Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

 
45 
izahla  birlikdə  dəqiq  və  tam  artikulyasiyanı  təqlid  etməklə  həyata 
keçirilir.  
Mexaniki  dislaliya  zamanı  səs  tələffüzünün  çatıĢmamazlığı 
müxtəlif cür özünü göstərir. Belə ki, bir sıra samitlərin fitli və fıĢıltılı s, 
s, z, z, Ģ, j, ç, c səslərin qüsurlu tələffüzü siqmatizm adlanır. Bu səslərin 
Azərbaycan  dilində  əvəzlənməsi,  yəni  fitli  səslərin,  fıĢıltılı  və  əksinə, 
səslər kimi tələffüz edilməsi isə parasiqmatizm adlanır.  
Siqmatizmin aĢağıdakı növləri var:  
1.Dişarası siqmatizm. 
Bu qüsur özünü uĢaqda diĢlər arasında böyük boĢluqların olması, 
fitli  və  fısıltılı  səslərin  tələffüzü  zamanı  dilin  həmin  boĢluqlara  girib, 
düzgün olmayan səsin çıxmasında göstərir.   
2.Dil-diş siqmatizmi: 
Bu  qüsur  s,  z,  Ģ  səsləri  «v»  və  «f»  kimi  tələffüz  edilir.  Bunun 
səbəbi  aĢağı  dodağın  üst  kəsici  diĢlərə  tərəf  qalxıb  dar  keçid  əmələ 
gətirməsi,  dilin  isə  s  səsinin  tələffüzü  üçün  vəziyyət  olmasıdır.  Belə 
kombinə  olunmuĢ  artikulyasiya  nəticəsində  alınan  səs  həm  f,  həm  s 
samitinin  (v  və  z)  elementlərinə  malik  olduqlarından  onlar  qulaq  üçün 
xoĢagəlməz anlaĢılmaz və qeyri-dəqiq tələffüz edilirlər.  
3.Diş siqmatizmi. 
Bu  qüsur  digərlərindən  onunla  fərqlənir  ki,  burada  fitli  səslərin 
tələffüzü zamanı dilin ucu üst və alt diĢlərin kənarlarına söykənib tıxac 
əmələ  gətirərək  gələn  hava  axınının  diĢlər  arasındakı  yarıqlardan 
keçməsinə mane olur, nəticədə s və z əvəzinə «t» və «d» səsləri tələffüz 
edilir.  
4.Fısıldayan siqmatizm. 
Siqmatizmin  bu  növündə  dilin  ucu  alt  kəsici  diĢlərdən  ağız 
boĢluğunun içərisinə dartılır, dilarxası sərt damağa doğru kəskin əyilmiĢ 
vəziyyətdə s və z səsləri Ģ və j kimi tələffüz edilir.  
5.Yan siqmatizm. 
Bu tələffüz qüsurunda fitli və fısıltılı səslər (bəzən isə digər səslər) 
iki cür ifadə edilir: 
a) dilin ucu alveollara söykənir. Dilin qalan hissəsi isə böyrü üstə, 
kənarları isə azı diĢlərin daxili hissəsinə doğru qalxıb hava axının dilin 
kənarlarından buraxır və nəticədə xırıltılı səs tələffüz edilir.  
b)  dilin  ucu  yuxarı  alveollara  dirənib,  hava  axınını  yanlardan  l 
səsinin tələffüzündə olduğu kimi buraxır.  
Qeyd  etmək  lazımdır  ki,  yan  siqmatizm  həm  birtərəfli,  həm  də 
ikitərəfli olur.  


 
46 
6.Burun siqmatizm: 
Burun  siqmatizmi  zamanı  fitli  və  fısıltılı  səslər  dilin  aĢağıdakı 
vəziyyətində tələffüz olunurlar.  
-dilin kökü qalxaraq yumĢaq damağa dirənir; 
-yumĢaq damaq bir qədər aĢağı düĢüb ağız boĢluğuna gedən yolu 
tutur; 
Hava  axını  burundan  çıxıb  tələffüz  edilən  səsə  tıntınlıq  çalarlığı 
verir; 
s, z, Ģ səsləri «x» kimi tələffüz edilir. 
Bu  səslərin  düzgün  tələffüzü  üzərində  korreksiya  iĢi  apararkən 
onların  normada  olan  artikulyasiya  vəziyyətini  dəqiq  bilmək  lazımdır, 
əks təqdirdə bu iĢin yüksək səmərəsi olmayacaqdır.  
Məlumdur ki, s-s" və z-z" səsləri diĢ samitlər qrupuna aiddir. 
S səsinin düzgün tələffüzü zamanı artikulyasiya aparatı aĢağıdakı 
kimi olur: 
-dodaqlar gələcək sait səslər vəziyyətini alır; 
-diĢlər 1 mm məsafədə yaxınlaĢmıĢ olur; 
-dilin ucu aĢağı kəsici diĢlərə dirənir; 
-dilin  arxası  əyilib  ortasında  nov  əmələ  gətirir,  hava  axını  bu 
novdan keçib kəsici diĢlərə doğru gedir; 
-dilin kənarları üst kəsici diĢlərin içəri tərəfinə söykənir; 
-damaq  pərdəsi  qalxıb  udlağın  arxa  divarına  çaxılır  və  hava 
axınını burundan çıxmağa qoymur; 
-səs telləri açılmıĢ olur.  
YumĢaq s səsinin tələffüzü zamanı dilin arxası daha çox əyilmiĢ, 
dil gərgin və ucu isə kəsici diĢlərə güclü sıxılmıĢ olur.  
  z və z" səslərinin artukulyasiyası s və s" kimidir. Lakin bu zaman 
dilin arxası bir qədər yuxarı qalxmıĢ, səs telləri yumulmuĢ və vibrasiya 
etmə vəziyyətində olur.  
S və j səslərinin artikulyasiyası isə aĢağıdakı kimi olur; 
-dilin  ucu  damağa  tərəf  qalxıb  ona  toxunmadan  keçid  əmələ 
gətirir; 
-dilin  yan  kənarları  içəridən  üst  azı  diĢlərə  sıxılır,  hava  axınını 
yanlardan çıxmağa qoymur; 
-damaq pərdəsi qalxmıĢ; 
-səs telləri açılmıĢ olur; 
Z səsinin tələffüzündə artukulyasiya üzvlərinin vəziyyəti s səsində 
olduğu  kimidir,  yalnız  səs  telləri  yumulmuĢ,  vibrasiyada,  dil  bir  qədər 
sərt damağa doğru qalxmıĢ, keçən hava axını isə zəif olur.  


 
47 
Səs  tellərinin  vibrasiyasını  uĢaq  loqopedin  xirtdəyinə  əlini 
qoymaqla hiss edə bilər.  
C və ç səslərinin düzgün artikulyasiya vəziyyəti aĢağıdakı kimidir. 
–həm  c  və  həmçinin  ç  afferikat  samitlərdir.  Bu  səslər  partlayan  t,  d 
səslərinin yuvaq Ģ və j səsləri ilə sürətli birləĢməsindən əmələ gəlir.  
C  səsinin  əmələ  gəlməsində  ikili  xüsusiyyət  özünü  göstərir:  həm 
kipləĢən  samitlərə,  həm  də  novlu  samitlərin  əlamətləri  vardır.  Yəni  c 
səsinin tələffüzü zamanı dilin ön hissəsi diĢlərin arxasına və yuvaqlara 
kipləĢir.  Lakin  əsl  kipləĢmə  diĢlərin  arxasında  olur.  Dilin  ucu  alt  ön 
diĢlərin  iç  tərəfdən  arxasına  qədər  sallanmıĢ  olur.  Dodaqlar  təxminən 
«s» samitinin tələffüzündəki vəziyyəti alır. Ağız üzvlərini və dodaqların 
bu  vəziyyətində  sədasız  hava  axınını  ağız  doĢluğuna  daxil  olaraq 
maneəni  aradan  qaldırır.  Əvvəlcə  diĢarxasında  əmələ  gəlmiĢ  kipləĢmə 
aradan qaldırılır, həmin kipləĢmə yox olarkən, yuvaqlarda əmələ gəlmiĢ 
novdan  hava  axını  keçməkdə  davam  edir.  Beləliklə  də,  c  samiti 
yaranmıĢ olur.  
Ç  samitinin  tələffüzü  də  demək  olar  ki,  c  samitində  olduğu 
kimidir, lakin onun fərqi cingiltili olmasıdır.  
Qeyd  etmək  lazımdır  ki,  siqmatizmin  aradan  qaldırılması  üçün 
loqopedlər  bir  çox  üsullardan  istifadə  edirlər.  Bu  üsullar  qüsurların 
xarakter və xüsusiyyətinə görə seçilib tətbiq edilir; 
1.DiĢarası  siqmatizm  zamanı  loqoped  diĢlərin  (alt  və  üst)  bir-
birinə yaxınlaĢıb uzun s səsini tələffüz etməyi tapĢırır.  
1.Əgər  s  səsi  lazımi  qədər  aydın  tələffüz  edilməzsə  loqoped 
mexaniki  üsula  əl  atır,  yəni  xüsusi  zond  və  Ģpatelin  ucu  ilə  loqoped 
dilinin ucu basılıb alt kəsici diĢlərin arxasına salınır. Dili bu vəziyyətdə 
saxlamaqla, uĢağa v səsinin ayrıca tələffüzü, sonra isə a, o, u, i saiti ilə 
birgə  düz  və  əks  hecalarda  (sa-so-su-si;  as-os-us-is)  tələffüz  etmək 
tapĢırılır.  Əgər  loqoped  s  səsini  düzgün  tələffüz  edirsə,  onda  z  səsinin 
tələffüzü onun üçün çətinlik törətməyəcəkdir.  
Z səsinin tələffüzü üçün loqoped s samitinin tələffüzündə səsindən 
istifadə etməyi tələb edir.  
2.Dodaq–diĢ  siqmatizmini  aradan  qaldırmaq  üçün  loqoped 
loqopata  s  səsini  dodaqları  aralayıb  kəsici  diĢlərin  kənarlarını 
göstərməklə  (güzgüdə  göstərməklə)  tələffüz  etməyi  tapĢırır.  Əgər  uĢaq 
bunu  elə  bilməzsə,  loqoped  onun  alt  dodağını  saxlayıb  və  bununla  da 
kəsici  diĢləri  açaraq  s  səsini  tələffüz  etməyi  tələb  edə  bilər.  Sonra  isə 
ayrılıqda tələffüz edilirsə, loqoped mexaniki köməkdən istifadə etməklə, 
(alt  dodağı  barmağı  ilə  saxlamaqla)  saitlərlə  birgə  tələffüz  etməyi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə