Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

 
91 
inkiĢafın ilk mərhələlərində onu əhatə edən yaĢlıların düzgün olmayan, 
naqis  nitqi  bu  prosesə  mənfi  təsir  göstərəcək,  böyüklərin  nitqini 
yamsılayan  uĢaqda  da  həmin  qüsurlar  özünü  göstərəcəkdir.  Buna  görə 
də  uĢağın  ətrafında  olan  yaĢlıların  nitqi  düzgün,  dəqiq,  rəvan  və 
tələsiməyən  olmalıdır.  YaĢlıların  düzgün  nitqi  uĢaqda  da  rəvan,  səlis 
nitqin yaranmasına səbəb olacaqdır. Kəkələmə yuxarıda göstərilən kimi 
yamsımalam  nəticəsində  də  yarana  bilər.  Kəkələyən  yaĢlılar, 
yeniyetmələr  və  həmyaĢıdları  ilə  ünsiyyətə  girən  uĢaq  sonra  öz 
danıĢığında  həmin  qüsurlara  imkan  açır.  Buna  görə  də  körpəni  belə 
əlaqələrdən qorumaq lazımdır. Məlumdur ki, nitqin normal inkiĢafı üçün 
sağlam sinir sisteminin fəaliyyət göstərməsi çox vacibdir. Məktəbəqədər 
yaĢlı  uĢaqlarda  sinir  sistemi  hələ  çox  zəif,  böyük  yükləməyə  tab 
gətirməyən, inkiĢaf mərhələsində olur.  
Buna  görə  də  uĢağın  dünyaya  gəldiyi  ilk  günlərdən  onu  mənfi 
amillərin  təsirindən  qorumaq,  onu  psixi  və  fiziki,  zədələnmələrdən, 
qəzəb  və  sevincin  çılğın  hallarından,  əsəbi,  narahat  uĢaqların  arasında 
olmaqdan  qorumaq  lazımdır.  uĢaqların  nitqinə  mənfi  təsir  göstərən 
amillərdən biri də ailədə pis Ģəraitin olmasıdır. YaĢlılar arasında dava-
dalaĢ və konfliktlərin olması, tez-tez uĢağın döyülməsi, onlar tərəfindən 
hədsiz  cəzalandırılması,  qorxudulması  və  s.  kəkələmənin  yaramasına 
səbəb olur.  
UĢağın  nitqini  həddən  artıq  yükləmək,  onun  yaĢ  imkanlarına 
uyğun  gəlməyən,  vaxtından  əvvəl  inkiĢafına  çalıĢmaq  olmaz.  Yadda 
saxlamaq  lazımdır  ki,  kiçik  məktəbəqədər  yaĢ  dövründə  uĢağın 
imkanları məhduddur: onda hələ tələffüz kifayət qədər inkiĢaf etməmiĢ, 
lüğət  ehtiyatı  çox  kasad,  dilin  qrammatik  vasitələri  kifayət  qədər 
mənimsənilməmiĢ olur. Bəzən böyüklər körpələri həcmcə çox böyük və 
tələffüzcə çətin mənasını anlamadıqları mətn və Ģerləri əzbər öyrətməyə 
vadar edirlər.  
Yadda  saxlamaq  lazımdır  ki,  uĢaqda  danıĢıq  səslərinin  düzgün 
tələffüzü yalnız dörd yaĢından sonra, onda artikulyasiya aparatı inkiĢaf 
və möhkəmləndikdən sonra baĢlayır. Bu müddətə qədər isə uĢağı çətin 
söz  və  ifadələri,  mənasına  və  səslənməsinə  görə  çətin  nitq  materialını 
öyrənməyə  məcbur  etmək  olmaz.  Əks  halda  nitq  aparatının  kifayət 
qədər  inkiĢaf  etməməsi  ilə  həddindən  artıq  nitq  yükü  arasında 
uyğunsuzluq meydana çıxır. Bundan əlavə bütün bunlar  uĢağın kövrək 
sinir  sistemi  yükləndirilib,  onun  nitq  imkanlarını  zəiflədir,  nitq 
mexanizmlərini  yorur  və  çox  vaxt  kəkələnmənin  yaranmasına  gətirib 
çıxarır.  


 
92 
Göstərdiklərimizdən  əlavə,  bəzən  yaĢlıların  uĢağın  nitqinə 
loqopedsizliyi,  onunla  çox  az  ünsiyyətə  girməsi  də  nitqin  düzgün 
olmayan  inkiĢafına  səbəb  olur.  Öz  uĢaqlarına  nağıl  danıĢmayan,  Ģer 
oxumayan, onlara danıĢmağa sövq etməyən valideynlər bilməlidirlər ki, 
bu  onların  uĢağına  mənfi  təsir  göstərir.  Çünki  bu  zaman  uĢağın  idrakı 
bacarığı nitq imkanlarını üstələdiyindən onlar öz fikirlərini ifadə etmək 
üçün kifayət qələr söz tapa bilmir, qrammatik cəhətdən əlaqəli, düzgün 
tərtib  edilmiĢ  nitq  formalarından  istifadə  edə  bilmirlər.  Bunun  nəticəsi 
kimi,  uĢağın  danıĢığında  uzun  fasilələr  (lazımi  söz  və  ifadəni  tapmaq 
üçün) dayanmalar müĢahidə olunur, sonralar bu vəziyyətin kəkələməni 
törədə biləcəyi ehtimalı vardır.  
Kəkələmənin  profilaktikasından  danıĢarkən  bunu  da  qeyd  etmək 
lazımdır  ki,  uĢaqları  güclü  təəssüratlardan  da  qorumaq  lazımdır. 
məktəbəqədər  yaĢlı  uĢaqlarda  güclü  təəssürat  onlarda  emosional 
gərginlik  yaradır.  Çox  təəssüf    olsun  ki,  valideyn,  nənə  və  babaların 
bəziləri körpə uĢaqları kino, teatr və sirkə aparır, uzun müddət televizora 
baxmağa icazə verirlər. Sözarası demək lazımdır ki, məktəbəqədər yaĢlı 
uĢağın kino-teatra getməsi heç məsləhət görülmür. Birinci ona görə ki, 
bu  yaĢ  üçün  xüsusi  kino-filmlər  demək  olar  ki,  heç  yoxdur.  Ġkincisi 
saatyarımlıq  seans  uĢaq  üçün  çox  yorucudur.  Kino-teatr,  sirk  və 
tamaĢalara  baxandan  sonra  uĢaq  özünü  sual  verməkdən,  danıĢmaqdan 
güclə  saxlayır,  uzun  müddət  gördüklərinin  təsiri  altında  qalırlar.  Onda 
danıĢıq  zamanı  tələsiklik,  dili  dolaĢma  və  fasilələr  özünü  göstərməyə 
baĢlaya, nəticədə kəkələmənin yaranması üçün zəmin hazırlanır.  
Yuxarıda deyilənlərdən belə çıxmalıdır ki, uĢağa tamaĢalara, sirkə 
baxmaq  qadağan  edilməlidir.  Lakin  bu  elə  ehtiyatla  edilməlidir  ki, 
uĢağın psixikasına, onun sinir sisteminə mənfi təsir göstərməsin. Bəzən 
uĢaqlarda  kəkələmə  qorxu  hissinin  nəticəsində  yaranır.  Lakin  yaĢlılar 
uĢaqlardakı  narahatlığın,  təlaĢın  səbəblərini  öyrənə  bilmir  və  ya  gizli 
keçirilən bu hissələri vaxtında görə bilmirlər. UĢağa kömək etmək  üçün 
qaranlıqdan  qorxması,  otaqda  tək  qalmaq  istəməməsi  diqqətdən  kənar 
qalmamalıdır.  Qorxunun  yaranma  səbəblərini  araĢdırdıqdan  sonra  onu 
aradan qaldırmağa çalıĢmaq lazımdır. Məsələn, uĢağa axĢamlar qorxulu 
nağıllar, hekayələr danıĢmaq, o, yatmayana qədər iĢığı söndürməmək və 
s. Ona baĢa salmaq lazımdır ki, qorxulu, sirli görünən əĢyalar həqiqətdə 
qorxulu deyillər. Valideynlər ehtiyat və qayğı ilə uĢağın qorxu hissindən 
azad  etməyə  çalıĢmalıdırlar.  Əgər  uĢaq  otağa  tək  girməkdən  qorxursa, 
valideyn  onunla  birgə  otağa  girməli,  künc-bucağı,  mebelin  arxası, 
çarpayının altına baxılmalıdır. 


 
93 
Əgər uĢaq it və ya piĢikdən qorxursa yaĢlı adamlar onunla birliklə 
heyvana yaxınlaĢmalı, onları əldən yemləməli və s. etməlidirlər.  
Kəkələmənin  qarĢıçını  almaq  məqsədi  ilə  solaxay  uĢaqlara  da 
xüsusi  diqqət  yetirmək  lazımdır.  Bəzən  solaxay  uĢaqları  zorla  sağ  əllə 
iĢləməyə məcbur etdikdə onlarda kəkələməyə meyl yaranır.   
Əgər  solaxay  uĢaqda  kəkələməyə  meyl  varsa,  əsəbi  gərginlik, 
sürətli  nitq, nitq  anında səslərin  yersiz  təkrarı, nəfəsalmadan  danıĢmaq 
əlamətləri  özünü  göstərirsə  onu  təzədən  öyrətmək  mümkün  deyildir. 
Əgər uĢaqda nitq düzgün inkiĢaf edirsə və onda sinir sisteminin zəifliyi 
müĢahidə  edilmirsə  uĢaqların  təlimə  cəlb  edilməsi  çox  erkən 
baĢlanmalıdır.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə