Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   64

 
72 
3.Psixopatiya: 
4.Süst proqrediyent Ģizofreniya. 
Beləliklə də, kəkələmənin təsnifatı müxtəlif mövqelərdən aparılsa 
da,  hər  birinin  özünəməxsus  elmi  əsasları  olduğu  üçün,  doğru,  düzgün 
hesab  edilməlidir.  Kəkələmənin  yayılması  yaĢ,  cins,  fəaliyyət  növü, 
yaĢayıĢ yeri və digər faktorlarla Ģərtlənir.  Kəkələmə daha çox 2 yaĢla 4 
yaĢ  arasında,  nitqin  funksional  sistemlərnin  intensiv  inkiĢaf  etdiyi  və 
uĢaq  Ģəxsiyyətinin  formalaĢma  mərhələsində  baĢ  verir.  Sonra 
kəkələməyə  meyl  tədricən  aĢağı  düĢür  və  on  ildən  sonra  (4  yaĢdan  14 
yaĢa qədər) yenidən baĢ qaldıra bilər. 
Pubertat  yaĢa  qədər  olan  mərhələdə  kəkələyən  uĢaqların  sayı 
resedivlər  nəticəsində,  məktəbə  getmək  ərəfəsində  arta  bilər. 
Kəkələmənin  belə  artması  fəaliyyətin  dəyiĢməsi  (onun  əvəzinə  təlim), 
uĢağa  verilən  tələblərin  yüksəkliyi  ilə  bağlı  olur.  Kəkələmənin 
Ģiddətlənməsi cinsi yetiĢkənlik dövründə də mümkündür.  
Qeyd  etmək  lazımdır  ki,  kənd  yerlərində  yaĢayan  uĢaqlarda, 
Ģəhərdə  yaĢayan  həmyaĢıdlarından  fərqli  olaraq  kəkələmə  çox  az  rast 
gəlinir.  Belə  ki,  Ģəhər  yerinin  daha  çox  gərgin,  emosional  cəhətdən 
zəngin olması kəkələməni artıran səbəblərdən biridir. Bu fikirlərə yaxın 
olan  iqlim  Ģəraitinin  də  kəkələməni  Ģərtləndirməsi  haqqında  (xüsusilə 
yaz və payız fəsillərində) maraqlı mübahisələr də vardır.  
UĢağın  nitq  mühiti  haqqında  (valideynlərin,  ya  da  yaxın 
qohumların  kəkələməsi,  sürətlə  danıĢması  və  s.  məlumatların  alınması 
çox vacib iĢlərdən biridir. Bundan əlavə loqoped uĢağın ailədə tutduğu 
mövqe,  ona  münasibət  və  nəzarətin  olması  barədə  (uĢağın  ərköyün 
saxlanması  və  ya  mehribanlığı,  uĢağın  nitqinə  diqqətin  yetirilməsi, 
düzgün nitq tərbiyə etmək üçün valideynlərin köməyi və s.) məlumatlar 
toplayır.  Kəkələmənin  nə  vaxt,  necə,  hansı  Ģəraitdə  baĢ  verdiyini, 
kəkələmənin  səbəblərinin  araĢdırılması,  kəkələmə  zamanı  yaranan 
hərəkətlərin olub-olmaması, kəkələmənin nə vaxt daha da Ģiddətlənməsi 
və  buna  səbəb  olan  amillərin  və  sairədə  loqoped  tərəfindən 
öyrənilməlidir.  
Bütün 
yuxarıda 
göstərilən 
məlumatların 
toplanılması, 
araĢdırılması  hər  bir  konkret  kəkələyən  Ģəxs  üçün  müalicə-pedaqoji 
təsirin  əsas  formasını  müəyyən  etməyə  imkan  verir.  UĢaqda 
müĢayətedici  hərəkətlərin  olması  hərəkət  çalıĢmalarının,  hətta  xüsusi 
müalicəvi bədən tərbiyəsi məĢğələlərinin keçirilməsini vacib edir.  
Kəkələyən  uĢaqda  psixoloji  xüsusiyyətlərində  özünü  göstərməsi 
loqopeddən aĢağıdakı təsir vasitələrini planlaĢdırmağı tələb edir: 


 
73 
--öz qüsuruna diqqətin cəmlənməsinə imkan verməmək; 
--onun özünə olan münasibəti köklü dəyiĢdirmək; 
--özünün düzgün nitqini eĢidə bilmək bacarığını inkiĢaf etdirmək. 
UĢaq  haqqında  bütün  məlumatların  dəqiqləĢdiril-məsindən  sonra 
kəkələyənlərin nitq və nitq proseslərinin birbaĢa öyrənilməsilə baĢlanır. 
Onun motorika, təqlidetmə, impressiv və ekspressiv nitqi, oyun və təlim 
fəaliyyəti, Ģəxsiyyət xüsusiyyətləri diqqətlə araĢdırılır.  
Qeyd  etmək  lazımdır  ki,  kəkələyən  uĢaqların  korreksiya  tərbiyə 
təsiri  proseslərinin  ilkin  (uĢağın  nitqi  məktəbdə  olduğu  birinci  ayı 
ərzində  və  ya  kəkələyən  uĢaqlar  üçün  sanatoriya,  ya  da  məktəbin 
loqopedik  məntəqəsində  ilk  iki  həftəsində)  və  ya  tədqiqi  fərqləndirilir. 
UĢaqların  öyrənilməsi  üçün  Ģəkillərdən,  Ģer,  nağıl  kitabçalarından, 
oyuncaqlardan  istifadə  edirlər.  Nitq  müayinəsinin  konkret  vəzifələri 
aĢağıdakılardan ibarətdir:  
Nitq qıcolmalarının yerini və formasını müəyyən etmək; 
--kəkələmənin tezliyinin  və  kəkələyənlərin  mühafizə edilmiĢ  nitq 
imkanlarının müəyyənləĢdirilməsi; 
--nitq pozulmalarının müĢayiəti, hərəkət pozulmaları; 
--kəkələyənlərin  öz  nitqlərinə  münasibəti,  onlarda  psixoloji 
xüsusiyyətlərin olması; 
Qıcolmaların  yeri  (tənəffüs,  səs,  artikulyasiya  və  qarıĢıq)  və 
onların  forması  (klonik,  tonik  və  qarıĢıq)  görmə  və  eĢitməyi  ilə  
müəyyənləĢdirilir. Kəkələyən Ģəxslərdə onun tezliyi loqoped üçün daha 
maraqlıdır.  Bunun  müəyyənləĢdirilməsi  ldoqopedə  nitqin  mühafizə 
edilmiĢ  sahələri  haqqında  fikr  söyləməyə  imkan  verir.  məhz,  bunun 
aydınlaĢdırılması  uĢaqda  aparılan  nitq  məĢğələlərinin  uğurlu  olmasını 
müəyyənləĢdirə  bilər.  Sərbəst  nitqin  səviyyəsinin  araĢdırılması,  onun 
nitq 
müstəqilliyinin 
müxtəlif 
dərəcələrində 
kəkələmənin 
paroksizmlərinin özünü göstərməsindən asılı olaraq baĢlanır. Kəkələyən 
uĢaqla dostları, valideynləri və maraqları olanlarlr söhbətlərdə onun nitq 
halları  və  nitq  qıcolmalarının  xüsusiyyətləri  aĢkara  çıxarılır.  Bunu 
müəyyən etmək üçün uĢağa Ģəkil üzrə danıĢıq, hər hansı bir hadisə və ya 
oxunmuĢ  mətn  haqqında  danıĢmaq  tapĢırılır.  Sonra  sadə  və  mürəkkəb 
ibarələri  təkrar  etmək  və  birgə  tələffüz  etmək  yolu  onda  əksedilmə  və 
birgə nitqin vəziyyəti öyrənilir.  
Kəkələyən  uĢaqların  sərbəst  nitq  səviyyəsi  yalnız  onun 
müstəqilliyinin  müxtəlif  səviyyəsindən  asılı  olmayıb,  həm  də  nitqə 
hazırlanmasından çox asılıdır. Loqoped nitq qıcolmalarının baĢ verməsi 
hallarını  izləmək  üçün  mütləq  uĢağın  ayrı-ayrı  səsləri  –sözləri, 


 
74 
mürəkkəb  və  ya  ibarələri  necə  tələffüz  etməsini  tələb  etməlidir.  Nəql 
edilmiĢ  material  əsasında  nitq  qıcolmalarının  nə  vaxt  yalnız  nəql 
etməsinin əvvəlində, ibarənin baĢlanğıcında, ayrı-ayrı söz və ya səslərdə 
özünü  göstərməsini  müĢahidə  etmək  olar.  Eyni  zamanda  nitq 
qıcolmalarının  nitqin  ucalıq  səviyyəsindən  asılılığı  da  aydınlaĢdırılır. 
Bunu  aydınlaĢdırmaq  üçün  müayinə  edilən  uĢağa  asta,  hündürdən  və 
pıçıltı ilə danıĢmaq təklif edilir.  
Kəkələyən  uĢağın  ilkin  müayinəsi  zamanı  loqoped  onda 
müĢyiətedici  nitq  və  hərəkət  pozulmalarının  olub-olmamasına  diqqət 
yetirməlidir.  MüĢayiətedici  nitq  və  hərəkət  pozulmaları  dedikdə 
kəkələyən uĢaqların öz nitqlərində lazımsız səs və ya səslərin iĢlədilməsi 
və  müxtəlif  yardımçı,  iradi  və  qeyri-iradi  hərəkətlərin  (danıĢarkən 
ayağını  yerə  bərk  vurmaq,  əl-qol  atmaq,  göz  qırpmaq  və  s.)  olması 
nəzərdə  tutulur.  Belə  uĢaqların  oyun  fəaliyyətini  tədqiq  edərkən 
kəkələyən  Ģagirdldərin  oyun  fəallığı,  emosional  vəziyyəti,  oyundaĢları 
ilə qarĢılıqlı əlaqəsi, oyunun xarakteri nəzərə alınmalıdır.  
Təlim  fəaliyyətinin  öyrənilməsində  xüsusi  diqqət  onların  dərsdə 
nitqin hansı formalarından istifadə məsələlərinə yönəldilməlidir.  
Müayinə  zamanı  uĢağın  psixoloji  xüsusiyyətləri,  xüsusilə  öz 
qüsuruna  xəstənin  diqqət  və  nəzərindən  qaçmamalıdır.  UĢaqların 
psixoloji  xüsusiyyətləri  barədə  əsas  məlumatı  valideynlərlə  söhbət 
zamanı  almaq  olar.  Loqoped  uĢağın  onu  əhatə  edənlərlə  münasibəti 
haqqında  məlumatları  dəqiqləĢdirir  və  öz  qüsuruna  verdiyi  qiymət 
(özünün  nitq  qüsuru  haqqında  məlumatı  varmı,  buna  münasibəti 
necədir),  müdafiə  reaksiyasının  (incimə,  utancaqlıq,  maskalanma,  nitq 
ünsiyyətindən  imtina  və  s.)  olması,  müayinə  zamanı  nitq  davranıĢı 
(köməyə  ehtiyac  duyulması,  öz  qüsurunun  aradan  qaldırılmasına  fəal 
səyin  olması  nitq  məĢğələlərinə  laqeydlik,  məĢğələlərin  mənasızlığı  və 
s.) məsələlərini aydınlaĢdırır. Kəkələyən uĢaqların müayinəsi korreksiya 
kursu  boyunca  davam  edir.  Psixoloqo-pedaqoji  və  tibbi  sənədlərin 
öyrənilməsi  və  kəkələyən  uĢaqların  oyun,  təlim  situasiyalarının 
eksperiment  yolu  ilə  modelləĢdirilməsi,  psixodiaqnostk  metodlardan 
istifadə  etməklə  (Pasax  metodu,  «Test-konflikt»  metodu,  psixi  və 
motorika  funksiyalarının  test,  FAT  və  s.)  psixoloji  xüsusiyyətlərin 
aĢkarlanması  loqopedə  düzgün  korreksiya  iĢini  təĢkil  etməyə  kömək 
edir.  
Beləliklə  də,  aparılan  müayinə  zamanı  aĢağıdakı  məsələlər 
aydınlaĢdırılır:  Kəkələmənin  formaları  (tonik,  klonik  və  qarıĢıq), 
qıcolmaların  növü  (tələffüs,  səs,  artikulyar  və  qarıĢıq),  kəkələmənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə