Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   64

 
69 
Poltern  (dilin  dolaĢması)-fasiləli  nitq  tempi  ilə  səciyyələnən 
patoloji  sürətli  nitqdir.  Yaranma  səbəbləri:  anadangəlmə  inkiĢaf 
anomaliyaları. Poltern zamanı nitq eyni vaxtda səthi və abstrakt səciyyə 
daĢıyır,  mənaca  aydın  deyil,  artikulyasiyasında  pozulmalar  müĢahidə 
olunur.  Burada  daxili  təfəkkürdə  qarĢılığı  əks  etdirən  sintaktik 
pozğunluq və aqramatizmin elementləri aĢkar olunur.  
Poltern bir neçə qrupa ayrılır:  
I  qrup-hərəkəti  pozğunluqlu,  simptomları.  Sürətli  nitq  və  nitq 
səslərinin artikulyasiyasındakı əyintilər; 
II  qrup  –  sensor  pozğunluqlarla,  simptomlar  lazımi  sözlərin 
tapılmasındakı çətinliklər, eĢitmə diqqətinin pozulması;  
III 
qrup 
–lazımi  lüğət  ehtiyatına  baxmayaraq  nitqin 
formalaĢdırılmasındakı çətinliklər; 
IV  qrup  –  sözlərin  seçilməsində  və  yaxud  ümumi  nitqin 
formalaĢdırılmasında  daima  çətinlikləri  əks  etdirən,  ayrı-ayrı  saitlərin 
uzadılması ilə kəsiĢən dilin dolaĢması.  
 


 
70 
KƏKƏLƏMƏNİN TƏSNİFATI VƏ KƏKƏLƏYƏN 
UŞAQLARIN MÜAYİNƏSİ 
 
Demək  lazımdır  ki,  kəkələmənin  təsnifatında  daha  çox  uĢaqların 
məktəbə qədər və məktəb yaĢı dövrləri hesaba alınır.  
Kəkələmənin  təsnif  edilməsi  cəhdi  ilk  dəfə  1937-ci  ildə 
edilmiĢdir.  Bu  təsnifat  etimoloji  əlamətlərlə  pozulmanın  kliniki 
mənzərəsinin  nəzərə  alınması  ilə  aparılaraq  4  qrup  kəkələmə 
fərqləndirilmiĢdir.  
1.Nitqdə  iĢtirak  edən  orqanların  struktur  və  funksiyasında 
anomaliyalarla müĢayiətedici kəkələmə; 
2.Solaxaylıqla bağlı kəkələmə; 
3.Təqlidlə əlaqədar kəkəlmə; 
4.Emosional  pozulma  və  emosional  dəyiĢikgənliklə  müĢayiət 
edilən kəkələmə; 
5.Loqofobiya, naqislik hissi. 
Anatomik-fizioloji  əlamətlərə  görə  kəkələmə  E.S.Nikitina  və 
M.F.Brune (1939) tərəfindən iki qrupa ayrılır.  
1.Pallidar  sindromlu  uĢaqlar  –  uĢaqda  bu  zaman  psixoloji-fiziki 
lənglik,  Ģəxsiyyət  pozulmaları,  ətraf  aləmlə  əlaqə  yarada  bilməmək, 
qaĢqabaqlıq, oyunlarda iĢtirak etməmək üçün hallar müĢahidə olunur: 
2.Striar  sindromlu  uĢaqlar.  Belə  uĢaqlara  psixo-fiziki  lənglik, 
əsəb-psixi pozulmalar xasdır. UĢaqlar çox mütəhərrik, çox asan əlaqəyə 
girən, kəkələməkdən utanmayan olurlar.  
Kəkələmənin  kliniki  cəhətdən  təsnifatı  V.S.Koçergina  (1959), 
N.A.Vlasova (1958) və baĢqalarının elmi əsərlərində əks olunmuĢdur.  
Məsələn,  V.S.Koçergina  kəkələmə  nəticəsində  davranıĢlarında 
pozulmalar olan uĢaqları bir qrupda, erkən yaĢ dövründə davranıĢlarında 
pozulmaların onların Ģəxsi fərdi keyfiyyətləri olan uĢaqları, ikinci qrupa 
yüksək  oyanması  olan,  ana  bətnində  mənfi  təsirə  məruz  qalan,  döğüĢ 
travmaları  alan,  somatik  və  yoluxucu  xəstəliklərə  yoluxan  uĢaqları  isə 
üçüncü  qrupa,  ən  nəhayət,  ağır  nevroz  əlamətləri  və  isterik  reaksiyaya 
meyilli olan uĢaqları isə dördüncü qrupa aid etmiĢdir. 
N.A.Vlasova  və  E.N.GertsenĢteynin  təsnifatı  isə  ilk  növbədə 
kəkələmənin formaları (tonik, klonik və bəzi etiloji faktorların, ikincili 
psixi  simptomların  loqopedik  təsirin  səviyyəsinin  hesaba  alınması  ilə 
aparılmıĢdır.  
A.F.ġeltinq kiçik məktəblilərin kəkələməsinin tədqiq edilməsində 
özünün  tərtib  etdiyi  təsnifata  əsaslanır.  Bu,  təsnifata  görə  kəkələmə 


 
71 
motorikanın  inkiĢafının  ləngiməsi  fonunda,  nitqin  ləngiməsi  fonunda, 
alaliya ilə bağlı, ümumi zəifliyin olması, əzələ zəifliyi, yüksək əsəbilik, 
çox vaxt isə, dislaliya ilə nevrotik tipdə fərqləndirilir.  
1928-ci  ildə  M.E.ġubert  epilentoid  psixopatlarda,  (astenik  bədən 
quruluĢlu  xəstəliklərdə  (astenik-atletik  tipdə)  Sizoid  Ģəxslərdə,  isterik 
xəstələrdə və sikloid komponentli Ģəxslərdə kəkələməni tədqiq etmiĢdi.  
M.S.Lebedinskaya,  F.R.Yanoviç  və  Q.P.Platonova  1960-cı  ildə 
nevrozun  müxtəlif  formalarında:  psixopat  və  Ģəxsiyyətin  pataloji 
inkiĢafı  olan  Ģəxslərdə;  mərkəzi  sinir  sisteminin  müxtəlif  üzvü 
zədələnmələrində;  kəkələməni  araĢdırmıĢlar.  Kəkələyən  uĢaqların 
müayinəsi  kompleks  (loqoped,  okulist,  nevropatoloq  və  psixoloqla) 
digər  mütəxəssisləri  də  bura  cəlb  etməklə  (pediatr,  terapevt,  psixiatr, 
otolorinqoloq, okulist və baĢqaları) aparılır. Kəkələmənin müayinəsinin 
əsas  məzmununa  analinestik  məlumatlar,  pedaqoji,  psixoloji  və  tibbi 
sənəldər, kəkələyən uĢağın özünün tədqiqi aiddir.  
Valideynlərin  söhbətindən  loqoped  daha  vacib  olanları--ailə 
mühiti, ailədə münasibətlər, uĢağın ümumi nitq və motorika inkiĢafının 
gediĢi barədə məlumatları toplayır.  
UĢağın  prediatal  (doğuĢdan  əvvəl)  mərhələdə  inkiĢafı,  ananın 
uĢağı  doğarkən  yaĢı  (35  yaĢa  qədər  və  ya  yuxarı),  onun  əsəb-psixi 
sağlamlığı, atanın və ananın hamiləlik dövründə keçirdikləri xəstəliklər 
daha  qiymətli  məlumatlar  hesab  edilir.  Ata  və  ananın  uĢağın 
doğulmasına  qədər  ki,  sağlamlığı  haqqında  məlumatlar  uĢağın  somatik 
və  əsəb-psixi  səviyyəsinin  pozulma  hallarını  aĢkarlamağa  kömək  edir. 
Bətndaxili  inkiĢaf  zamanı  mənfi  amillərin  təsirinin  öyrənilməsi  uĢağın 
nitq inkiĢafında dolayısı təsirini müəyyən etməyə Ģərait yaradır.  
UĢağın  natal  və  postnatal  inkiĢaf  mərhələlərində  müxtəlif  mənfi 
amillərin  olması,  pozulmaların  aĢkarlanması  kəkələmənin  etilogiya  və 
patogenezinin tam açıqlanması kömək edir.  
Valideynlərlə  söhbətlərdə  uĢağın  nitq  inkiĢafı  haqqında 
məlumatlar  da  dəqiqləĢdirilir.  Bu  zaman  loqoped  uĢaqda  ilk  səslərin 
tələffüzü, qığıldama, ilk sözlərin, ifadələrin nə vaxt yaranması haqqında, 
onun  nitq  sürəti  ətrafdakılarla  ünsiyyətə  girməsi  barədə  dəyərli 
məlumatlar  alır.  kəkələməni  patoloji  müxtəlif  cinsli  qruplar  kimi 
araĢdıran tədqiqatlar. (N.M.Asatiani, V.Q.Kazakov və baĢqaları) 4 qrup 
kəkələyənin olmasını qeyd edirlər.  
1.Müxtəlif  gənəzisli  mərkəzi  sinir  sisteminin  üzvü  pozulmasının 
resedual halı:  
2.Nevrotik pozulmalar: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə