Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 476,79 Kb.
Pdf görüntüsü
səhifə31/61
tarix04.02.2018
ölçüsü476,79 Kb.
#23738
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

 
99 
Danişməndli  Gümüştəkinlə  əlaqəyə  girdi,  Hələb  məliyi  Ridvan, 
Haran  əmiri  Qaraca,  Artuk  bəyi  Bələk  Anadoluya  silahlı  dəstələr 
göndərdilər.  Lakin  səlibçilərin  ordusu  200.000,  səlcuqların  ordusu 
isə  10  dəfə  az,  20.000  nəfər  idi.  Odur  ki,  türklər  əlverişli  məqam 
gözləyir, qəfil basqınlarla səlibçilərə itkilər verirdilər. Avqustun 2-
də  Merzifon  yaxınlığında  düzənlikdə  düşərgə  salan  xaçlıların 
üzərinə  hücum  haqqında  əmr  verilir.  Avqustun  3-də  səlcuqlar 
xaçlıları  tələyə  salırlar.  Xaçlılar  qəsdən  boşaldılmış  əraziyə  daxil 
olurlar.  Avqustun  5-də  tərəflər  arasında  döyüşlər  qızışır,  səlcuqlar 
əvvəlcə lombardiyalıların üzərinə hücum edir və onları darmadağın 
edirlər. Fransızlar da demək olar ki, son nəfərinədək məhv edilir. I 
Qılınc  Arslan  Konyaya  doğru  hərəkət  edən  səlib  ordusunun  məhv 
etmək məqsədilə Danişməndlilərin qüvvələrinin köməyi ilə 1101-ci 
il  avqustun  13-də  xaçlı  ordusunu  mühasirəyə  alır.  Xaçlı  ordusu 
darmadağın edilir. 
Qılınc  Arslan  xaçlılara  qarşı  mübarizədən  sonra  1102-ci  ildə 
Malatyanı, bir qədər sonra Harranı, Suriya məlikliyinə tabe olan bir 
çox bölgələri öz hakimiyyətinə tabe edə bildi. I Qılınc Arslanın xaç-
lılar üzərində qələbəsi Bizansı Anadolu Səlcuq dövləti ilə müqavilə 
imzalamağa məcbur etdi. Mərmərə sahilləri, Smirna Bizansa verildi. 
Bizans isə Səlcuqların aldığı yerləri qaytardı. Yaranmış vəziyyətdən 
istifadə edən ermənilər bu dəfə Səlcuqlara yalvararaq Maraşın xaç-
lılardan təmizlənməsini xahiş etdilər. Maraş xaçlılardan təmizləndi. 
Lakin çox keçmədi ki, bu bəyliklər Suriya məliyi Ridvanın qoşunu 
ilə  birləşərək  Qılınc  Arslana  qarşı  mübarizəyə  başladılar.  1107-ci 
ildə Habur gölü yaxılınğında gedən döyüşdə Qılınc Arslanın silahlı 
qüvvələri məğlub oldu. Qılınc Arslan suda boğulub öldü. Oğlu Şa-
hənşah yaşca çox kiçik olduğundan hakimiyyət başına qardaşı Mə-
sud keçdi. 


 
100 
  
         
 
 
    
  
  
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan Məsud atası I Qılınc Arslanın birinci xaç yürüşü zama-
nı məğlub olduğu Dorileon düzündə 1147-ci ildə III Konradın rəh-
 


 
101 
bərlik  etdiyi  səlib  dəstələri  ilə  qarşılaşdı.  Səlibçilər  ağır  məğlubiy-
yətə uğradılar. 
Fransız  xaçlı  ordusunun  Efesə  yaxınlaşdığını  eşidən  Məsud-
yeni döyüşə hazırlaşdı. 1147-1149-cu illərdə baĢ vermiĢ ikinci xaç 
yürüĢünə  səbəb  Atabəy  Zənginin  1144-cü  ildə  Urfa  (Edessa) 
qraflığını ələ keçirməsi oldu. 
Edessanın  türklər  tərəfindən  fəth  edilməsi  xaçlı  dövlətlərinin 
narahatlığına  səbəb  oldu.  1145-ci  ilin  noyabrında  Roma  papası  III 
Yevgeninin  Yerusəlim  və  Antioxiyaya  göndərdiyi  elçilərin  yardım 
haqqında xahişləri Yevgenini həmin ilin dekabrında yeni xaç yürüşü 
haqqında b u l l a imzalamağa məcbur etdi. Bulla Fransa və Almani-
yaya göndərildi və kral VII Ludovikdən yardım istənilərək orduda iş-
tirak edənlərin günahlarının bağışlanacağı və vergilərdən azad oluna-
caqları  bildirildi.  Yürüşün  əsas  təşkilatçısı  Burqund  abbatı  Klervolu 
Bernar oldu. 
II Xaç yürüşündə iki dövlət başçısı, alman kralı III Konrad Qo-
qenştaufen  və  Fransa  kralı  VII  Ludovik  iştirak  edirdi.  Səlib  yürüşü 
İkinci Xaç yürüşü (1147-1149) 


 
102 
1147-ci  ildə  başlandı.  Xristianların  silahlı  qüvvələri  birbaşa  İznik 
üzərinə yeridi. 
Alman imperatorunun 75 min nəfərlik ordusu Ceyhan yaxınlı-
ğında türk qoşunları ilə qarşılaşdı. Burada ağır döyüşlər oldu. Xris-
tian qüvvələri böyük itki verdilər. Düşmənin 75 min nəfərlik silahlı 
qüvvəsindən yalnız 5 min nəfər qaçıb xilas ola bildi. Qalan döyüş-
çülər döyüş meydanında həlak oldular. 
Döyüşlərdə Fransanın 150 min nəfərlik silahlı qüvvələri də iş-
tirak edirdi. Bu ordu Yalvac deyilən yerdə ağır itki verdi. 
Sultan Məsud bu qələbədən sonra erməni knyazı Stefanın üzə-
rinə yeridi, ona ağır zərbə vurdu. 1149-cu ildə olan döyüşdən sonra 
ermənilərin əlində olan Maraş bölgəsi azad edildi. 
Sultan Məsud hələ sağlığında ikən ölkəni üç oğlu arasında bö-
lüşdürmüşdü.  Məsudun  ölümündən  sonra  1156-cı  ildə  oğlu  II 
Qılınc Arslan (1156-1188) Sultan elan olundu. 
Xatırlatma: 
Sultan  II  Qılınc  Arslan  dövründə 
Anadolu  Səlcuqlu  dövləti  Böyük  Səlcuqlu 
sultanı,  Məlik  şahın  kiçik  oğlu  Səncərin 
1157-ci  ildə  ölümü  ilə  tamamilə  müstəqil 
oldu.  Yüksək  səviyyədə  yetişdirilən  II  Qı-
lınc Arslan 1157-ci ildə əldən çıxmış Ayn-
tabı  alaraq  Suriya  sərhəddini  təmin  etdi, 
1174-cü  ildə  Mosul  və  Suriyanın  qüdrətli 
türk  hökmdarı  Atabəy  Nurəddin  Mahmud 
Zənginin  ölümü  II  Qılınc  Arslanı  bölgədə 
güclü  bir  rəqibdən  qurtardı,  Anadolu 
birliyinə ən böyük əngəl olan Danişməndli 
bəyliyini  ortadan  qaldırdı,  Bizans  üzərinə 
yürüşə  başlayaraq,  Bizans  imperatorluğu-
nu illik vergi verməyə məcbur etdi, Anadolu Səlcuqlu dövlətini bir impe-
ratorluq halına gətirdi. 
Sultan II Qılınc Arslan Bizansın Anadolunu yenidən tutmaq arzu-
sunu  reallaşdırmağa  imkan  vermədi,  xristian  səlibçilərin  Anadolu  Səl-
cuqlu  dövlətini  təhdid  etməsindən  tamamilə  uzaqlaşdırıldı,  Anadoludakı 
feodal  bəyliklərini  mərkəzə  bağlayaraq  Anadolunun  böyük  bir  əmin-


Yüklə 476,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə