Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31

13 
 
Quruluşunda  elastin  və  kollagen  hüceyrələrlə  bərabər  düz 
əzələ  hüceyrələri  də  yer  alır.  Aortanın  elastik  bir  arteriya  olaraq 
adlandırılması,  tunika  mediadakı  yoğun  elastin  lamellalardan 
qaynaqlanır. 
Tunika  adventisiya-tunika  medianın  bitib  tunika  adventisi-
yanın  başladığı  səviyyədə  son  elastik  lamel  olduqca  vacibdir.  Bu 
lameldən  xaricə  doğru tunika  adventisiya  uzanır.  Tunika  mediayaya 
nisbətdə  nazik  olan  adventisiya  təbəqəsi  kollagen  və  elastin  liflər, 
fibroblastlar,mast  hüceyrələri,  makrofaqlar  və  az  sayda  uzun  düz 
əzələ  hüceyrələri  yer  alır.  Bunlar  olduqca  kövşək  bir  bağ  toxuması 
şəklində bir arada yer alırlar.  
Aorta  divarının  qidalanması  -  böyük  arteriyalar  və  venaların 
divarları vasa vasorum adı verilən kiçik damarlarla qidalanır.  
Limfa  damarları  -  böyük  qan  damarlarının  divarında  limfa 
damarlarına  da  rast  gəlmək  olur.  Yayılmaları  itramural  qan 
damarlarına bənzəyir. İnterstisial maye,tunika mediadakı pəncərəli 
lamellər  arasında  sərbəst  dövran  edir.  Qan  təzyiqinə  bağlı  olaraq 
damar  divarı  boyunca  içəridən  xaricə  doğru  axaraq  limfa 
damarlarına boşalır.  
Sinirləri  -  simpatik  qanqlionlardan  kök  alan  vazomotor  işi                 
olan  mielinsiz  aksonlar  adventisiyada  pleksus  meydana  gətirirlər, 
bəziləri  isə  düz  əzələ  hüceyrələri  üzərində  tumurcuq  şəklində  sonlana 
bilirlər. 
 
 
 
 
 


14 
 
AORTALGİYA 
 
Aortalgiya  (aorta  +  yunanca  algos  –  ağrı  mənasını  verir)  – 
döşarxası  ağrı  tutmaları  olub,bəzən  kürək  arasına  və  ya  boyun 
hissəsinə  irradiasiya  edir.Ağrının  əmələ  gəlməsi  aterosklerotik 
genezli  anevrizma  zamanı  və  yaxud  aortit  nəticəsində  aortanın  döş 
şöbəsinin  patoloji  dəyişikliyə  uğramış  divarının  gərilməsi  ilə  əlaqə-
dardır.  Hesab  edilir  ki,aortalgiya  paraaortal  sinir  kələfinin 
qıcıqlanması nəticəsində əmələ gəlir.  
Aortalgiya  stenokardiya  ağrı  tutmalarına  oxşadığı  üçün, 
onları differensiasiya etmək lazımdır. Aortalgiya tutmaları adətən, 
uzun  müddət  davam  edir  (2  saata  qədər  və  daha  çox),  ağrı  nadir 
hallarda  sol  qola  irradiasiya  edir  və  az  dəqiqdir.  Stenokardiya 
zamanı  ağrı  fiziki  yüklə  bağlıdır.  Aortalgiyanı  ayırmaq  üçün 
bəzən,  zədələnmiş  aortanın  əlamətləri  köməklik  edir,  belə  ki, 
təngnəfəslik  və  göyöskürəyə  bənzər  öskürək  fonunda  döşarxası 
ağrıların  əmələ  gəlməsi  və  eyni  zamanda  ağrıların  əllərin  yuxarı 
qalxması ilə meydana çıxması mümkündür (başı darayarkən və ya 
başı  yuyarkən).  Çox  hallarda  aortalgiya  arterial  təzyiqin  qalxması 
ilə  də  bağlı  ola  bilir.Stenokardiyadan  fəqrli  olaraq  aortalgiya 
nitratlarla  aradan  götürülmür,  lakin  çox  hallarda  ağrı  hipotenziv 
preparatlar,  kalsium  ionu  antaqonistlərinin  qəbulundan  sonra  tam 
keçir  və  ya  xeyli  azalmış  olur.  Digər  hallarda  aortalgiya  və 
stenokardiya  tutmaları  birgə  rast  gəldikdə,  aortalgiya  ilə  yanaşı 
EKQ  -  da  miokardın  işemiyası  dəyişkənliyi  yaranır  və  nitratlar 
verərkən  ağrı  əleyhinə  effekt  alınmış  olur.  Aortalgiyanın                
əmələ 
gəlməsi 
zədələnmiş 
aortanın 
cərrahi 
müalicəsinin 
mümkünlüyünü  ortalığa  qoyur.Əgər  cərrahiyyə  əməliyyatı  əks-
göstərişdirsə,  onda  əsas  xəstəliyin  konservativ  terapiyası 
simptomatik  müalicə  ilə  həyata  keçirilir:  hipotenziv  dərmanlar, 
fenigidin və analgetiklər.  
 
 
 


15 
 
AORTANIN ATEROSKLEROZU 
 
 
 
 
 
Periferik  arteriyalarda  trombotik  və  xolesterin  emboliyası 
aortanın  kifayət  dərəcədə  aterosklerotik  zədələnməsi  nəticəsində 
(onun  divarında  morfoloji  və  funksional  dəyişikliklərlə  birgə)  baş 
verə bilir.Əksər hallarda aterosklerotik piləklər və xoralar aortanın 
qövsündə və enən aortada meydana çıxır.  


16 
 
Piləklərin  xüsusiyyətindən  asılı  olaraq  aortanın  intimasının 
quruluş təsnifatı aşağıdakı kimi olur: 
 I mərhələ: dəyişilməmiş intima; 
 II mərhələ: mənfəzdə dəyişiklik olmadan intimanın exosıx-
lığının artması; 
 III  mərhələ:  vahid  və  ya  çoxsaylı,  yaxşı  təyin  olunan, 
ölçüsü    3  mm  olan  aterosklerotik  piləklərlə  birgə  intimanın 
exosıxlığının artması; 
 IV  mərhələ:  ölçüsü  >  3  mm  olan,  hərəkətli  və  ya 
xoralaşmış aterosklerotik pilək.  
Aortanın  aterosklerozunun  erkən  təzahürü  aortanın  gərilmə-
sinin  azalması  hesab  olunur  ki,  bu  da  öz  növbəsində 
aterosklerozun  proqressivləşməsini  sürətləndirə  bilər.Belə  aydın 
olur ki,laylanmış  nahiyələr və anevrizmatik genişlənmələr aortada 
laminar  qan  axınını  pozacaq  və  beləliklə  də  əksər  hallarda 
tromboemboliya  yaradacaq.  Öz-özünə  baş  verən  emboliya  adi 
piləyin  və  ya  polipə  bənzər  və  hərəkətli  sahələri  olan  piləklərin 
xoralaşması  zamanı  baş  verir  və  hansı  ki,  ateromatoz 
materiallardan və ya trombositar kütlədən təşkil olunmuşdur.  
 Kalsifikatı  olan  piləklər  əsasında  emboliya  daha  çox 
hallarda baş verir. ExoKQ - da belə nahiyələr exoneqativ görünür. 
Aortada trombun dağılması 2- 5% təşkil edir.  
Öz-özünə  baş  verən  emboliyadan  başqa  yatrogen  emboliya 
da  mümkündür.  Kateter  və  ötürücülərin  istifadəsi  zamanı 
(məsələn,  ürəyin  kateterizasiyasında)  mexaniki  təsir  piləklərin 
hərəkətliliyini  artıra  bilər  və  bu  da  əsasən  aortanın  zədələnmiş 
nahiyəsində məhdud laylanmanın inkişafına gətirib çıxarır. Ürəyin 
kateterizasiyası  zamanı  piləkdən  kiçik  xolesterin  kristallarının 
xaric  olması  1-2%  hallarda  baş  verir  ki,  bu  da  dəri  təzahürləri, 
böyrək çatışmazlığı  və C  - reaktiv zülalın səviyyəsinin artması  ilə 
müşayiət  oluna  bilər.  Damar  daxili  müdaxilə  yolu  ilə  cərrahi 
əməliyyat,  aortanın  konyulalaşdırılması,  həmçinin  aortanın 
sıxılması  böyük ehtimalla damar divarından aterosklerotik piləyin 
hissəvi qopmasına səbəb ola bilər. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə