Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   64

 
21 
mərhələlərdən  fərqlənir.  Məktəb  dövründə  nitq  Ģüurlu  surətdə  ona 
yiyələnmə  ilə,  səs  təhlili  qrammatik  qanunları  mənimsəmə  ilə 
xarakterikdir.  Məhz,  bu  dövrdə  nitqin  yeni  bir  növü-yazılı  nitq  aparıcı 
rol oynamağa baĢlayır.  
    Məktəb  dövründə  uĢaq  nitqinin  məqsədyönlü  yenidən  qurulması  baĢ 
verir,  yəni  səsləri  qavramaqdan  və  fərqləndirmədən  ta  bütün  nitq 
vasitələrindən Ģüurlu istifadə edilməsi meydana çıxır.  
    Göstərmək lazımdır ki, bütün adları çəkilən mərhələlər arasında ciddi, 
dəqiq sərhədlər yoxdur. Bu mərhələlər rəvan olaraq biri digərinə keçir.  
    UĢağın  nitq  inkiĢafı  prosesinin  vaxtında  və  səlis  olması  üçün 
müəyyən  Ģərtlər  vacibdir,  yəni  bu  prosesin  müvəffəqiyyətli  keçməsi 
üçün uĢaq: 
-psixi və somatik cəhətdən sağlam olmalıdır. 
-normal əqli imkanlara malik olmalıdır. 
-normal eĢitmə və görməyə malik olmalıdır. 
-kifayət qədər psixi fəallığı olmalıdır. 
-nitq ünsiyyətinə tələbatı olmalıdır. 
-normal nitq mühiti ilə əhatə olmalıdır. 
    UĢağın  normal  nitq  inkiĢafı  ona  imkan  verir  ki,  yeni  anlayıĢları 
həmiĢə  qavrasın,  ətraf  aləm  haqqında  təsəvvür  və  bilik  ehtiyatlarını 
zənginləĢdirsin.  
    Beləliklə  də,  nitq,  onun  inkiĢafı  sıx  surətdə  bilavasitə  təfəkkürün 
inkiĢafı ilə bağlıdır.  
     Kiçik  yaĢlı  uĢaqların  nitqi  onun  formalaĢması  mərhələsində  səs 
tələffüzü  çatıĢmamazlıqları  ilə  fərqlənir.  Bu,  ilk  öncə,  artikulyasiya 
aparatının  üzvlərinin  natamam  hərəkətləri  nəticəsində  meydana  gəlir, 
yəni dil, dodaq, yumĢaq damaq, aĢağı çənənin hərəkətlərinin tam inkiĢaf 
etməməsi tələffüz qüsurlarını yaradır. Ġkinci səbəb uĢaqlarda fonematik 
qavramanın,  eĢitmənin  formalaĢmaması,  yəni  eĢitmə  ilə  səsləri 
qavramaq 
və 
bütün 
nitq 
səslərinin 
(fonemlərinin) 
dəqiq 
differensiallandırmaq bacarığının tam inkiĢaf etməməsidir.  
Buna  görə  də  məktəbəqədər  yaĢ  dövrünün  baĢlanmasında  uĢağın 
nitqi kifayət qədər aydın və təmiz səslənmir. Məlumdur ki, uĢaqlar bir-
birlərindən  fonematik  qavramanın  inkiĢaf  səviyyəsi,  həmçinin  nitq 
aparatının  motorikasının  inkiĢafına  görə  də  fərqlənirlər.  Bəzi  uĢaqlara 
artikulyasiya  hərəkətləri  çox  asan  baĢa  gəlir.  Onlar  bir  dəfə  görmək  və 
izah  edilməklə  onlar  üçün  əlçatmaz  olan  bir  səsin  tələffüzünə  nail  ola 
bilirlər.  Lakin  digərləri  əksinə  öz  nitq  orqanlarını  idarə  edə  bilmir  və 
onlara uzun müddət məĢq etmək lazım gəlir. Bundan sonra onlar lazımi 


 
22 
artikulyasiya  hərəkətləri  edə  bilərlər.  Məktəbəqədər  yaĢlı  uĢaqlar  sait 
səslərin  çoxunu  geniĢ  yastılanmıĢ  dillə  hava  axını  ağızdan  dilin 
ortasından keçməsi ilə tələffüz edirlər. Dilin düzgün olmayan vəziyyəti 
hava  axınının  istiqamətini  dəyiĢərək  səsin  tələffüzündə  qüsurların 
olmasına səbəb olur. 3 yaĢında olan uĢağın nitqində təsadüf edilən  nitq 
qüsurları aĢağıdakılardır.  
1.Saitlər bir qədər yumĢaq tələffüz edilir və ya əksinə. 
2.UĢaqların  çoxu  Ģ,  j,  ç  səslərini  tələffüz  etmir  və  adətən,  s,  z 
səsləri  ilə  əvəz  edirlər.  Məs:  «zurnal»  (jurnal),  «sar»  (Ģar),  «sirin» 
(Ģirin), «Zalə» (Lalə). 
3.R  səsini  tələffüz  etmirlər:  Və  ya  l,  v,  j  səsləri  ilə  əvəz  edirlər. 
«əndə» (rəndə), «qal» (qar).  
Və ya l, v, j səsləri ilə əvəz edirlər. «əndər-rəndə, qal-qal» və s.  
4.L  səsi  çox  zaman  yumĢaq  tələffüz  edilir:  «Lyalyə»  (Lalə). 
Bəzən L səsi y səsi ilə əvəz olunur. «yampa» (lampa), «yimon» (limon).  
5.Q,  k,  x  səsləri  bəzən  buraxılır  və  ya  t,  d  səsləri  ilə  əvəz  edilir: 
«toyun» (qoyun), «doz» (qoz), «delem» (kələm), «toruz» (xoruz).  
Getdikcə  bu  qüsurlar  azalır  və  4-5  yaĢ  üçün  uĢaqların  çoxu 
düzgün səs tələffüzünə malik olurlar.  
Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alıb, göstərmək lazımdır 
ki,  məktəbəqədər  yaĢ  dövründə  düzgün  formalaĢmıĢ  nitqin  tərbiyə 
edilməsi çox ciddi və lazımlı ictimai əhəmiyyətli vəzifədir. Bu vəzifənin 
məsuliyyətini  həm  valideynlər,  həm  müəllimlər,  həm  də  ictimaiyyət 
baĢa düĢməlidir.  
Biz göstərdik ki, 4-5 yaĢlarda nitq qüsurlarının çoxu aradan çıxır. 
lakin  bu  proses  öz-özünə  deyil,  böyüklərin  pedaqoji  təsiri  nəticəsində 
baĢ  verir.  bu  təsir  o  vaxt  yaxĢı  nəticə  verir  ki,  uĢaq  normal  eĢitsin, 
düzgün  danıĢmaq  üçün  böyüklərin  göstəriĢini  alsın  və  bu  göstəriĢə 
uyğun  danıĢmağa  həvəsi  olsun.  Beləliklə,  uĢağın  nitq  mühitinin 
yaxĢılaĢması,  valideyn  və  tərbiyəçilərin  aydın  və  düzgün  nitqi  çox 
böyük əhəmiyyətə malikdir.            
Qeyd  etmək  lazımdır  ki,  bəzən  ailələrdə  uĢağın  danıĢığını  təqlid 
edərək, onlarla uĢaq dilində danıĢır və bununla düzgün olmayan tələffüz 
vərdiĢləri  aĢılayırlar. («qa-qa  gəlsin  üfə  yesin»,  «Çiçi  paltar  dəĢəydir», 
«Dü-dütə  minib  oppa  gedəy»  və  s.)  Bəzən  isə  uĢaqları  çox  çətin  Ģer 
parçalarını  əzbərləməyə  məcbur  edirlər.  Nitq  mexanizminin  fizioloji 
yüksəlməsi nəticəsində yaĢa görə düzgün olmayan tələffüz möhkəmlənir 
və daha da artır.  


 
23 
UĢaq  bağçalarında  tərbiyəçilər  uĢaqlarda  nitqin  formalaĢmasına 
xüsusi  diqqət  yetirilməli  və  bu  prosesə  rəhbərlik  etməlidirlər.  MəĢğələ 
saatlarında  gəzinti  və  rejim  proseslərində  tərbiyəçilər  uĢaqların  nitqinə 
nəzarət  edib  onların  aydın  və  səlis  danıĢmalarına  çalıĢmalıdırlar.  Nitq 
inkiĢafı  üzrə  aparılan  iĢlərdə  ən  mühüm  yeri  uĢaqlarda  düzgün  səs 
tələffüzü  və  diksiyanın  formalaĢmasına  istiqamətlənmiĢ  məĢğələ  və 
oyunlara vermək lazımdır.  
Qeyd  etmək  lazımdır  ki,  dəqiq  artikulyasiyalarının  inkiĢafı 
uĢaqlarda  danıĢıq  vaxtı  müsahibinin  üzünə  baxmaq  vərdiĢi  yaradır  və 
beləliklə də, dodaq və dilin hərəkətini izləmək bacarığı formalaĢır.  
Sonralar  da  uĢaqlarda  eĢitmə  diqqətini  və  fonematik  qavramanı 
inkiĢaf  etdirmək  çox  vacibdir.  Səslərin  eĢitmə  ilə  dəqiq  qavranılması 
düzgün  səs  tələffüzünü  tənzimləyir,  düzgün  səs  tələffüzü  isə  öz 
növbəsində fonematik qavramanın daha da yaxĢılaĢmasına kömək edir. 
Məktəbəqədər yaĢlı uĢaqların danıĢıq səsləri ilə tanıĢlığı yaxĢı olardı ki, 
oyun formasında, hər biri səsi hər hansı konkret obrazla bağlayıb həyata 
keçirsinlər. Məs: z səsi-ağcaqanadın mahnısı kimi; g-böcəyin səsi kimi; 
v-maĢının getməsi kimi; f-paravozun yola düĢməsi və s.  
Bundan  əlavə  uĢaqlara  yanıltmacların  öyrədilməsi  də  yaxĢı 
nəticələr verir. 
Beləliklə,  aparılan  sistemli  və  məqsədyönlü  iĢ  nəticəsində 
uĢaqlarda  düzgün  səs  tələffüzünə  nail  olmaq  və  nitq  qüsurlarının 
qarĢısını almaq olar.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə