Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

 
184 
Əqli  geriləmə  probleminə  malik  olan  fərdlərə  təlim  prosesini 
keçərkən, aĢağıdakıları nəzərə almaq vacibdir: 
  Maraqlı  olan,  yaĢa  uyğun  gələn  və  bilavasitə  tələbə  ilə  bağlı 
olan konkret materiallardan istifadə olunması. 
 Məlumat və təlimatın kiçik və ardıcıl mərhələlərdə verilməsi. 
 Bu zaman əks əlaqə prinsipinə diqqət yetirilməsi. 
 Yadda saxlamaq lazımdır ki, heç bir göstəriĢ olmadan fərdlərin 
öyrəndiyi iĢlər qruplaĢdırılması, kiçik mərhələ və seqmentlərə bölünməli 
və hər bir fraqment diqqətlə tədris edilməlidir. 
  UĢağın  tez-tez  həm  çöldə,  həm  də  məktəbdə  tətbiq  etdiyi 
vərdiĢlərə əsaslanmalı. 
Əqli  geriləmə  probleminə  malik  olan  uĢaqlar  və  yaĢlı  Ģəxslər 
normal  inkiĢaf  üçün  bütün  Ģəxslərin  tələb  etdiyi  əsas  xidmətləri  tələb 
edirlər.  Buraya  təlim,  səhiyyə  xidmətləri  və  digər  xidmətlər  daxildir. 
Bundan  əlavə  bir  çox  əqli  geriləmə  problemi  ilə  üzləĢən  fərdlər  xüsusi 
xidmət  göstərilməsinə  möhtacdırlar.  Bu  xidmətlərə  diaqnostika  və 
qiymətləndirmə  xidmətləri  və  məktəbəqədərki  dövrdə  ibtidai  və  orta 
məktəb  illərinə  qədər  davam  edən  müxtəlif  tədris  xidmətləri  daxildir. 
Tədris  tərbiyə  proqramlarına  yaĢa  müvafiq  fəaliyyət  növləri  daxil 
edilməlidir.  Müstəqil  Ģəkildə  yaĢamaq  və  fəaliyyət  göstərmək  üçün 
istənilən  imkandan  istifadə  etməkdə  məktəbdə  iĢ  sahəsinə  keçidi 
planlaĢdırmaq üçün müvafiq qayğı göstərilməlidir.  
 
Ortopedik qüsurlar 
 
Anlayışın tərifi 
 
Ciddi ortopedik, yaxud skeletlə ballı qüsur – uĢaın təlim prosesini 
uğurla keçməsinə mənfi təsir göstərir.                
       
Xüsusiyyətləri  
Bu  anlayıĢa  anadangəlmə  anomaliyalar,  məsələn  pəncə  əyriliyi, 
yaxud  ətraflardan  hər  hansı  birinin  olmaması  səbəb  olur.  buraya,  o 
cümlədən polimelit sümük xəstəlikləri, yaxud osteoartrit xəstəliklərinin 
nəticəsində  yaranan  qüsurlar  daxildir.  Ortopedik  qüsurların  digər 
səbəbləri də, məsələn beyin iflici, amputasiya və s. ola bilər ki, bunlar 
da sümük bitiĢməməzliyi və s. hallarla müĢahidə olunur.  
 
Təlim çətinlikləri  


 
185 
Pedaqoqlar  ortopedik  qüsurlara  malik  olan  fərdlərin  göz  önündə 
olan  nəzərə  çarpan  qüsurlarına  adət  etməlidirlər.  Bu  uĢaqlar  üçün  bir 
çox tarixçəsi tərtib edilməlidir ki, buraya da onun nə vaxtdan bu qüsura 
malik  olması,  adı  keçən  qüsuru  hansı  Ģəraitdə  qazanması,  həmçinin 
həkim, yaxud terapevtin məsləhət bildiyi iĢlər daxil edilməlidir.  
Pedaqoqlar  bu  fərd  üçün  nəzərdə  tutulan  uyğunlaĢdırmanın 
səviyəsini  bilmək  faydalıdır.  Diqqət  uĢağın  yerinə  yetirməli  olduğu 
hərəkət  növləri  üzərinə  yönəldilməlidir.  UyğunlaĢdırmanın  səviyəsi 
qüsurun meydana çıxdığı yaĢ dövrü ilə əlaqədardır: qüsur nə qədər tez 
meydana  çıxıbsa,  uĢaq  ona  bir  o  qədər  tez  uyğunlaĢacaq  və 
öyrəĢəcəkdir. 
Ortopedik  qüsura  malik  olan  fərdə  kömək  etmək  üçün  vaxtaĢırı 
olaraq protezlərdən istifadə olunur. Onlar nə qədər yaxĢı tətbiq edilibsə, 
funksionallıq  bir  o  qədər  nəzərəçarpan  olur  və  uĢaqlar  müvafiq 
hərəkətləri icra etməyə müvafiq Ģəkildə öyrəĢirlər.  
Ortopedik  qüsurları  olan  fərdlər  üçün  sinfin  uyğunlaĢdırılmasına 
aĢağıdakılar daxildir: 
  Özünənəzarət  vərdiĢlərin  mənimsənilməsini  atrına  fəaliyyət 
növlərinin inkiĢaf etdirilməsi.  
 Mühakimə  
 Fikrin cəmlənməsində çətinlik   
 TəĢkilati vərdiĢlər  
 Öyrənmənin bütün elementlərinin təĢkil edilməsində çətinlik.  
 
Tədris çətinlikləri  
Öyrənmə  qüsurları  ən  müxtəlif  davranıĢ  formalarında  özünü 
göstərdiyi  üçün  fərdi  təlim  planı  (FTP)  diqqətlə  hazırlanmalıdır. 
Öyrənmə  qüsuru  olan  uĢağın  təlim  prosesinə  cəlb  edilməsi  üçün 
kompeks  yanaĢmanın  böyük  əhəmiyyəti  vardır.  Bu  mənada  bütün 
müəllimlərin və digər Ģəxslərin sıx Ģəkildə əməkdaĢlıq etməsi öyrənmə 
qüsuru olan uĢağın hərtərəfli inkiĢafına Ģərait yaradır. 
Müəllimlər  bildirirlər  ki,  öyrənmə  qüsuru  olan  tələbələr  üçün 
aĢağıdakı strategiyaların tətbiqi səmərəlidir: 
 Təbələnin potensial gücünə arxalanmaq 
 Müvafiq quruluĢun yaradılması 
 Qısa cümlələrdən və sadə sözlükdən istifadə edilməsi 
 Özünəinam hissinin yaradılmasına kömək etmək üçün müvafiq 
atmosferdə uğur qazanmıq imkanlarının yaradılması  


 
186 
 Sinifdə icra edilən müxtəlif iĢlərin icrası naminə qeyd götürmək 
üçün  maqnitafonlardan  istifadə  edilməsi,  bu,  xüsusən  tələbələrin  yazılı 
dil probleminə malik olduğu zaman xeyirlidir.  
  Özünənəzarət  material  və  vasitələrindən  istifadə  olunması,  bu 
hal  heç  bir  çətinlik  töpətmədən  səhvin  geriyə  qayıdılaraq  dərhal 
düzəldilməsini təmin edir.  
 Müvafiq sosial vərdiĢlərin möhkəmləndirilməsi 
 Etiraf edilir ki, öyrənmə qüsurlarına malik olan tələbələrə bu və 
ya digər vərdiĢlərin aĢılanması üçün vaxt tələb olunur.  
 
Nitq və dil qüsurları 
 
Tərifi  
 
Nitq  və  dil  qüsuru  ünsiyyətdə  yaranan  problemlərə,  habelə  Ģifahi 
nitq ilə bağlı problemlərə aiddir. Bu geriləmələr və problemlər hər hansı 
sadə bir səsin yerinin dəyiĢməsi nəticəsində uĢağın dili baĢa düĢməsinin 
çətinləĢməsi,  yaxud  funksional  nitq  vərdiĢlərini  həyata  keçirmək  üçün 
Ģifahi  nitq  mexanizmindən  edə  bilməməsi  ilə  əlaqədardır.  Nitq  və  dil 
çətinliklərini  yaradan  səbəblərin  sırasına  zəif  eĢitmə.  Sinir  xəstəlikləri, 
beyin  zədələnməsi,  əqli  geriləmə,  dərmanlardan  çox  istifadə  edilməsi, 
fiziki  qüsurlar  və  s.  daxildir.  Ancaq  bütün  bunlara  baxmayaraq,  dəqiq 
səbəb  məlum  deyilir.  Dil  sahəsində  yaranan  qüsurlar  autizm,  inkiĢaf 
baxımından  geri  qalma,  beyin  iflici,  yaxud  xüsusi  öyrənmə  qüsuru  ilə 
bağlı ola bilər. 
 
Xüsusiyyətləri  
 
UĢaq  nəzərə  çarpacaq  dərəcədə  öz  yaĢıdlarından  geri  qaldıqda, 
deyək  ki, öz  yaĢında olan uĢaqlardan nitq və dil vərdiĢlərini qavramaq 
baxımından geri qaldıqda, uĢağın ünsiyyət qabiliyyəti qeyri–qənaətbəxĢ 
hesab olunur.  
Nitq problemlərinə nitq sahələrinin tələffüz edilməsi, yaxud səsin 
keyfiyyəti  ilə  əlaqədar  olan  problemlər  aid  ola  bilər.  Onlar  nitqin 
ritminin  kəsilməsi  ilə  səciyyələnə  bilər.  Nitq  problemlərinə  səslərin 
formalaĢması  üsulu  ilə  bağlı  olan  problemlər  (artikulyasiya,  yaxud 
fonoloji problemlər), yaxud hər hansı bir fərdin səsin keyfiyyətli Ģəkildə 
tələffüz edilməsində meydana çıxan çətinliklər aid edilə bilər. Bunlar ən 
müxtəlif problemlərin təsiri nəticəsində də yarana bilər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə