Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/64
tarix20.09.2017
ölçüsü2,8 Kb.
#1136
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   64

 
187 
Nitq qüsurlarına malik olan uĢaqlar öz növbəsində geri qalmanın 
simptomu  olan  müxtəlif  səslərdən  istifadə  edərkən  problem  qarĢısında 
qalırlar  və  buna  görə  də,  onlara  qulaq  asanlar  bu  və  ya  digər  sözün 
mənasını anlamaqda çətinlik çəkirlər. Səsləri çətin tələffüz edən uĢaqlar 
öz fikirlərini ifadə etməklə müxtəlif problemlərlə rastlaĢırlar.  
 
Tədris çətinlikləri  
 
Bütün ünsiyyət problemlərinin fərdləri məxsus olduqları sosial və 
tədris  mühitində  təcrid  etmək  təhlükəsi  yaratdığı  üçün  bu  problemlərə 
vaxtında  və  yerindəcə  müdaxilə  etmək  lazımdır.  Müxtəlif  nitq  və  dil 
nümunələri  bir  növ  «uĢaq  danıĢığı»  adlandırıla  bilir  və  bunlar  azyaĢlı 
uĢağın normal inkiĢafının üzvü hissəsi sayılır, ancaq bu xırda problemlər 
sonradan  aradan  qaldırılmaqda,  ciddi  maneəyə  çevrilirlər.  Bunlardan 
biri  də  nitq  və  dilin  inkiĢafı  sahəsində  geriləmədir,  bu  mənada  tələffüz 
edilən  nitq  nümunəsi  anlaĢılma  prosesinin  özünü  ciddi  Ģəkildə 
çətinləĢdirir.  Beynin  inkiĢaf  xüsusiyyətləri  ilə  əlaqədar  olaraq,  beĢ 
yaĢına  qədər  dil  və  ünsiyyət  vərdiĢlərini  öyrətmək  nisbətən  asandır. 
UĢaqlar  əzələ,  eĢitmə,  yaxud  inkiĢaf  baxımından  geriləmə  problemləri 
qarĢısında durduqda, onların nitqi və dili mənimsəməsi çətinləĢir.  
Nitq və dil terapevtləri ünsiyyət problemlərinə malik olan uĢaqlara 
müxtəlif yollarla yardım göstərirlər. Onlar uĢağı fərdi terapiya ilə təmin 
edir, uĢağa dərs deyən müəllimə onu sinifdə ünsiyyətə girmə prosesinin 
asanlaĢdırmağın  ən  səmərəli  yollarını  göstərir  və  məktəbdə  səmərəli 
terapiya  texnikasının  inkiĢafı  məqsədilə  uĢağın  ailəçi  ilə  sıx  Ģəkildə 
iĢləyir.  Tətbiq  olunan  texnoloji  vasitələr  fiziki  xüsusiyyətləri  ünsiyyət 
problemləri yaradan uĢaqlara kömək edə bilər. Elektrik kommunikasiya 
sistemləri danıĢa bilməyən fərdlərə və ciddi fiziki qüsurları olan Ģəxslərə 
müəyyən bir fikrin ifadə edilməsinə imkan yaradır.  
Ünsiyyət  vərdiĢləri  təlim  prosesinin  nüvəsidir.  UĢaq  məktəbə 
getdikcə,  onun  qazandığı  və  mənimsədiyi  sözlər  və  anlayılar  da  artır. 
UĢaqlar yaĢa dolduqca, oxuma və yazma vərdiĢləri mürəkkəbləĢir, baĢa 
düĢmə və dildən istifadə etmə müəyyən çətinliklər doğurur. Buna görə 
də, nitq və yaxud dil terapiyası uĢağın məktəbdə oxuduğu dövr ərzində 
daha  təkmilləĢdirilmiĢ  vasitələrə  müraciət  etməlidir.  Nitq  və  dil 
terapevti  müəllimlərə  və  müxtəlif  mütəxəssislərə  təcrübə  ilə  bağlı  olan 
ünsiyyət  vərdiĢlərinin  yaradılmasında  kömək  edə  bilər  və  qarĢılıqlı 
münasibətlərin  qurulmasının  ən  vacib  tərkib  hissəsi  olan  üsulların 
müəyyənləĢdirilməsini meydana qoya bilər.  


 
188 
Kommunikasiya  müxtəlif  komponentlərə  malikdir.  Bütün 
kommunikasiya məqsədləri azyaĢlı uĢaqların onları əhatə edən dünyanın 
öyrənmə üçullarını təkmilləĢdirməyə yönəldilməlidir.  
 
Beyin zədələnmələri  
Tərifi  
Beyin  zədələnmələri  (BZ)  xarici  fiziki  təsir  nəticəsində  yaranan 
funksional  naqislik,  yaxud  fizilolji  qüsurla  nəticələnən  zədə  kimi 
müəyyən olunur və bu da uĢağın təlim prosesinə mənfi təsir göstərir. bu 
anlayıĢ  bir  və  ya  bir  neçə  sahədə  qüsurların  meydana  çıxması  ilə 
nəticələnən  üzdə  və  daxildə  olan  beyin  zədələnmələrinə  tətbiq  edilir: 
idrakı;  dil;  yaddaĢ;  diqqət;  mühakimə  yürütmə;  məsələ  həll  etmə; 
sensor;  qavrayıĢ  və  hərəkət  qabiliyyətləri;  psixoloji  davranıĢ;  fiziki 
funksiyalar;  informasiyanın  qəbul  edilməsi  və  nitq.  Bu  anlayıĢ 
anadangəlmə  beyin  qüsurlarına,  yaxud  doğuĢ  zamanı  yaranan 
zədələnmələrə aid edilmir.  
 
Xüsusiyyətləri  
 
BZ  «gizli  epidemiya»  kimi  təyin  edilir,  çünki  uĢaqların  çoxunda 
araĢdırma  nəticəsində  müĢahidə  olunan  bu  qüsurlar  adi  gözlə  sezilmir. 
Müvafiq  simptomlar  beyin  zədələnməsinin  harada  olmasından  və 
səbəbindən  asılı  olaraq  dəyiĢə  bilər.  Bununla  belə,  bir,  yaxud  bir  neçə 
sahədə  özünü  göstərən  qüsurlar,  məsələn  idrakı  funksiya,  fiziki 
qabiliyyətlər, ünsiyyət, yaxud sosial-davranıĢ narahatlıqları və s. sahədə 
meydana  çıxan  qüsurlar  ümumi  səciyyə  daĢıyır.  Bu  qüsurlar  təbiəti 
etibrilə müvəqqəti, yaxud əbədi olur və funksional baxımdan tam, yaxud 
qismən fiziososioloji problemlər meydana qoyur.  
Beyin  zədələnməsi  alan  uĢaqlar  ən  müxtəlif  problemlərə,  o 
cümlədən aĢağıda sadalanan problemlərə malik olurlar:  
 Fiziki qüsurlar: nitq, görmə, eĢitmə və digər sensor qüsurlar; baĢ 
ağrıları; hərəkətlərin əlaqələndirilməməsi; əzələlərin spazması; bədənin 
bir,  yaxud  digər  hissəsinin  iflici;  qıcolma  problemləri  və  müvazinət 
sahəsində meydana çıxan qüsurlar.  
  Ġdrakı  qüsurlar:  uzunmüddətli  və  qısamüddətli  yaddaĢ 
zəiflikləri;  düĢünmənin  zəifliyi;  diqqətdə  yayğınlıq;  qavrayıĢ  qüsurları, 
fikri  cəmləĢdirmə,  ünsiyyət  və  oxu  və  yazı  vərdiĢləri;  hərəkətlərin 
planlaĢdırılması  və  ardıcıl  qaydada  icrası  üzrə  qabiliyyətlər  sahəsində 
qüsurlar.  


 
189 
  Psixoloji,  davranıĢ,  yaxud  emosional  qüsurlar:  yorğunluq; 
narahatlıq;  depressiya;  özünə  inamın  azlığı;  seksual  disfunksiya; 
istirahət etməmə; özünə nəzarət sahəsində yayğınlıq; emosional sahədə 
çətinlik;  həyəcanlanma;  bərkdən  gülmə  və  qıĢqırma  və  digər  sahədə 
əlaqədar çətinliklər.  
Yuxarıda  sadalanan  qüsuarlıran  hər  hansı  biri,  yaxud  hamısı 
müxtəlif  səviyyələrdə  meydana  çıxa  bilər.  Vurulan  zədənin  təbiəti  və 
onun  doğurduğu  problemlər  yumĢaq  formadan  ciddi  formaya  qədər 
çeĢidlənir və hər hansı bir tələbədə bu zədənin konkret Ģansı problemləri 
doğuracağı  əvvəlcədən  demək  çətindir.  Qeyd  etmək  vacibdir  ki,  erkən 
və  vaxtaĢırı  terapevtik  müdaxilə  nəticəsində  bu  simptomların  ciddilik 
dərəcəzi azala bilər.  
Tədris çətinlikləri  
Hansı  ixtisas  səviyyəsinə  yiyələnməsindən  asılı  olmayaraq,  bir 
çox  tibbi  iĢçiləri  və  pedaqoqlar  uĢağın  beyin  zədələnməsinin  hansı 
nəticələr  doğurmasından  xəbərsizdir.  Beyin  zədələnməsi  olan  tələbələr 
öyrənmə  qüsurları,  emosional  problemləri,  yaxud  əqli  geriliyə  malik 
olan  yaĢıdlarına  nisbətən  tam  fərqli  Ģəkildə  düĢünürlər.  Buna  görə  də, 
tələb edilən bilməz. Məsələ orasındadır ki, məktəbdə beyin zədələnməsi 
probleminə  malik  olan  uĢaqlar  üçün  müvafiq  Ģəkildə  nevropsixoloji, 
nitq  və  dil  təlim  və  digər  sahələrdə  müvafiq  tədqiqatlar  aparılmalı  və 
onlar üçün tam fərqli və fərdi proqramlar tərtib olunmalıdır.  
Beyin  zədələnmələri  olan  uĢaqların  əksəriyyəti  məktəbə 
qayıdanda, onların emosional və tədris ehtiyacları bu zədələri almazdan 
əvvəl  malik  olduqları  ehtiyaclardan  tamamilə  fərqlənəcəkdir.  Beyin 
zədəsi  alan  uĢuqlar  bu  zədəni  almazdan  əvvəl  hansı  vəziyyətdə 
olmalarını xatırlayırlar. Bu ona görə vacib bir faktordur ki, onun köməyi 
ilə  uĢaqda  yaranan  emosional  və  psixoloji  problemlərin  tam  Ģəkildə 
müəyyənləĢdirilməsi iĢini aparmaq mümkündür. UĢağın beyin travması 
təkcə  əlaqədar  mütəxəssisləri  yox,  eyni  zamanda  onun  ailəsini, 
dostlarını  da  narahat  edir,  bütün  bu  Ģəxslər  uĢağın  zədəni  alığı  dövrə 
qədər özünü necə aparmasını yaxĢı xatırlayırlar və bu faktın özü qarĢıya 
qoyulan konkret məqsədlərin icrasına bilavasitə yardım göstərir.  
Buna  görə  də  beyin  zədəsi  alan  uĢağın  məktəbə  qayıtmasının 
diqqətlə  planlaĢdırılması,  o  cümlədən  xəstəxana  ilə  bərpa  mərkəzi, 
habelə  təlimi  həyata  keçirən  kollektiv  arasında  əlaqənin  yaradılması 
uĢağın  mövcud  probleminin  aradan  qaldırılmasında  vacibdir.  UĢağın 
əvvəllər  öyrəndiyi  materialları  yenidən  öyrənib  öyrənməməsini 
müəyyənləĢdirmək  də  mühüm  faktorlardan  biridir.  Beyin  zədəsi  alan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə