Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

 
12 
   Səsin  yaranması  zamanı  səs  telləri  yumulmuĢ  vəziyyətdə  olur. 
Nəfəsvermə  nəticəsində  hava  axını  həmin  yumulmuĢ  səs  tellərinin 
büküĢləri  arasından  keçərək  onları  bir  qədər  kənara itələyir.  Səs  telləri 
özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklə 
də,  yumulma  və  açılma  o  vaxta  qədər  davam  edir  ki,  səs  törədən  hava 
axınının  təzyiqi  dayandırılsın.  BaĢqa  sözlə,  fonasiyada  (səslənmə)  səs 
tellərinin  rəqslənməsi,  köndələn  istiqamətdə,  yəni  yuxarı  və  aĢağıya 
deyil,  daxilə  və  xaricə  tərəf  hərəkət  edir.  Nəticədə,  səs  tellərinin 
rəqslənməsi ətraf mühitə ötürülərək danıĢıq səsi kimi qavranılır.  
   Səs  güçə  ,  ucalığa  və  tembrə  malikdir.  Səsin  gücü  səs  tellərinin 
rəqslənməsinin  amplitudundan,  yəni,  nəfəsvermənin  gücündən  asılıdır. 
Səsin gücünə udlaq, ağız və burun boĢluqlarının təsiri böyükdür.  
Rezonator  boĢluqlarının  forma  və  böyüklüyündən,  eləcə  də  qırtlağın 
quruluĢundan asılı olaraq səs müəyyən fərdi «çalar» qazanır. Buna səsin 
tembri deyilir və insanlar bir-birindən səsin tembri ilə fərqlənirlər. 
   Səsin  ucalığı  səs  tellərinin  rəqslənmə  tezliyindən,  o  isə  gərginliyin 
uzunluğu,  qalınlığı  və  dərəcəsindən  asılıdır.  Səs  telləri  nə  qədər  uzun, 
qalın və az gərginləĢərsə səs bir o qədər alçaq olar.  
   Artikulyasiya  şöbəsi.  Səslərin  formalaĢaraq  müəyyən  Ģəklə 
düĢməsində  dil,  dodaq,  çənələr,  yumĢaq  və  sərt  damaq,  alveollar  fəal 
iĢtirak  edirlər.  Bu  üzvlər  arasında  dodaqlar,  dil,  yumĢaq  damaq  və  alt 
çənə daha mütəhərrikdirlər.  
   Artikulyasiyada  ən  əsas  üzv  dildir.  Dil  ön,  orta,  arxa  olmaq  üzrə  3 
hissədən ibarətdir. Dilin ən mütəhərrik və fəal hissəsi onun ön hissəsidir. 
Dil  böyük  kütləvi  əzələdir.  Çənələrin  yumĢalmıĢ  vəziyyətində  o  ağız 
boĢluğunu tamamilə tutur.                                 
   Artikulyasiya üzvləri arasında iki boĢluq da vardır. Bunlardan biri ağız 
boĢluğu,  digəri  burun  boĢluğudur.  Bu  boĢluqları  bir-birindən  ayıran 
damaqdır. Damağın ön hissəsi sərt, arxa hissəsi yumĢaq olur və yumĢaq 
damaq  pərdəsi  ya  burun  boĢluğunun,  ya  da  ağız  boĢluğunun  yolunu 
tutur,  boğazdan  ağız  boĢluğuna  daxil  olan  hava  ya  ağız,  ya  da  burun 
boĢluğuna  daxil  olur  və  bunun  nəticəsində  burun,  ya  da  ağız  səsləri 
əmələ gəlir.  
   Burun  boĢluğu  öz  vəziyyətini  dəyiĢmədiyi  halda,  dil,  dodaq,  yumĢaq 
damaq  pərdəsinin  hərəkətindən  asılı  olaraq  ağız  öz  vəziyyətini  dəyiĢə 
bilir.  
 
                         


 
13 
NİTQ QÜSURLARININ 
TƏSNİFATI 
    
Ġnsanda  nitq  digər  adamlarla  ünsiyyət  prosesində  yaranır  və 
inkiĢaf  edir.  ġifahi  nitq-insanın  ümumi  mədəniyyətinin  parlaq 
göstəricisidir.  O,  nəinki savadlı,  dəqiq  və  məntiqi fikrin  ifadəçisi,  həm 
də  düzgün  tələffüz  qaydalarının  əks  etdirilməsidir.  UĢaqlarda  zəngin 
lüğət ehtiyatına malik, qrammatik cəhətdən düzgün və tələffüzünə görə 
aydın nitq tərbiyə etmək lazımdır. 
   Adətən,  Ģifahi  nitq  ana  dilinin  normalarına  müvafiq  olur.  Lakin  bəzi 
səbəblərin  göstərdiyi  təsir  nəticəsində  bu  normalar  pozulmuĢ  olur  və 
nitqdə  düzgün  olmayan  səs  tələffüzü,  kəkələmə,  tın-tınlıq,  dizartriya, 
alaliya  kimi  qüsurlar  özünü  göstərir.  Belə  pozulmalar  bəzən  nitqi 
çətinləĢdirir,  bəzən  isə  tamamilə  nitqdən  ünsiyyət  vasitəsi  kimi 
istifadəni qeyri-mümkün edir. Tədqiqatlar göstərir ki, müasir dövrdə altı 
yaĢına qədər uĢaqların 30 %-dən çoxu tələffüz qüsurlarına malikdirlər. 
UĢaqların bəzilərində bu qüsurlar məktəbə gedəndə də onlarda qalır və 
təlim-tərbiyə prosesində özünün mənfi təsirini göstərir.  
   Nitq  qüsurları  bir  çox  orfoqrafik  səhflərin  buraxılmasında  əsas 
səbəblərdən  biridir.  Orfoqrayiya  qaydalarının  mənimsənilməsi  təkcə 
Ģagirdin  sözün  morfoloji  quruluĢunu  müəyyənləĢdirmək  bacarığından 
asılı  olmayıb,  həmçinin  onun  düzgün  səs  tələffüzü  normalarını 
qavramasından,  səslə  hərfi  fərqləndirmək  bacarığından,  vurğunu 
müəyyənləĢdirməkdən, deyiliĢlə yazılıĢ arasındakı fərqi bilməyindən də 
çox asılıdır.  
   Ümumiyyətlə,  nitq  qüsurlarının  əmələ  gəlmə  səbəbləri  çox 
müxtəlifdir.  
   Nitq qüsurlarını yaradan səbəblər arasında əlveriĢsiz xarici (ekzogen) 
və daxili (endogen) faktorları və eləcə də ətraf mühitin ekoloji Ģəraitini 
fərqləndirirlər.  
   Müxtəlif  səbəblərin  araĢdırılmasında  alimlər  təkamül  dinamik 
yanaĢmadan  –  qüsurun  yaranma  prosesinin  təhlili,  anormal  inkiĢafın 
ümumi  qanunauyğunluqları  və  hər  bir  yaĢ  dövrü  üçün  nitqin  inkiĢaf 
qanunlarını  hesaba  almaq  üsulundan  istifadə  edirlər.  (Ġ.Ġ.Seçenov, 
Ġ.S.Viqotskiy, V.S.Lubovskiy və s.)  
   Psixi  və  nitq  proseslərinin  formalaĢdırılmasında  bioloji  və  sosioloji 
amillərin  birliyi  prinsipi  nitq  sisteminin  yaranmasına  nitq  mühitinin, 
ünsiyyətin,  emosional  əlaqə  və  digər  faktorların  göstərdiyi  təsiri, 
müəyyən etməyə imkan verir. Nitq mühitinin mənfi təsiri dedikdə buna 


 
14 
valideynləri  lal-kar  olan,  zəif  eĢidən  uĢağın  ailəsində  əsəbi  vəziyyəti 
demək olar.  
   Məktəbəqədər  yaĢ  dövründə  uĢaqların  nitqi  tez  zədələnə  bilən 
funksional  sistem  olduğundan  və  mənfi  təsirlərə  asan  məruz 
qaldığından, məhz bu dövrdə bu və ya digər səbəblərdən nitq qüsurları 
daha çox özünü göstərir.  
   Məktəbəqədər yaĢ dövründə daha çox müĢahidə edilən nitq qüsurları: 
l,  r  samitlərinin  qüsurlu  tələffüzü,  nitq  sürətinin  ləng  və  ya  tez  olması, 
səslərin  qarıĢdırılması  və  böyükləri  yamsılamaq  nəticəsində  meydana 
çıxır.  
Qeyd etmək lazımdır ki, nitqin pozulması, onun inkiĢafının ən böhranlı 
mərhələlərində 1 yaĢla 2 yaĢ arasında, 3 yaĢında və 6-7 yaĢlarında baĢ 
verə bilər.  
   UĢaq  nitqinin  patalogiyasını  aĢağıdakı  səbəblərlə  xarakterizə  etmək 
olar:  
1.Dölün  inkiĢafında  pozulmalara  səbəb  olan  müxtəlif  bətndaxili 
patalogiyadar.  
    Nitqin  ən  kobud  qüsurları  dölün  inkiĢafının  4  həftəsindən  –4  ayına 
qədərki  mərhələdə  yaranan  mənfi  təsirlər  nəticəsində  meydana  gəlir. 
Nitq  qüsurunun  baĢ  verməsi,  hamiləlik  zamanı  güclü  toksikoz,  viruslu 
və endokrin xəstəliklər, zədələr (psixi və fiziki)  rezus-faktora görə qan 
uyğunsuzluğu və digərləri səbəb ola bilər.  
2.DoğuĢ zədələri və asfiksiya (tənəffüsün pozulması nəticəsində beynin 
oksigen çatıĢmamazlığı) nəticəsində uĢağın kəllədaxili qansızmaları nitq 
qüsurlarının yaranmasına gətirib çıxara bilər.  
3.UĢağın  həyatının birinci ilində  keçirtdiyi  müxtəlif  xəstəliklər.  Beynin 
zədələnmə  vaxtından  və  lokallaĢmasından  asılı  olaraq,  nitq  qüsurları 
müxtəlif  cür  özünü  göstərir:  nitqin  inkiĢafına  ən  çox  zərər  verən 
faktorlar  mütəmadi  yoluxucu-viruslu  xəstəliklər,  menenqo-ensefalit  və 
ilkin mədə-bağırsaq pozulmalarıdır.  
4.Kəllənin beyin silkələnməsi ilə müĢayiət edilən zədələnmələri.  
5.Ġrsilik.  
    Bu  halda  nitq  qüsurları  ümumi  əsəb  sisteminin  pozulmasının  yalnız 
bir 
hissəsini  və  intellektual,  hərəkət  çatıĢmamazlıqları  ilə 
uyğunlaĢmasını təĢkil edəcəkdir.  
6.Sosial-məiĢət  Ģəraitinin  əlveriĢli  olmaması,  vegetativ  disfiksiya, 
emosional-iradi 
sfera 
pozğunluqları 
və 
nitq 
inkiĢafındakı 
çatıĢmamazlıqlar  nitq  qüsurlarının  yaranmasına  səbəb  ola  bilər. 
Göstərdiyimiz bütün səbəb və bu səbəblərin bir-birinə qovuĢması nitqin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə