Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   64

 
150 
qiymətləndirməlidir. «Sən dedin ki, «dayan,» sən bizdən özümüzü necə 
hiss etməyi soruĢmalısan. Bu barədə mənə bir Ģey deyə bilərsənmi?» 
 
Sosial davranışın həvəsləndirilməsi 
Sosial  vərdiĢlər  dedikdə,  cəmiyyətin  həyatında  müsbət  baxımdan 
iĢtiraketmə  nəzərdə  tutulur.  Sosial  davranıĢın  aspektlərinə  kömək 
göstərmə, fikir bölüĢmə, əməkdaĢlıq, rəğbət, həvəsləndirmə, özünü fəda 
etmə,  maddi  yardım  göstərmə,  müdaxilə  etmə,  inandırma  daxildir. 
UĢaqların  biri  digərinə  yardım  etmək  imkanları  olduqda,  ictimai 
davranıĢ  vərdiĢlərinin  seydana  çıxmasına  Ģərait  yaranır.  bu  zaman 
uĢaqlar  biri  digərinin  müdafiəsinə  qalxmağa  həvəsləndirir,  yaxud 
hamıya xeyir verəcək Ģəxsi ideya irəli sürmək fikrində bulunurlar.  
UĢaqlar  baĢqa  adamlara  yardım  etməyin  və  onlarla  əməkdaĢlıq 
etməyin faydasını anladıqca, yaĢlılar bundan daha böyük impuls alırlar. 
Qrupun olduğu yer və atmosfer elə seçilməlidir ki, bu sosial vərdiĢlərin 
aĢağıdakı səciyyədə olmasına təkan verə bilsin: 

ĠĢtirakçılar  qabaqcadan  hiss  etməlidirlər  ki,  hər  bir  kəs  digərini 
müdafiə etmək üçün bütün gücünü sərf edəcəkdir.  

Həm yaĢlılar, həm də uĢaqlar qərar qəbuletmə prosesinə öz töhfələrini 
verirlər. 

Ünsiyyət birbaĢa açıq və qarĢılıqlı olmalıdır.  

Ġndividual fərdlərə hörmət edilməlidir. 

Kimnənsə nəyi gözləmək ümumi məntiqə dayanmalıdır.  
Qrupun  iĢtirakçıları  biri  digərinə  hörmət  etməli  və  ümumilikdə  qrupa 
məxsus olduqlarını anlamalıdırlar.  

Həm  qrupa,  həm  də  hər  bir  ayrıca  fərdin  üzərinə  vurğu  salınmalıdır. 
(Stob. 1978) 
UĢaqlarda sosial davranıĢa Ģərait yaratmaq üçün aĢağıdakı strategiyalar 
mövcuddur: 

UĢaqların  sosial  yönlü  hərəkətlərini  hər  hansı  bir  kateqoriyaya  aid 
etmək  imkanlarının  təbii  Ģəkildə  meydana  çıxmasına  Ģərait  yaratmaq. 
UĢaqlar hər hansı bir  
BeĢ  yaĢına  çatan  bəzi  uĢaqlar  qüsurlu  uĢaqlara  baxaraq  neqativ 
davranıĢı  öyrənirlər  (Conson  və  Conson,  1980).  Neqativ  vərdiĢləri 
öyrənməyən  uĢaqlar  qüsurlu  uĢaqlara  nisbətən  pozitiv  vərdiĢləri 
öyrənməyə  qabildirlər,  bu  o  zamümkün  olur  ki,  müsbət  model,  məhz 
yaĢlı  Ģəxslərin  hərəkətləri,  sözləri,  qeyri-verbal  davranıĢların  və 
izahedici  hərəkətlərin  vasitəsilə  təmin  edilir  (Postemik.  Stein. Viren  və 
Soderman, 1993). 


 
151 
 
Xüsusi sosial ehtiyacları uşaqlar üçün strategiya 
 
Müəllim  müxtəlif  temperamentli  uĢaqlar  üçün  öyrənməyə  Ģərait 
yaradan  sinif  otağını  təĢkil  etməyə  borcludur.  Kokret  davranıĢın  hansı 
səbəbdən  doğmasından  asılı  olmayaraq,  müəllim  müəyyən  bir  iĢdə 
iĢtirak  etməkdən  çəkinən,  yaxud  ümumiyyətlə  aqressivlik  göstərən 
uĢaqlara  münasibətdə  istifadə  etmək  üçün  müəyyən  strategiya 
repertuarını inkiĢaf etdirməlidir. 
Tərs  uşaqlar  müəyyən  bir  iĢdə  zəif  Ģəkildə  iĢtirak  edir,  utanır, 
yaxud  iĢtirak  etməkdən  çəkinirlər.  Bu  uĢaq  onu  digər  uĢaqlarla  sosial 
ünsiyyətə  vadar  edən  davranıĢa  tam  Ģəkildə  yiyələnməkdə  çətinlik 
çəkirlər.  Sosial  davranıĢın  inkiĢafını  asanlaĢdırmaq  üçün  müəllim 
aĢağıda sadalanan strategiylardan istifadə edə bilər: 
Bu  uşaqlar  üçün  digər  uşaqların  fəaliyyətini  müşahidə  etmək 
məqsədilə  rahat  yerin  seçilməsi.  VaxtaĢırı  olaraq  bu  uĢaqlar  müĢahidə 
vasitəsilə  çox  irəliləyir  və  müĢahidələrinə  əsaslanaraq  bu  və  ya  digər 
fəaliyyət növündə fəal Ģəkildə iĢtirak edirlər.  

Davamlı,  təkidə  əsaslanan,  marşrutun  açılması.      Heç  kəsə 
yovuĢmayan uĢaq materialların harada saxlanıldığını bilərək özünü daha 
rahat hiss edəcəkdir. 

İştirakı  asanlaşdırmaq.  Müəllim  tərs  və  yovuĢmaz  uĢaqların 
müəyyən  bir  iĢdə  iĢtirakını  həvəsləndirmək  məqsədilə  ən  müxtəlif 
strategiyalardan  istifadə  edə  bilər.  Müəllim  uĢağ  yaxın  olan  hər  hansı 
material,  yaxud  oyuncağı  hərəkətə  gətirə  bilər.  «uyyyy….»  deməklə 
kənarda  qalan  uĢaq  dərhal  sinif  yoldaĢı  ilə  oyuna  qoĢulacaqdır.  Bəzən 
ehtiyatda qalan uĢaq digər uĢaqla yox, deyək ki, hər hansı bir heyvanla 
baĢı  daha  çox  qarıĢır.  Rəsm  çəkmək,  rəqs  etmək,  yaxud  hər  hansı  bir 
musiqi  alətində  çalmaq  kimi  qeyri-verbal  fəaliyyətlər  dolayısı  yolla  öz 
təsirini buraxa bilər.  
Pozitiv gücləndirmə. Təbəssüm, baĢ bulama, yaxud əl çalma böyük 
bir qrupun qarĢısında rəsmi təsdiqdən daha çox təsirli ola bilər. Həvəssiz 
uĢağı  müəyyən  bir  iĢdə  iĢtirak  etməyə  məcbur  etməməli,  ancaq  ona 
uĢağın  fəaliyyətə  qoĢulmazdan  əvvəl  ehtiyacı  olduğu  inamı  yaratmaq 
üçün fərdi diqqət yetirmək son dərəcə mühümdür. XoĢa gələn hər hansı 
bir  hərəkəti  xüsusi  mükafatlarla  mükafatlandır,  məsələn  «Köməyinizə 
görə çox sağ olun. Siz nə yaxşı iş gördüyünüz».  

Diqqəti  nəticənin  yox,  məylərin  üzərinə  cəmləşdirin.  Qüsurlu 
uĢaqlar  üçün  hər  hansı  hər  iĢin,  yaxud  fəaliyyətin  son  nəticəsini 


 
152 
bilməkdən  daha  çox  onun  göstərdiyi  səyləri  qiymətləndirmək  daha 
yaxĢıdır, məsələn, müəllim bu halda belə deyə bilər: «Bilsən, sənin bu 
hərəkətinin nə böyük faydası var!»         
  Aqressiv  uĢaqda  özünə  nəzarət  hissi  çatıĢmır  və  o,  sinif 
müəlliminin qarĢısında bir çox çətin problemlər yaradır. Bu tipli uĢağın 
davranıĢları  çoxlu  qeyri-standart  vəziyyətlərin  yaranmasına  səbəb  ola 
bilər.  Aqressiv  uĢaq  nəzarəti  və  daxili  məsuliyyəti  təmin  edən  aydın 
qaydaların  və  strateji  üsulların  olmasını  tələb  edir.  Müəllim  də  öz 
növbəsində aĢağıdakı strateji üsullardan istifadə edə bilər:  

Səs-küy  və  vizual  həyacanlanması  məhdudlaşdırmaq.  Sinifdə 
uĢaqlar  üçün  çox  yüksək  səs-küydən  kənarda  iĢləmək,  yaxud  digər 
fəaliyyətlə  məĢğul  olmaq  üçün  yerlər  olmalıdır.  Bəzi  son  dərəcə  fəal 
uĢaqlar  həm  vizual,  həm  də  eĢitmə  baxımından  ətrafdakı  olaylardan 
yüksək  səviyyədə  həyəcanlanır  və  diqqətlərini  cəmləĢdirmək  üçün 
sakitlik axtarırlar. Digər son dərəcə fəal uĢaqlar isə daha artıq dərəcədə  
səs-küydə iĢləməyi xoĢlayır, əks halda onların oyuna marağı itir.  

Düzgün  istiqamətin  verilməsi.  UĢaqlar  onlardan  müəllimin  nə 
gözlədiyini  anlamalıdırlar.  Sinif  otağındakı  materiallar  aydın  Ģəkildə 
göstərilməli  və  yalnız  onlar  üçün  müəyyən  edilən  yerlərdə 
qoyulmalıdırlar. Bəzi uĢaqlar onlar üçün təyin edilmiĢ yeri xoĢlayırlar. 
Sinif  otağında  hökm  sürən  qaydalar  elan  edilməli  və  anlaĢılmalıdır. 
Aqressiv  davranıĢlar  dərhal  «ram  edilməlidir».  Bu  zaman  qısamüddətli 
«taym-autdan» istifadə et ki, yüksək dərəcəli həyəcanlanmanın qarĢısını 
ala biləsən.  

Öz hərəkətlərinə nəzarət etmək istəyən uşaqlar üçün şərait yarat. 
UĢaqlar bir fərd kimi nəyə görərsəməsuliyyət daĢıdıqlarını hiss etdikdə, 
onların neqativ davranıĢları meydana çıxmır (Qlasser, 1969).  

İş gününün yaradılması. UĢaqlar dəqiq iĢ günlü cədvəlinə malik 
olduqda,  nəzərdə  tutulan  bir  fəaliyyət  növündən  digərinə  keçmə 
məqamında  çətinlik  çəkmirlər.  Onlar  günün  axarını  anlayır  və  buna 
müvafiq olaraq öz fəaliyyətlərini qururlar.  
Qüsurlu  uĢaqların  müvafiq  proqramlara  daxil  edilməsi 
müəllimdən  və  ya  müəllim  heyətindən  daxiletmə  proqramından  uzun 
müddətə  gözlənilən  müsbət  nəticəyə  inamla  baxmağı  tələb  edir.  Bu 
halda  onlar  uĢağın  inkiĢafı  qayğısına  qalmağı  borc  bilən  digər 
mütəxəssis  və  agentliklərlə  əməkdaĢlıq  etməkdən  çəkinməməli,  o 
cümlədən  bu  qüsurları  ətraflı  Ģəkildə  öyrənməli  və  aĢağıda  sadalanan 
sinif təcrübəsinə əməl etməlidirlər. (Dunlop, 1977).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə