Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

 
166 
malik  uĢağa  elə  bir  yerdə  əyləĢdir  ki,  o,  viziual  iĢarələri  asanlıqla  tuta 
bilsin. Musiqini dinləyərkən, uĢağın harada əyləĢməsinə xüsusi fikir ver. 
Nağıla qulaq asma zamanı bu uĢaq qrupun qarĢısında əyləĢməlidir.  
  Açıq  sonluqlu  suallardan  istifadə.  Açıq  sonluqlu  suallar  bir 
sözdən  daha  çox  cavab  verməyi  tələb  edir.  Onlar  danıĢığın  alınmasına 
Ģərait yaradır. Açıq sonluqlu suallara nümunə kimi «Sən nağılın sonluğu 
barədə nə düĢünürsən?» kimi sualdır. Normal inkiĢaf yolu keçən azyaĢlı 
uĢaqlar  sualı  cavablandırarkən  aĢağıdakı  ardıcıllığa  əməl  edirlər:  nə, 
kim, harada, niyə və nə vaxt.  
  Dilin  funksiyalarını  uĢaqların  dildən  nəyə  görə  istifadə 
etməsinin  vasitəsi  kimi  nəzərdən  keçirilməsi.  Dil  bizim  aramızda 
ünsiyyət  vasitəsidir,  bu  bizim  bilmək  istədiyimiz  hər  hansı  bir  Ģeyi 
tapmağımızdır,  digər  Ģəxslərə  cavab  verməkdir  və  ictimai  xarakterli 
hərəkətləri icra etməyimizdir. Burada müəllim uĢağın jestlərini, səs. 
Bəzən  oxu  vərdiĢləri  və  oxu  strategiyaları  anlayıĢları  bir-birinə 
qarıĢdırılır.  VərdiĢ  dedikdə,  sözlərin  tanınması  kimi  xüsusiyyətlər 
nəzərdə tutulur. Bəzi vərdiĢlər avtomatik olsa da, digərləri belə deyildir. 
Məsələn,  özünün  hərf  və  səs  üzrə  malik  olduğu  biliyindən  ona  tanıĢ 
olmayan  sözü  açıqlamaq  məqsədilə  istifadə  edən  uĢaq  müvafiq 
vərdiĢləri  sınaqdan  keçirir.  Strategiyalar  isə  oxucunun  öz  məqsədini, 
məsələn  hekayənin  nə  haqqında  olmasının  bilinməsi  kimi  məqsədini 
açıqlamaq  qayəsinə  malik  olan  planlardır.  Oxu  strategiyaları  elastik, 
planlaĢdırılmıĢ  və  məqsədlidir.  Gənc  oxucular  malik  olduğu 
strategiylardan  səmərəli  Ģəkildə  istifadə  etməzdən  qabaq  müəyyən  oxu 
aərdiĢləri malik olurlar.  
 Dilin inkişafı və qüsurlu uşaqlar 
Dilin  ləng  inkiĢafı  uĢaqlarda  müxtəlif  qüsurların  olması  ilə 
ədaqədardır ki, onların da bəziləri aĢağıda verilmiĢdir.  
Eşitmə qüsurları – EĢitmə qüsurlarının səthi, yaxud dərin olması 
həm nitq, həm də dilin inkiĢafına müəyyən dərəcədə təsir göstərə bilər. 
Zəif  eĢidən  uĢaqlar  nitqdəki  bütün  səsləri  bərabər  Ģəkildə  eĢitmirlər. 
EĢitmə qüsurları daha dərin olduqda, uĢaqlar adətən bir kommunikasiya 
metodu kimi iĢarəvi dildən istifadə edirlər. UĢaqlar zəif eĢitmə qüsuruna 
malikdirlərsə,  onlara  danıĢmaq  və  dili  baĢa  düĢmək  vərdiĢləri  aĢılanır, 
bu proses xüsus müdaxilə və təlimatın olmasını tələb edir.  
Görmə  qüsurları  –  Görmə  qüsurları  olan  uĢaqlarda  ünsiyyət 
vərdiĢlərinin  inkiĢafana  daha  çox  diqqət  yetirilir.  Müəllimlərin  görmə 
qüsurları  üzrə  mütəxəssislərlə  birgə  əməkdaĢlıq  Ģəraitində  iĢləməsi 
vacibdir (kuk, Tesye və Kleyn, 1996).  


 
167 
Dərk etmə qüsurları – Bəzi uĢaqlarda dil və nitqin inkiĢafı, məhz 
dərk  etmə  qüsurlarının  olması  sayəsində  ləngiyə  bilər.  Bu  uĢaqların 
onların  mövcud  dil  qabiliyyətlərini  dəstəkləyən  və  inkiĢaf  etdirən 
mühitlə  təmin  edilməsi  vcibdir.  Zəif  və  orta  səviyyəli  dərk  etmə 
qüsurlarına  malik  olan  bu  uĢaqlar  ardıcıl  Ģəkildə  yerinə  yetirilən 
mərhələlərdən  sonra  müəyyən  nitq  və  dil  qabiliyyətlərinə  yiyələnə 
bilərlər.  Dərk  etmə  qüsurlarına  malik  olan  uĢaqların  proqmatik  dil 
vərdiĢlərinə,  məsələn  onların  digər  uĢaqlarla  qarĢılıqlı  münasibətdə 
olmasına, xüsusi diqqət yetirilməsinə möhtacdırlar.  
Antizm  –  Antizmli  uĢaqların  iki  səciyyəvi  xüsusiyyəti 
aĢağıdakılardır:  onların  sosial  vərdiĢlərindəki  çətinliklər  və  qeyri-tipik 
dil  inkiĢafı.  onların  sosial  ünsiyyət  və  münasibət  baxımından 
problemlərə  malik  olduqlarına  görə,  bu  uĢaqların  sinifdə  digərləri  ilə 
danıĢması, öz fikirlərini ifadə etmələrinin üzərinə vurğu salınmalıdır.  
Stimulun  olmaması  –  Müvafiq  stimulun  olması  dilin  inkiĢafını 
gücləndirir və danıĢıq vərdiĢlərinə Ģərait yaradır.  Buna müvafiq olaraq, 
həmin  stimulun  olmaması  uĢaqların  dil  inkiĢafından  geri  qalmasına 
səbəb  olur  və  bütövlükdə  bu  inkiĢafın  qarĢısını  alır.  bu  məqsədlə, 
valideyn  və  müəllimlər  hər  günün  müvafiq  vaxtında  uĢaqlara  ünsiyyət 
vərdiĢlərini öyrətməlidirlər.  
Emosional  qüsurlar  –  Emosional  qüsurlara  malik  olan  uĢaqlar 
müxtəlif  dilin  inkiĢafının  ləngiməsi  formalarına  malik  ola  bilərlər,  bu 
son  dərəcə  ləng  dil  inkiĢafı  stadiyasından  tutmuĢ,  digər  Ģəxslərlə 
ünsiyyətə  girməkdən  imtinaya  qədər  qruplara  bölünə  bilər.  Bu 
problemlərlə üzləĢən valideynlər və müəllimlər məntiqə uyğun davranıĢ 
sədləri və sərhədlərini müəyyənləĢdirən dəqiq təlim mühitini yaratmağa 
borcludurlar.  
Öyrənmə qüsurları – Öyrənmə qüsurlarına malik olan uĢaqlar, dil 
əsaslı  çoxlu  problemlərlə  üzləĢə  bilərlər.  Bu,  özünü  daha  çox  həmin 
qüsurlara  malik  olan  uĢaqların  zəif  qulaq  asma  qüsurlarında  diqqətin 
yayılmasında  göstərə  bilər.  Öyrənmə  qüsurlarına  malik  olan  bir  çox 
azyaĢlı  uĢaqlar  Ģifahi  nitqin  əsaslarına  yiyələnmək  məqsədilə,  xüsusi 
diqqət və qayğıya möhtacdırlar. Onlar, eyni zamanda dilin semantik və 
sintaksis sahələrində təlimat almalıdırlar.  
 
Dilə yəyələnməni asanlaşdıran təlim fəaliyyətləri  
 
Dinləmə  vərdiĢləri  dilin  həm  Ģifahi,  həm  də  qeyri-Ģifahi  Ģəkildə 
ifadə edilməsi, yazı və oxu vərdiĢləri ayrı-ayrı Ģəkildə aĢılanan vərdiĢlər 


 
168 
kimi  öyrədilməməlidir.  Dil  vərdiĢlərinin  inkiĢaf  etdirilməsində  ən 
mühüm  faktor  uĢaqlara  daha  çox  təcrübə  aparmaq  imkanlarının 
verilməsidir.  UĢaqlar  daimi  və  müəyyən  əsasa  malik  təcrübəyə  və 
özlərinin dil və ünsiyyət vərdiĢlərini inkiĢaf etdirmək üçün təkrarlamaya 
möhtacdırlar. Bu vərdiĢləri müdafiə etmək məqsədilə istifadə edilən hər 
hansı  fəaliyyət  növü,  yaxud  çalıĢma  ən  müxtəlif  vəziyyətlərdə  və  ən 
müxtəlif  səviyyələrdə,  habelə  müxtəlif  dövrlərdə  iĢlənməlidir. 
Müəllimin  sual  vermə  texnikası  uĢağın  yüksək  səviyyəli  anlama 
qabiliyyətinə malik olması üçün əsasdır.  
 
Reseptiv dilə şərait yaradılması 
Uşaqların başa düşə-düşə qulaq asmağa həvəsləndirilməsi.  
  Əmin  olun  ki,  qeyri-verbal  dilinin  mənası  və  niyyəti  izah 
edilmiĢ və baĢa düĢülmüĢdür. Mənanın sizin tərəfinizdən Ģərh edilməsi 
vasitəsilə bunu icra edin.  
 UĢaqların mənanı digərlərinə çatdırması məqsədilə, qeyri-verbal 
dildən  istifadə  etdikləri  zaman  oyun  təĢkil  et  –  məsələn,  belə  bir 
pantomimdən istifadə et: «Təsəvvür edin ki, biz döşəməni silirik».  
    Əmin  olun  ki,  verdiyiniz  təlimat  baĢa  düĢülüb,  uĢaqdan  bu 
göstəriĢi  təkrarlamağı  xahiĢ  et,  yaxud  belə  bir  informasiyanı  çatdır: 
«Mən indicə dedim ki, biz… gedəcəyik. Biz hara gedəcəyik?» 
  Əhvalat  danıĢıldığı  zaman,  elə  indicə  nəyin  oxunduğunu 
yoxlamaq məqsədilə müxtəlif məqamlarda əl saxlayın. 
  Əhvalat  boyu  uĢağın  verilən  məlumatı,  yaxud  anlayıĢı 
izləməsinə əmin olmaq üçün sual vermə texnikasından istifadə et.  
  ƏlveriĢli  əhvalatları  elə  Ģəkildə  oxu  və  yenidən  oxu  ki,  uĢaq 
müvafiq  növbəti  mərhələdə  onu  daha  yaxĢı  anlasın.  Hər  hansı  bir  Ģeri 
oxuyun və uĢaqlıqdan xahiĢ edin ki, gözlərini yumsunlar və zehinlərində 
Ģeri müvafiq Ģəkillər üzrə təsvir etsinlər.    
Oxuyub qurtardıqdan sonra onlardan gözlərini açmağı xahiĢ et və 
uĢaqların təsvir etdikləri Ģəkillər barədə söhbət aç. 
UĢaqlara verilən Ģifahi informasiyaya müvafiq reaksiya göstərmək 
iĢində kömək et.  
  Verilən  göstəriĢlərə  əməl  etməkdə  çətinlik  çəkən  uĢaq  üçün 
həmin göstəriĢin yalnız bir hissəsini izah etməkdə sözünə baĢla, məsələn 
«Mavi  topu  mənə  ver»,  yaxud  «Kitabı  dolaba  qoy».  Sonra  müvafiq 
göstəriĢin  növbəti  hissəsinə  keç.  Ģübhəsiz  ki,  siz  hər  dəfə  göstəriĢin 
təkrar olunmasını tələb etməlisiniz.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə