Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil


İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNDƏ OXU VƏ  YAZI



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

 
104 
İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNDƏ OXU VƏ  YAZI 
QÜSURLARININ KORREKSİYASININ 
 ƏSAS İSTİQAMƏTLƏRİ 
 
Qeyd  etmək    lazımdır  ki,  ibtidai  sinif  Ģagirdlərindən  oxu  və  yazı 
qüsurlarının  özünü  göstərmə  mexanizmi  demək  olar  ki,  eyni  olduğu 
üçün  onların  aradan  qaldırılması  üçün  istifadə  edilən  metodlar, 
korreksiya-loqopedik iĢdə də çoxlu ümumi cəhətlər vardır.  
Bunlara ayrı-ayrılıqda nəzər salaq: 
1.Fonematik 
disleksiya, 
artikulyar-akustik 
disqrafiya 
və 
fonemlərin  tanılmasının  pozulması  əsasında  baĢ  verən  disqrafiya 
qüsurlarının  aradan  qaldırılması  üçün  fonematik  qavramanın  inkiĢaf 
etdirilməsi.  
Bu,  əsasən  səslərin  fərqləndirilməsinin  dəqiqləĢdiril-məsi  və 
möhkəmləndirilməsi üçün aparılan xüsusi loqopedik iĢdir və o müxtəlif 
analizatorlardan: nitq-eĢitmə, nitq-hərəkət, görmə və s. istifadə etməklə, 
onlarla əlaqəni təĢkil edir.  
  EĢitmə-tələffüz  differensiasiyanın  təkmilləĢdirilməsi  üzərində 
aparılan  iĢ  o  zaman  daha  yaxĢı  nəticə  verər  ki,  bu  fonematik  təhlil  və 
tərkib proseslərinin inkiĢafı ilə sıx əlaqəli Ģəkildə həyata keçirilir.  
Loqopedik  iĢ  zamanı  ibtidai  sinif  Ģagirdlərinə  səslərin 
fərqləndirilməsi  üzrə  aparılan  iĢlə  yanaĢı,  həm  də  fonematik  təhlil  və 
tərkib proseslərinin formalaĢması və inkiĢafına aid çalıĢmalar da təĢkil 
edilməlidir.  
ġagirdlərin tez-tez qarıĢdırdığı səslərin fərqləndirilməsi üzrə təĢkil 
edilən loqopedikk iĢ 2 mərhələdə aparılır: 
a) hər bir qarıĢdırılan səs üzrə aparılan iĢin ilkin mərhələsi;                            
  b)  qarıĢdırılan  səslərin  eĢitmə  və  tələffüzlə  fərqləndirmə 
mərhələsi.  
Birinci mərhələdə qarıĢdırılan hər bir səsin ardıcıl olaraq tələffüz 
və eĢitmə surətləri dəqiqləĢdirilir. Bu iĢ göstərilən planla aparılır:  
1.Görmə, 
eĢitmə,  taktil  qavramasına  əsaslanaraq  səsin 
artikulyasiya və səslənməsinin dəqiqləĢdirilməsi; 
2.Səsin heca fonunda seçilməsi; 
3.Səsin  sözdə  varlığının  və  yerinin  (əvvəldə,  ortada,  sonda) 
müəyyənləĢdirilməsi; 
4.Cümlə və mətnlərdən onun seçilməsi.  
II  mərhələdə  qarıĢdırılan  səslər  tələffüz  və  eĢidilmə  əsasında 
müqayisə edilir. Səslərin differensiasiyası hər bir səsin eĢidilmə tələffüz 


 
105 
xüsusiyyətlərinin  dəqiqləĢdjirilməsi  üzrə  aparılan  iĢdəki  ardıcıllıqla 
aparılır.  Amma  burada  əsas  məqsəd  həmin  səslərin  fərqləndirilməsi 
olduğundan  istifadə  edilən  nitq  materialı  qarıĢdırılan  səslərdən  ibarət 
olan sözlərdən təĢkil edilir.  
Disleksiya və disqrafiyanı uĢaqlarda islah etmək üçün hər bir səs 
iĢ prosesində müəyyən hərflə əlaqələndirilir. Disqrafiyanın korreksiyası 
zamanı  səslərin  differensiyasını  möhkəmlətmək  üçün  yazılı 
çalıĢmalardan  daha  çox  istifadə  edilir.  Artikulyator-akustik 
disqrafiyanın aradan qaldırılması səs tələffüzünün korreksiyası ilə birgə 
təĢkil edilir.  
ĠĢin  ilk  mərhələlərində  yazı  yazarkən  sözləri  təkrar  deməyi 
qabaqcadan etmək məsləhət görülür. Çünki yazarkən sözlərin öz-özünə 
tələffüzü səhvlərə gətirib çıxara bilər.  
II  Dilin  təhlil  və  tərkib  proseslərinin  pozulmasına  əsaslanan 
fonematik  disleksiya  və  disqrafiyanın  aradan  qaldırılması  zamanı  dilin 
təhlil və tərkibini inkiĢaf etdirmək.  
Cümlədə sözlərin sayını, ardıcıllığını və yerini müəyyənləĢdirmək 
bacarığını,  aĢağıdakı  tapĢırıqları  yerinə  yetirməklə  uĢaqlarda 
formalaĢdırmaq olar:  
1.Süjetli  Ģəkil  əsasında  cümlə  qurmaq  və  həmin  cümlələrdə 
sözlərin sayını müəyyənləĢdirmək. 
2.Müəyyən sayda sözü olan cümlələr qurmaq.  
3.Sözlərin sayını artırmaqla cümləni geniĢləndirmək. 
4.VerilmiĢ  cümlənin  qrafik  sxemini  tərtib  etmək  və  ona  uyğun 
cümlə qurmaq.  
5.Cümlədə  sözün  yerini  (verilmiĢ  sözün  neçənci  olması) 
müəyyənləĢdirmək. 
6.Müəyyən sayda sözü olan cümləni mətindən seçmək. 
7.VerilmiĢ cümlədə sözlərin sayına uyğun rəqəmləri göstərmək. 
III.Hecanın təhlil və tərkib prosesinin inkiĢafı. 
Kiçik yaĢlı məktəblilərə hecanın analizi və sintezinin inkiĢafı üzrə 
iĢ  apararkən  əvvəlcə  yardımçı  priyomlardan  istifadə  etmək,  sonra  isə 
bunu ucadan tələffüz edilən nitq, nəhayət, daxili planda eĢitmə-tələffüz 
təsəvvürləri  əsasında  təĢkil  olunmuĢ  iĢ  kimi  aparmaq  lazımdır. 
Məktəblilərdə  hecanın  təhlili  və  tərkibi  proseslərinin  inkiĢafı  üçün 
aparılan  loqopedik  məĢğələlərdə  sözlərin  hecaları  əl  salmaq, 
döyəcləmək  və  onların  sayını  göstərmək  kimi  yardımçı  vasitələrdən 
istifadə edilir.  


 
106 
Bu  zaman  sözlərdə  sait  səsləri  ayırmaq  bacarığı,  heca  bölgüsünü 
aparmaq  qaydaları  mənimsənilir.  Sait  səsləri  ayıra  bilmək  bacarığı 
sözlərdə  hecaları  müəyyənləĢdirməyə  oxu  və  yazı  səhvlərini  aradan 
qaldırmağa imkan yaradır.  
Sait səslərə görə sözlərin heca tərkibini müəyyən etmək bacarığını 
formalaĢdırmaq  üçün  sait  və  samit  səslərin  fərqləndirilməsi  və  nitqdə 
saitlərin  ayrılması  üzrə  ilk  öncə  hazırlıq  iĢi  aparılmalıdır.  Bunun  üçün 
uĢaqlara sait və samit səslər, onların fərqli cəhətləri haqqında müəyyən 
biliklər verilməlidir. Bu məqsədlə loqoped belə bir üsuldan istifadə edə 
bilər. Loqoped bu və ya digər səsi (tələffüz edir, uĢaqlar isə əgər bu səs 
saitdirsə qırmızı, samitdirsə göy bayraqcıq qaldırırlar. 
Sonra  heca  və  sözlərdən  sait  səsin  ayrılması  üzrə  iĢ  aparılır. 
Bunun  üçün  əvvəlcə  birhecalı  sözlərdən  (gəl,  ot,  tut,  su,  saz,  Ģar  və  s.) 
istifadə  olunur.  UĢaqlar  bu  nitq  materialından  sait  səsin  yerini 
müəyyənləĢdirir  və  yerindən  asılı  olaraq  sait  səslərin  yerinə  yazıda 
(əlbəttə, ortada və sonda) dairə iĢarəsi yazılır. Bu məqsədlə sözün qrafik 
sxemindən istifadə edirlər:  
 
____________    ____________   ___________       
0                      ,              0           ,                       0 
Sonra  isə  iki  və  üç  hecalı  sözlər  üzərində  həmin  əməliyyat 
aparılır.  Ġbtidai  sinif  Ģagirdlərində  oxu  və  yazı  qüsurlarını  aradan 
qaldırmaq üçün aĢağıdakı çalıĢmalardan istifadə etmək olar:  
1.Sözlərdən sait səsləri seçmək. Bu zaman yazılıĢı və deyiliĢi eyni 
olan sözlərdən istifadə etmək lazımdır.  
2.VerilmiĢ sözün yalnız sait səslərini yazmaq (bina-      0         0, 
pomidor- 0      0        0). 
3.Sözlərdən sait səsləri seçib, onlara uyğun hərfləri göstərmək. 
4.Sait səslərin birləĢməsinə uyğun Ģəkillərin düzülməsi. Məsələn, 
uĢağa ikihecalı sözə uyğun Ģəkillər verilir: «paltar», «çörək», «stəkan», 
«heyva»,  «alma»,  «orden» və s. Sonra həmin sözlərin aĢağıdakı sxemi 
yazılır: 
A             A,  O                Ə,  E             A   və s. 
Sözün  heca  təhlilinin  və tərkibinin  möhkəmləndirilməsi  üçün  isə 
aĢağıdakı tapĢırıqlar təklif edilir: 
1.Sözü hecalarla təkrar etmək. Hecaların sayını demək. 
2.VerilmiĢ sözlərdə hecaların sayını müəyyənləĢdirmək və sayına 
uyğun rəqəm göstərmək. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə