Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   64


 

Z.M. Əzizova 
R.Q. Cəfərova 
Ş.N. İsmayılov 
 
 
 
   
 
 
«Loqopediyanın nəzəri əsasları  
haqqında ümumi məlumat» 
DƏRS VƏSAİTİ 
 
 
 
                             Azərbaycan Respublikası Təhsil     
                      Nazirliyi  Elmi - Metodik  Şurasının    
                      «Pedaqogika və psixologiya» bölmə-  
                      sinin 19 dekabr 2008-ci il tarixli qərarı    
               ilə təsdiq edilmişdir(Protokol № 15) 
 
 
 
 
 
 
 
 
 
 
Mingəçevir – 2008 


 

 
 
 
 
 
 
 
Müəlliflər : p.e.n.,dos. Əzizova Zenfira Mirsəfər qızı 
                           b.m. Cəfərova Raya Qəşəm qızı 
                     b.m. İsmayılov Şahismayıl Namaz oğlu 
 
 
Rəyçilər : f.e.n.,dos. Manafov Namaz Rizvan oğlu 
                 f.e.n.,dos. Namazova Flora Kamran qızı  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                   


 

 
MÜNDƏRİCAT 
 
     
Ön söz 
Loqopediya haqqında ümumi məlumat  
Nitq aparatının anatomik-fizioloji quruluĢu  
Nitq qüsurlarının təsnifatı  
UĢaqlarda nitq qüsurlarının tibbi cəhətdən öyrənilməsi 
Afaziya  
Alaliya 
Dislaliya 
Rinolaliya 
Dizartriya  
Bradilaliya  
Taxilaliya  
Kəkələmə, onun təsnifatı, müayinəsi 
EĢitmə qüsurlu uĢaqlarda nitq qüsurları  
Oxu və yazı qüsurlarının aĢkar edilməsi metodları 
Ġbtidai sinif Ģagirdlərində oxu və yazı qüsurlarının 
korreksiyasının əsas istiqamətləri  
Xüsusi hazırlıq siniflərinin təĢkili prinsipləri  
Qüsurlu uĢaqların sinfə alınması 
Hamı ilə birlikdə: Tematik təlimat  
Sosial və emosional inkiĢafın sadələĢdirilməsi 
Dilin inkiĢafı üçün Ģəraitin yaradılması  
 


 

ÖN SÖZ 
 
Son dövrlərdə ictimaiyyəti anormal uĢaqlar və onların korreksiya, 
reablitasiya  və  sosial  adaptasiya  problemləri  çox  narahat  edir  və  bir 
problem  olaraq  aktuallığını  heç  də  itirmir,  əksinə  özünün  həllini 
gözləyir,  daha  çox  bu  məsələyə  diqqət  tələb  edir.  Xəstə  uĢaqlarla 
ünsiyyət  yaratma,  ünsiyyətə  girmə  çətinliyinin  aradan  qaldırılması 
iĢində  nitqi  qüsurlu  uĢaqların  korreksiyası  defektologiyanın  tədqiqat 
obyektində prioritet sahədir.  
Nitqi qüsurlu uĢaqların dərs prosesi normal siniflərdə olduğundan 
kəskin  Ģəkildə  fərqlənir.  Anadangəlmə  və  yaxud  sonradan  qazanılmıĢ 
müxtəlif  qüsurluq  dərəcəsi  olan  xəstə  uĢaqların  xarakterində, 
psixikasında  və  dərketmə  qabiliyyətində  kəskin  fərqlər  mövcuddur. 
Adətən  onlar  həyatından  küskün  əhval-ruhiyyədə  olub  tez-tez 
bədbinliyə qapılır, çox tərs, inadkar və ərköyün olurlar.  
Nitqi qüsurlu uĢaqların birinci sinfə qəbulu zamanı bu və ya digər 
qüsurluq  dərəcəsini  müəyyən  etmək  üçün  onlar  mütləq  ciddi 
müayinədən keçməlidir. Bu, gələcəkdə xəstədə olan mövcud qüsuru tez 
və effektli Ģəkildə aradan qaldırmağa imkan verir.  
Loqopediya  nitq inkiĢafı  qüsurları  haqqında pedaqoji  elm  olaraq, 
nitq  qüsurlarının  aradan  qaldırılması  və  qarĢısını  almaq  üçün  xüsusi 
təlim-tərbiyə sistemi olaraq qalır.  
Dərs  vəsaiti  məktəbəqədər  və  məktəbyaĢlı,  yeniyetmə  uĢaqlarda 
olan  nitq  qüsurlarının  növləri,  zəif  eĢitmə  ilə  əlaqədar  olan  qüsurlar, 
onların  patalogiyası,  fizioloji  və  psixoloji  araĢdırılması,  təhlili,  bu 
xəstəliklərin  yaranma  səbəbləri,  öyrənilməsi,  müayinəsi,  korreksiya  iĢi 
əhatə olunmuĢdur.  
Hər  bir  nitq  qüsurunun  təsnifatı  ilə  yanaĢı,  onun  yaranması 
mərhələləri,  formaları,  səciyyəvi  xüsusiyyətləri,  nitqin  ümumi  geriliyi, 
artikulyasiya  aparatının  müayinəsi,  korreksiya  iĢi,  psixoloji-pedaqoji 
təsir,  ailədə  uĢağın  nitqinin  inkiĢafı  üzrə  aparılan  iĢ  təhlil  edilməsi 
əsasında öyrənilməsi nəzərdə tutulur.  
Nitq  qüsurlarının  araĢdırılması,  onların  qruplara  ayrılması, 
səslərin  tələffüzündə  təhrif  edilməsi,  fonetik,  fonematik  çətinliklər, 
akustik-artikulyasiya  tərəfinin  pozulması,  nitq  geriliyi  və  onun 
fəaliyyətinin  fizioloji  cəhətdən  Ģərtlənməsi,  psixoloji  və  fizioloji 
proseslərdəki  anomaliyalar,  sinir  sistemindəki  pozğunluqlar,  onların 
qavrama,  dil,  hafizə  və  psixi  hallara  təsiri,  dilin  analiz  və  sintezinin 


 

pozulması  və  digər  məsələlərin  dərs  vəsaitində  öyrənilməsi  nəzərdə 
tutulmuĢdur.  
Dərs vəsaitində həmçinin qüsurlu uĢaqların sinfə alınması, sosial-
emosional  Ģəraitin  yaradılması,  dilin  inkiĢafı  üçün  Ģəraitin  yaradılması, 
tələb olunan yardımın verilməsi məsələləri də açıqlanır.  
Dərs  vəsaitində  əhatə  olunan  mövzular  pedaqoji  fakültənin 
məktəbəqədər  təhsilin  pedaqogikası  və  metodikası  və  ibtidai  təhsilin 
pedaqogika və metodikası ixtisasları üçün nəzərdə tutulub.  
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə