Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

 
42 
günəĢ       dost 
 
III.Fonematik qavramanın müayinəsi 
UĢaqlarda səs tələffüzünün vəziyyəti yoxlanmasından sonra onun 
eĢitmə  ilə  səsləri  qavraması  və  fərqləndirilməsi  mütləq  müəyyən 
edilməlidir.  Xüsusilə  bu  o  səslərə  aiddir  ki,  onlar  artikulyasiyaya  görə 
oxĢar  və  ya  səslənməsinə  görə  yaxındırlar.  Buna  görə  də  bütün 
korreksiya edən fitli və fısıltılı  (sa-sa, za-ya, sa-za və s.) cingiltili və kar 
(da-ta,  na-ba,  qa-ka),  (ra-la,  ri-li  və  s.)  səslərin  fərqləndirilməsini 
yoxlamaq  lazımdır.  loqoped  bu  məqsədlə  uĢağa  onun  ardınca  müxtəlif 
pozisiyalı hecaları təkrar etməyi tapĢıra bilər. Məsələn, sa-sa, sa-sa, ac-
ac, ac-as, sa-za, ra-la, sa-ya. 
Əgər  uĢaq  bəzi  səsləri  düzgün  tələffüz  etməzsə  loqoped  ona 
verilmiĢ  heca  sırasında  (sa,  ya,  ca)  Ģa  hecasını  eĢidən  kimi  qaldırmaq, 
ayağa durmaq və s. tələb etmək olar. Sonra isə uĢağın səslənməyə görə 
yaxın,  lakin  mənasına  görə  müxtəlif  sözləri  fərqləndirmək  bacarığını 
yoxlamaq lazımdır. Məsələn:  
saz           tüfəng   
söz           pələng  
göz           çələng 
göz           gül 
kitab        qutab 
göl 
Belə yoxlama müxtəlif üsullardan istifadə edilməklə aparıla bilər. 
Məsələn:  uĢağa  Ģəkillər  arasında  lazımi  Ģəkili  tapmaq  və  ya  sözün 
mənası haqqında danıĢmaq tapĢırıla bilər. («De görüm saz nədir?»: «Bu 
səs nədir?») Eləcə də loqopedin ardınca oxĢar sözləri təkrar etməyi tələb 
etmək olar: Lalə-Zalə-halə; tar-dar-qar; qoyun-boyun, xörək-çörək və s. 
Bu  üsul  həm  uĢağın  fonematik  qavramasını,  həm  diqqətini,  həm  də 
eĢitmə yaddaĢını inkiĢaf etdirir.  
Dislaliyalı uĢaqların korreksiya iĢini 2 mərhələyə ayırmaq olar.  
I mərhələ – hazırlıq mərhələsi adlanır. Hazırlıq mərhələsinin əsas 
vəzifələri bunlardır: 
a)  EĢitmə  diqqəti,  eĢitmə  yaddaĢı  və  fonematik  qavramanın 
inkiĢaf etdirilməsi.     
b)  Nitq  motorikasının  çatıĢmamazlığının  mütəhərrikliyinin 
inkiĢafı üçün artikulyasiya çalıĢmalarının aparılması.   
II mərhələ – tələffüz bacarığı vərdiĢlərinin formalaĢ-dırılması. Bu 
mərhələnin əsas vəzifələri aĢağıdakılardır: 


 
43 
a) Düzgün olmayan səs tələffüzünü aradan qaldırmaq. 
b)  UĢaqlarda  artikulyasiyaya  görə  eyni  və  ya  səslənməsinə  görə 
oxĢar  səslərin  tələffüzünü  diferen-siallaĢdırma  bacarığını  inkiĢaf 
etdirmək. 
V)  UĢaqların  müstəqil  nitqinin  müxtəlif  növlərinin  tələffüz 
bacarığı vərdiĢlərinin formalaĢdırılması. 
Beləliklə  də,  uĢaqlarda  səs  tələffüzü  qüsurlarının  düzəldilməsi 
səslərin  qoyuluĢu  və  avtomatlaĢdırılması  ilə  eyni  zamanda  fonematik 
qavramanın  inkiĢafını  da  özündə  birləĢdirir.  Tam,  düzgün 
qavranılmayan  fonem,  düz  tələffüz  edilməyəcək  və  digər  səslərdən 
fərqləndirilməyəcəkdir.  Fonematik  qavramanın  inkiĢaf  etdirilməsi 
loqopedik iĢin elə ilk mərhələlərindən baĢlayıb, oyun formasında frontal 
yarım-qrup və fərdi məĢğələlərdə keçirilir.  
Göstərmək lazımdır ki, bu iĢ danıĢıq səslərindən fərqli olaraq adi 
səslər  üzərində  aparılır.  sonra  isə  ana  dili  səsləri  sisteminə  daxil  olan 
nitq səsləri üzərində keçirilir. 
Bununla  paralel  olaraq,  uĢaqlarda  eĢitmə  diqqəti  və  yaddaĢı 
üzərində də məqsədyönlü iĢ aparılır. Bu fonematik qavramanın daha da 
yaxĢı  inkiĢafı  üçün  çox  əhəmiyyətlidir.  Belə  ki,  bəzən  uĢaqlar  onları 
əhatə edənlərin nitqini yaxĢı qavarmadıqlarından düzgün səs tələffüzünə 
yiyələnə bilmirlər.  
Loqopedik  məĢğələlər  zamanı  uĢaq  ən  əvvəl  öz  nitqinə  nəzarət 
etmək  bacarığı  qazanmaq  və  onu  əhatəsində  olan-ların  nitqi  ilə 
müqayisə edib düzəltmək vərdiĢinə yiyələn-məlidir.  
Məlumat  üçün  göstərmək  lazımdır  ki,  uĢaqlarda  fonemləri 
diferensiasiya etmək bacarığını inkiĢaf etdirmək üçün loqopedik iĢ Ģərti 
olaraq 6 mərhələyə ayrılır: 
I mərhələ – qeyri-müəyyən nitq səslərinin alınması.  
II  mərhələ  –  eyni  materialı  əsasında  səsin  gücü,  hündürlüyü, 
tembrini sözlərdə, söz birləĢmə və cümlələrdə fərqləndirilməsi: 
III mərhələ–yazının səs tərkibinə görə sözlərin fərqləndirilməsi. 
IV mərhələ – hecaların differensiasiyası. 
V mərhələ – fonemlərin differensiasiyası. 
VI mərhələ – sadə səs təhlili vərdiĢlərinin inkiĢafı.  
 
Mexaniki dislaliya zamanı səs tələffüzünün xüsusiyyətləri 
Mexaniki dislaliyanın aradan qaldırılması üçün aparılan loqopedik 
iĢin  əsasını  orqanizmin  kompensator  imkanları  (eĢitmə,  görmə, 
qavrama, taktil və kinestetik hissiyyat) təĢkil edir.  


 
44 
Tələffüz  qüsurlarının  aradan  qaldırılması  məĢğələləri  müəyyən 
ardıcıllıqla  aparılır.  Bütün  artikulyasiya  çalıĢmaları  aĢağıdakı  növlərə 
görə təyin edilir.  
1.Səsin qoyulması. 
2.Səslərin hecalarda tələffüz vərdiĢlərinin avtomatlaĢ-dırılması. 
3.Səslərin sözlərdə tələffüz vərdiĢlərinin avtomatlaĢ-dırılması. 
4.Səslərin cümlələrdə tələffüz vərdiĢlərinin avtomatlaĢ-dırılması. 
5.Səslənmə 
və 
artikulyasiyasına 
görə 
oxĢar 
səslərin 
diferensiasiyası. 
6.DanıĢıq nitqində səslərin avtomatlaĢdırılması.  
Mexaniki 
dislaliya 
zamanı 
düzgün 
səs 
tələffüzünün 
formalaĢdırılmasında üç əsas vasitədən istifadə edilir.  
Birinci  üsul  –  təqlidə  əsaslanır.  UĢaq  eĢitmə,  görmə  taktil 
vibrasiya və əzələ hissiyyatından istifadə edərək fonemləri səslənmə və 
artikulyasiyaya  görə  qavrayır  və  Ģüurlu  olaraq  orqanlarının  lazımı 
hərəkətinə,  səslənməsinə  çalıĢır.  Bu  zaman  uĢaq  güzgünün  köməyi  ilə 
nitq  aparatının  görünən  üzvlərinin  hərəkətini  görür,  onu  təqlid  edir,  əli 
ilə hava axınını, xirtdəyin titrəyiĢini hiss edir. Qeyd etmək lazımdır ki, 
loqoped  məĢğələlərində  müxtəlif  vasitələrdən  sadə  kağız  zolağından, 
pambıq  parçalarından  baĢlayaraq  və  elektroakustik  cihazlardan  istifadə 
edir.  
Əgər lazımi artikulyasiya almaq mümkün olmazsa, onda loqoped 
ilkin  olaraq  onun  ayrı-ayrı  hissələrini  əldə  etməyə  çalıĢmalıdır.  Bəzən 
nitq  aparatı  üzvlərinin  qeyri-mütəhərrikliyi  və  ya  idarə  edilməsinin 
çatıĢmamazlığı  loqopedi  məcbur  edir  ki,  o,  bir  sıra  artikulyasiya 
çalıĢmalarına, özünəməxsus artikulyasiya gimnastikasına müraciət etsin. 
(Məsələn: dili «Bel» Ģəklinə salmaq, dili ensiz, biz Ģəklinə salıb, növbə 
ilə sağ və sol qulaq istiqamətinə aparmaq – «saat» və s.) 
İkinci  üsul  –  nitq  üzvlərinə  mexaniki  təsiri  nəzərdə  tutulur.  Bu 
üsul  zamanı  müxtəlif  vasitə-spatel,  zondlarla  baĢlanğıcı  artikulyasiya 
vəziyyətində  nitq  orqanlarına  təsir  edib,  onları  lazımi  tələb  edilən 
vəziyyət və hərəkətə salırlar.  
Nəticədə, nitq orqanlarının vəziyyət və hərəkəti eĢitmə və görmə 
qıcıqları  ilə  birlikdə  baĢ  beyin  qabığında  möhkəmlənir,  müəyyən  iz 
buraxır, sonra isə lazımi artikulyasiyanı Ģüurlu və fəal təkrar etmək üçün 
Ģərait yaradır.  
Üçüncü  üçül  –  qarıĢıq  olub,  həm  birinci,  həm  də  ikinci  üsulu 
özündə birləĢdirir. Bu zaman nitq üzvlərinə edilən mexaniki təsir sözlü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə