12
Səsin yaranması zamanı səs telləri yumulmuĢ vəziyyətdə olur.
Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuĢ səs tellərinin
büküĢləri arasından keçərək onları bir qədər kənara itələyir. Səs telləri
özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklə
də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava
axınının təzyiqi dayandırılsın. BaĢqa sözlə, fonasiyada (səslənmə) səs
tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aĢağıya
deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin
rəqslənməsi ətraf mühitə ötürülərək danıĢıq səsi kimi qavranılır.
Səs güçə , ucalığa və tembrə malikdir. Səsin gücü səs tellərinin
rəqslənməsinin amplitudundan, yəni, nəfəsvermənin gücündən asılıdır.
Səsin gücünə udlaq, ağız və burun boĢluqlarının təsiri böyükdür.
Rezonator boĢluqlarının forma və böyüklüyündən, eləcə də qırtlağın
quruluĢundan asılı olaraq səs müəyyən fərdi «çalar» qazanır. Buna səsin
tembri deyilir və insanlar bir-birindən səsin tembri ilə fərqlənirlər.
Səsin ucalığı səs tellərinin rəqslənmə tezliyindən, o isə gərginliyin
uzunluğu, qalınlığı və dərəcəsindən asılıdır. Səs telləri nə qədər uzun,
qalın və az gərginləĢərsə səs bir o qədər alçaq olar.
Artikulyasiya şöbəsi. Səslərin formalaĢaraq müəyyən Ģəklə
düĢməsində dil, dodaq, çənələr, yumĢaq və sərt damaq, alveollar fəal
iĢtirak edirlər. Bu üzvlər arasında dodaqlar, dil, yumĢaq damaq və alt
çənə daha mütəhərrikdirlər.
Artikulyasiyada ən əsas üzv dildir. Dil ön, orta, arxa olmaq üzrə 3
hissədən ibarətdir. Dilin ən mütəhərrik və fəal hissəsi onun ön hissəsidir.
Dil böyük kütləvi əzələdir. Çənələrin yumĢalmıĢ vəziyyətində o ağız
boĢluğunu tamamilə tutur.
Artikulyasiya üzvləri arasında iki boĢluq da vardır. Bunlardan biri ağız
boĢluğu, digəri burun boĢluğudur. Bu boĢluqları bir-birindən ayıran
damaqdır. Damağın ön hissəsi sərt, arxa hissəsi yumĢaq olur və yumĢaq
damaq pərdəsi ya burun boĢluğunun, ya da ağız boĢluğunun yolunu
tutur, boğazdan ağız boĢluğuna daxil olan hava ya ağız, ya da burun
boĢluğuna daxil olur və bunun nəticəsində burun, ya da ağız səsləri
əmələ gəlir.
Burun boĢluğu öz vəziyyətini dəyiĢmədiyi halda, dil, dodaq, yumĢaq
damaq pərdəsinin hərəkətindən asılı olaraq ağız öz vəziyyətini dəyiĢə
bilir.
13
NİTQ QÜSURLARININ
TƏSNİFATI
Ġnsanda nitq digər adamlarla ünsiyyət prosesində yaranır və
inkiĢaf edir. ġifahi nitq-insanın ümumi mədəniyyətinin parlaq
göstəricisidir. O, nəinki savadlı, dəqiq və məntiqi fikrin ifadəçisi, həm
də düzgün tələffüz qaydalarının əks etdirilməsidir. UĢaqlarda zəngin
lüğət ehtiyatına malik, qrammatik cəhətdən düzgün və tələffüzünə görə
aydın nitq tərbiyə etmək lazımdır.
Adətən, Ģifahi nitq ana dilinin normalarına müvafiq olur. Lakin bəzi
səbəblərin göstərdiyi təsir nəticəsində bu normalar pozulmuĢ olur və
nitqdə düzgün olmayan səs tələffüzü, kəkələmə, tın-tınlıq, dizartriya,
alaliya kimi qüsurlar özünü göstərir. Belə pozulmalar bəzən nitqi
çətinləĢdirir, bəzən isə tamamilə nitqdən ünsiyyət vasitəsi kimi
istifadəni qeyri-mümkün edir. Tədqiqatlar göstərir ki, müasir dövrdə altı
yaĢına qədər uĢaqların 30 %-dən çoxu tələffüz qüsurlarına malikdirlər.
UĢaqların bəzilərində bu qüsurlar məktəbə gedəndə də onlarda qalır və
təlim-tərbiyə prosesində özünün mənfi təsirini göstərir.
Nitq qüsurları bir çox orfoqrafik səhflərin buraxılmasında əsas
səbəblərdən biridir. Orfoqrayiya qaydalarının mənimsənilməsi təkcə
Ģagirdin sözün morfoloji quruluĢunu müəyyənləĢdirmək bacarığından
asılı olmayıb, həmçinin onun düzgün səs tələffüzü normalarını
qavramasından, səslə hərfi fərqləndirmək bacarığından, vurğunu
müəyyənləĢdirməkdən, deyiliĢlə yazılıĢ arasındakı fərqi bilməyindən də
çox asılıdır.
Ümumiyyətlə, nitq qüsurlarının əmələ gəlmə səbəbləri çox
müxtəlifdir.
Nitq qüsurlarını yaradan səbəblər arasında əlveriĢsiz xarici (ekzogen)
və daxili (endogen) faktorları və eləcə də ətraf mühitin ekoloji Ģəraitini
fərqləndirirlər.
Müxtəlif səbəblərin araĢdırılmasında alimlər təkamül dinamik
yanaĢmadan – qüsurun yaranma prosesinin təhlili, anormal inkiĢafın
ümumi qanunauyğunluqları və hər bir yaĢ dövrü üçün nitqin inkiĢaf
qanunlarını hesaba almaq üsulundan istifadə edirlər. (Ġ.Ġ.Seçenov,
Ġ.S.Viqotskiy, V.S.Lubovskiy və s.)
Psixi və nitq proseslərinin formalaĢdırılmasında bioloji və sosioloji
amillərin birliyi prinsipi nitq sisteminin yaranmasına nitq mühitinin,
ünsiyyətin, emosional əlaqə və digər faktorların göstərdiyi təsiri,
müəyyən etməyə imkan verir. Nitq mühitinin mənfi təsiri dedikdə buna