Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə11/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   96

Oksigen  kimi  azot  heyvanların  nəfəsalması  üçün  əsas 
element sayılır.  Azot bir çox üzvi birləşmələrin, xüsusilə zü­
lalların tərkibinə daxildir. Azot zülalların tərkibində karbon 
və  ya  hidrogenlə  möhkəm  amid  birləşməsi  yaradır.  C-N 
amid  əlaqəsi  zülal molekullarmın  əsas  sintez mexanizmidir. 
Bu  yer  üzərində  canlıların  mövcudluğunun  əsas  şərtlərin­
dəndir.
Azotun əsas mənbəyi atmosfer sayılır.  Atmosferdən azot 
torpağa,  oradan  da  bitkilərin  tərkibinə 
NO3 
formasında 
daxil olur.
Azotun  ikinci  mənbəyi  üzvi  maddələrin  çürüməsidir. 
Üzvi birləşmələrin çürüməsindən əvvəlcə ammiak 
(NH3) 
ya­
ranır.  Ammiak nitratlı bakteriyalarm təsirindən nitrit 
(NO2) 
və nitrata 
(NO3) 
çevrilir.
Okeanlara  kifayət  qədər  azot  axıdılır.  Bu  azot  su  foto- 
sintezləyici  orqanizmlər  tərəfindən  istifadə  olunur.  Həmin 
orqanizmlər  dəniz  heyvanları  tərəfindən  qida  şəklində 
istifadə  olunur.  Həmin  heyvanlar  tərəfindən  bu  azotun  bir 
hissəsi  quruya  qaytarılır.  Okeanların  dibinə  çökən  azotlu 
birləşmələr  dövri  sistemdə  iştirak  etmir.  Bu  azotun  dövrü 
bir  neçə milyon  ildən  sonra  baş  verə  bilər.  Amerikan  alimi 
Y.Oduma  görə  «bu  itki  vulkan  püskürməsindən  ayrılan 
azot  tərəfindən  bərpa  olunur».  Buna  görə  də  yer  üzərində 
bütün  vulkanların  püskürməsinin  qarşısı  alınsa  onda 
insanların acından ölməsi baş verə bilər.
Azotun  dövri  sistemi  kifayət  qədər  öyrənilib.  Müəyyən 
edilmişdir  ki,  biosfer  tərəfindən  qəbul  olunan  109  ton 
azotun 80%-i sudan və qurudan dövri sistemə daxil olur.
Gübrə şəklində istifadə olunan azotun cüzi hissəsi  təkrar 
istifadəyə qayıdır.
Kükürdün dövretməsi.
Kükürd  ətraf mühiti  çırkləndirən  aqressiv  maddə  hesab 
olunur.
40
Tərkibində kükürdlü birləşmələr  olan mikroorqanizmlər 
torpağın  üzvi  maddələri  ilə  reaksiyaya  girib  onlardan  SO
2 
ayırırlar ki, bu da bitkilər tərəfindən udularaq dövri sistemə 
qoşulur.
Kükürdün dövretmə sxemi aşağıda verilmişdir:
Su  hövzələri  dibində  olan  müxtəlif  kimyəvi  birləşmələr 
sulfat  tərkibli  mikroorqanizmlərin  təsirinə  məruz  qalaraq 
kükürdün  regenerasiyasma  səbəb  olur.  Bu  zaman  su  da­
xilində vertikal H
2S axını yaranır.
Şəkil  3. Kükürdün dövretmə sxemi
Kükürdün  dövretməsinə  mənfi  təsir  göstərən  amillərdən 
əsas  kükürd  tərkibli  maddələrin  yanması  ilə  əlaqədardır. 
Belə  maddələrin  yanması  ilə  əlaqədar  atmosferə  əsasən 
toksik  maddə  olan  SO
2  atılır.  Yüksək  aqressivliyə  malik
41


olan  SO
2 qaz şəklində və ya turş yağışlar şəklində təbiətə və 
müxtəlif obyektlərə dağıdıcı təsir göstərir.
Fosforun dövretməsi.
Fosfor  canlı  orqanizmlərin  qidasında  və  bitkilərin  inki­
şafında böyük rol oynayan bir elementdir.
Fosforun  əsas  mənbəyi  keçmiş  geoloji  əsrlərdə yaranmış 
dağ süxurları  və digər çöküntülərdir.  Mineral fosfor bir çox 
dağ  süxurlarının  tərkibinə  daxildir.  Bu  süxurlar  eroziyaya 
məruz  qaldıqda  su  hövzələrinə  axıdılır  və  orada  lil  şəklində 
çökür.
Fosfor canlı orqanizmlərin sümüklərinə və toxumalarına 
üzvi birləşmələrin tərkib hissəsi kimi daxil olur.
Üzvi  birləşmələrin  minerallaşdırılması  və  canlı  orqa­
nizmlərin  çürüməsi  (parçalanması)  nəticəsində  fosfor fosfat 
şəklində  yenidən  bitkilər  tərəfindən  istifadə  olunaraq  dövri 
sistemə qoşulur.
Fosforun  dövri  sistemdən  çıxmasına  əsas  səbəb  onun 
dibdə çökməsidir.  Müəyyən edilib ki, fosforun dövri sistemə 
kifayət  qədər  qayıtmayan  miqdarım  texnogen  tullantılar 
belə əvəz edə bilmir.
Quş  və  balıq  ovu  təbiətin  fosfor  balansını pozur.  Müəy­
yən  edilmişdir  ki,  ildə  balıq  ovundan  60000  ton  fosfor 
quruya geri qayıdır.  Gübrə üçün  1-2 mln  ton fosforlu süxur 
çıxarılır.  Bu fosforların çox  hissəsi yuyularaq su hövzələrinə 
axıdılır və beləliklə dövri sistemdən çıxarılır.
Həyatı əhəmiyyət kəsb edən fosforun dövretməsinin yax­
şılaşdırılması günün əsas tələblərindən biridir.
Suyun dövr etməsi.
Su  biosferin  əsas  hissəsini  təşkil  edir.  Bütün  canlı  orqa­
nizmlərin  tərkibinin 90% -i  sudan ibarətdir.  Yer üzərində su 
okeanlarda,  buzlaqlarda,  çaylarda,  göllərdə,  digər su  hövzə­
lərində,  litosferin  yuxarı  hissəsində  məsamələrdə  və  s. 
yerləşir.
42
Su bütün mənbələrdən  buxarlanaraq atmosferə  qalxır, 
orada  kondensasiya  olaraq  son  nəticədə  çöküntü  forma­
sında  su  obyektlərinə  qayıdır.  Bu  proses  “Suyun  böyük 
dövretməsi”  adlanır.  Buxarlanaraq  öz  mənbəyinə  qayıt­
mayan,  lakin  digər sahəyə çökən suyun dövrü  “Kiçik  dövr­
etmə” adlanır.
Biosenoz  həddində  suyun  dövretməsində  “Tutm a”, 
“transpirasiya”, “infiltrasiya” və “yığılma” proseslərinin bö­
yük  əhəmiyyəti  vardır.  “Transpirasiya”  qrunt  sularının  bir 
hissəsinin  buxarlanaraq  atmosferə  qayıtma  prosesidir. 
“Tutma”  düşən  çöküntünün  yer  üzərinə  çatmamış  bitkilər 
tərəfindən  tutulmasıdır.  «İnfiltrasiya»  torpaq  üzərində  olan 
suyun  torpağa  hopmasıdır.  “Yığılma”  dedikdə  torpağın 
səthində toplanan su başa düşülür.
Müasir  şəraitdə  ekologiya  həyat  üçün  zəruri  olan  bir 
elmi  fənn  hesab  edilir.  Ekosistem  ekologiyanın  əsas  funk­
sional vahididir.  Bü  haqda  müxtəlif təyinatlar  olsa  da  belə, 
onların hamısının mənası eynidir.  Y.Oduma görə «Canlı or­
qanizm  və onları  əhatə edən  cansız  aləm  bir-birindən  ayrıl­
maz olaraq həmin sahədə daima qarşılıqlı əlaqədə və fəaliy­
yətdədir.  Bunlar  arasında  olan  enerji  axını  onların  biotik 
strukturunu,  maddələrin  dövri  sistemini  dəqiq  müəyyən­
ləşdirir.  Bax bu münasibət ekoloji sistem deməkdir».  Deməli 
ekoloji  sistemi  canlı  aləmlə  onların  məskunlaşdığı  mühit 
arasında olan  birgə  fəaliyyət  təşkil edir.  Bunlarda  maddələr 
və enerji mübadiləsi qarşılıqlı olaraq baş verir.
Ekosistem  anlayışı  birinci  dəfə  olaraq  ingilis  alimi 
A.Tensli  tərəfindən  təklif  olunmuşdur.  Lakin  orqanizmlə 
mühitin  birgəliyi  konsepsiyası  çox  qədimdən  məlum  ol­
muşdur.
XX  əsrin əvvəllərində  belə  bir  ideya inkişaf etdirilmişdir 
ki,  mühitdən  asılı  olmayaraq  təbiətdəki  fəaliyyətlər  eyni 
qanunauyğunluqla  baş  verir.  Məsələn,  dəniz  suyu,  yeraltı 
su, içməli su təbiətcə vahidlik sistemi təşkil edir.
43


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə