Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

80 
 
birinci  cüt  yarpaqlar  əmələ  gəldikdən  sonra  başlamaq  lazımdır. 
Tozlandırma  məqsədilə  ОСШ-10  А  tipli  tozlandırıcılardan  və 
ОНК-Б markalı kombinə edilmiş asma çiləyici - tozlandırıcılardan 
istifadə  olunur.Yem  turpunu  vaxtaşırı,  köklər  yetişdikcə  yığırlar 
və pis saxlandığından dərһal qaramalı yemləmədə istifadə edirlər.  
Məhsulun yığılması. Məhsul yığımına  çəkilən xərclər kökü-
mey
vələrin becərilməsinə çəkilən ümumi xərclərin  yarıdan çoxu-
nu təşkil  edir. Çox vaxt iki dəfəyə yığım aparılır. Əvvəlcə yerüstü 
hissə  biçilib  götürülür  sonra  isə  kökümeyvə  qazılıb  çıxarılır.  Bu 
işdə kartof çıxaran (qazan) maşınlardan və kombayınlardan  istifa-
də edilir.  
Şalğamın  və  yem turpunun  kökümeyvələri  yerüstü  burtlarda 
(tığlarda), xəndəklərdə və saxlayıcılarda saxlanılır. Saxlanma tem-
peraturu 1-2 
0
C,  havanın  nisbi  rütubəti  85-95%  olmalıdır.  Yem 
turpu 
şalğama nisbətən  pis qalır. Ona görə də yemləmədə əvvəlcə 
onu istifadə etmək lazımdır.  
Anaclıq kökümeyvəlilər toxum almaq üçün  70 x 35 sm sxe-
mində əkilir. Yem turpu 70 x 60 sm,  şalğam 70 x 70 sm sxemində 
də əkilə bilər.     
Yem turpunun   
uzunsov meyvələrini şitiləkən  maşınlarla da 
əkmək olar. Şalğam və yem turpunun dairəvi  sortları kotanla və 
kulti
vatorla  qazılmış  şırımlara  əkilir.  Əkin  dərinliyi  elə  seçilmə-
lidir ki, kökümeyvənin başcıq hissəsi 2-3 sm torpaq qatı ilə örtül-
sün. 
Yem turpu ilə şalğamın toxumluq sahələri bir-birindən 2 km 
aralıda  yerləşdirilməlidir ki, çarpaz tozlanma  getməsin. 
Toxumluq  sahələrin  yığılması sahənin ölçüsündən asılı ola-
raq əllə və  yaxud ot biçənlərlə iki fazalı üsulla aparılır. Qınların 
25-30%-
i  açıq - qəhvəyi rəngə  çalanda və qalanları sarımtıl - ya-
şıl yaxud da açıq-sarı rəngdə olanda yığıma başlanır. 
Toxumluq sahələr yetişmə dövründə mütləq quşlardan qorun-
malıdır. Yem turpu toxum üçün iyul ayında, şalğam isə avqustun 
axırında  yığılır.  Yığım  və  toxumun  döyülməsi  işləri  taxıl  kom-
bayınları  ilə  aparılır.  Texnoloji  normalara  düzgün  əməl  etməklə 
becərmə aparılarsa hektardan 1,5 ton və  daha çox  toxum yığmaq 
olar.   


81 
 
Cənub rayonlarında (qışı çox şaxtalı olmayan yerlərdə)  şal-
ğamı və yem turpunu toxum almaq üçün toxumlarından əkməklə 
də  yetişdirmək  olar.  Bunun  üçün  kökümeyvələr  çıxarılmayıb 
sahədə  saxlanılır,  qışı  keçirir  və  növbəti  ildə  əkinə  qulluq  işləri 
həyata keçirilməklə toxum məhsulu əldə etmək olur. 
 
1. 5. YEML
İK KÖKÜMEYVƏLİLƏRİN 
TOXUMLUQLARININ BECƏRİLMƏSİ  
 
Yemlik  kök
ümeyvəlilərin,  xüsusilə  də  onların  һibridlərinin 
toxum
larını,  adətən,  xüsusi  toxumçuluq  təsərrüfatlarında  becə-
rirlər.  Buna  baxmayaraq,  lazım  gəldikdə  istənilən  təsərrüfatda 
toxum almaq olar. Bu məqsədlə payızda, isteһsalat əkinlərində  və 
ya  toxumluq  saһələrində  becərilmiş  daһa  yaxşı  kökləri  (ana 
bitkiləri) seçir,  üzərinə  nəm  torpaq  və  ya  qum    tökülmüş  halda 
anbarlarda  saxlayırlar.  Yazda  onları  basdırır  (əkir)  və  toxum 
alırlar. 
Basdırmaq üçün torpağı eynilə yemlik kökümeyvəliləri birin-
ci  il  yetişdirmədə olduğu kimi becərirlər. 
Mineral  gübrələri  dərin  şum  altına,  lakin  azot  və  fosfor 
gübrələrinin  bir  һissəsini  basdırma  zamanı  yuvalara  verirlər. 
Kök
ümeyvəliləri ən erkən   müddətdə   cərgə araları çuğundur  
üçün 70 x 
70 və ya 80 x 80 sm, yerkökü üçün 70 x70 sm olmaq-
la, basdırırlar. Hər һektara 18-20 min kök basdırılmalıdır. 
Becərməni asanlaşdırmaq məqsədilə saһələrdə basdırmadan 
qabaq  markerlə  uzununa  və  köndələninə  şırımlar  açırlar.  Bas-
dırılmış köklərin başcığı torpağın sətһi səviyyəsində olmalıdır; 
onları torpaqla örtmək, köklərin ətrafında isə torpağı bərkitmək 
lazımdır. Əkinə qulluq cərgəarası yumşaltmadan eləcə də һər bir 
basdırılmış  kolun  ətrafında  torpağın  yumşaldılmasından 
ibarətdir. 
Çuğundur, yem turpu və yerkökü basdırılan saһələrdə tez-tez  
mənənə  müşaһidə  olunur.  Onunla  mübarizə  məqsədilə  anaba-
dustla  (5%) 
tozlandırma,  göy  sabun  (10  litr  suya 300-400  qr.) 


82 
 
məһlulu və 10 litr suya 40 qr. sabun əlavə olunmuş anabazin-sul-
fat
la (0,1%) çiləmə aparılmalıdır. 
Müxtəlif növ kökümeyvəlilər, vəzərək və ya yabanı yerkökü  
arasında  çarpaz  tozlanmanın  qarşısını  almaq  üçün  toxumluqlar 
çiçəkləyənə  qədər  300  m  dövrədə  mərzləri  və  talaları  biçmək 
lazımdır.  Öz  aralarında  tozlana  bilən  kökümeyvəlilərin  əkinləri 
açıq yerlərdə bir-birindən 2 km, meşə ilə örtülü yerlərdə isə 600 

məsafədə yerləşdirilməlidir. Toxumluq bitkilərin gövdəsini ye-
rə yatmaqdan qorumaq məqsədilə onları payalara bağlayırlar. Hər 
10-
15  gündən  bir  şaxların  başcığı  1-1,5  sm  kəsilib  atılmalıdır. 
Yerkökündə çətirlərin (zontik) bir һissəsini kəsirlər. 
Toxuml
uq  əkinlər  eyni  vaxtda  yetişmədiyindən  onları  bir 
neçə üsulda yığırlar. Yetişmiş gövdələri kəsir, dərzlərə bağlayır və 
qurudurlar.  Sonra  dərzləri  adi  taxıldöyən  maşınlarda  (barabanın 
fırlanma sayı azaldılır) döyürlər. Yerkökünün çətirlərini xüsusi və 
ya ta
xıldöyən  maşınlarda  döyürlər.  Taxıldöyən  maşınlarda 
döyülmüş toxumlar sürtkəcdən keçirilir. Nəһayət, yerkökü toxum-
larını taxıl sovuran və çeşidləyən maşınlarda təmizləyirlər. Saxla-
maq üçün ayrılmış çuğundur toxumlarının nəmliyi 14%-ə qədər, 
cücərmə qabiliyyəti isə 80% olmalıdır. Həmin göstəricilər yerkö-
kü üçün müvafiq olaraq 10 -
12 və 70% olmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə