çoxluğu və mürəkkəbliyinə misaldır.
Siyasi sistemdə liderlər giriş-çıxış təhlili nöqteyi-
nəzərindən mühüm rol oynaya bilərlər, liderlər siyasi,
iqtisadi, təhsil, dini, mədəni və s. sahələrdə fərqlənə bilərlər.
Onlar aktyor, jurnalist, ideya lideri və s. ola bilərlər. Bu
liderlər siyasi sistemdə müxtəlif girişlərin yaranmasında və
eləcə də müxtəlif çıxışların əldə olunmasında böyük rol
oynaya bilərlər. Məsələn, əgər tanınmış idmançılar qrupu
gənclərə ordu sıralarına qatılmaq çağırışı ilə müraciət edirsə,
bu siyasi sistemə giriş kimi qiymətləndirilməlidir. Eyni
şəkildə nəticələr də liderlər tərəfindən tələb edilə bilər.
Məsələn, neft sənayesi işçiləri birliyinin liderləri tətil edərək
əmək haqqının qaldırılmasını tələb edirsə, demək, onlar
siyasi sistemdən çıxış tələb etmiş olurlar.
Beləliklə, giriş-çıxış yanaşmasının araşdırılmasından
aşağıdakı nəticələrə gəlmək mümkündür:
1) Giriş-çıxış fəlsəfəsi siyasi sistemi hərəkətə gətirən
bir qüvvədir. Əgər siyasi sistemdəki girişlər məlumdursa, bu
nun əsasında siyasi sistemi də səciyyələndirmək mümkün
dür;
2) Bu mənada giriş-çıxış təhlili ənənəvi səbəb və
nəticə təhlilini xatırlada bilər. Ənənəvi səbəb və nəticə təhlili
də siyasi sistemin və ya dövlətin siyasətini və rəhbərliyinin
fəaliyyətini səbəb-nəticə nöqteyi-nəzərindən aydınlaşdırma
ğa çalışır. Ənənəvi nəzəriyyəçi hansı səbəblərin hansı nəticə
lərə gətirib çıxaracağını müəyyənləşdirməyə çalışır. Aristotel
cəmiyyətdəki bərabərsizliyin inqilabların əsas səbəbi oldu
ğunu göstərir. Platon isə qeyd edirdi ki, xalqla hesablaş
mamaq və eyni zamanda ona həddən artıq azadlıq bəxş
etmək xaos və anarxiyaya gətirib çıxarır. Sokrat yazırdı ki,
12
bilikli olmaq comərd olmaq deməkdir. Monteskyu haki
miyyət bölgüsünün insan azadlığının zəmanəti olmasım
sübut etməyə çalışırdı.
Bütün bu misallardan gründüyü kimi, böyük mütəfək
kirlər səbəblə nəticə arasındakı münasibəti müəyyənləşdir
məyə çalışmışlar.
3)
Nəhayət, qeyd etmək lazımdır ki, səbəb və nə
ticə arasında olduğu kimi girişlə çıxış arasındakı münasibət
də həmişə məntiqəuyğun olmur. Belə ki, istənilən bir siyasi
sistemdə giriş heç də həmişə müvafiq çıxışla sona çatmır.
Məsələn, neftçilər əmək haqqının qaldırılmasından ötrü tətil
elan edə bilərlər. Bunu çıxış adlandıraq. Lakin onların
gözlədiyi çıxış alınmaya da bilər. Bu o vaxt baş verə bilər ki,
hökumət onların tələblərini ədalətsiz hesab etsin. Beləliklə,
tətil baş tutmaya da bilər. Başqa sözlə desək, verilən giriş
lazım olan çıxışla nəticələnməyə də bilər. Lakin əlbəttə,
həmişə belə olmur.
Beləliklə, giriş-çıxış təhlili də universal olmayaraq,
müəyyən istisnalara malikdir.
5. Siyasi sosiologiyanın digər elmlərlə qarşılıqlı
münasibətləri
5.1. Siyasi sosiologiya və siyasi elm
Əgər siyasi elm diqqəti əsasən siyasi sferada cəmləş
dirirsə, siyasi sosiologiya siyasi prosesləri tam başa düşmək
üçün siyasəti bütövlükdə sosial strukturla əlaqələndirməyə
çalışır1.
1 Lewis A. Coser, ed., Political Sociology. New York: Harper and Row,
Publishers, 1967, p.3.
13
Ənənəvi siyasi elm məhdud mövqedən çıxış edərək
siyasi aktorlarm davranışım müəyyənləşdirən çoxaspektli
siyasi prosesləri tam izah edə bilmir. Siyasi sosiologiya
siyasi proses və siyasi fəaliyyətə daha geniş baxış nümayiş
etdirməyə çalışır və bu nöqteyi-nəzərdən o, siyasi elmdən
fərqlənir.
S.M.Lipsetin sözləri ilə desək, siyasi elm siyasi insti
tutların pozitiv və aşkar (manifest) funksiyaları ilə məşğul
d u r1 2
. Siyasi sosiologiya digər tərəfdən “radikal” bir fənn
olaraq diqqəti sosial konflikt və sosial dəyişikliklərdə
cəmləşdirərək siyasətin gizli (latent) funksiyalarını, qeyri-
formal aspektlərini və disfimksional aspektlərini öyrənir.
Başqa sözlə, “əgər siyasi elm fikri aysberqin görünən
hissəsinə yönəldirsə, siyasi sosiologiya diqqəti onun
görünməyən hissəsində cəmləşdirir” (L. K o zer). Əlbəttə ki,
aysberqin suyun altında qalan hissəsi xeyli çoxdur.
Siyasi sosiologlar siyasi prosesi formal siyasi institut
ların funksiyası kimi göstərməkdənsə üstünlüyü qeyri-siyasi,
qeyri-rəsmi, qeyri-formal iqtisadi dominantların demokratik
prosesə açıq şəkildə təsirini göstərməyə verirlər. Onlar
göstərirlər ki, siyasət hər hansı bir nəticə əldə olunanda
effektiv olur.
Siyasi elm kimi siyasi sosiologiya da cəmiyyətdə
hakimiyyətin paylanması və həyata keçirilməsini tədqiq edir.
Lakin siyasi elmdən fərqli olaraq siyasi sosiologiya hakimiy
yətin paylanması və həyata keçirilməsinin institusional
1 “Political Sociology” in Robert M. King et al., ed., Sociology today,
N ew York: Basic Books, 1959, p.83
2 Lewis A . Coser, ed., Political Sociology. N ew York: Harper and Row,
Publishers, 1967, p.5.
14
təminatı İlə məşğul olmur, onları olduqları kimi qəbul edir.
Beləliklə, əgər siyasət elmi dövlətdən başlayaraq
onun cəmiyyətə təsirini öyrənirsə, siyasi sosiologiya, əksinə,
cəmiyyətdən başlayaraq
onun dövlətə (başqa
sözlə,
hakimiyyətin paylanması və həyata keçirilməsi üçün formal
institutlara) təsirini öyrənir. İki elm arasındakı belə bir bölgü
bu günlə müqayisədə XIX əsrdə daha aydın nəzərə çarpırdı.
5.2. Siyasi sosiologiya və sosiologiya
Siyasi sosiologiya siyasi elmlə sosiologiyanın bir-
birinə yaxınlaşması nəticəsində fənlərarası yeni bir elm kimi
meydana gəlmişdir. Fikrimizi daha aydın şəkildə ifadə etsək,
siyasi sosiologiya nə siyasi elmsiz, nə də ki sosiologiyasız
mövcud ola bilməz.
Siyasi sosiologiya sosiologiyanın xüsusi bir bölməsi
dir. Siyasi sosiologiya sahəsində tədqiqatlar sosiologiyaya
arxalanaraq aparılır. Sosiologiya siyasi sosiologiyanın birtə
rəfli və spesifik tədqiqat və ümumiləşdirmələrindən faydala
nır və əksinə.
5.3. Siyasi sosiologiya və iqtisadiyyat
Siyasi sosiologiya iqtisadiyyatla müəyyən mənada
bağlı olan bir elmdir. Siyasi sosiologiyadakı və iqtisadiyyat-
dakı nəzəriyyələr, ideya və prinsiplər bir-birilə əlaqədardır.
Belə ki, siyasi sosioloq sinifləri, sosial qrupları, onların məq
səd və istəklərini, institut və assosiasiyaları, dini və iqtisa
diyyatı öyrənir. Əhalinin rifahını öyrənən iqtisadçı da öz
işində bunlardan istifadə edir, bunları nəzərə alır. Əgər siyasi
sosioloq hakimiyyətin yaranması və istifadəsini öyrənirsə,
iqtisadçı öz növbəsində iqtisadiyyatı öyrənərkən siyasətin
15
Dostları ilə paylaş: |