122
olunması təĢkil edir. Yazı zamanı səslərin düzgün olmayan tələffüzünün
öz-özünə deyilməsinə əsaslanaraq uĢaq yazıda öz səhv tələffüzünü əks
etdirir.
Artikulyator-akustik disqrafiya özünü hərflərin buraxılması,
əvəzlənməsi kimi göstərir və bu Ģifahi nitqdə səslərin buraxılması,
əvəzlənməsinə uyğun olur. Bu qüsur Ģifahi nitq pozulmaları: dizartriya,
rinolaliya və polimorf xarakterli dislaliyada daha çox müĢahidə edilir.
Bəzən hərflərin əvəzlənməsi və buraxılması Ģifahi nitqin
korreksiyasından sonra da qalır.
2.Fonemlərin tanınmasının pozulmasına
əsaslanan disqrafiya.
Ənənəvi terminologiyaya görə bu akustik disqrafiya kimi də
tədqiq edilir.
Bu qüsur fonemlərin differensiasiyasına əsaslanır və özünü
fonetik cəhətdən yaxın səslərə uyğun hərflərin əvəzlənməsində göstərir.
Lakin Ģifahi nitqdə həmin səslər düzgün tələffüz olunur. Tez-tez əvəz
edilən həfrlər aĢağıdakı səslərə uyğundur: fitli və fıĢıltılı (z-s, j-Ģ, v-f)
kar və cingiltili (t-d; k-q; q-ğ; b-p; və s.) afrikatlar (c-ç).
Disqrafiyanın bu növünün mexanizmləri barədə müxtəlif fikirlər
mövcuddur.
Ġ.A.Ximnyaya, E.F.Sabotoviç, L.V.Çistoviç və baĢqaları
fonemlərin tanılması zamanı bir neçə əməliyyatın icra olunduğunu
göstərirlər:
1.Qavrama zamanı nitqin eĢitmə ilə təhlili aparılır.
2.Akustik surətlər proprioseptiv təhlil və mühafizə olunmuĢ
kinestetik təsəvvür və qavrama ilə təmin olunmuĢ artikulyator prosesə
keçirilir.
3.EĢitmə və kinestetik surətlər lazımi qərarı qəbul edənədək
müəyyən müddətdə saxlanılır.
4.Səs fonemlə uyğunlaĢır və fonemin seçilməsi əməliyyatı baĢ
verir.
5.EĢitmə və kinestetik nəzarət əsasında nümunə ilə fərqləndirmə
baĢlanır, sonra isə qərar qəbul edilir.
Yazı prosesində bu əməliyyatların həyata keçirilməsi
mürəkkəbləĢir və fonem müəyyən hərflərin görmə surətləri ilə
uyğunlaĢır. Digər tədqiqatçılar belə hesab edirlər ki, fonetik cəhətdən
yaxın səsləri göstərən fonemlərin əvəzlənməsinin əsasında eĢitmə ilə
123
qavramanın qeyri-dəqiqliyi, eĢitmə ilə səslərin düzgün differensiya
edilməsi durur.
Düzgün yazı üçün Ģifahi nitqdən fərqli olaraq səslərin eĢitmə ilə
daha zərif, incə differensiyası tələb olunur. ġifahi nitqdə eĢitmə ilə
differensiyasının kiçik qeyri-dəqiqliyi nitq təcrübəsində möhkəmlənmiĢ
motor steroetiplər hesabına, sinestetik surətlər vasitəsi ilə aradan
qaldırılır. Yazı prosesində isə fonemlərin düzgün seçilməsi və
fərqləndirilməsi üçün səsin bütün akustik əlamətlərinin incə təhlili lazım
gəlir. Digər tərəfdən yazı prosesində səslərin differensiyası, fonemlərin
seçilməsi, eĢitmə surətləri və təsəvvürlərinin iz buraxma fəaliyyəti
əsasında həyata keçirilir.
Beləliklə də, düzgün yazı vərdiĢi üçün fonemlərin seçilməsi və
fərqləndirilməsi əməliyyatlarının hamısının yüksək səviyyədə fəaliyyət
göstərməsi çox vacibdir. Buna görə də bu həlqələrin hər hansı birinin
pozulması (eĢitmə və kinestetik təhlil, fonemlərin seçilməsi, eĢitmə və
kinestetik nəzarət) özünü yazıda hərflərin əvəzlənməsində göstərən
fonemlərin tanınması prosesini bütövlükdə çətinləĢdirir. Göstərilənləri
nəzərə alaraq disqrafiyanın bu formasının özünün bir neçə növünü
müəyyənləĢdirmək olar: akustik, kinestetik və fonematik.
3.Dilin analiz və sintez proseslərinin pozulması ilə şərtlənmiş
disqrafiya
Disqrafiyanın bu növündə dilin analiz və sintez prosesləri:
cümlənin sözlərə parçalanması, fonematik və heca təhlil və tərkibi
pozulmuĢ olur. Dilin analiz və sintezinin inkiĢafsızlığı yazıda sözlərin
və cümlənin quruluĢunun təhrif olunmasında özünü göstərir. Dilin
təhlilinin ən mürəkkəb forması fonematik təhlildir. Bunun nəticəsində
sözün səs-hərf quruluĢu daha çox təhrifə məruz qalır.
Bu növdə ən çox yayılmıĢ qüsurlar bunlardır: samit
birləĢmələrində onlardan birinin buraxılması (ploa-lov; məktəb-iətəb,
dəftər-dəfər və s.) saitlərin buraxılması (piĢik-pĢik; çörək-çrək; küçə-kçə
və s.) hərflərin əlavə olunması (almıĢam-alamıĢam) və yerdəyiĢməsi
(danıĢmaq-danĢmaq), burada hecaların buraxılması, yerdəyiĢməsi
(stəkan-katan, paltar-partal, çarpayı-çarapayı). UĢaqlarda düzgün yazı
vərdiĢlərini yaratmaq üçün onda fonematik təhlili xarici planda deyil,
daxili təsəvvürlərlə formalaĢdırmaq vacibdir.
4.Aqrammatik disqrafiya
124
Bu yazı qüsuru nitqin qrammatik quruluĢunun: morfoloji və
sintaktik ümumiləĢdirmə proseslərinin inkiĢafsızlığı ilə Ģərtlənir.
Disqrafiyanın bu növü özünü söz birləĢməsi, cümlə və mətndə göstərir
və daha geniĢ əlaməti komplekslərin tərkib hissəsi leksik-qrammatik
inkiĢafsızlıq kimi dizartriyalı, alaliyalı və əqli cəhətdən geri qalan
uĢaqlarda müĢahidə edilir.
UĢaqların əlaqəli yazılı nitqində cümlələr arasında məntiqi və dil
əlaqələrinin qurulmasında böyük çətinliklər üzə çıxır. yazıda cümlələrin
ardıcıllığı təsvir edilən hadisələrin ardıcıllığı ilə həmiĢə uyğünluq təĢkil
etmir. Bu zaman ayrı-ayrı cümlələr arasında məna və əlaqə pozulmuĢ
olur.
Cümlə səviyyəsində yazıda özünü göstərən aqrommatizm sözün
morfoloji quruluĢunun təhrifində, qrammatik Ģəkilçilərin (hal, Ģəxs,
zaman) düzgün iĢlənməsində nitqin sintaktik cəhətdən təĢkili, cümlədə
sözlərin ardıcıllığının pozulmasında müĢahidə edilir.
5.Optik disqrafiya
Bu qüsur görmə qnozisi, təhlil və tərkibi, məkani təsəvvürlərin
inkiĢafsızlığı ilə bağlı olur və yazıda həfrlərin təhrifində və
əvəzlənməsində özünü göstərir.
Qeyd etmək lazımdır ki, tez-tez o hərflər əvəzlənir ki, onlar qrafik
cəhətdən oxĢar əlyazma hərflərinə bənzəsin. Məsələn: eyni
elementlərdən, lakin məkana görə fərqli olan (v-d, t-Ģ), eyni elementli,
lakin əlavə elementləri ilə fərqlənən (i-Ģ, l-m, p-t, x-j), həfrlərin əksinə
yazılıĢı, hərflərin birləĢməsində elementlərin buraxılması (al-alla) və ya
əlavə edilməsi (Ģ-Ģs).
Literal disqrafiya özünü təcrid olunmuĢ hərflərin tapılması və
yazılıĢının qeyri-mümkünlüyündə göstərir. Verbal disqrafiyada təcrid
olunmuĢ hərflər düzgün yazılsa da söz tərkibində təhrif olunur.
Disqrafiyanın əlamətləri barədə danıĢsaq, qeyd etmək lazımdır ki,
o səhvlərin davamlılığı və təkrar olunması ilə digər nitq qüsurlarından
fərqlənir.
Disqrafiyada yol verilən səhvləri belə qruplaĢdırmaq olar:
a)hərflərin təhrifi və əvəzlənməsi;
b)cümlədə ayrı-ayrı sözlərin yazılıĢında bütövlüyün pozulması;
v)sözün səs-heca quruluĢunun təhrifi;
q)yazıda aqrammtizmlər.
Dostları ilə paylaş: |