabiliyyətini nəzərdə tutur.  Pareto haqlı
29


olaraq  göstərir ki,  istənilən  cəmiyyətdə  elitalar  öz  siniflərini 
və  ya mövqelərini  dəyişməyə  çalışır və  elitalarla  qeyri-elita- 
lar arasında daim qarşılıqlı hərəkət və ya dəyişmə gedir.  Eli­
talar sinif daxilində və  siniflər arasında dəyişirlər.  Bəzi  fərd- 
lər  qeyri-elitar  qruplardan  elitar  qruplara  daxil  ola  bilərlər. 
Eləcə  də  elitanın  bəzi  üzvləri  cəmiyyətin  qeyri-elitar  üzvlə­
rinə  çevrilə  bilər.  M üxtəlif  amillərdən  asılı  olaraq  (məs., 
repressiya, inqilab və s.) müxtəlif elitar qrupların üzvləri say, 
keyfiyyət  və  əhəmiyyətlərinə  görə  azala  bilərlər.  Bu  baş 
verərkən elitalar artıq elita vəziyyətini itirir və tədricən qeyri- 
elitaya  çevrilirlər.  Digər  tərəfdənsə  elitar  qrupların  bəzi 
üzvləri  yüksək  nailiyyətlər  əldə  etdikdə  və  ya  xüsusi 
hakimiyyətə  malik  olduqda  onlar  xüsusi  elitar  qrup  təşkil 
etməyə  başlayırlar.  Pareto  göstərir  ki,  elitaların  rütbələrinin 
bu şəkildə böyüməsi və ya kiçilməsi bütün  cəmiyyətlər üçün 
səciyyəvidir.  Pareto  Qədim  Roma tarixi  və İtaliyanın müasir 
dövründən elitaların  dövriyyəsinə  dair çoxlu misallar gətirir. 
O göstərir ki, tam azad  cəmiyyətdə elitaların sabit  və sərbəst 
dövriyyəsi  olmalıdır.  Lakin  bu,  ideal  cəmiyyt  üçün  belə  ola 
bilər. Elitaların dövriyyəsi tək-tək hallarda maneəsiz olur.
Pareto  həm  də  göstərirdi  ki,  müharibələr  və  ya  inqi­
lablar  vaxtı  baş  verən  böyük  sosial  sarsıntılar,  dəyişikliklər 
zamanı köhnə elitanın yenisi  ilə geniş miqyasda əvəzlənməsi 
prosesi baş verir.
Paretoya görə,  bu  və  ya digər elitanın hakimiyyətdə qa­
lıb qalmamasından, onun müəyyən hissəsinin və ya bütünlükdə 
özünün dəyişib dəyişməməsindən asılı olmayaraq, onun cəmiy­
yətdə  əsas  mövqeləri  tutması  və  cəmiyyətin  inkişaf və tərəqqi­
sini  təmin  etməsi  fakt  olaraq  qalır.  Bu  düşüncələr  Paretonu 
sosial dəyişikliyin dövri nəzəriyyəsinə gətirib çıxarır.
30
i
2.3.  Torsteyn Veblen:  asudə sinif nəzəriyyəsi
Torsteyn  Veblen  (1857-1929)  Çikago  universitetinin 
iqtisadiyyat  üzrə  professoru  idi.  Lakin  xarakteri  xeyli  tünd 
olduğundan  onun  karyerası  burada  çətinliklə  baş  tutmuşdu. 
Onun  bütün  əsərləri  arasında  “Asudə  sinif  nəzəriyyəsi” 
görkəmli və klassik bir əsər kimi tanınmışdır.
Veblenin  elitalar  nəzəriyyəsinin  inkişafına  təsiri 
böyük  və  əhəmiyətli  olmuşdur.  O  öz  əsərində  birbaşa  elita 
anlayışını  işlətməsə  də  “asudə  sinif’  termini  elə  bu  mənanı 
verərək operativ termin kimi istifadə edilmişdir.
Veblenə görə, asudə  sinif istənilən cəmiyyətdə aparıcı 
və  ya  elitar sinfi  təşkil  edir.  Onun  fikrincə,  hər bir cəmiyyət 
iki  sinfə  bölünür:  asudə  sinif və  sənaye  sinfi.  Asudə  sinfi  o, 
yırtıcı,  soyğunçu  və  ya  tüfeyli  kimi  səciyyələndirir.  İkinci 
sinfi  isə  Veblen  sənaye  sinfi  adlandırsa da bunun altında hər 
hansı müasir sənaye sinfi və ya Marksın anladığı fəhlə sinfini 
deyil,  sadəcə  bütün  gününü  işləməkdə  keçirən  bir  sinfi 
nəzərdə tutur.
Asudə  sinif  apancı  sinif  və  ya  elitar  sinifdir  və  o, 
sənaye sinfinin yaratdığı var-dövlətdən və xidmətdən istifadə 
edir  və  ümumilikdə  isə  cəmiyyətin  istiqamət  və  tərəqqisini 
təmin  edir.  Sənaye  sinfinin  başı  öz  işinə  o  qədər  qarışıb  ki, 
onun  inkişaf və  tərəqqini  təmin  edən  ideoloji,  nəzəri,  siyasi 
və digər tipli problemlərə diqqət yetirməyə belə  vaxtı qalmır. 
Lakin hətta sənaye sinfi  öz boş vaxtım  ideoloji,  nəzəri, siyasi 
və s.  kimi prinsipial problemlərə sərf etməyə imkan tapsaydı 
belə,  asudə  sinif  buna  heç  cür  yol  verməzdi.  Asudə  sinif 
cəmiyyətin  strukturunu  və  funksiyasını  elə  təşkil  edir  və 
müəyyənləşdirir ki,  siyasət və digər mühüm problemləri dərk 
etmək  üçün  lazım  olan  təhsil,  hazırlıq  və  təcrübə  yenə  də
31


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə