Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

 
51 
yaradır və eyni zamanda dilin kənarları yuvaqlara toxunub uzaqlaĢdıqca 
onun mütəhərrikliyi də artır. Qeyd etmək lazımdır ki, əgər zond yoxsa, 
uĢağın  öz  barmağından  da  istifadə  etmək  olar.  Bu  zaman  uĢağın  əlləri 
təmiz yuyulur və ya spirtlə silinir. Sonra loqopedin köməyi ilə (loqoped 
uĢağın barmağını dilin altına salıb sağa, sola hərəkət etdirir) göstərilən 
üsullardan istifadə edilir və tədricən uĢaq bunu müstəqil yerinə yetirir.  
Bütün  bunlardan  sonra  alınan  r  səsi  heca,  söz  və  ifadələrdə 
möhkəmlənir.               
L və l" səsinin tələffüz qüsurları lambdasizm adlanır. 
L səsinin düzgün artikulyasiya vəziyyəti belədir: dilin ucu diĢlərin 
arxasında  kipləĢir.  Lakin  diĢarxası,  kipləĢmə  samitlərdən  fərqli  olaraq, 
maneə  dilin  ön  hissəsi  ilə  deyil,  bilavasitə  dilin  ucu  ilə  əmələ  gətirir. 
Musiqili  tona  malik  hava  axını  əvvəlcə  ağız  boĢluğunda  uzanmıĢ  dilin 
yanlarından,  xüsusilə  sağ  tərəfindən  süzülür,  sonra  isə  mane  də  ləğv 
edilir. Beləliklə l samiti yaranmıĢ olur.  
YumĢaq  l"  səsinin tələffüzündə  dilin  kökü  deyil,  onun  arxasında 
ön-orta hissəsi və dilin ucu alveollara və diĢ ətinə toxunur.  
L  səsinin  tələffüz  qüsurları  müxtəlifdir:  bura  qovuĢuq  saitlərin  l 
səsi  əvəzinə  iĢlənməsi  («lampa»  «lampa»;  «stoo»-«stol»;  «qözəə»-
«gözəl»)  l  səsinin  y  kimi  iĢlənməsi  (yampa),  (istoy)  gözəy,  l  səsi 
dilarxası burun nq səsi Ģəkilində iĢlənmiĢ, nqampa, stonq). 
Bu qüsurun aradan qaldırılması üçün aĢağıdakı üsullardan istifadə 
edirlər.  Əvvəlcə  uĢağa  güzgün  baxmaqla  nümunəyə  əsasən,  dilini  çölə 
çıxartmaq  və  onu  diĢləri  arasında  sıxmaq  tapĢırılır.  Sonra  o  dilin 
vəziyyətini dəyiĢmədən uzun a və l səsini tələffüz etmək təklif edilir. Bu 
zaman  loqoped  onun  dodaqlarını  bir  qədər  aralayır  və  nəticədə  l  səsi 
alınır.  
Və  ya  uĢaq  uzun  və  ucadan  a-a-a-a  deyir,  bu  zaman  dilin  ucu 
yüngülcə  diĢlərin  arasına  girməlidir.  Sonra  bu  səsin  tələffüzünə  ara 
vermədən  dilin  ucunu  yavaĢca  diĢləməlidir.  (diĢlərin  dodaqlara 
toxunması  üçün)  və  nəticədə  diĢarası  l  alınır.  Loqoped  dilin  normal 
vəziyyətə gətirilməklə düzgün səsi alır.  
Tın-tın  tələffüzündə  uĢağa  ağızla  tələffüz  etmək  öyrədilir.  Bu 
zaman  dodaqları  irəli  uzadıb,  kağız  parçalarını  və  ya  pambığı  üfürmək 
əhəmiyyətlidir.  
L səsinin düzgün tələffüzü əldə ediləndən sonra onu heca, söz və 
ifadələrdə möhkəmlətmək lazımdır.  
L səsinin möhkəmləndirilməsi üçün ilkin artikulyasiya məĢqləsini 
a  samiti  olan  hecalarla  baĢlamaq  lazımdır.  Əvvəlcə  qapalı  heca  (al), 


 
52 
sonra isə samitlər arasında (ala) və ən nəhayət açıq hecada (la) iĢlətmək 
lazımdır. Bunlardan sonra I, o, u sözləri ilə olan hecalardan (ala, alı, alo, 
alu), (la, lı, lu və s) istifadə etmək lazımdır.  
Mexaniki  dislaliyanın  müxtəlif  formalarından  biri  də  damaq 
samitlərin  tələffüz  qüsurudur.  Bu  qüsur  əsasən  nitq  aparatının 
quruluĢundakı  çatıĢmamazlığın,  sərt  damağın  düzgün  olmayan  forması 
əmələ  gəlir.  Damaq  samitlərin  qüsurları  özünü  bir  neçə  formada 
göstərir.  
Kappatizm – Bu qüsur k və k" samitlərinin qüsurudur. K səsinin 
düzgün  artikulyasiya  zamanı  dilin  orta  hissəsi  möhkəm  sürətlə  sərt 
damağa  kipləĢir.  Alt  dodaq  bir  qədər  gərginləĢərək  yanlara  doğru 
dartılır.  YumĢaq  damaq  öz  növbəsində  yuxarı  qalxaraq,  burun 
boĢluğunun yolunu tutur. Ağ ciyərdən gələn hava axını dil ortasının sərt 
damaqda əmələ gətirdiyi maneənin gələn hava axınının dil ortasının sərt 
damaqda  əmələ  gələn  maneənin  aradan  qaldırarkən  k  samiti  yaranmıĢ 
olur.  K"  samiti  k  samitindən  dilarxası-yumĢaq  damaq  səsi  olması  ilə 
fərqlənir.  
K" səsinin tələffüzü zamanı dilin arxa hissəsi yuxarı qalxıb burun 
boĢluğunun  yolunu  kəsmiĢ  yumĢaq  damağa  kipləĢir.  Dodaqlar 
neyrtrallaĢmıĢ  vəziyyətdə  olur.  Sədasız  küyə  malik  olan  hava  axını 
əmələ  gəlmiĢ  maneənin  aradan  qaldırılarkən  K"  səsi  yaranır  (kolxoz, 
raykom, Ģkaf).  
Bu  səslərin  səs  tələffüzündə  (k"  səsi  k  x  kimi,  k  səsi  isə  t  kimi) 
güzgüdən  təqlid  üsulundan  istifadə  etmək,  mexaniki  vasitənin  (Ģpatel) 
köməyi  ilə  korreksiya  etmək  lazımdır.  loqoped  loqopata  ta-ta-ta-ta 
hecanın  tələffüz  etməyi  tapĢırır.  Hecaların  təkrarı  zamanı  dilin  ön 
hissəsinin arxası Ģpatellə basılıb, alt kəsici diĢlərin arxasında saxlanılır. 
Bu  zaman  ta  əvəzinə  tya  alınır,  bir  qədər  də  dil  basılırsa,  onda  tya 
əvəzinə nya hecası alınacaqdır. Ən nəhayət, Ģpatel daha dərin aparılarsa, 
onda təqlid k səsi alınacaqdır.  
2.Qammatizm-  bu  qüsur  q  səsinin  qüsurlu  tələffüzüdür. 
Tələffüzünə görə  q samiti ilə k samiti arasında, demək olar ki, heç bir 
fərq  yoxdu.  Q  samitinin  tələffüzü  zamanı  da  dilin  arxa  hissəsi  burun 
boĢluğunun yolunu tutmuĢ, yumĢaq damağa kiplənir. Sədalı küyə malik 
olan hava axını yumĢaq damaqda əmələ gəlmiĢ maneəni aradan qaldırır 
ki,  bunun  da  nəticəsində  cingiltili  q  samiti  yaranır.  Göründüyü  kimi,  k 
səsi ilə q samiti arasında elə bir fərq yoxdur, lakin cüzi bir fərq vardır ki,   
k samitinin tələffüzü zamanı səs telləri iĢtirak etmir,          q samitinin 
tələffüzündə isə iĢtirak edir.     


 
53 
Q səsinin səhv tələffüzü zamanı bəzən q d səsi ilə əvəz olunur və 
ya  Ğ  və  x  kimi  tələffüz  edilir.  Məsələn:  «dələm»-qələm,  «doz»-qoz, 
«duru»-quru, 
«daĢıq»-qaĢıq, 
«bayrağ»-bayraq, 
«papağı»-papaq, 
«Oktay»-Oqtay, «Xara»-qara və s. 
Əgər uĢaq k səsini düzgün tələffüz edə bilirsə, onda qammatizmi 
aradan  qaldırmaq  asandır,  yəni  bu  zaman  uĢağa  əyani  olaraq  q  səsinin 
düzgün  tələffüzü  göstərilməli,  onun  öz  əli  ilə  loqopedin  və  ya  özünün 
boynuna  xirtdəkdən  yuxarı  qoymaqla  səsin  tələffüzü  zamanı  xirtdəyin 
vibrasiyasının,  udlağın  ön  divarının  hərəkətini,  hava  axınının  təzyiqini 
hiss  etməsinə  Ģərait  yaradılmalıdır.  Əgər  bu  üsul  arzu  edilən  nəticəni 
verməzsə mexaniki üsuldan istifadə etmək lazımdır.  
3.Xittizm  və  paraxitizm-  x  səsinin  səs  tələffüzüdür.  X  samiti 
dilin  ön  arxası  ilə  dilçəklə  birlikdə  yumĢaq  damağın  əmələ  gətirdiyi 
novdan keçən hava xanının təsiri ilə yaranır. 
Bu  səsin  korreksiyası  zamanı  k  səsinin  artikulyasiyasından 
istifadə  etmək  lazımdır.  Bu  zaman  özünəməxsus  dil-arxa  damaq 
affrikatı  kx  alınacaqdır.  Sonra  friktiv  hissəni  ayırmaq,  alınmıĢ  təmiz  x 
səsini çalıĢmalarla möhkəmlətmək lazımdır.  
Əgər  bu  istənilən  nəticəni  verməzsə,  onda  uĢağa  sa  hecasını 
demək  tapĢırılır.  Bu  zaman  Ģpatellə  dilin  arxa  hissəsini  önə  basıb  alt 
kəsici  diĢlərin  arxasında  saxlanılır,  nəticədə,  sa  əvəzinə  Ģa  hecası 
tələffüz  edilir.  Loqoped  Ģpatellə  dili  ağıza  daha  dərinə  salıb  sa-xya-xa 
hecasını  alır.  Sonra  xa  hecası  üzərində  iĢləyib  onu  təcrid  olunmuĢ 
Ģəkildə tələffüzetmə vərdiĢi öyrədilir.  
4.Yotatizm  –  y  səsinin  qüsurlu  tələffüzü  daha  çox  məktəbəqədər 
yaĢlı uĢaqlarda təsadüf edilir və l" səsi ilə əvəz edilir. Məsələn: larpaq-
yarpaq, lumĢaq-yumĢaq, luxu-yuxu və s.  
Bu  qüsurun  aradan  qaldırılması  üçün  ən  sadə  üsul  müvəqqəti 
olaraq y səsinin i saiti ilə əvəz edilməsidir. Yəni bu zaman uĢağa ia, aia, 
io, an, oi hecalarını (i səsini bir qədər uzatmaqla) demək tapĢırılır.  
  Mexaniki  dislaliya  zamanı  qüsurun  səbəb  və  xarakterindən  asılı 
olmayaraq, uĢaqlarda düzgün tələffüz vərdiĢlərinin formalaĢması ümumi 
tələblərə  uyğun  olmalıdır.  Belə  ki,  bu  və  ya  digər  tələffüz  qüsurunun 
aradan  qaldırılması  zamanı  mütləq  ciddi  olaraq  loqopedik  iĢin 
mərhələlərinin  ardıcıllığı  gözlənilməlidir.  Bu  ardıcıllıq  aĢağıdakı  kimi 
olmalıdır.  
1.FormalaĢdırılacaq 
səsin  korreksiyasından  əvvəl  eĢitmə 
diqqətinin və fonematik qavramanın inkiĢaf etdirilməsi; 
2.Artikulyasiya gimnastikası; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə