Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

53 
 
çiçəyindən  hektara 12-15  kq  tozlanmalıdır  və  yaxud    bitkinin 
yarpaqları kontakt təsirli mis tərkibli preparatlarla (xlor misoksidi, 
kuprozan, xom
etsin) iki üç dəfə və ya sistem təsirli funqisidlərlə 
(benlat və ya fundozol, bablet və s.) bir-iki dəfə çilənməlidir.  
Məhsul  yığımı.  Şəkər  çuğundurunda  şəkər  toplanması 
havanın  orta  sutkalıq  temperaturu  6-8 
0
C-
yə  enənə  qədər  davam 
edir. Respublikamızda belə temperatur noyabr ayının birinci yarı-
sında müşahidə olunur. Ona görə də şəkər çuğundurunun yığımına 
oktyabr  ayının  sonunda  başlanmalı  və  noyabr  ayının  10-a kimi 
başa  çatdırılmalıdır.  Vegetasiyanın  sonuna  yaxın  yarpaqlardakı 
qida  maddələri  kökümeyvəyə  axır  və  yarpaqlar  tədricən  saralıb 
quruyur.  Yığım  texniki  yetişkənlik  dövründə,  yəni  kökümey-
vələrdə şəkər faizi ilə əlaqədar aparılır. Əgər tarlada yaşıl yarpaqlı 
massivlər olarsa yığımı gecikdirmək lazımdır.  
Məhsul üçcərgəli kombaynla CKEM-3 və ya  altıcərgəli ВМ-
6
А,  КС-6,  РКС-6  markalı  kombaynla  yığılır.  Kombayn  çuğun-
duru  çıxarıb  silkələyərək  torpağını  tökür,  yarpaqlarını  kökdən 
ayırıb hər birisini ayrılıqda xırda tığlara yığır. 
Şəkər  çuğunduru  məhsulunun  optimal  yığımının  müddəti 
b
ioloji ilin gətirməsi, təşkilatı və texniki iqtisadi amillərə əsasən 
müəyyənləşdirilir.  İstənilən  təsərrüfat  üçün  yığım  qrafiki, 
məhsulun  məntəqə  və  şəkər  zavodlarına  daşınması  cədvəli 
əvvəlcədən  tərtib  edilir.  Məhsul  yığımı  çuğundur  istehsalının 
məsuliyyətli  mərhələsi  olduğundan  və  zavod  üçün  məhsulun 
toplanmasında  bütün  texnoloji  əməliyyatların  əməlli-başlı 
dəqiqləşdirilməsi  tələb  olunur.  Şəkər  çuğunduru  məhsulunu  qısa 
müddətdə  və  itkisiz  toplamaqdan  ötrü  hər  bir  təsərrüfat  yüksək 
məhsuldar, yeni texnika ilə yükləyib boşaldan texniki vasitələrlə, 
xüsusi  nəqliyyat  növləri  ilə  optimal  təchiz  olunmalıdır.  Belə 
zəmində  şəkər  çuğundurundan  maksimum  kök  məhsuldarlığı  və 
şəkər  almağa  şərait  yaranır.  Şəkər  emalı  zavodlarının  fasiləsiz 
işləməsini təmin etmək üçün Sentyabr ayında çuğundurun yığımı 
ciddi  qrafiklə  aparılır.  Bu  qrafikə  görə  gündəlik  yığım  norması 
zavodun 3-
4 günlük məhsuldarlığından artıq olmamalıdır. 


54 
 
Sənaye texnologiyası hər bir mütərəqqi üsulla: axım, bir yerə 
yığıb töküb sonra zavoda daşıma (ikifazalı yığım), və ya axım - 
məntəqələr - tökmə üsulları ilə yerinə yetirilir.  
Axım  üsulundakı  yığımda  kökümeyvə  və  onun  şaxları 
(yarpaqları) yığım maşınının gedişi ilə birbaşa nəqliyyata tökülür, 
sonra  qəbul  məntəqəsinə  daşınır,  şaxlar  silos  xəndəklərinə 
doldurulur və ya qüllələrə vurulur. 
İkifazalı  yığımda  isə  kökümeyvə  yığım  maşınından 
nəqliyyat  vasitələrinə  boşaldılır  (əksəriyyəti  özü-özünə  boşaldan 
traktor yedəkləri olur) və məhsulu yığılan tarla daxilində müvəq-
qəti saxlama mərkəzinə aparılıb tökülür. Bundan sonra nəqliyyat 
vasitələri  əsas  yığımdan  azad  olduqca  həmin  məhsul  çuğundur 
yükləyən  texniki  vasitələrin  köməyi  ilə  yedəklərə  yüklənir  və 
çuğundur qəbulu məntəqələrinə daşınır. 
Axım-məntəqələr-tökmə üsulunda isə əvvəl təsvir etdiyimiz 
iki  yığım  üsulu  əlaqələndirilir.  Yəni  yığılan  kökümeyvənin bir 
hissəsi nəqliyyat vasitələrilə bilavasitə qəbul məntəqələrinə təhvil 
verilir;  digər  məhsul  hissəsi  isə  tarlada  müvəqqəti  tığ  kimi 
tökülür,  buradan  isə  nəqliyyata  yüklənərək  qəbul  məntəqəsinə 
daşınır. 
Yığımın  hansı  üsulla  təşkili  nəqliyyat  vasitəsinin  olması  və 
daşınma  məsafəsinin  yaxın-uzaqlığından  asılıdır.  Axım,  yığım 
üsulunda  məhsulu  daşıyan  nəqliyyat  vasitəsinin  azlığı,  yığım 
texnikasının  boş  dayanmalarına  səbəb  ola  bilər.  Bu  hal  həmin 
üsulun  nöqsanıdır.  Ancaq  iki  fazalı  yığımda  -  yığıb  boşaldıb, 
sonra yükləyib daşımada yığım texnikasının işi məhsulu nəql edən 
vasitələrin işindən asılı olmalıdır. 
Çuğundur  istehsal texnologiyasında bitkilərin tarla boyunca 
normal  sıxlığına,  cərgələrin  tam  düzxətliyinə,  əkinlərin  alaqsız-
lığına,  yığım  texnikasının  yaxşı  hazırlığına  və  nizamlanmasına 
nail olduqda  yığılan məhsul əlavə təmizləmə tələb etmir və onu 
birbaşa məntəqəyə təhvil vermək mümkündür. 
Bu  əməliyyatlar  içərisində  tarlanın  yığıma  hazırlanması 
mühüm əhəmiyyət kəsb edir. Yığımdan qabaq iri alaqlar və çiçək-
ləmiş  çuğundurlar  tarladan  kənarlaşdırılmalıdır.  Sonra  tarla  küz-


55 
 
lərə  ayrılır,  birinci  olaraq  dönmə  zolaqları  və  küzlər  arası  gediş 
sahələrinin məhsulu yığılır. 
Anac  çuğundur  və  köçürmə  kökümeyvələrin  yetişdiril-
məsi. Minimum əl əməyi tələb edən məhsulun  yetişdirilməsində 
keyfiyyətli toxum materialının əhəmiyyəti əvəz edilməzdir. Belə 
ki,  toxum  mühüm  cins  xüsusiyyət-lərlə  xarakterizə  edilməklə, 
yüksək  səpin  keyfiyyətinə  malik  olmalıdır.  Bundan  başqa,  bir 
cücərtili  çuğundur  sort  və  hibridləri  yuxarıdakı  xüsusiyyətlərdən 
başqa yüksək dərəcəli bir toxumluqla seçilməlidir. 
Тoxumluq  şəkər  çuğundurunu  şitillikdən  çıxarıb,  tarlaya 
köçürmə  üsulu  ilə  yetirmək,  səpin  materialının  keyfiyyəti  və 
istehsal üçün nəzərdə tutulan şəkər çuğundurunun məhsuldarlığı, 
anac  çuğundurun  və  toxumluq  sahələrdə  həyata  keçirilən 
aqrotexnikanın  səviyyəsindən  asılıdır.  Anac  çuğundurun  aqro-
texnikası istehsal olunan şəkər çuğundurunkuna yaxındır. 
Anaç  çuğundur  üçün  ən  yaxşı  sələf  payızlıq  buğda  hesab 
edilir. Su 
ilə  yaxşı  təchiz  olunmuş  rayonlara  belə  bitki  növbə-
ləşməsi  tətbiq  olunur:  çoxillik  otlar-payızlıq  buğda;  təmiz  və  ya 
məşğul herik- payızlıq buğda. 
Xəstəlik  və  ziyanvericilərin  geniş  yayılmasının  qarşısını  al-
maq üçün çuğundur əkinləri keçən ilki şitilliklər  və  sirayətlənmiş 
digər sahələrə yaxın yerləşdirilməməlidir. 
Anac  çuğundur  əkinlərinin  gübrələnməsi  sənayelik  çuğun-
durda olduğu kimidir. Anaç çuğundur beçərilməsində də sənayelik 
məhsul  becərmədə  olduğu  kimi  torpağın  əsas  və  səpinqabağı 
beçərmə keyfiyyəti və müddətlərinə xüsusi diqqət yetirilir. Anac 
çuğundur  yetişdirməkdə  səpin  üçün  aşağıdakı  çüçərmə  qabiliy-
yətinə malik toxumlardan istifadə edilir: superelitlər -98%-dən az, 
elit 90%-
dən  az  olmamaq  şərtilə  və  5,5-  3,75  mm  aprobasiyalı 
toxumlar. Тoxum qranozan (4 kq/ton) və ya bir tona 6 kq ТMТD 
hesabı ilə dərmanlanır. 
Тorpağın  8-10  sm  dərinliyində  temperatur  5-7 
0
C-
yə  qalx-
dıqda səpinə başlayırlar. Cənub ryonlarında bu müddət Mart ayı-
nın üçünçü ongünlüyünə, çuğundurçuluq bölgələrində isə Mayın 
biri
nçi ogünlüyünə təsadüf edir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə