Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

 
160 
müəyyənləĢdirir.  Qulaq  asma  bütün  dil  inkiĢafının  özülüdür.  Belə  ki, 
dinləmə vərdiĢləri zəif olan uĢaq ünsiyyət prosesində Ģübhəsiz ki, böyük 
çətinliklərlə  rastlaĢacaqdır.  Tədqiqatlar  vasitəsilə  bizə  məlumdur  ki, 
müəllimlər uĢağın dinləmə qabiliyyətini, müvafiq fəaliyyət növlərini və 
təcrübəni həyata keçirməklə inkiĢaf etdirə bilərlər.  
Ekspressiv  dil,  yaxud  danıĢma  doğuĢ  zamanı  qıĢqırıqla  müĢayiət 
olunur.  UĢağın  həyatının  ilk  doqquz  ayı  ərzində  qığıltı,  müxtəlif  səslər 
çıxartma  hadisəsi  baĢ  verir.  Bu  dövrdə  uĢaqlar  müxtəlif  səslər 
çıxartmağa çox meyilli olurlar. Dil baxımından problemləri olan uĢaqlar 
Ģübhəsiz  ki,  bu  fəaliyyət  növləri  ilə  məĢğul  olmaqdan  çəkinəcəklərö 
müəllimlər  və  valideynlər  bu  uĢaqlara  Ģifahi  oyun  fəaliyyətlərini  təklif 
etməlidirlər.  
Təqribən doqquz aylıqda uĢaqlar nitqin «jarqon» adlanan yeni bir 
mərhələsinə  daxil  olurlar.  Onlar  ətraflarında  olan  ritm  və  intonasiya 
nümunələrini  təqlid  etməyə  baĢlayırlar.  UĢaqlar,  öz  dil  sistemlərinə 
daxil olan səsləri çıxarır və hələ də sözlərdən istifadə edə bilmirlər. Bir 
sözdən  iki  qısa  sözü  iĢlətməyə  doğru  inkiĢaf  edən  uĢağın  sosial  dil 
inkiĢafı  zaman  keçdikcə  daha  da  formalaĢır.  Üç  yaĢa  çatdıqda,  uĢağın 
sözlüyü sürətlə artır, zənginləĢir və uĢaq mürəkkəb cümlələrdən istifadə 
etməklə danıĢa bilir.    
UĢağın  dil  inkiĢafını  müĢahidə  etməklə,  tədqiqatçılar  uĢaqların 
doğulduqları zamandan etibarən nitqə tam Ģəkildə yiyələndiklərinə kimi 
müvafiq  mərhələləri  qeyd  etmiĢlər.  Nitq  qüsurları  olan  uĢaqlar  normal 
dil  inkiĢafı  modelinə  riayət  etmirlər.  Bəzi  uĢaqlar  xüsusi  səsləri 
çıxarmaqda  çətinlik  çəkirlər;  digər  uĢaqlar  isə  sözləri  yadda  saxlaya 
bilmir  və  cümlə  düzəldə  bilmirlər.  Müəllimlər  uĢaqlara  gündəlik 
fürsətlərdən istifadə edib, nitq sözlüyünü tərtib etməkdə kömək edirlər, 
bunun üçün onlar nitq vərdiĢlərinin aĢılanmasını nəzərdə tutan fəaliyyət 
növlərini təĢkil edirlər.  
 
Dil sisteminin komponentləri 
 
Müəyyən  hallarda  nitq,  dil  və  ünsiyyət  terminləri  sinonim 
mənalarda  iĢlədilir.  Bunların  arasında  fərqi  göstərmək  məqsədilə  hər 
birinin daĢıdığı anlamı aĢkarlamaq lazımdır.  
Dil ideyaları və təcrübələri baĢqalarına Ģərti verbal dildən istifadə 
etməklə  ötürmək  üçün  istifadə  edilən  simvolik  iĢarələrin  təĢkl  edilmiĢ 
formasıdır.  


 
161 
Ünsiyyət  danıĢan  tərəfindən  malik  olduğu  informasiyanın  və 
ideyanın hər hansı digər Ģəxslə mübadilə etmək üçün göstərilən cəhddir. 
Biz  verbal,  qeyri-verbal  Ģəkildə,  Ģəkillərlə,  yaxud  jestlər,  iĢarəvi  dil, 
yazılı dil və s-dən istifadə etməklə ünsiyyətə girə bilərik.  
Nitq  bizim  Ģifahi  təqdim  etdiyimiz  eĢitmə-artiuulativ  koddur. 
Yadda saxlamaq lazımdır ki, uĢaq danıĢa bilmirsə, bu o demək deyildir 
ki, o, kiminləsə ünsiyyət saxlamaq qabiliyyətinə də malik deyildir. 
Dil  sistemləri  ən  azı  üç  əsas  komponentə  malikdirlər  (Feərfəks 
Kauntri Pabrikskus, Dil üzrə tədris proqramının inkiĢafı, 1991): 
 Proqmatik (Dil və danıĢıq) 
 Semantik (Söz və cümlə) 
 Sintaksis (Söz və qrammatika). 
Praqmatik  komponent  dildən  istifadə  məqsədini  aĢkarlayır  və 
bütün  kommunikasiya  aktı  üçün  özün  roulunu  oynayır.  TəĢəbbüs  irəli 
sürmə  və  danıĢığın  baĢa  çatdırılması,  bütün  bunların  hamısı  praqmatik 
komponentin  tərkib  hissəsidir.  Nitq  hissələri,  məsələn  müzakirə  edilən 
mövzunun aydınlaĢdırılması, mövzuların dəyiĢdirilməsi və müzakirənin 
inkiĢaf  etdirilməsi  uĢaqların  baĢa  düĢməyə  ehtiyacı  olduqları 
vərdiĢlərdir.  
Praqmatik  komponentin  digər  aspektinə  ətraf  mühit  konteksti 
daxildir  ki,  bu  konteksdə  danıĢıq  prosesi  baĢ  verir.  UĢağın  necə 
danıĢması  və  necə  ünsiyyətdə  olması,  onun  yerləĢdiyi  kontekstdən,  nə 
vaxt  danıĢmasından  daha  çox  asılıdır,  nəinki  danıĢığın  hansı  məkanda 
baĢ  verməsindən,  ətraf  mühit  faktorlarının  kommunikasiyaya  təsiri 
barədə  məlumat  dildən  lazımi  Ģəkildə  istifadə  etməyin  vacib 
elementidir.  
Sematik  komponentə  dildə  istifadə  edilən  simvolların  mənaları 
daxildir. Hər bir söz müəyyən mənaya malik olur. Bir neçə söz birləĢib 
cümlə  əmələ  gətirərkən,  bütöv  bir  fikri  ifadə  edir.  bir  qrup  cümlənin 
məna etibarilə birləĢməsi, paraqrafı, bitmiĢ bir fikri, kitabı, oyunu və s. 
formalaĢdırır.  
Cümlədə yerləĢdiyi yerdən asılı olaraq, söz ən müxtəlif mənalara 
malik  ola  bilər.  Məsələn,  müəllim  belə  soruĢa  bilər:  «Sən  gülləri 
sulayırsanmı?», yaxud belə deyə bilər: «Gülləri çulamaq lazımdır».          
Sintaksis  komponenti  dildə  sözlərin  meydana  çıxdığı  qaydanı 
nəzərdə  tutur.  O,  eyni  zamanda  qrammatika  və  sorfologiya  ilə  sıx 
Ģəkildə  əlaqədardır.  Sintaksisə  «strukturlar»  daxildir  ki,  bunların  da 
vasitəsilə semantik və proqmatik komponentlər birləĢirlər.  
 


 
162 
Sinifdə dilin inkişafı üçün şəraitin yaradılması 
Dildən  istifadə  etməyi  və  digər  Ģəxslərlə  ünsiyyətə  girməyi 
öyrənmə  bir  çox  uĢaqlar  tərəfindən  səy  nəticəsində  əldə  edildiyini 
bildiyimizə  görə,  ünsiyyət  prosesini  inkiĢaf  etdirmək  üçün  iki  Ģərtin 
lazım olduğunu qeyd edə bilərik: qarĢılıqlı münasibət və məlumat. Dilin 
öyrədilməsi  prosesi  uĢaq  müəllimi  ilə,  digər  yaĢlı  Ģəxslərlə,  yaxud 
yaĢıdları ilə qarĢılıqlı münasibətdə olarkən meydana çıxır. bu prosesdə 
fəad Ģəkildə iĢtirak etməklə, uĢaqda ünsiyyətə girmək qabiliyyəti inkiĢaf 
edir.  ünsiyyət  zamanı  mübadilə  edilən  məlumat  uĢağın  dil  mənimsəmə 
səviyyəsinə  uyğunlaĢdırılmalıdır.  Sinifdə  kommunikasiya  prosesinin 
məqsədli  Ģəkildə  aparılmasının  müəllimə  uĢaqlarda  konkret  məsələ  ilə 
bağlı hansı problemlərin mövcud olmasını öyrənmək imkanını verir.  
 
Sinifdə dilə həssaslıq mühitinin yaradılması  
 
UĢaq  təmayüllü  siniflər  üçün  ilkin  məqsəd  uĢaqların  özünün 
ünsiyyətə  qoĢulması  təĢəbbüsündə  bulunmalarıdır.  Dil  vərdiĢləri 
funksional  Ģəkildə  və  uĢaqların  maraqlarına  müvafiq  olaraq  inkiĢaf 
etdiyi  üçün  bu  vərdiĢlərin  sonrakı  təkamülü  yaradılan  mühitdən  asılı 
olacaqdır.  Müəllimlər  sinifdə  uĢaqların  yerləĢməsini  elə  seçməli  və 
onlara  danıĢmaq  və  ünsiyyətə  girmək  üçün  kifayət  qələr  vaxt 
ayrılmalıdırlar  ki,  onlar  ən  müxtəlif  yollarla  biri  digərilə,  yaxud  yaĢlı 
Ģəxslərlə ünsiyyətə girmək meylində olsunlar.  
Sinifdə azyaĢlı uĢaqlar üçün aparılan təcrübələr çoxtərəfli, təbii dil 
imkanlarına  əsaslanmalıdır  (Qudman,  1986).  Əsas  dil  funksiyalarından 
hər  biri  –  kommunikasiya,  ifadə  və  əsaslandırma  qarĢılıqlı  münasibət 
prosesində spontan Ģəkildə inkiĢaf edir. ünsiyyət vərdiĢləri üçün Ģəraitin 
yaradılması tərkibinə idrakı, sosial və linqvistik vərdiĢlərin daxil olduğu 
bir prosesdir (Ounes, 1988).  
«Sənin  ayaqqabın  hansı  rəngdədir?»  tipli  suallar  qarĢılıqlı 
münasibətə girməyin ən səmərəsiz üsullarından biridir. Belə ki, uĢağın 
ayaqqabısının  hansı  rəngdə  olmasını  hamı  görür.  Eyni  zamanda,  bu 
Ģəraitdə  hansısa  cavabın  verilməsi  müəyyən  dərəcədə  lazımdır. 
Müəllimlər uĢaqların adətən istifadə etdikləri dili zənginləĢdirmək üçün 
uĢaqları həvəsləndirməlidirlər.  
Aparılan sorğuların cümlə Ģəklinə salınması verilən cavabın necə 
olmasına  birbaĢa  təsir  edir.  uĢaqlar  iĢləyərkən  (nəsə  qurarkən,  Ģəkil 
çəkərkən  və  s.)  onlardan  «Öz  işin  haqqında  mənə  danışmaq 
istərdinmi?»  tipli  suallar  vermək  daha  yaxĢıdır,  nəinki  «Bu  nədir?» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə