Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə16/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   96

nəticəsində  orqanizmdəki  biokimyəvi  proseslərin  normal 
gedişi  və  maddələr mübadiləsi pozulur.  İonlaşdırıcı şualarm 
təsiri  altında  orqanizmdə  qanyaradıcı  üzvlərin  funksiyala­
rının  tormozlanması,  qanın  normal  laxtalanmasının  pozul­
ması,  qan  damarlarının  elastikliyinin  azalması,  mədə-ba­
ğırsaq  sisteminin  fəaliyyətinin pozulması və infeksiya xəstə­
liklərinə qarşı müqavimətin azalması baş verir.
İonlaşdırıcı  şüaların  maddələrə  təsiri,  həmin  maddələrin 
atom  və  molekullarınm  ionlaşmasında  təzahür  edir.  Bu 
təsirin  miqdarca  ölçüsünü  müəyyən  edən  əsas  parametr 
udulma  dozasıdır.  D  udulan  doza  vahidi  qrey  (qy)  qəbul 
edilib.
Təcrübədə sistemdən  kənar vahidlərdən də istifadə edilir 
1  rad=100  erq/q;  110 2  c/kq  0,001  qy.  Şüanın  udulma  miq­
darı  şüalanma  xüsusiyyətindən  və  mühitin  uduculuğundan 
asılıdır.
Son  zamanlara  qədər  rentgen  və  у   şüaları  ekspozisiya 
dozasından  istifadə  edilir.  Ekspozisiya  dozası  kinetik  ener­
jiyə çevrilmiş foton şüalanmasından ibarətdir.
Rentgen  və у  şüalan  üçün  ekspozisiya  doza  vahidi  ku- 
lon/kiloqram  (Kl/kq)  qəbul  edilib.  Bu  elə  bir  dozadır  ki, 
Rentgen  və  у  şüaları  normal  şəraitdə  1  kq  quru  atmosfer 
havasına  təsir  etdikdə  yükü  1  Kİ  olan  ionlar  yaradır.  Hal- 
hazıra qədər təcrübədə sistemdən kənar doza vahidi rentgen 
istifadə edilir.  lR=2,5810 4Kl/kq.
Elektronun  yükü  4,8-10~4  el.  vahidinə  bərabərdir.  De­
məli,  lR-də  0,001293  atmosfer  havasında  2,08-104  cüt  ion 
yaranır.  Havada bir cür ionun yaranmasına  orta  hesabla  34 
eV  enerji  sərf  olunur.  Beləliklə,  İR  ekspozisiya  dozasında 
təkrar elektronlar  lq  havada 88 erq enerji  sərf edir.  88 erq/q 
hava  və  ya  0,114  erq/sm3  hava  rentgenin  energetik  ek­
vivalenti adlandırılır.
62
Rentgen  və  у  şüalanmasının  hər  hansı  bir  mühitdə 
udulma dozası aşağıdakı düsturla hesablanır.
D(qy) = 8,8-10-3
Мь
burada 
və  pı  ь 
—  tədqiq edilən maddə və hava üçün 
zəiflətmə əmsalıdır sm2/q.
Müxtəlif ionlaşdırıcı  şüaların  insan  orqanizminə  bioloji 
təsirinin  tədqiqi  göstərir  ki,  bu  təkcə  udulan  enerjinin  miq­
darından  yox,  həmçinin  ionlaşmamn  xətti  sıxdığından  da 
asılıdır.  Xətti  sıxlıq  artdıqca  bioloji  təsirin  dərəcəsi  artır. 
Bunu nəzərə almaq üçün ekvivalent doza (H) məfhumundan 
istifadə edirlər ki, bu da aşağıdakı bərabərliklə təyin edilir.
H = D -Q
burada D -  udulan doza:
Q -  Ölçüsüz əmsalıdır və şüalanmanın xətti sıxlığı təsirin­
dən yaranan bioloji təsir göstərir.
Aşağıdakı  bir  neçə  şüalanmalar  üçün  Q-nin  qiyməti 
verilmişdir:
у və  (5 şüalanma,  Q  =  1;    şüalanması  10  MeV-dən  az 
olduqda Q =  20; enerjisi 20 KeV qədər olan neytronlar Q=3
enerjisi  10 KeV qədər olan neytronlar Q  =  10.
Ekvivalent doza üçün ölçü vahidi zivert (Zv) qəbul edilib
1  Zv =  1  Qy / Q =  1  Q C/kq.
Ekvivalent doza üçün xüsusi vahid  Ber qəbul  edilir (rad- 
ın bioloji ekvivalenti);  1  ber=0,01  Zv.
Ber  elə  bir  enerji  miqdarıdır  ki,  onun  1  qramı  bioloji 
toxumalar  vasitəsi  ilə  udulduqda  1  rad  rentgen  və  у 
şüalanmasının (Q =  1) təsirinə bərabər olur.
63


Vahid zamanda udulma (ekspozisiya və ekvivalent doza) 
müvafiq dozanın gücü adlandırılır.
Radioaktiv  parçalanma  sürətini  xarakterizə  etmək  üçün 
yarımparçalanma dövrü T1  / 2  məfhumundan istifadə edilir. 
Bu vaxt nüvənin ilk sayının yarısının parçalanma vaxtıdır.
Əksər  radioaktiv  izotopların  yarımparçalanma  dövrü 
saatlar və ya günlərlə ölçülür.  Lakin bu vaxtın bilinməsi hər 
bir  hal  üçün  vacibdir.  Qəza  zamanı  radioaktiv  izotopu  ak- 
tivsizləşdirmək,  tullantılarının işlənməsini, basdırılması üçün 
yarımparçalanma vaxtını bilmək vacibdir.
Radioaktiv  maddələrin  parçalanma  sürəti  onların  ak­
tivliyini  göstərir.  Aktivliyin  ölçü vahidi  bekkerel  (Bk) qəbul 
edilib. Aktivliyin sistemdən kənar vahidi küri (Ki) adlandırı­
lır.  1  saniyədə 3,7-1010 atom parçalanması 1  Ki qəbul edilib.
Radioaktiv maddələrlə  işlədikdə elə şərait yaradılmalıdır 
ki,  işləyənlərə  təsir  edən  şüa  minimum  olmaqla  onlarda  bu 
və ya digər xəstəliklərin yaranmasına səbəb olmasın. Keçmiş 
SSRİ-də bu  1969-cu ildə  «Radiasiya təhlükəsizlik normaları 
(RTN-69) qəbul olunmuşdur.
Daxili və xarici  şüalanmada  buraxılabilən doza cədvəldə 
verilmişdir.
Radioaktiv  maddələr  bədənin  ayrı-ayrı  üzvlərinə  müx­
təlif təsir  etdiklərinə  görə  RTN-69-a  əsasən  bədənin  üzvləri 
radioaktiv həssaslığına görə 3 qrupa bölünürlər:
I qrup -  bütün bədən, sümük iliyi;
II  qrup -   əzələlər,  qalxanvarı  vəzlər,  piy  qatı,  qaraciyər, 
dalaq,  böyrək,  mədə -  bağırsaq,  ağciyər,  göz və i.а. (I və III 
qrupa daxil olmayan bütün üzvlər);
III qrup -  dəri örtüyü, sümük, bilək, çiyin, daban, pəncə.
64
Cədvəl  3.
Şüalanma kateqoriyası
Bədən  üzvləri  qrupları  üçün 
buraxılabilən doza ber/il
I
II
III
A  
-   radioaktiv  maddələrdə 
daim a  və  ya  fasilə  ilə  işləyən 
şəxslər
5
15
30
В  -   A  kateqoriyalı  binalar 
yaxınlığında yaşayan şəxslər
0,5
1,5
3,0
V  -  ümumi əhali
0,17
0,5
1
Şüalanan  hər  bir  şəxs  üçün  üç  sinif  normativ  müəyyən 
edilmişdir:
Əsas doza həddi
Buraxılabilən səviyyə BS
Nəzarət səviyyəsi NS
A kateqoriyası üçün əsas doza həddi il ərzində ekvivalent 
dozanın  buraxılabilən  həddi  (BBD)  qəbul  edilir.  В 
kateqoriyası  üçün  isə  ekvivalent  dozanın  illik  həddi  qəbul 
edilir (DH). DH elə bir illik dozadır ki, bunun 50 il insan or­
qanizminə təsirindən insan səhhətinə mənfi təsir olmur.  DH 
miqdarı BBD-dən kiçik olur.
Bütün  orqanizmə  düşən  ümumi  şüalanma  dozası  aşa­
ğıdakı şərti ödəməlidir.
D  < ;5(N -18)
burada N -  insanın yaşı
18 -  insanın şülanma təsirinə məruz qalana qədərki yaşı.
30  yaşa  qədər  bütün  hallar  üçün  bu  norma  60  ber-dən 
artıq olmamalıdır.
Ətraf  mühitdə  yayılaraq  insan  həyatı  üçün  təhlükə  ya­
radan məvhumlardan biri də  elektromaqnit şüalarıdır.
Elektromaqnit  şüalanmasının  mənbəyəi  təbii  və  süni 
şəkildə  iki yerə bölünür.  Bu  mənbələrə  atmosfer elektrikini, 
günəş  və qalaktikadan  gələn radioşüalanmanı, yer kürəsinin
65


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə