116
differensiallaĢmaması və səs təhlilinin inkiĢafdan qalmasıdır. Bu qüsur
nəticəsində uĢaqlar hərfləri çətinliklə hecalara, sözlərə birləĢdirir
(hərfləri fonem siqnalları kimi qavranılmaması səbəbindən) səslənmə və
artikulyasiyaya görə oxĢar səsləri qarıĢdırırlar (kar və cingiltili, süzülən
və partlayan). Qeyd etmək lazımdır ki, akustik pozğunluqlar (Ģifahi nitq
qüsurlarında, dislaliya dizartriya) həm də nitqin inkiĢafının
ləngiməsində müĢahidə olunur. ġifahi və ya yazılı nitqin inkiĢafı üçün
dəqiq akustik qavrama çox vacib Ģərtlərdən biridir. Lakin yazılı nitqin
mənimsənilməsi üçün əsas Ģərtlərdən biri dil ümumiləĢdirmələrinin, hər
Ģeydən öncə fonematik, ali simvollar funksiyasının formalaĢmasının
olmasını tələb edir. Oxunun formalaĢmasında müxtəlif səslənmələr
içərisində fonemi səsin spesifik ümumiləĢdirilmiĢ məna fərqləndirici
əlaməti kimi ayırıb, onu müəyyən olunmuĢ simvolla, yəni hərflə
əlaqələndirmək və fonemlərin diferensasiyasının, fonematik təhlilini
aparmaq bacarığı mühüm rol oynayır.
Fonemlərin differensiasiyası və fonematik təhlilin formalaĢması
dil ümummiləĢdirmələrinin inkiĢaf prosesidir. Bu prosesin pozulması
danıĢıq səslərin normal eĢitmə ilə qavrayan uĢaqlarda da müĢahidə
edilir. Nitq analizatorlarının formalaĢması digər analizatorlarla sıx
əlaqədə baĢ verir. Belə ki, səslərin differensiasiyası və sözlərin səs
təhlili zamanı eyni vaxtda nitq-eĢitmə və nitqi-hərəkət analizatorları
iĢtirak edir. Bununla əlaqədar nəzərdən keçirdiyimiz oxu qüsurlarının
nitq-eĢitmə analizatorunun pozulması ilə Ģərtlənən akustik disleksiya
kimi baxılması əsas deyildir.
Optik disleksiyada görmə qavramasının və təsəvvürlərinin qeyri-
sabitliyi qeyd edilir. Bu zaman ayrı-ayrı hərflər görmə ilə pis
mənimsənilir, onun səslənməsi ilə görmə obrazı arasında əlaqə
yaradılmır, nəticədə eyni bir hərf müxtəlif cür qavranılır. Bəzən
cizgilərinə görə oxĢar hərf qarıĢdırılır, oxu zamanı sözlərin görmə ilə
tanınması pozulur (verbal disleksiya).
O.A.Tokarevaya görə motor disleksiya oxu zamanı göz
hərəkətlərinin çətinliyində özünü göstərir. Oxuma aktı, yalnız görmə,
eĢitmə və hərəkət analizatorlarının koordinasiya edilmiĢ qarĢılıqlı əlaqə
fəaliyyəti Ģəraitində həyata keçirilir.
Korreksiyanın pozulması oxu prosesinin müxtəlif qüsurlarını
əmələ gətirir. Motor disleksiya zamanı görmə sahəsinin daralması, sətrin
və yerüstü ayrı-ayrı sözlərin itməsi, nitq hərəkətinin yaranma
pozulmaları müĢahidə edilir. Bundan baĢqa lazımi nitq hərəkətlərinin
yada salınmasının qeyri-mümkünlüyü də qeyd edilir.
117
Demək lazımdır ki, tədqiqatçıların çoxu oxu zamanı gözlərin
hərəkətində naqisliyin: yayınma hərəkətin istiqamətinin dəyiĢməsi,
reqressiya, istiqamətin rəqslənməsi və s. olmasına iĢarə edilir. Lakin oxu
prosesində göz hərəkətlərinin pozulmasını disleksiyalı bütün uĢaqlarda
müĢahidə etmək olar. Bu disleksiyanın səbəbi yox, oxu çətinliyinin
nəticəsidir. Optik disleksiyada göz hərəkətlərinin pozulması hərəkətlərin
dəyiĢməsi daha çox baĢ verir. Son vaxtlar psixofizioloji tədqiqatlar
göstərir ki, hərəkətsiz göz təsvirləri heç vaxt qavraya bilməz və hər bir
mürəkkəb qavrama gözün fəal axtarıĢ hərəkətlərinin köməyi ilə həyata
keçirilir.
Göstərilən bu faktorlar bir daha bizi əmin edir ki, motor disleksiya
müstəqil növ kimi tədqiq edilməsi qənaətbəxĢ deyildir. Çünki görmə ilə
qavrama və onun fəaliyyəti həm optik, həm də motor disleksiyada əsas
rol oynayır.
Disleksiyanın təsnif edilməsində rus loqopedi M.E.Xvatsevin də
müəyyən
rolu
vardır.
O,
disleksiyanı
aĢağıdakı
növlərlə
fərqləndirmiĢdir.
--fonematik, optik, optik-məkanı, semantik və mnestik disleksiya.
R.Ġ.Lalayeva isə disleksiyanı fonematik, semantik, aqrammatik,
mnestik, optik və taktik növlərinə ayırmıĢdır.
Fonematik disleksiya. Fonematik sistemin yəni hər birində
müəyyən məna fərqləndirici əlamətlərin toplusu ilə xarakterizə edilən
dilin fonemlər sisteminin funksiyasının pozulması ilə əlaqədardır.
Azərbaycan dilində bu əlamətlər fonemlərin qalın və incə,
dodaqlanan-dodaqlanmayan, kar və cingiltili olması, yaranma yeri,
üslubu, damaq pərdəsinin iĢtirakıdır. BaĢqa sözlə desək, hər bir fonem
digərindən səslənməsi, yaranması və baĢqa əlamətlərinə görə fərqlənir.
Məsələn: «s»-kar, «z»-cingiltili samitdir.
Sözlərdə Ģərti olaraq semantikasına, mənasına görə əlaqələnmiĢ
bir-birinin ardınca müəyyən gələn fonem birləĢmələrini ayırmaqla
uĢaqlara düzgün oxu mənimsədilir.
Bununla əlaqədar fonematik sistemin aĢağıdakı funksiyaları
müəyyənləĢdirilmiĢdir:
a) məna fərqləndirici funksiya (bir fonemin və ya bir məna
fərqlənjirici əlamətin dəyiĢməsinə gətirib çıxarır);
b) fonemlərin eĢitmə-tələffüz differensiasiyası (dilin hər bir
fonemi digər fonemdən artikulyasiya və ya akustikasına görə fərqlənir);
v) Fonematik təhlil (sözlərin tərkibində olan fonemlərin
ayrılması).
118
UĢaqlarda Ģifahi nitqin formalaĢma prosesində semantikaya daha
çox diqqətin yetirilməsi nitqin inkiĢafı üçün əsas Ģərtlərdən biridir.
Demək lazımdır ki, bəzən uĢaqlarda fonematik qavrama, analiz və
sintez funksiyaları formalaĢmamıĢ olur. Bununla bağlı olaraq, fonematik
disleksiyanı iki qrupa ayırmaq olar:
Birinci qrup – fonematik qavramanın inkiĢafsızlığı ilə bağlı olan
oxunun pozulması (fonemlərin fərqləndirilməsi).
İkinci qrup – fonematik təhlilin pozulması ilə bağlı olan oxunun
pozulması. Bu zaman oxu zamanı həfrlərlə oxu, sözün səs-heca
quruluĢunun təhrifi kimi səhvlərə yer verilir.
Sözün səs-heca quruluĢunun təhrifi oxu zamanı samitlərin
düĢməsi (paltar-patar); samitlərin arasında sait səslərin iĢlənməsi
(bulvar-bulavar); hecaların yerini dəyiĢdirməsi (kəpərək-kəpənək) ilə
özünü göstərir.
Semantik disleksiya özünü mətnin texniki cəhətdən düzgün oxusu
zamanı cümlə və sözlərin baĢa düĢülməsində göstərir. Yəni burada söz
və cümlələr düzgün oxunsa da onlar baĢa düĢülmürlər. Bu qüsur
hecalarla oxuda daha çox müĢahidə olunur. Belə ki, hecalarla sözü
oxuduqdan sonra uĢaq onun Ģəklini göstərə bilmir, sözün mənası ilə
bağlı suallara cavab verə bilmirlər. Bundan baĢqa oxunulan söz və
cümlələrin baĢa düĢülməməsi sintetik oxuda – sözlərin bütöv
oxunuĢunda da müĢahidə olunur.
Oxunulanın baĢa düĢülməməsi qüsuru əsasən iki faktorun olması
ilə Ģərtlənir: 1.Dəqiqsizlik və səs-heca təhlilinin çətinliyi; 2.Cümlə
daxilində sintaktik əlaqələr haqqında təsəvvürlərin differensiasiya
edilməməsi. Oxu prosesində sözlərin hecalara ayrılması oxunulanın baĢa
düĢülməsinin əsas səbəblərindən biridir. Fonematik və heca sintezinin
pozulması nəticəsində uĢaqlar sözü tanımır, çünki hecalarla oxuda
sözlər hissələrə parçalanır, uĢaqlar isə həmin hecaları birləĢdirib bütöv
bir söz yarada bilmirlər. Onlar oxuduqlarının mənasını dərk etmir və
mexaniki olaraq bu prosesi həyata keçirirlər.
Semantik disleksiyalı uĢaqlar aĢağıdakı tapĢırıqları yerinə
yetirməkdə çətinlik çəkirlər:
a) aralarında qısa fasilələrlə tələffüz edilən ayrı-ayrı təcrid
olunmuĢ fonemləri birləĢdirib bir söz kimi deyə bilmirlər (ç, ö, r, ə, k).
b) Hecalarda verilmiĢ sözləri cümlə Ģəklində tələffüz edə bilmirlər
(la-lə, çi-çək, top-la-yır).
Aqrammatik disleksiya əsasən nitqin qrammatik quruluĢunun
inkiĢafsızlığı, morfoloji və sintaktik ümumiləĢdirmənin olmaması ilə
Dostları ilə paylaş: |