Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

 
125 
Disqrafiyanın  nitqlə  bağlı  olmayan  əlamətləri  də  müĢayiət  edilə 
bilər  (nevroloji  pozğunluqlar,  dərketmə  fəaliyyətinin  pozulması, 
qavrama,  yaddaĢ  və  diqqətin  pozulması  və  psixi  çatıĢmamazlıqlar).  Bu 
zaman  dillə  bağlı  olmayan  əlamətlər  disqrafiyanın  xarakteri  ilə 
müəyyənləĢmiĢ  və  onun  əlamətlərinə  daxil  olmayıb  əsəb-psixi  və  nitq 
pozğunluqları  (alaliya,  dizartriya,  əqli  inkiĢafdan  geri  qalma  və  s.)  ilə 
birlikdə onların strukturuna daxil olur. 
Disqrafiya disleksiyada olduğu kimi normal intelleektli uĢaqlarda 
Ģəxsiyyətin  formalaĢmasında  müxtəlif  sapmalar,  müəyyən  psixi 
dəyiĢmələr yarada bilər.  
Məqsədyönlü,  düzgün  təĢkil  edilmiĢ  korreksiya-tərbiyəvi 
loqopedik iĢ sayəsində tədricən disqrafiyanın əlamətləri yox edilə bilər.  
 


 
126 
XÜSUSİ HAZIRLIQ SİNİFLƏRİNİN TƏŞKİLİ 
PRİNSİPLƏRİ 
*UĢaqlar onların ehtiyaclarının ödənildiyi və onlarla fərdi Ģəkildə 
davranıldığı hallarda daha yaxĢı inkiĢaf edirlər.  
Bu məqsədli uĢaq proqramları dünyanın hər yerində tətbiq edilir. 
Bu  proqramlar  uĢaqların  fərdi  ehtiyaclarını  ödəmək  və  demlokratik 
idealların  gerçəkləĢməsinə  zəmin  yaratmaq  məqsədilə  tərtib  edilir.  Bu 
tipli  siniflərdə  oxuyan  uĢaqlara  seçim  tənqidi  Ģəyildə  düĢünmək, 
yaradıcı olmaq, təxəyyülü inkiĢaf etdirmək üçün hər cür Ģərait yaradılır. 
Onlar  qəbul  etdikləri  qərar  üçün  məsuliyyət  daĢıyır  və  biri  digərinə 
kömək edirlər.  
Bu tipli ixtisaslaĢmıĢ, azyaĢlı uĢaqlar üçün nəzərdə tutulan xüsusi 
hazırlıq  proqramları  hər  bir  uĢağın  fərdi  potensialına  əsaslanır.  Bu 
proqramlarda  müəllimlər  hər  bir  uĢağın  fərdi  ehtiyaclarını  ödəməyə 
çalıĢdıqları  üçün  onlar  zaman  keçdikcə  insanlar  arasındakı  fərqlərin 
necə  mənimsənilməsi  modellərini  yaradır  və  beləliklə  insanlar 
arasındakı  münasibətlərin  hansı  dəyərə  malik  olmasını,  habelə  öz 
hərəkətləri  ilə  qarĢılıqlı  yardım  Ģəraitində  insanların  ayrı-ayrı 
problemlərinin necə həll edilməsini göstərirlər.  
Fərqli münasibətlər 
 
Son  bir  neçə  onillikdə  dünyanın,  demək  olar  bütün  guĢələrində 
azyaĢlı uĢaq proqramları üzrə qüsurlu uĢaqların cəlb edilməsi prosesinə 
baĢlanılmıĢdır. 
Ġstedadından, 
bacarığından, 
ictimai-iqtisadi 
vəziyyətindən,  yaxud  hansı  mədəniyyətin  daĢıyıcısı  olmasından  asılı 
olmayaraq,  bütün  tələbələrin  iĢtirak  etdiyi  xüsusi  hazırlıq  siniflərini 
təĢkil  etmək  cəhdi  az  bir  zaman  müddətində  ictimaiyyətin  rəğbətini 
qazanmıĢdır.  
1980-ci 
illərin  əvvəlində  cəmiyətdə  qüsurlu  Ģəxslərin 
problemlərinə diqqətin cəlb edilməsi və onların tam Ģəkildə cəmiyyətin 
iĢində  iĢtirak  etmələrini  təmin  etmək  üçün  BMT  «Qüsurlu  Ģəxslərin 
onilliyi»  proqramını  bəyan  etdi.  BMT-nin  üzvləri  həmin  Ģəxslərin 
cəmiyyətin iĢində iĢtirakını təmin etmək üçün iĢ planını tövsiyyə etdi.  
Bu iĢ planına aĢağıdakılar daxildir: 

Qüsurluluq  və  onunla  bağlı  məsələlər  üzrə  milli  əlaqələndirici 
təĢkilatların təsis edilməsi;  

Qüsurlu  Ģəxslərin  cəmiyətdə  iĢtirakını  əngəlləyən  maneələri 
aradan qaldırmaq üçün qanunvericiliyə müvafiq əlavələrin edilməsi; 

Qüsurlu Ģəxslər haqqında məlumatın cəmiyyətdə yayılması; 


 
127 

Qüsurlu  Ģəxslər  üçün  tekst-telefonlar  və  televiziya  veriliĢlərinin 
qapalı  Ģəkildə  tutulması  və  s.  kimi  kommunikasiya  vasitələrinin 
yaradılması və bunların inkiĢafı; 

Bütün qüsurlu uĢaqların fərdi ehtiyaclarını ödəmək üçün təlimlə, 
o cümlədən xüsusi hazırlıq təlimlə təmin edilməsi; 

Qüsurlu Ģəxslərin iĢ vərdiĢlərinin inkiĢaf etdirilməsi; 

Qüsurluluq kazusunun aradan qaldırılması; 

Bərpa xidmətləri, yardımçı qurğuların inkiĢafı; 

Qüsurlu  Ģəxslərin  yaĢadığı  ölkə  və  regionlar  arasında 
əməkdaĢlığın artırılması. 
Bir  çox  millətlər  məhz  bu  tövsiyələrə  əməl  etməklə  məlum 
problemi  həll  etməkdədirlər.  Onlar  çoxsaylı  və  mürəkkəb  sosial 
ehtiyaclar qarĢısında duraraq bütün uĢaqların təlim ehtiyaclarını ödəmək 
məqsədilə xüsusi hazırlıq siniflərini inkiĢaf etdirirlər. Bu ölkələr belə bir 
təcrübənin mənimsəmiĢdir ki, məktəb həyatına ağıllı Ģəkildə və məntiqlə 
müdaxilə  etdikdə,  qüsurlu  uĢaqların  çoxu  standart  xarakterli 
problemlərin həllinə nail olur və onlar cəmiyyətin tarix boyu görmədiyi 
nailiyyətlər qazanırlar.  
Qısa tarixi nəzər 
XIX  əsrə  qədər  qüsurlu  uĢaqlara  qayğı  və  onlarla  davranıĢ  əsas 
etibarilə  dayəçilik  üzərində  qurulmuĢdur.  UĢaqlar  onların  qayğısına 
qalan  ailə  zvləri  ilə  birgə  evdə  qalırdılar.  Əksər  hallarda  bu  uĢaqlara 
ailənin  üzərinə  düĢən  ağır  yük  kimi  baxırdılar.  Ailələr  onlara  qayğı 
göstərmək üçün heç yerə, heç bir quruma müraciət etmirdilər.  
1800-cü ildə fransız fiziki Jan Mark Ġtard qüsurlu uĢaqları təlimə 
cəlb etmək üçün ilk öncə vahid təlim texnikasını inkiĢaf etdirdi. Ġtardın 
davamçıları onun texnikasını BirləĢmiĢ ġtatlara gətirdilər, burada onlar 
idrakı  qüsurların  elmi  Ģəkildə  öyrənilməsi  ilə  əlaqədar  olaraq  təĢkilat 
yaratdılar.  
1830-cu  ildə  ABġ-da  karlar  və  korlar  üçün  məktəblər  yaradıldı. 
Bu ilk məktəblərin təĢkilindən məqsəd əhalinin bacarıq və vərdiĢlərdən 
məhrum hissəsini təlimlə təmin etmək idi. karlar üçün məktəblərdə iĢarə 
dilindən və alternativ kommunikasiya sistemlərindən istifadə olunurdu. 
Adətən,  uĢaqların  yaĢadığı  yerlərdə  yüz  millərlə  uzaqda  yerləĢən  bu 
geniĢ  Ģəbəkələr  onların  ünsiyyətinə  Ģərait  yaradılmasında  misilsiz  rol 
oynayırdı.  
Rusiyada  formal  xüsusi  təhsil  sistemi  1917-ci  il  Rusiya 
inqilabından  sonra  (Malofeyev,  1998    həyata  keçirilməyə  baĢlamıĢdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə