Dövlətin investisiya-innovasiya siyasəti
17
b) müddətli və müddətsiz
c) real, maliyyə və intellektual
d) Birbaşa, dolayı və portfel
e) Düzgün cavab yoxdur.
Test 3 nvestisiya sferasına hansı sahələr daxildir?
a) əsaslı tikinti və innovasiya sahəsi,
b) fermer təsərrüfatları,
c) infrastruktur sahələr,
d) xidmət və informasiya sahələri,
e) səhiyyə və təhsil sahələri.
Test 4. nvestisiya sisteminin elementləri hansı ardıcıllıqda
düzülür?
a) maliyyə institutları – dövlət – iri biznes – xırda inves-
torlar
b) dövlət – maliyyə institutları – iri biznes – xırda inves-
torlar
c) dövlət – xırda investorlar – maliyyə institutları – iri
biznes
d) dövlət – maliyyə institutları – xırda investorlar – iri biz-
nes
e) xırda investorlar – iri biznes – maliyyə institutları –
dövlət
Test 5. Stimullaşdırıcı fiskal siyasətindən əsas
istiqamətləri
a) dövlət xərclərinin artırılması, vergilərin azaldılması;
b) dövlət xərclərinin azaldılması, vergilərin artırılması;
c) açıq bazarda əməliyyatlar;
d) bankların mütləq ehtiyat normasının azaldılması;
e) dövlət xərclərinin və vergilərin azaldılması.
Dövlətin investisiya-innovasiya siyasəti
18
Mövzu 2. Dövlətin investisiya-innovasiya siyasəti və
onun formaları
Plan:
1. Dövlətin investisiya siyasətinin mahiyyəti, prinsipləri.
2. Dövlətin innovasiya siyasətinin mahiyyəti.
3. Dövlətin investisiya-innovasiya siyasətinin forma və
metodları.
Əsas anlayışlar:
Dövlətin investisiya siyasəti, dövlətin innovasiya siyasəti,
dövlətin investisiya-innovasiya siyasətinin formaları.
1. Dövlətin investisiya siyasətinin mahiyyəti, prinsipləri
Hər bir ölkənin inkişafında investisiyaların rolu müasir
dövrə çox böyük əhəmiyyət kəsb edir. nvestisiyalar iqtisadi
artım və təhlükəsizliyi, ölkə iqtisadiyyatının rəqabət qabiliy-
yətini təmin edir, əhalinin həyat səviyyəsinin artmasına zəmin
yaradır. qtisadi artımı təmin etmək məqsədilə investisiyaları
iqtisadiyyatın prioritet sahələrinə yönəltmək, iqtisadiyyatın
quruluşunda elm tutumlu sahələrin payını artırmaq zəruridir.
nvestisiyaların artımını təmin etmək üçün bazar infrastruk-
turunun genişləndirilməsi və təkmilləşdirilməsi önəmli yer
tutur. Milli iqtisadiyyatda makroiqtisadi sabitliyin və bir çox
sosial-iqtisadi məsələlərin həlli üçün əlverişli investisiya
mühitinin yaradılması əsas şərtlərdən biridir. Lakin investisiya-
ların məhdudluğu iqtisadiyyatın texnoloji bazasının təzələnmə-
sinə, müasir tələblərə cavab verməsinə imkan vermir, bu da
iqtisadi geriləməyə gətirir. nvestisiya imkanlarının, xüsusilə də
innovasiya yönümlü investisiyaların artması istehsalın
strukturunun dəyişən bazar konyunkturasına müvafiq olmasını
təmin edir.
Dövlətin investisiya siyasəti – ölkə iqtisadiyyatının
müxtəlif sahə və sferalarına tələb olunan kapital qoyuluşunun
səviyyə və strukturunu təmin edən, investisiya aktivliyini
artıran bir-biri ilə əlaqəli məqsədlər kompleksidir. Başqa sözlə
desək, investisiya siyasəti – investisiya mənbələrinin tapıb,
Dövlətin investisiya-innovasiya siyasəti
19
onların səmərəli sahələrə yönəldilməsidir. nvestisiya siyasəti-
nin xarakteri iqtisadi proseslərə müdaxiləsi səviyyəsi ilə və bu
siyasətin vergi, maliyyə-kredit, amortizasiya, qiymət, gəlir və d.
siyasətlər əlaqəsi ilə izah edilir.
nvestisiyaların
tənzimlənməsi və investisiya siyasəti fər-
qli anlayışlardır, çünki, investisiya siyasətinin əsası – bu sahəyə
müdaxilə etməmək prinsipinə üstünlük verilməsi ilə, açıqlan-
dığı halda, investisiyaların tənzimlənməsi dövlətin müdaxiləsini
nəzərdə tutur.
nvestisiya siyasətində dövlətin rolu “investor – investi-
siya obyekti” münasibətlərində qaydaları müəyyən etmək, iqti-
sadi sistemin özünü tənzimləmək və sərbəst inkişaf etmək üçün
imkanı yaratmaqdır.
Dövlətin investisiya siyasəti 2 hissədən ibarətdir: tənzim-
ləmə və stimullaşdırma. Tənzimlənmə sistemi hər qoyulan
kapitalın pul vahidinə (manata) görə maksimim gəlirin əldə
edilməsini nəzərdə tutur. Stimullaşdırıcı element isə maksimum
investisiya cəlb olunmasını tələb edir.
Ölkə iqtisadiyyatına investisiya cəlb etmək üçün dövrün
tələblərinə cavab verən investisiya siyasəti işlənib hazırlanmalı-
dır. Ona görə investisiya siyasətində - kompleks şəkildə iqtisa-
diyyata yönələn investisiyaların həcmi, quruluşu və
istiqamətləri müəyyən edilməlidir. nvestisiya siyasətinin əsas
vəzifəsi ölkənin sosial-iqtisadi inkişafına tələb olunan resursla-
rın cəlb edilməsi və onların səmərəli istifadəsi üçün əlverişli
şə
raitin yaradılmasıdır.
Dövlətin investisiya-innovasiya siyasəti
20
nvestisiya siyasəti hər konkret dövr üçün investisiyaların
həcmi və quruluşunu müəyyən etməlidir. Bura sahə, təkrar
istehsal, texnoloji, ərazi və mülkiyyət formaları üzrə strukturlar
daxildir. nvestisiya siyasəti həmçinin prioritetlərin seçilməsini
və investisiyaların səmərəliyinin artırılmasını da nəzərə almalı-
dır. nvestisiya siyasəti müddətinə görə fərqləndirilir və o,
uzun və qısamüddətli ola bilər. Uzunmüddətli investisiya siya-
səti iqtisadi fəaliyyətin bir çox il qabağa işlənib hazırlanmasını,
qısamüddətli isə - bir neçə ay ya bir il müddəti nəzərdə tutur.
nvestisiya fəaliyyətində dövlət, birincisi - maliyyə-investisiya
bazarlarının təşkilatçısı kimi, ikincisi - maliyyə-investisiya
bazarlarının iştirakçısı kimi və üçüncüsü – investisiya proses-
lərinin meneceri kimi çıxış edir.
nvestisiya siyasətinin əsas prinsipləri:
- iqtisadiyyatın real sektoruna yönələn investisiyaların
səmərəliyini təmin edən faiz dərəcəsinin müəyyən edilməsi;
- vergi sisteminin sadələşdirilməsi;
- amortizasiya siyasətinin təkmilləşdirilməsi;
- investisiya cəlbediciliyi baxımından müəssisələrin yeni-
dən qurulması üçün şəraitin yaratması;
- əhalinin yığımlarını stimullaşdırmaq məqsədi ilə inves-
tisiya risklərinin azaldılması üçün şəraitin təkmilləşdirilməsi;
- büdcənin resurs vəsaitlərinin səmərəliyini artırmaq üçün
onların müsabiqə əsasında yerləşdirilməsi;
- prioritet investisiya layihələrinin qarışıq, yanı dövlət-
kommersiya əsasında maliyyələşdirilməsi;
- xüsusi investisiya qoyuluşlarına dövlət zəmanəti;
- büdcə vəsaitinin məqsədli istifadəsinə nəzarətin güclən-
dirilməsi.
Dostları ilə paylaş: |