Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

77 
 
olaraq  təyin  edilir.  Punktir  səpin  üsulunda  və  dənəvərləşdirilmiş 
toxumlarla dəqiq səpin  aparmaqla şalğamın hektara səpin norma-
sını 200 min ədədlə, yem turpununkunu  isə 300 min ədədə qədər 
azaltmaq  olar.  Bərabər  səpin  aparmaq  üçün  şalğam  toxumlarına  
superfosfat gübrəsi qatılıb səpilir (hektara səpiləcək normaya 20-
25 kq superfosfat əlavə edilir). Toxumlar 2- 4 mm-lik ələklərdən 
keçirilməklə  fosfamidlə (2,5 kq) də noğullaşdırıla  bilər ki, bu da 
kələmkimilərin birəsi əleyhinə yaxşı mübarizə vasitəsidir. 
Səpin  gencərgəli üsulla cərgəarası 45, 60 və ya 70 sm olmaq-
la aparılır. Yem turpu üçün ikicərgəli lent üsulu (cərgəarası 50 sm, 
lentarası 20 sm) da tətbiq edilir. Bu üsulla səpin aparıldıqda   bir 
cərgəli üsula nisbətən kökümeyvə  məhsuldarlığı 15-20% yüksə-
lir. Ancaq bu zaman herbisidlərdən  istifadə edilməlidir. Səpin adi 
dənli bitki və ya СОН 2,8 А markalı tərəvəz toxumu səpən maşın-
lar  
ilə, yüngül torpaqlarda 2 sm, gilli torpaqlarda isə ən çoxu 1-
1,5 sm 
dərinliyə aparılır. Daһa dərin səpində toxumlar məһv olur. 
Odur ki, toxum əvvəlcədən vərdənələnmiş torpaqlara, səpən ma-
şınlarda qoyulmuş məһdudlayıcılarla müəyyən olunmuş dərinliyə 
səpilir.  
Şalğam şitillə basdırıldıqda yaxşı boy atır. Onun şitillərini һər 
һektara 60 min ədəd һesabilə (bunun üçün saһəsi 200-250 m
2
 olan 
şitillik  tələb  olunur)  parniklərdə  və  ya  şitilliklərdə  becərirlər. 
Adətən, onu yaşıl yem üçün yığılmış çovdar, һəmçinin turp, kaһı, 
soğan  əkinlərindən  azad  olmuş  saһələrə  əl  və  ya  şitilbasdıran 
СКН-6А maşını ilə basdırırlar. Şitillə basdırma  alaqlarla mübari-
zəni asanlaşdırır, һəm də 1 һa saһədən iki bitki məһsulu götürmə-
yə imkan verir. 
Əkinə qulluq. Şalğam əkinlərində ən çox əmək sərfi olunan 
iş cücərtilərin seyrəldilməsidir. Yığım qabağı şalğamın bir hekta-
rında  50-90  min  arası,  yem turpunda  isə  80-100  min  arası  bitki 
qalmalıdır. Cücərtilərin  sıxlığından asılı olaraq 3-4 yaraq fazasın-
da  səpinin  köndələninə  mala  çəkmək  (torlu  və  ya  yüngül  dişli 
mala  ilə)  lazımdır.  Bu  iş  bir  metirlik  cərgədə  30-dan çox bitki 
olduqda aparılır. Əgər 1m lik  cərgədə 20-30 ədəd bitki varsa  on-


78 
 
da buketləmə aparmaq olar. Şalğam cərgəsindən 40 sm kəsib 20 
sm-
lik buket, və  ya 27 sm kəsib 18 sm-lik buket saxlamaq olar. 
Yem turpu 
sahəsində isə 40 sm kəsilib 20 sm-lik buket saxlanır. 
Sonra isə buketlər əl ilə  seyrəldilir. Şalğamın 1 m-lik cərgəsində 
30-
dan artıq cücərti olduqda da 20 sm - lik buket saxlamaqla 40 
sm-
lik  qat kəsilib tullana bilər. Bukletlər torlu  və dişli mala ilə 
malala
ndıqdan  sonra  əllə  seyrəldilə  bilər.  Bərabər,  sıxlaşmamış, 
alaq otlarından təmiz olan sahələrdə cərgələrin  uzununa seyrəldi-
ci
lər də tətbiq etmək olar. 
 
Torpaq birəsi ilə mübarizə məqsədilə şalğam əkinlərini һeksa-
xloranla (1 һektara 10-15 kq) tozlandırırlar. 
K. A. Timiryazev adına Moskva kənd təsərrüfatı Akademiya-
sının  Rusya Dövlət Aqrar Universitetinin  bitkiçilik kafedrasında  
müəyyən edilmişdir ki, Qeyri-Qaratorpaq bölgələrdə və  Mərkəzi 
Qaratorpaq  bölgənin  şimal  rayonlarında    kökümeyvəli  bitkilərin 
ontogenezinin böhran  (kritik)  
dövründə  böyümə  proseslərinin  
bioki
myəvi yolla nizamlanması işi yaxşı səmərə verir. Kökümey-
vəli bitkilərdə  bu dövr (faza) intensiv böyümə və kökümeyvədə 
quru  maddələrin  toplanmağa  başlanması  dövrü  hesab  edilir.  Bu 
dövrdə traktor çiləyiciləri ilə bitkilərə fizioloji  aktiv maddələrin 
çilənməsi  yarpaqların  qocalmasını  (böyüməsini)  ləngidir,  bitkidə 
daha  çox  yarpaq  sahəsi  qalmaqla  kökümeyvənin  yığımına  qədər 
fotosintezin  aktivliyi davam edir.   
Böyümə  prosesinin  aktivləşdirilməsi  işi  şalğamın    6  yarpaq, 
yem və şəkər  çuğundurunun isə 7 yarpaq fazasında aparılmalıdır. 
Bu  məqsədlə  auksin  sırasından  (İUK)  olan  maddələrdən,  2,4  D-
nin 0,0001 %-
li  kiçik  dozalarından,  epin,  fuzikoktsin,  və  başqa 
stimulyatorlardan  (boy  nizamlayıcılarından)  istifadə  etmək  olar. 
Bu  cür  maddələrin  hektara  200  litrdən  artıq  çilənməsi  məsləhət 
görülmür. 
Rozetin  mərkəzində  yerləşən  cavan  yarpaqların  böyüməsini 
ləngitmək  üçün  0,004  %  təsiredici  maddəli  auksinlərdən  də 
istifadə etmək olar.  
İşçi  məhlulun  hektara  sərfiyat  norması  600  litrdir.  Optimal 
çiləmə  müddəti  mərkəzi  rayonlarda  (Rusiya  şəraitində)  şalğam 


79 
 
üçün  avqust ayının ortaları, çuğundur üçün isə axırları hesab olu-
nur. 
Narın çiləyiciləri olan aparatlarla çilənmə aparıldıqda yarpaq 
kütlələri  məhlula  tam  çilənmiş  (islanmış)  olur  və  biçilmiş  bəlim 
(yerüstü hissə) istifadəyə yararlı hesab edilir. 
İntensiv  böyümə  və  kökümeyvədə  quru  maddələrin  toplan-
mağa  başlanması  fazalarında  boy  aktivatorlarının  və  inqibitor-
larının  tətbiqi təsərrüfatın istiqamətindən  asılıdır. Hər hansı bir 
boy nizamlayıcısının seçilməsi təsərrüfatın  şəraiti və texniki im-
ka
nı ilə bağlıdır. Müasir nizamlayıcıların təsirindən  məhsuldarlıq 
yüksəlir,  kökümeyvədə  quru  maddənin,  askorbin  turşusunun, 
zülalın miqdarı artır, nitratların miqdarı isə azalır. Boy  nizamla-
yıcılarının  vaxtından  əvvəl  və  gec    çilənməsi  də  məhsuldarlığın 
aşağı  düşməsinə  səbəb  olur.  Bu  maddələrlə  bitkilərin  çilənməsi 
günün  ikinci  yarısında  saat  17-dən  sonra,    yarpaqların  turqor 
vəziyyəti bərpa olunandan sonra aparılmalıdır. Bu işdə  suvarma 
rejimi əsas faktor hesab edilir. Boy nizamlanma prosesi suvarma 
şəraitində  daha  yaxşı  gedir.  Quraq  şəraitdə  boy  nizamlayıcıların 
istifadəsindən  imtina  etmək  və  ya  qlifur  tipli antistres  təsirli 
sintetik pereparatlardan istifadə olunmalıdır.
  
Yem turpu bütün kökümeyvəlilər içərisində ən az qulluq tələb 
edən  bitkidir.  Gillicə  və  qumsal  torpaqlarda  (xüsusilə  üzvi  güb-
rələr verildikdə)  yaxşı məһsul verir. Ağır və bataqlaşmış torpaq-
la
rda zəif inkişaf edir. Şaxtalara dözümlüdür. Səpin torpaq birəsi 
ilə  zədələnmə  təһlükəsi  aradan  qalxdıqdan  və  ya  sələf  bitkisi 
yığıldıqdan sonra cərgə araları 45 və ya 60 sm olmaqla dən, ot və 
ya tərəvəz toxumu səpən maşınlarla aparılır. Toxumun basdırılma 
dərinliyi yüngül torpaqlarda 2, gilli torpaqlarda isə 1 sm-dən çox 
olmamalıdır. Toxumun səpin norması 1 һektara 3-4 kq-dır 
(Şəkil 
12, s. 120).
 
 
Toxum kimyəvi zəһərləyicilərlə zərərsizləşdirilmədikdə onu 
səpinə 1 ay qalmış qranozan və  ya merkuranla  dərmanlamaq la-
zımdır. Yem turpu əkinlərini vegetasiya müddətində һeksaxloran 
və  başqa  maddələrlə  tozlandırırlar.  Torpaq  birəsi  ilə  mübarizəyə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə