Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Dövlətin investisiya-innovasiya siyasəti 
 
5
Mövzu 1. Dövlətin iqtisadi siyasətində investisiya-
innovasiya siyasətinin rolu və yeri 
 
                                  Plan:  
1.  nvestisiya-innovasiya siyasəti dövlətin iqtisadi 
siyasətinin əsas istiqaməti kimi.  
2.  nvestisiya anlayışının mahiyyəti və təsnifatı. 
3.  nnovasiya anlayışı, onun mahiyyəti və təsnifatı. 
4.  Dövlətin investisiya-innovasiya siyasətinin  
xüsusiyyətləri. 
                                     Əsas anlayışlar: 
Dövlətin iqtisadi siyasəti, investisiya siyasəti, investisiya, 
investisiya sferası, innovasiya, maliyyə sistemi. 
 
1.
 
nvestisiya-innovasiya siyasəti dövlətin iqtisadi 
siyasətinin əsas istiqaməti kimi.  
Dövlətin iqtisadi siyasəti -  ictimai məqsədlərə nail olmaq 
üçün  iqtisadiyyatın  idarə  edilməsi  sahəsində  məqsədyönlü 
tədbirlər sistemidir.  qtisadi siyasəti istehsal,  bölgü, mübadilə, 
istehlak,  yığım,  idxal,  ixrac  və  s.  sahələrdə    dövlət  tərəfindən 
həyata  keçirilən  tədbirlər  məcmusudur.  Dövlətin  iqtisadi 
siyasəti  ölkədaxili  və  beynəlxalq  konyunkturadan,  bazarın 
vəziyyətindən, iqtisadi aktivliyin səviyyəsindən, iqtisadi tsiklin 
mərhələsindən asılıdır. Dövlətin iqtisadi siyasətinin subyektləri 
kimi  dövlət-hakimiyyət  strukturlar  və  dövlət  üstü  qurumlar 
çıxış edir. Dövlət  subyektlərinə qanunverici, icraedici və nəza-
rətedici  qurumlar  daxildir  və  ərazi  baxımından  onlar  mərkəzi, 
regional  və  yerli  hakimiyyət  orqanlarına  bölünür.  Dövlət  üstü 
qurumlara  beynəlxalq  dövlətlərarası  birliklər,  həmkarlar 
ittifaqlar, sahibkarlar ittifaqları və s. daxildir. Bunlardan başqa, 
dövlətin  iqtisadi siyasətinə  ictimai  təşkilatlar,  siyasi  partiyalar, 
müxtəlif lobbilər təsir göstərə bilər.  
Dövlətin iqtisadi siyasətinin bir çox istiqaməti var: büdcə-
vergi, pul-kredit, antitsiklik, struktur, amortizasiya, investisiya-
Dövlətin investisiya-innovasiya siyasəti 
 
6
innovasiya,  elmi-texniki,  regional,  ekoloji,  sosial,  qiymət, 
xarici-iqtisadi,  antiinflyasiya  və  s.  Adı  çəkilən  müxtəlif  istiqa-
mətlərin mövcudluğu onların bir-biri ilə qarşılıqlı əlaqə və təsi-
rinin  olmasını  nəzərə  alaraq  dövlətin  iqtisadi  siyasətinin  kom-
pleks şəkildə həyata keçirilməsini tələb edir. Məsələn, büdcə və 
pul-kredit  siyasətləri  vasitəsi  ilə  dövlət  iqtisadiyyatın  bütün 
sahələrinə: sahibkarlığı stimullaşdırır, iqtisadi tsikla, investisiya 
aktivliyinə təsir edir, regional inkişafı təmin edir, xarici-iqtisadi 
fəaliyyəti  tənzimləyir  və  s.  təsir  göstərir.  Konkret  investisiya 
siyasətinə  gəldikdə,  o,  iqtisadi  artımı  təmin  edən  aparıcı  qüv-
vədir, onun vasitəsi ilə ölkənin struktur siyasəti müəyyən edilir, 
bu strukturun proqressiv və səmərəli olmasına xidmət edir.       
nvestisiya və iqtisadi artım arasında olan əlaqəyə dair 2 
yanaşma  mövcuddur.  Birinci  yanaşmaya  əsasən  investisiyalar 
iqtisadi  artımın  əsas  şərtidir  və  ölkədə  yığım  nə  qədər  çox 
olarsa,  o  qədər  iqtisadi  artım  templəri  yüksək  olar.  kinci 
yanaşmaya  əsasən  yüksək  tələb  istehsalın  artırılmasına  və 
firmaları investisiyaları qoymağa vadar edir, başqa sözlə dəsək, 
istehsalın  və  satışın  yüksəlməsinə  görə  firmaların  gəlirləri 
artdıqca  investisiya  imkanları  da  artır.  Bu  fərqli  yanaşmalara 
müvafiq  olaraq  dövlətin  kapital  yığımına  dair  iki  fərqli 
mövqeyi  mövcuddur.  Birinci  yanaşmaya  əsasən  dövlətə  yığım 
həvəsləndirmək  və  istehlakı  məhdudlaşdırmaq  tövsiyə  olunur. 
kinci  yanaşmaya  əsasən  tələbi,  o  cümlədən  istehlak  tələbini 
stimullaşdırmaq və onun vasitəsi ilə iqtisadi inkişafa nail olmaq 
tövsiyə olunur.     
Bazar  iqtisadiyyatı  ölkələrində  iqtisadiyyatın  inkişafı 
iqtisadi  artımda  investisiyaların  aparıcı  rolunu  təsdiqləyir.  Bu 
ölkələrdə nə vaxtsa mövcud olmuş “gəlirlərin aşağı səviyyəsi – 
yoxsulluq  –  yığımın  aşağı  səviyyəsi  –  investisiyaların  aşağı 
səviyyəsi  –  gəlirlərin  artımının  aşağı  səviyyəsi”  dövran 
sonradan  yeni  daha  yüksək  dövran  səviyyəsinə  keçidlə  əvəz 
olundu ki, bu da – “gəlirlərin yüksək səviyyəsi – yüksək həyat 
səviyyəsi  –  yüksək  yığım  səviyyəsini”,  o  da  öz  növbəsində 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
7
daha  yüksək  investisiya  səviyyəsini  və  gələcək  iqtisadi  artım 
üçün zəmin yaratdı. Bu model bir sıra ölkələrdə tətbiq olunmuş, 
insan  və  maddi  kapitalın  yığımında  vacib  katalizator  rolunu 
oynamışdır.  nvestisiya  –  ÜDM  tərkib  hissəsidir  və  ÜDM 
yüksək  artımı  investisiyaların  artımı  ilə  müşahidə  olunur. 
qtisadi  artım,  bir  qayda  olaraq,  investisiya    qoyuluşlarının 
artması,  canlanma  (bumu)  ilə  müşahidə  olunur.  Lakin  yığımın 
artırılması  heç  də  hər  zaman  iqtisadi  artıma  zəmanət  vermir. 
Belə ki, Asiyanın Cənub-Şərq ölkələrində baş vermiş “iqtisadi 
möcüzənin”  tədqiqi  göstərir  ki,  onlarda  olan  inkişaf  iqtisadi 
artımın  yalnız  bir  hissəsinin  əsas  kapitala  yönəldilən  investisi-
yalar hesabına əldə edilirsə, bir o qədəri də insan kapitalı hesa-
bına baş verir. Bu onu göstərir ki, dayanaqlı artıma nail olmaq 
üçün  yalnız  investisiyaların  artırılması  kifayət  deyil.  Burada 
investisiyaların həcmindən başqa onların keyfiyyəti, səmərəlili-
yi və əlverişli investisiya mühitinin yaradılması daha önəmlidir. 
nvestisiyaların  səmərəliyini  təmin  etmək  üçün  dəqiq  məqsəd-
lər, vəzifələr və tələblər qoyan dövlət investisiya siyasəti tərtib 
olunmalı, uzun müddətli inkişaf strategiyasının parametrləri və 
ona müvafiq yığım norması müəyyən edilməlidir. Bu məqsədə 
nail  olmaq  üçün  növbəti  mərhələdə  iqtisadiyyatda  investisiya 
resurslarının  kifayət  olması  müəyyən  olunur  və  onlar  kifayət 
olmayan halda əlavə tədbirlər vasitəsi ilə tələb olunan resursları 
yaratmaq  üçün  yığım  və  investisiyaların  stimullaşdırmasından 
istifadə olunur. 
 Bu mərhələdə vergi sistemi və dövlət büdcəsinin kəsiri-
nin  səviyyəsi  önəmli  rol  oynayır.  Uzun  müddətli  vəzifələrdən 
başqa investisiya siyasəti çərçivəsində carı məsələlər öz həllini 
tapmalıdır. Bu da investisiya səviyyəsinin sabitləşməsi və onun 
üçün  sabit  makroiqtisadi  mühitinin  yaradılması,  inflyasiyanın 
aşağı  səviyyəsinə  nail  olması,  tarazlaşdırılmış  xarici  ticarət  və 
real faiz dərəcəsinin optimal olması zərurətini doğur. Beləliklə, 
investisiya siyasəti dövlətin iqtisadi siyasətinin digər istiqamət-
ləri ilə qarşılıqlı əlaqədədir və onunla digər iqtisadi siyasətlərin 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
8
bir-birinə  qarşılıqlı  təsirinin  olması  artıq  aşkar  olunmuşdur. 
Reallıqda bu əlaqə və qarşılıqlı təsir daha mürəkkəbdir və ölkə-
nin  iqtisadi  durumu,  tsiklin  mərhələsi  və  bir  çox  amillərdən 
asılı olaraq güclənib zəifləyə bilər. 
  Ümumən, dövlətin investisiya siyasəti iqtisadiyyatda ki, 
rolun tam açıqlamaq üçün onun digər sahələrə, proseslərə təsiri-
ni izah etmək lazım gəlir. Bu gün modernləşən və rəqabətqabi-
liyyətli    iqtisadi  sistemin  davamlı  inkişaf  etməsi  baxımından 
dövlətin investisiya-innovasiya siyasətini reallaşdırmaq üçün öz 
qarşısında bir sıra həlli vacib sayılan vəzifələr qoyulur ki, onlar 
da  bu  siyasətin  rolunu  açıqlayır.  Həmin  vəzifələr  aşağıdakılar 
ş
amil edilir: 
-  iqtisadiyyatın  innovasiya  əsasında  inkişafı  üçün  ETT 
nailiyyətlərinin tətbiqinin stimullaşdırmaq; 
- rəqabətqabiliyyətli sahələrin inkişafını təmin etmək; 
-  ölkənin  beynəlxalq  əmək  bölgüsündə  inkişaf  etmiş 
ölkələr səviyyəsinə çatdırmaq; 
- modern iqtisadi sistemin qurulmasını stimullaşdırmaq; 
- ölkə üzrə yüksək məşğulluq səviyyəsinə nail olmaq; 
- xarici ixrac və daxili təminat potensialını artırmaq və s. 
Onu da qeyd etmək lazımdır ki, bu vəzifələri yerinə yetir-
mək  üçün  investisiya  və  innovasiya  anlayışlarını,  onların  növ  və 
formalarını tətbiqi imkanlarını dəqiqləşdirməyə ehtiyac duyulur.                 
2.  nvestisiya anlayışı və təsnifatı. 
Hazırda  iqtisadçılar  arasında  “investisiya”  iqtisadi  kate-
qoriyasına  dair  müxtəlif  yanaşmalar  mövcuddur.  Bu  səbəbdən 
investisiya aid bir çox tərif var. Məsələn, P. Samuelsonun fik-
rincə,  “investisiya  -  kapitalın  yaranması  və  gələcəkdə  gözləni-
lən istehlakın genişləndirilməsi naminə, hazırda gəlirin carı is-
tehlaka xərclənməsindən imtina etmək deməkdir.” C.M. Keyn-
sin  fikrincə  “ nvestisiya  –  firma  tərəfindən  kapital  ehtiyatını 
artırılmasına,  avadanlığın  alınmasına,  bina  və  qurğuların  tikil-
məsinə sərf olunan vəsaitdir.” Rusiya bank ensiklopediyasında 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə