Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

 
94 
EŞİTMƏ QÜSURLU UŞAQLARDA 
NİTQ QÜSURLARI 
 
Müasir  dövrdə  ümumtəhsil  məktəblərinin  Ģagird  kontingenti 
arasında eĢitmə qüsuru olan uĢaqlar da az deyildir.  
Belə  uĢaqlar  öz  həmyaĢıdlarından  nitqlərində  olan  müəyyən 
qüsurların  olması  ilə  fərqlənirlər.  EĢitmə  qüsurlu  uĢaqlarda  lüğət 
ehtiyatının az olması, qrammatik formaların dərk edilməsi, cümlə qura 
bilməməsi  kimi  pozğunluqların  olması  onları  əhatə  edənlərlə  ünsiyyət 
qura bilməməsinə gətirib çıxarır.  
Məlumdur  ki,  uĢağın  inkiĢafında  eĢitmənin  rolu    çox  böyükdür. 
UĢaq  böyüklərin  nitqini  eĢidir,  onu  təqlid  edərək  müstəqil  danıĢmağı 
öyrənir. EĢitmə həmçinin uĢağın intellektual inkiĢafına çox böyük təsir 
göstərir: yaĢlıların verdiyi izaha qulaq asaraq o, ətraf aləmlə tanıĢ olur 
və gerçəkliyi qavramağı, dərk etməyi öyrənir.  
EĢitmə  ilə  uĢaq  öz  nitqinə  nəzarət  edir  və  onu  baĢqalarının  nitqi 
ilə  müqayisə  edir.  Beləliklə  də,  o,  düzgün  səs  tələffüzünü  qavramaqla 
yanaĢı,  dilin  leksik  –qrammatik  quruluĢuna  da  yiyələnir.  Sonralar  isə 
fiziki  eĢitmə  uĢaqların  savad  təlimində,  oxu  və  yazı  vərdiĢlərinə 
yiyələnmə  üçün  əsas  Ģərtlərdən  birinə  çevrilir.  UĢağın  eĢitmə 
funksiyasının normal inkiĢaf prosesini bir neçə mərhələyə ayırmaq olar:  
a)  doğulduqdan  sonra  ilk  saatlarda  uĢaq  hər  hansı  bir  sadə  səsə 
reaksiya  verir.  Belə  ki,  bu  zaman  onun  nəbzi  tez-tez  vurur,  nəfəs  alıb 
vermə aktı sürətlənir, əmmə hərəkətlərdə dəyiĢmələr baĢ verir.  
b)  3  ayında  uĢaqlarda  səsi  ucalığına  və  tembrinə  görə 
fərqləndirmə bacarığı formalaĢır. 
v)  10-11  ayında  ritminə  və  intonasiyasına  görə  söz  və  ifadələri 
fərqləndirmək bacarığı formalaĢır.  
q)  UĢaqda  nitqin  yaranması  ilə  eĢitmə  funksiyasının  daha  da 
inkiĢaf  etməsi,  nitqin  səs  tərkibinin  qavranılması,  doğma  dilin  bütün 
səslərinin eĢitmə ilə fərqləndirməsi mərhələsi baĢlanır.  
Qeyd etmək lazımdır ki, eĢitmə qüsurlarının təsnifi əsasən eĢitmə 
funksiyasının  pozulması  və  nitqin  vəziyyəti  ilə  müəyyənləĢir.  Bu 
baxımdan eĢitmə qüsuru 2 cür olur:  
1)Karlıq-eĢitmənin  ən  ağır  pozulmasıdır.  Tam  karlıq  çox  az 
hallarda  müĢahidə  edilir.  Bu  zaman  nitqin  aydın  qavranılması  qeyri-
mümkün olur. Karlıq anadangəlmə və qazanılma olur.       
anadangəlmə  karlıq  çox  az  təsadüf  edilir.  Anadangəlmə  karlığın 
səbəbləri bunlardır.  


 
95 
1.Bətndaxili mərhələdə eĢitmə orqanının düzgün inkiĢaf etməməsi 
(irsliyin təsiri) nəticəsində karlığın baĢ verməsi. 
2.Ananın  hamiləlik  vaxtında  zərərli  faktorların  dölün  inkiĢafına 
mənfi  təsir  göstərməsi  nəticəsində  karlıq  yaranır.  Zərərli  faktorlarla 
yoluxucu  xəstəlikləri,  fiziki  və  mənəvi  travmaları,  streptomesinlə 
müalicəni,  alkoqol  və  s.  misal  göstərmək  olar.  Qazanılan  karlıq  daha 
çox  daxili  qulağın  və  eĢitmə  sinirlərinin  zədələnməsi,  müxtəlif 
xəstəliklər:  meningit,  qızılca,  skarlatina,  qrip  və  digər  xəstəliklər 
nəticəsində  iltibah  proseslərindən  sonra  baĢ  verir.  Karlığın  baĢ  vermə 
zamanından asılı olaraq 2 yerə ayrılır: nitqin inkiĢafdan əvvəlki mərhələ 
və sonradan yaranmıĢ karlıq (nitqin formalaĢmasından sonra baĢ vermiĢ 
karlıq). 
 2.Ağır  eĢitmə  nitqi  eĢitmə  ilə  qavranmaqda  çətinliyin  olması: 
Əgər  karlıq  zamanı  nitqin  qavranılması  qeyri-mümkündürsə,  ağır 
eĢitmədə  xüsusi  Ģərait  yaradılırsa  səsin  hündürlüyü  xüsusi  səs 
gücləndiricilər vasitəsi ilə nitqin qavranılması artır.  
1)Orta qulağın kəskin və xroniki iltihabı nəticəsində orta qulaqda 
patoloji  dəyiĢmələr:  təbil  pərdəsinin  çapıqları,  bitiĢmələri,  təbil 
pərdəsinin və eĢitmə sümükləri zəncirinin mütəhhərrikliyinin pozulması; 
2)Burun  və  burun-boğaz  yollarının  xroniki  xəstəlikləri  məsələn: 
adenoid bitiĢmələri. 
3)Yoluxucu  xəstəliklər:  skarlatina,  qrip,  qızılca,  məxmərək, 
meningit və s.  
4)RüĢeym  mərhələsində  eĢitmə  orqanının  anadan  gəlmə 
anomaliyaları. 
5)AğıreĢitmə 
müxtəlif 
dərəcələrdə-nəzərəçarpmayan 
zəif 
pıçıltının eĢitmə ilə qavranılmamasından ta uca danıĢığı eĢitməyənədək 
özünü  göstərir.  UĢaqda  eĢitməmənin  pozulmasını  sadə  metodlarla 
müəyyən  etmək  olar.  Məsələn,  pıçıltı  və  adı  hündürlüklə  danıĢıqdan 
istifadə  etməklə  yoxlamaq  olar.  Adi  Ģəraitdə  eĢitmə  nisbi  sakitlikdə 
pıçıltının qavranılması 6-7 metr məsafədə norma hesab edilir.  
Əgər  uĢaq  deyilmiĢ  sözü  inamsızlıqla  təkrar  edərsə  onda  1  m 
məsafəyə  yaxınlaĢmaq  lazımdır.  Sonra  isə  uĢağın eĢitdiyi  məsafə  qeyd 
edilir. Əgər uĢaq sözlərin hər birini eĢitmirsə, onda sait və samitləri: m, 
n,  r,  q,  g,  y,  o  (uĢağı  tezliklə);  Ģ,  f,  v,  i,  e  yüksək  tezliklə  qavrama 
bacarığı  müəyyənləĢdirilməlidir.  Müayinə  zamanı  uĢağın  ümumi 
vəziyyəti; yorğunluğu, diqqəti, tapĢırığı yerinə yetirmə hazırlığı hökmən 
nəzərə  alınmalıdır.  Əgər  uĢaq  Ģifahi  nitqə  malik  deyilsə  və  sözlü 


 
96 
tapĢırıqları baĢa düĢürsə, onda təbil, Ģeypur və səslənən  oyuncaqlardan 
istifadə etmək məsləhət görülür.  
Loqoped  uĢağın  eĢitməsinin  müayinəsi  zamanı  elə  etməlidir  ki, 
uĢaq müəyyən bir iĢlə məĢğul olsun (Ģəkilli kitaba baxsın, oyuncaqları 
ilə oynasın), yalnız bu vəziyyətdə uĢaqların səs siqnallarını dodaqdan və 
ya müəyyən hərəkətlərdən baĢa düĢməsini öyrənmək olar. VerilmiĢ hər 
bir  səs  siqnalına  uĢağın  reaksiyası  mütləq  diqqətlə  qeyd  edilməlidir: 
uĢaq qulaq asır, baĢını səs gələn istiqamətə çevirir, səsə  heç bir diqqət 
vermir  və  s.  Ağır  eĢidən  uĢaqların  nitqinin  vəziyyəti  müxtəlif 
səbəblərdən asılıdır. Bunlar aĢağıdakılardır: 
1.EĢitmənin zəifləmə dərəcəsi – UĢaq nə qədər pis eĢidərsə, bir elə 
də pis danıĢar.  
2.EĢitmə qüsurunun əmələ gəlmə zamanı –əgər eĢitmə 3 yaĢından 
pozulubsa,  uĢaqda  lüğət,  tələffüz  və  qrammatik  quruluĢ  çatıĢmamazlığı 
olan ibarəli nitq ola bilər. Əgər eĢitmə məktəb yaĢı dövründə pozulubsa, 
onda  belə  uĢaqda  düzgün  qurulmuĢ  cümləli  nitqə  cingiltili  səslərin 
karlaĢması,  vurğusu  aydın  olmayan  hecaların  tələffüzü,  səlis  olmayan 
artikulyasiya  və  s.  müĢahidə  edilir.  Erkən  yaĢ  dövründə  eĢitmənin 
pozulması nitqin çox ağır qüsurlarının yaranmasına səbəb olur.  
3.EĢitmə  qüsurunun  törənməsindən  sonra  uĢağın  inkiĢaf  etdiyi 
Ģərait: vaxtında baĢlanmıĢ korreksiya iĢi yaxĢı nəticələr verir.  
4.Zəif  eĢidən  uĢağın  psixi  və  fiziki  vəziyyəti  somatik  cəhətdən 
zəif  və  psixi  inkiĢafdan  müvəqqəti  geri  qalan  uĢaqlarda  nitqin 
formalaĢması nəticəsində ümumi nitq inkiĢafsızlığı baĢ verir. Göstərmək 
lazımdır  ki,  kiçik  yaĢlardan  eĢitməsi  pozulmuĢ  uĢaqların  çox  böyük 
hissəsində  nitq  sisteminin  bütün  komponentlərinin  inkiĢafdan  qalması 
müĢahidə  olunur.  Belə  ki,  eĢitmə  ilə  sözləri  fərqləndirə  bilməyən 
uĢaqlarda  lüğətin  kasadlığı,  sözlərin  mənasının  baĢa  düĢülməməsi, 
sözlərin  təhrif  edilmiĢ  tələffüzü,  cümlə  qurmaq  çətinliyi  və  digər 
çətinliklərin olması, onların nitqini anlaĢılmaz edir. Bundan əlavə qeyd 
etmək  lazımdır  ki,  çoxmənalı  sözlərin  yalnız  bir  mənada  iĢlənilməsi, 
tam və ya əĢyanın hissələrinin adlarının bir adla adlandırılması, əĢyanın 
adı ilə hərəkət arasında fərqin dərk edilməməsi, qarıĢdırılması, köməkçi 
sözlərin, demək olar ki, heç iĢlənməməsi və sözlərin konkret mənası ilə 
məcazi mənasının qavranılmaması belə uĢaqların nitqi üçün xarakteridir. 
Məhz, 
göstərdiyimiz 
qüsurlara, 
nitqin 
qrammatik 
cəhətdən 
formalaĢmasına görə eĢitmə pozğunluqlu uĢaqların nitqi normal inkiĢaf 
edən həmyaĢıdlarının nitqindən əsaslı surətdə fərqlənir. Belə ki, sözlərin 
eĢitmə  ilə  qavranılmaması,  söz  sonluqlarının  (Ģəkilçilərin)  aydın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə