Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə15/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   96

-  ekoloji  təhlükəsizlik  sahəsində  əhalinin  təlimat­
landırılmasını təmin etmək;
-  ekoloji  təhlükəsizlik  sahəsində  qanunvericiliklə 
müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Təhlükəli ekoloji vəziyyətlərin,  o cümlədən onların gələ­
cək  nəticələrinin  tam  həcmdə  aradan  qaldırılması üçün ma­
liyyə mənbələri aşağıdakılardır:
-  təhlükəli  ekoloji  vəziyyətin  yaranmasında  təq­
sirkar olan təsərrüfat subyektlərinin vəsaiti;
-  təhlükəli  ekoloji  vəziyyətin  yaranması  nəticəsində 
ətraf mühitə vurulan zərərə görə sığorta ödənişləri;
-  ətraf  mühitin  mühafizə  üzrə  dövlət  fondları  və 
dövlət büdcəsinin digər məqsədli vəsaiti;
-  qrantlar  və  beynəlxalq  qurumların  maliyyə  yar­
dımı;
- qanunvericiliklə müəyyən edilmiş mənbələr.
Təhlükəli  ekoloji  vəziyyətin  yaranmasında  təqsir­
kar  olan  ekoloji  təhlükənin  subyektinin 
aşkar  edilməsi 
mümkün  olmadıqda  və  ya  onun  vəsaiti  çatmadıqda yaran­
mış  vəziyyətin  nəticələri  dövlət  büdcəsi  və  digər  mənbələr 
hesabına aradan qaldırılır.
İndiki zamanda ekoloji  problemlər universal xarakter 
almışdır.  Bu  problemlərin  qloballığı  və  universallığı  ondan 
ibarətdir ki,  o, ictimai-siyasi  quruluşundan və iqtisadi səviy­
yəsindən  asılı  olmayaraq  yer  kürəsinin  bütün  ölkələrinə  aid 
edilir.
Ekoloji problemlər dünya ölkələrinin sosial-iqtisadi inki­
şafına  mənfi  təsir  göstərdiyi  üçün  onun  həlli  gecikdirilmə- 
məlidir.
Müasir  dövrdə  dünya  miqyasında  qlobal  ekoloji  prob­
lemlərə aşağıdakıları aid etmək olar:
— ətraf mühitin çirkləndirilməsi;
iqlim dəyişkənliyi;
56
—  kosmosun  və  dünya  okeanının  ekoloji  təhlükəsiz 
fəthi;
— ozon təbəqəsinin dağılma təhlükəsi;
— ərzaq problemi və s.
Göstərilən  problemlərin  həlli  üçün  aşağıdakıların  həlli 
vacib sayılmalıdır:
1.  Dünya iqtisadiyyatının möhkəmləndirilməsi və inkişaf 
etdirilməsi üçün  hərbi xərclərin  azaldılması.  Hal hazırda  bu 
xərclərin  illik  miqdarı  1  trl.  dollar  təşkil  edir.  Azaldılacaq 
vəsait təbiətin mühafizəsi və bərpası işlərinə sərf oluna bilər.
2.  İqtisadiyyatın  stabilliyinin  təmini,  bütün  dünya  ölkə­
lərinə  öz  təsərrüfat  fəaliyyətlərində  ekoloji  cəhətdən  təhlü­
kəsiz olan qlobal texnologiyaların tətbiqinə imkan yaradar.
3.  Ekoloji  sahə  üzrə  beynəlxalq  əməkdaşlığın  möhkəm­
ləndirilməsi və genişləndirilməsi.
Ekoloji  problemlərin  işlənməsi  və  həlli  əsasən  aşağıdakı 
tədbirlərdən ibarətdir:
— Düzgün ekoloji fikirin formalaşdırılması;
—  Ekoloji  problemlərin  baş  verməməsi  üzrə  profilaktik 
tədbirlər;
—  Ciddi  ekoloji  fəlakətlərin  törətdiyi  nəticələrin  aradan 
qaldırılması  və  ləğvi  üçün  müxtəlif  dövlətlərin  vaxtlı-vax- 
tında operativ surətdə birgə fəaliyyəti.
Dünya  ictimaiyyətinin  ekoloji  problemlərə lazımi diqqət 
verməməsi  ekoloji  böhranın  intensiv  surətdə  baş  verməsinə 
səbəb ola bilər.
«Ekoloji  böhran»  termini  XX  əsrin  70-ci  illərində inkişaf 
etmiş  kapitalist  ölkələrində  işlənmişdir.  Bu  termin  həmin 
ölkələrdə  məhsuldar  qüvvələrlə  ətraf  mühit  arasında  yara­
nan ziddiyyət nəticəsində yaranmışdır.
İndiki zamanda təbiət və cəmiyyətin birgə fəaliyyəti mər­
hələsində,  ətraf mühitin  mühafizəsinin  təmini  üzrə,  ekoloji 
tələbatla  cəmiyyətin  təbii  resurslardan  istifadəsinə  olan  ma­
57


raqları  arasında  uyğunsuzluqdan,  iqtisadiyyatla  ekologiya 
arasında yaranan ziddiyyət ekoloji böhran adlandırılır.
Ekoloji  böhran  təbiət  və  cəmiyyət  arasında  olan  taraz­
lığın  ardıcıl  pozulmasının  nəticəsidir.  Bu  hal,  ətraf  təbii 
mühitin  deqradasiyası  və  cəmiyyət  tərəfindən  vəziyyətin 
faciəsini dərk etməməsi nəticəsindən ibarətdir.
Ətraf mühitin  deqradasiyası  insanların  səmərəsiz  fəaliy­
yətindən  yaranan  dağıdıcılıq və ya  təbiətdə gedən maddələr 
mübadiləsi  və  bioloji  sistemin  daxili  enerjisini  təmin  edən 
ekoloji əlaqənin kifayət dərəcədə pozulması deməkdir.  Təbii 
mühitdə  gedən  deqradasiya  insanların  sağlamlığına  və 
genfonuna  mənfi təsir göstərir.
Ekoloji təhlükəsizliyin təminində dövlət və ictimai struk­
turlarında yaranan  böhran  böyük rol  oynayır.  Bu hal  aşağı­
dakı üç göstərici ilə xarakterizə edilir:
—  Ətraf  təbii  mühitin  mühafizəsi  üzrə  xüsusi  təşkilat­
ların  fəaliyyətinin kifayət qədər səmərəli olmaması;
—  Hüquq  mühafizə  təşkilatlarının  ekoloji  qanunve­
riciliyin tələblərinin təminatı üzrə səmərəsiz fəaliyyəti;
—  Kütləvi 
surətdə 
savadsızlıq 
və  ekoloji-hüquqi 
niqilizm.
58
Şəkil 4. Ekoloji böhranın struktur sxemi
Ekoloji  böhranın  yaranma  tarixi  köhnə  və  çoxfor- 
malıdır.  Tarixdən  insanların  ətraf  mühitə  mənfi  təsiri 
haqqında  kifayət  qədər  hadisələr  məlumdur.  Məsələn,  çar 
Solomon un  əmri  ilə  beş  min  il  bundan  əvvəl  Livanın  dağ
59


ətəyində  olan  şam  ağacı  meşələri  məhv  edilmiş  və  onun 
yerində  saraylar  inşa  edilmişdir.  Hindistan  və  Çində  keçən 
minillik ərzində meşələr tamamilə qırılmışdır.
Ekoloji  krizisin  yaranma  səbəbini  obyektiv və subyektiv 
olaraq iki hissəyə bölmək olar. Obyektiv səbəblərə aiddir:
—  Təbiətin  özünütəmizləmə  və  özünütənzimetmə  qabi­
liyyətinin  müəyyən  həddə  olması.  Təbiət antropogen  fəaliy­
yət  nəticəsində  yaranan  tullantıları  müəyyən  zamana  qədər 
təmizləyərək  özünü  mühafizə  edir.  Lakin,  onun  imkan 
dairəsi bu münasibətdə kəskin məhdudlaşır.
—  Yer  kürəsinin  ölçüsünün  fiziki  cəhətdən  məhdud  ol­
ması.  İnsanlar  tərəfindən faydalı qazıntıların istifadəsi onun 
ehtiyatının  tədricən  azalmasına  və  tükənməsinə  səbəb  olur. 
Nəticədə təsərrüfat fəaliyyəti varlığını itirməyə başlayır.
—  Təbii  proseslərin  tullantısız,  istehsalat  proseslərinin 
tullantılı  olması.  Qeyd  etmək  lazımdır  ki,  bioloji  proseslər 
qapalı proses  olduğu  üçün  o  tullantısız  olur.  İstehsalat  pro­
sesləri  isə  tullantılı  proseslərdir.  Bir  insanın  həyat  fəaliy­
yətinin  təminatı  üçün 20 tona  qədər təbii resurs sərf olunur. 
Bu  resursdan  5-10%  hazır  məhsul  alınır.  Yerdə  qalan  90- 
95% tullantı şəklində olur.
Ekoloji böhranın subyektiv səbəblərinə aid edilir:
—  Ətraf mühitin  mühafizəsi  üzrə ictimaiyyət  və dövlətin 
təşkilati-hüquqi  və  iqtisadi  fəaliyyətinin  lazımi  səviyyədə ol­
maması.
—  Ekoloji  tərbiyə  və  təhsilin  səmərəli  aparılmaması  nə­
ticəsində ekoloji laqeydliyin və ekoloji niqilizmin yaranması.
Ekoloji  laqeyidlik  insanların  ətraf mühitlə  qarşılıqlı  fəa­
liyyəti  üzrə qanunların  öyrənilməsini  istəməməsidir.  Ekoloji 
niqilizm  isə  təbiətdən  istifadə  zamanı  bu  qanunların  tələb­
lərinə riayət etməkdən imtina etməkdir.
Ekoloji  krizisi  ekoloji  katastrofdan  ayırmaq  lazımdır. 
Krizis baş  vermiş  hadisənin  insan fəaliyyəti vasitəsilə dönən 
proses  olmasıdır.  Katastrofda  isə  baş  vermiş  hadisəyə
60
insanın müdaxiləsi heç bir nəticə vermir və proses dönməyən 
olur.
Ətraf  mühitin  çirkləndiricilərindən  ən  çox  təhlükəli 
olanı radiasiyadır.
Radiasiya  dedikdə  radioaktiv  maddələrdən  ayrılan  ion- 
laşdırıcı şüalar  nəzərdə tutulur.
Onun mənbələri təbii və antropogen olur.  Günəş şüaları, 
mədən  şüaları,  bəzi  kimyəvi  elementlər,  əksər  süxurlar 
müəyyən qədər təbii şüalanma mənbələridir.
Antropogen  radiasiya  mənbələrinə  atom  elektrik  stan­
siyaları, nüvə silahları, rentgen şüaları və s. aid edilir.
Təbii  və  antropogen  mənbələrdən  yayılan  şüalar  ətraf 
mühitin təbii şüalanma fonunu yaradır.
Təbii şüalanma fonu  kosmik şüalanmadan, yer səthində, 
atmosferdə,  ərzaq  məhsullarında,  suda  olan  təbii  parça­
lanmış  radioaktiv  maddələrin  şüalanmalarından  yaranır. 
Təbii  şüalanma  fonu  yaşayış  ərazisində  0,36  - 1 ,8   MEB/il 
ekvivalent  doza  gücü  yaradır  ki,  bu  da  40  -   200  A/mq  il 
ekspozisiya doza gücünə uyğun gəlir.
İnsan  təbii  şüalanma  fonundan  əlavə  digər  şüalanma 
mənbələrinin də təsirinə məruz qalır.
Nüvə  parçalanması  zamanı  100-dən  çox  izotoplar  ha­
vaya  yayılır.  Ən  təhlükəli  izotoplar  U238,  Js90,  K40,  Ra222, 
Rn222, S14 hesab olunur.  Zn65,  Ba131, Xc133 və s.  təbiətdə zərər­
siz  olmalarına  baxmayaraq  onlardan  alman  süni  izotoplar 
radioaktivliyə malik olurlar  .
İonlaşmanın  insan  orqanizminə  bioloji  təsiri  canlı  toxu­
malarda  əmələ  gələn  cüt  ionların  sayından  və  ya  şüalanma 
ilə  əlaqədar  udulan  enerjidən  asılıdır.  İonlaşdırıcı  şüaların 
təsiri altında canlı  toxumada olan suyun hidrogen atomuna 
və  OH  hidroksil  qrupuna  parçalanması  baş  verir.  Yüksək 
aktivliyə malik  olan  H  və  OH  toxumanın  digər molekulları 
ilə birləşir və canlı  toxumaya mənsub  olmayan yeni yabançı 
kimyəvi  birləşmələr  yaranır.  Baş  verən  dəyişikliklər
61


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə